21
II Fəsil.
POLİSİN POST-PATRUL XİDMƏTİNİN
İŞİNİN TƏŞKİLİ
§ 1. Polisin post-patrul xidm
ə
tinin hüquqi v
ə
ziyy
ə
ti,
ə
sas v
ə
zif
ə
l
ə
ri
Polisin çoxsaylı vəzifə və funksiyalarının həyata keçirilməsin-
də post-patrul xidmətinin xüsusi rolu vardır. Daxili işlər orqanla-
rında çoxsaylı şəxsi heyətə malik post-patrul xidməti daha geniş
taktiki imkanlara malikdir.
Post-patrul xidməti ictimai qaydanın qorunması, ictimai təhlü-
kəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə işinin
təmin edilməsinin əsas vasitəsidir. Post-patrul xidməti yaşayış
məntəqələrində, yollarda, nəqliyyatda təşkil olunur və xüsusi tə-
yin edilmiş naryadlar vasitəsilə həyata keçirilir.
Post-patrul xidmətinin fəaliyyəti Azərbaycan Respublikasının
qanunlarına, DİN-in normativ hüquqi aktlarına və DİN-in
30.05.2001-ci il tarixli 212 nömrəli əmri ilə təsdiq edilmiş «Post-
patrul xidmətinin Nzamnaməsi»nə əsasən təşkil edilir.
Post-patrul xidməti qanunçuluq, humanizm, insan və vətəndaş
hüquq və azadlıqlarına hörmət, dövlət orqanları, ictimai qurumlar
və vətəndaşlarla qarşılıqlı əlaqə, təkbaşçılıq prinsipləri əsasında
fəaliyyət göstərir.
Polisin post-patrul xidmətinin əsas vəzifələri aşağıdakılardır:
– ictimai yerlərdə ictimai qaydanı qorumaq və ictimai təhlü-
kəsizliyi təmin etmək;
– cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması;
– şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüqu-
qazidd əməllərdən qorumaq;
– cinayətlərin açılmasında və cinayətkarların yaxalanmasında
fəal iştirak etmək;
– yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına nəzarət et-
mək.
Ərazi və nəqliyyatda polis orqanlarının nizami hissə və bölmə-
22
lərinin, mühafizə polisinin, DYP-nin şəxsi heyəti post-patrul xid-
mətinin qüvvələrini təşkil edir. Post-patrul xidməti müəyyən
olunmuş qaydada odlu silah, xüsusi, əməliyyat, rabitə və texniki
vasitələr, habelə xidməti itlərlə təmin olunur.
Zəruri hallarda nizami hissə və bölmələrin tərkibində, xidməti
ərazidə daha geniş yayılmış hüquqpozmalara qarşı (fahişəlik, nar-
komaniya, nəqliyyat vasitələrinin qaçırılması və s.) mübarizə
aparmaq məqsədilə xüsusi qruplar təşkil oluna bilər. Bu qrupların
işi əməliyyat xidmətləri ilə qarşılıqlı fəaliyyət şəraitində hissə və
bölmələrin komandir heyətinin gündəlik nəzarəti altında həyata
keçirilir. Həmin qruplara cəlb olunan əməkdaşların ümumi sayı
şəxsi heyətin 15%-dən artıq olmamalıdır.
Şəxsi heyətin, habelə nəqliyyat, rabitə və diər vasitələrin post-
patrul xidmətindən kənar sahələrdə istifadəsi qəti qadağandır.
Əməliyyat şəraitinin dəyişilməsi ilə əlaqədar polis orqanlarının
nizami hissə və bölmələri arasında şəxsi heyətin sayı yenidən bö-
lüşdürülə bilər, habelə bir neçə polis orqanlarının şəxsi heyəti
konkret tapşırıqların icrası ilə bağlı xidməti ərazidən kənarda isti-
fadə oluna bilər.
Ərazinin xüsusiyyətlərindən və həyata keçiriləcək vəzifələrdən
asılı olaraq post-patrul xidməti əsasən aşağıdakı naryad növləri
tərəifndən həyata keçirilir:
– patrul;
– patrul qrupu;
– post;
– müşayiət naryadı.
Patrul – həvalə olunmuş marşrutu gəzməklə (miniklə dövrə
vurmaqla), onun ayrı-ayrı sahə və obyektlərini müayinə etməklə
xidməti vəzifələrini yerinə yetirən, bir və ya bir neçə polis əmək-
daşlarından təşkil olunmuş səyyar naryaddır. Patrullar avtomobil-
də (PA) xidmət apara bilər. Xidmət aparmaq üçün patrula marşrut
ayrılır.
Naryad üçün təyin olunan hərəkət yolu görünmə və eşidilmə
hüdudunda yerləşən bitişik ərazi ilə birgə marşrut adlanır. Piyada
patrul üçün marşrutun uzunluğu 1-1,5 km, motosikletdə patrul
23
üçün 3-5 km, avtomaşında 6-8 km ola bilər. Xüsusi tapşırıqlar ye-
rinə yetirilərkən marşrutun uzunluğunu artırmaq və ya qısaltmaq
olar. Marşrut zolağının eni bilavasitə ərazidə dəqiqləşdirilir.
Polis əməkdaşına həvalə olunmuş vəzifələrin yerinə yetirildiyi
yer və ya ərazi sahəsi post adlanır. Postda xidmət aparmaq üçün
təyin olunan polis əməkdaşı postaçı adlanır. Hər bir postun mər-
kəzi və sərhədləri müəyyənləşdirilir. Əraziyə müşahidə aparılma-
sı, cinayətlərin və ictimai qaydaların pozulması hallarının qarşısı-
nın daha çevik alınması üçün ən münasib yerdə postun mərkəzi
müəyyənləşdirilir. Ümumi qayda kimi, postun mərkəzindən onun
sərhədlərinə qədər olan məsafə 300 metrdən artıq olmamalıdır.
Patrul qrupu – vahid rəhbərlik altında birləşdirilmiş iki-üç və
daha çox patrullarda təşkil olunmuş polis naryadıdır. Ona rəhbər-
lik daha hazırlıqlı əməkdaşa tapşırılır. Patrul qrupu üçün bir neçə
marşrutu birləşdirən patrul sahəsi ayrılır. Qrupun özülünü radio-
rabitə vasitəsilə təchiz olunmuş avtomobildə xidmət aparan patrul
təşkil edir.
Müşayiət naryadı bir neç polis əməkdaşından ibarət olub təy-
yarələrdə, qatarlarda və gəmilərdə ictimai qaydanın qorunması və
ictimai təhlükəsizliyin təmin olunması məqsədi ilə təşkil edilir.
İctimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı
mübarizə məqsədi ilə aşağıdakı polis naryadı növləri də tətbiq
edilə bilər: səyyar polis qrupu (SPQ); təhlükəsizliyi təmin edən
patrul, post (TTP); obyekti mühafizə edən patrul, post(OMP); yol
patrul xidməti postu (YPXP); yol patrul xidməti naryadı (YPXN)
və nəzarət-buraxılış məntəqəsi (NBM). Bundan əlavə olaraq, si-
pər (S), qarovul (Q), konvoy (K), ehtiyat (E) və digər naryadlar
təyin oluna bilər.
Polis əməkdaşları post-patrul xidmətini müəyyən olunmuş ge-
yim formasında aparırlar. Xüsusi tapşırıqların yerinə yetirilməsi
zamanı yuxarı rəisin sərəncamı ilə onların mülki geyimdə xidmət
aparmalarına icazə verilə bilər.
Post-patrul xidmətini aparan şəxsi heyətin xidmət vaxtı onun
polis orqanının (hissənin, bölmənin) məsul növbətçisinin, yaxud
naryadların xidmətinə rəhbərlik edən digər şəxsin tabeliyində ol-
24
duğu müddətlə hesablanır. Polis əməkdaşları təlimatlandırma
üçün sıraya düzləndikləri andan göstərilən şəxslərin tabeliyinə
daxil olur, həmin şəxslərdən xidmətin qurtarması barədə icazə al-
dıqdan sonra onların tabeliyindən çıxırlar.
Xidmət apardıqları müddətdə şəxsi heyətə qida qəbul olunması
və istirahət üçün 1 saat vaxt ayrılır. Qidanın qəbul olunması bila-
vasitə postlarda (marşrutlarda) əməkdaşların əvəz edilməsi üsulu
ilə təşkil olunur. Bu naryadda fasiləsiz xidmət aparma müddəti 5
saatdan artıq olmamalıdır. Fasilə xidmət vaxtının ümumi müddə-
tindən çıxılır.
Polis orqanınn rəisinə (hissənin, bölmənin komandirinə) şəxsi
heyətin müəyyən olunmuş xidmət vaxtının artırılmasına və sonra-
dan həmin müddət nəzərə alınmaqla əməkdaşlara əlavə istirahət
verilməsinə icazə verilir. Şəxsi heyət sutkanın hər bir vaxtında
xidmətə təyin oluna bilər.
Havanın hərarəti – 10 dərəcədən aşağı, habelə +35 dərəcədən
yuxarı olduğu halda naryadların fasiləsiz xidmət aparma müddəti
bir qayda olaraq iki saatdan artıq olmamalıdır. Şəxsi heyətin dəyi-
şilməsi rəis, onun xidmət üzrə müavini, onlar olmadıqda – növ-
bətçi tərəfindən müəyyənləşdirilir.
Əməliyyat şəraitinin gərginləşdiyi, fövqəladə hadisələr (təbii
fəlakət, yanğın, iri miqyaslı istehsalat qəzaları, bədbəxt hadisələr,
epidemiya, epizootiya və s.) baş verdiyi, kütləvi tədbirlər (icti-
mai-siyasi, mədəni-tamaşa, idman və s.) keçirildiyi hallarda na-
zirliyin rəhbərliyinin və ya müvafiq polis orqanlarının rəislərinin
yazılı əmrləri (göstərişləri) ilə post-patrul xidmətinin aparılması-
nın gücləndirilmiş variantı tətbiq oluna bilər.
Dostları ilə paylaş: |