Microsoft Word Vuqar ders vesaiti 2017


Post-patrul xidmətinin Nizamnaməsinə əsasən post-patrul



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   144
386 in.fealxh ders vesaiti

Post-patrul xidmətinin Nizamnaməsinə əsasən post-patrul 
xidmətinin vahid dislokasiya üzrə təşkili aşağıdakıları əks et-
dirir: 
– əməliyyat şəraitinə əsasən naryadların yerləşdirilməsi zəruri 
olan sahələri; 
– post-patrul xidmətinin aparılmasına cəlb olunan naryadların 
və patrul nəqliyyatının gündəlik normalarını; 


27
– naryadların patrul və postlarının vahid dislokasiyasının sxe-
mini (planını); 
– qüvvə və vasitələrin yerləşdirilməsinə və istifadəsinə dair qə-
bul edilmiş qərarı; 
– xidmət zamanı naryadlar arasında qarşılıqlı fəaliyyətin və ra-
bitənin təşkilini, habelə onların idarə olunmasını; 
– naryadların xidmət aparmasına nəzarəti və görülən işlərinin 
uçot qaydalarını; 
– naryadların xidmətə hazırlanmasını və təlimatlandırılmasını. 
Post-patrul xidmətini aparan naryadlara, habelə, səyyar polis 
qruplarına və patrullara sutkalıq normaya əsasən nəqliyyat vasitə-
si ayrılır. 
Polis orqanının, hissənin (bölmənin) imkanlarından, polis nə-
fərlərinin ştat üzrə sayından və şəxsi heyətə olan tələbat əmsalın-
dan asılı olaraq 
post-patrul xidmətində şəxsi heyətin orta sut-
kalıq istifadəsi müəyyənləşdirilir.
Sutkada 8 saat bağlanan post-
lar (marşrutlar) üçün şəxsi heyətə tələbat əmsalı 2,1 vahid təşkil 
edir. Əgər postlar (marşrutlar) 8 saatdan artıq müddətə bağlanırsa, 
onda hər bir saat üçün əmsalı 0,26 vahid artırılır. 
Patrul marşrutlarının və postların vahid dislokasiyası ildə iki 
dəfə, qış və yay mövsümü üçün tərtib olunur. Vahid dislokasiya 
əməliyyat şəraitinin təhlili və post-patrul xidmətinə təyin olunan 
naryadların müəyyən edilmiş mütləq sutkalıq normaları nəzərə 
alınmaqla polis orqanının rəisinin qərarına əsasən tutulur. Vahid 
dislokasiya əsas marşrutlarla (postlarla) yanaşı əlavə marşrutlar 
(postlar) da işlənib hazırlanır. Əlavə marşrutlar (postlar) post-patrul 
xidmətinin gücləndirilməsi məqsədilə böyük rəis heyəti tərəfindən 
ayrılan naryadlarla və ya əməliyyat şəraitinin dəyişməsi ilə əlaqə-
dar əldə olan qüvvələrin zəruri yerdəyişməsi zamanı onların zəru-
rət olmadan bir-birlərini təkrarlama (eyni yerdə, eyni vaxtda xid-
mət aparma) hallarına yol verilməməlidir. Eyni zamanda hüquq-
pozmaların daha çox qeydə alındığı ərazilərdə naryadların sıxlığı 
artırılmalıdır. 
Vahid dislokasiya polis orqanının rəisi tərəfindən təsdiq edilir. 
Həmin müddət ərzində əməliyyat şəraitinin təhlili əsasında dislo-
kasiya mütəmadi olaraq dəqiqləşdirilir. Əməliyyat şəraitinin əmə-


28
həmiyyətli dərəcədə dəyişildiyi halda dislokasiya yenidən işlənib 
hazırlanır. 
Post-patrul xidməti naryadları ictimai təhlükəsizliyin təmin 
edilməsi və cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar vəzifələrini 
yerinə yetirməklə yanaşı, obyektlərin qorunmasını və yol hərəkə-
tinin təhlükəsizliyini təmin etməlidirlər; mühafizə polisi və dövlət 
yol polisi naryadları müvafiq olaraq obyektlərin qorunması və yol 
hərəkətinin təhlükəsizliyi ilə bağlı vəzifələrinin icrası ilə yanaşı, 
ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mü-
barizə ilə əlaqədar vəzifələrin icrasını təmin etməlidirlər. 
İctimai qaydanın qorunmasında iştirak edən polis orqanlarının 
müxtəlif xidmətlərinin qüvvələrinin yerləşdirilməsi həmin xid-
mətlərin bilavasitə iş yerləri və vaxtları nəzərə alınmaqla həyata 
keçirirlər. 
Post-patrul xidməti naryadlarının sutka ərzində yerləşdirilməsi 
haqqında daxili işlər orqanının yaxud ictimai təhlükəsizlik xidmə-
tinin rəisi tərəfindən qərar gələn sutka üçün qəbul edilir. Bu qərar 
post cədvəlində sənədləşdirilir və təsdiq edilir. Zəruri hallarda or-
qanın rəisi naryadları manevr etmək hüququna malikdir, yəni 
əməliyyat şəraitinin mürəkkəbləşməsi, yaxud qəfil meydana çıx-
ması vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar post və marşrutla-
rın yerini dəyişə bilər. Sutka ərzində növbə üzrə naryadların fakti-
ki olaraq yerləşdirilməsi daxili işlər orqanlarının növbətçi hissə-
sində yerləşən iri miqyaslı rayon (şəhər) ərazisinin planında (sxe-
mində) növbə üzrə öz əksini tapmalıdır. Naryadların post və 
marşrutlara çıxması vaxtı və onlar tərəfindən xidmətin aparılması 
müddəti polis orqanının rəisi tərəfindən müəyyən edilir. Bu za-
man gələn sutkalarda naryadların çıxması qərarları elə qəbul edil-
məlidir ki, günün əməliyyat şəraiti gərginləşdiyi saatlarda və hüquq-
pozmaların baş verməsinin artdığı yerlərdə naryadların sayı artmış 
olsun. Eyni zamanda avtomotopatrullar və piyada naryadlar arasında 
müvafiq tənasüblük yaranmasına əməl edilsin. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə