25
– qərarın hazırlanması və qəbul edilməsi;
– qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün ayrılmış qüvvə və
vasitələrin hazırlanması, naryadların təlimatlandırılması;
– hissə (bölmə) və naryadların qarşılıqlı
fəaliyyəti, vaxtında
məlumat mübadiləsinin təşkil edilməsi, onlara daimi və davamlı
əlaqənin təmin olunması;
– post-patrul xidmətinin qüvvə və vasitələrinin çevik yerdəyiş-
məsi;
– post-patrul xidmətinin təşkilinə və aparılmasına nəzarət;
– hissə (bölmə) və naryadların fəaliyyətinin nəticələrinin qey-
diyyatı və qiymətləndirilməsi.
Polis orqanının rəisi, hissənin (bölmənin) komnadiri hissə (böl-
mə) və naryadları şəxsən və ya onun tabeçiliyində olan apparat (qə-
rargah) vasitəsi ilə idarə edir. O, tabeçiliyində olan hissə (bölmə) və
naryadların marşrutunu və dislokasiyasını, maddi-texniki təchizatını
və ehtiyaclarını bilməli, onlar tərəfindən xidməti vəzifələrinin dəqiq
və düzgün yerinə yetirmələrinə müvəffəq olmalıdır. Xidmət aparma
zamanı naryadların operativ idarə olunmasını polis orqanlarının növ-
bətçi hissələri həyata keçirir. Gücləndirilmiş rejim tətbiq olunduğu
vaxt naryadların idarə olunması təşkil edilmiş xüsusi qərargaha hə-
valə oluna bilər.
Hissə və naryadların idarə olunmasının əsasını polis orqanının
rəisi, hissə komandiri tərəfindən əməliyyat
şəraitinin təhlili əsa-
sında qəbul edilmiş qərar təşkil edir.
Polis orqanının rəisi, hissə (bölmə) komandiri əməliyyat şəraiti-
ni qiymətləndirirərkən, küçələrdə, digər
ictimai yerlərdə cinayət-
karlığın və ictimai qaydanın qorunması vəziyyətini, əhalinin sayını
və tərkibini, əldə olan qüvvə və vasitələri,
post-patrul xidmətinin
işinin nəticələrini, ərazinin (dəmir yolunun, su hövzəsinin) xüsu-
siyyətini, sənaye, ticarət və digər obyektlərin yerləşməsini, onların
iş rejimini, habelə ilin, günün vaxtını, hava şəraitini, əməliyyat şə-
raitini səciyyələndirən digər amilləri nəzərə almalıdır.
Əməliyyat şəraitinin öyrənilməsində və qiymətləndirilməsində
aşağıdakı mənbələrdən istifadə olunur: cinayətkarlığın vəziyyəti-
ni əks etdirən təhlil materialları; operativ və iş xəritələri, planlar
sxemlər; DİN-in digər orqan və hissələrin məlumatları, istintaq
26
orqanlarının materialları; sahə inspektorlarının,
əməliyyat, pas-
port-qeydiyyat, dövlət yol polisi və digər xidmətlərin məlumatla-
rı; post-patrul naryadlarının məruzələri; dövlət orqanlarının və ic-
timai təşkilatların məlumatları; vətəndaşların ərizələri.
Post-patrul xidməti hissələrində cinayətkarlığın və ictimai qay-
danın vəziyyətini öyrənmək üçün əsasən cari təhlil və əməliyyat
şəraitinin dəyişməsi üzrə fasiləsiz izləmə tətbiq edilir. Cari təhlil
rub, yarım il, 9 ay və il ərzində aparılır və əməliyyat şəraitinə tə-
sir edə biləcək qısa müddətli amilləri aşkar etməyə imkan verir.
Əməliyyat şəraitinin dəyişməsinə fasiləsiz izləmə (növbə, sutka,
həftə, ay ərzində təhlil) naryadların hərəkətlərinə nəzarətin həyata
keçirilməsinə kömək edir və şəxsi heyətin işində olan nöqsanların
ilkin mərhələdə aşkar edilməsinə imkan verir. Belə əməliyyat şə-
raitinin dərindən və keyfiyyətli təhlili post-patrul xidmətinin qüv-
vələrinin və vasitələrinin yerləşdirilməsi üçün,
yəni ictimai qay-
danın qorunması üçün əsas səylərin cəmləşdirilməsi, lazım olan
ərazilərin, sahələrinin düzgün müəyyən edilməsi, xidməti naryad-
ların növləri və onlar tərəfindən xidmətin aparılması vaxtını və
yerinin təyin edilməsi, digər təşkilati məsələləri həll etmək üçün
kifayət qədər tam və vaxtında qərar qəbul edilməsini təmin edir.
İctimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı
mübarizədə, obyektlərin qorunmasında və yol hərəkəti təhlükə-
sizliyinin təmin olunmasında polisin qüvvə və vasitələrinin razı-
laşdırılmış kompleks şəklində istifadə olunması
və ərazinin nar-
yadlar vasitəsilə tam qapanması məqsədilə post-patrul xidməti
vahid dislokasiya üzrə təşkil edilir.
Vahid dislokasiya əməliyyat, mühafizə
və dövlət yol polisi
aparatlarının iştirakı ilə ictimai təhlükəsizlik xidməti tərəfindən
tərtib edilir.
Dostları ilə paylaş: