B i b l i o q r a f i y a
35
İşdir özün üçün bir gül istəsən,
Oğlum, ellər üçün güldəstə istə.
Eşqi böyüklərin dərdi də böyük...
Borc ödəmək uğrunda
Mən bir can məşəliyəm,
Borclu ölsəm,
Dünyaya təzədən gəlməliyəm.
Poeziya dünyasının
Mənəm bircə hökmdarı.
Cüt gözümdür nurlandıran,
Neçə milyard ulduzları.
Mən onsuz da əbədiyəm,
Cahangirlər gəldi-gedər,
Bir gün edam meydanında
Başım getsə, verərsəm can,
Sən yadların qarşısında
Heç bir zaman qara geymə,
Ey ağ donlu anam mənim-
Ağ çələngli Azərbaycan!
Bu gün Prometeyəm mən,
Qəlbimi məşəl kimi
Vermişəm insanlara
X ə l i l R za U l u t ü r k
36
Addımlayır neçə milyard
ulduzların arasında.
Kəhkəşana işıq verən
Hərarətdi, Xəli Rza!
Məni söz qayasında sətirlər
Çəkir dara,
Xoşbəxtəm bu əzabla
Dərya nüfuzunun
Hər damlasını
Dağ boyda zəhmətlə
Qazanan insan.
Mərdlik ucbatından yandın
Kül oldun,
Yaxşı ki, mərdlikdən
Usanmamısan.
Bəlkə qardaş deyim sənə?
Sən qardaşdan daha yaxın,
Biz rəmziyik cüt sinədə
Qardaş kimi yaşamağın.
Mən öləndən sonra
Mənim ömrümün
Yüksək mərhələsi
Başlanmalıdır.
B i b l i o q r a f i y a
37
Xəlil Rza Ulutürk qələm dostları haqqında
B.Vahabzadənin şeir və poemalarının ən yaxşı nümunələri
öz xalqının tarixi mövqeyini dərindən dərk etmiş ayıq gözlü,
cəsarətli,vətəndaş şair qələmindən çıxmışdır. B.Vahabzadə sənə-
tin yoxuşları ilə irəliləyən bir sənətkardır. Bu yolda onun hər bir
qələbəsi həm dəAzərbaycan şeirinin qələbələrindəndir.
Azərbaycanın layiqli oğlu Teymur Elçin nəcib, mərd, ata
ürəkli şair qardaşımızdır. Biz onun qayğısını həmişə hiss etmi-
şik.O, görkəmli partiya və dövlət xadimi olmaqla bərabər xəzinə
bir İnsandır!
Möcüzə məqalələrdən biri Elçinin “Sübh şəfəqinin işığı”
əsəridir. “Ədəbiyyat və incəsənət” qəzetinin 17 sentyabr 1982-ci
il tarixli sayında basılmış bu gözəl məqaləni iki dəfə oxumuşam.
Yenidən oxumağa və tam mənimsəməyə ehtiyac duyuram.
Elçinimizin burada kələfin ucunu Şərq ilə Qərb renesansı arasın-
dakı minlərcə bağlardan birini aşkarlaya bilmişdir. Hüseyn
Cavid ilə İtaliya renesansının nümayəndəsi Cambatista Ciraldi
Çinto (1504-1573) arasındakı tipoloji ədəbi oxşarlıq bir sənətka-
rın digərinətəsirinin daha çox, universal dünya renesansının
hərəkət dalğaları kimi aşkarlanır.
...Sənin oxucun olmaq çətindir, əziz Elçinimiz! Çünki əsl
qəhrəman hökmü ilə saçdığın inciləri yığıb-yığışdırmaq olmur...
Biz Rəsul Rzanı sadə, həssas, qayğıkeş yoldaş, xalq işi uğ-
runda özünü oda-közə vurmağa hazır olan mərd və yorulmaz bir
vətəndaş,yer üzündə bütün yaxşı insanları qucaqlayıb bağrına
X ə l i l R za U l u t ü r k
38
basmağa hazır olan humanist bir sənətkar kimi tanıyırıq. Azər-
baycan poeziyasında Rəsul Rza lüğət tərkibinin genişliyi və zən-
ginliyi cəhətdən müstəsna şairdir. Bu sahədə onun Səməd Vur-
ğundan başqa müqabili yoxdur. Rəsul Rzanın çox nadir hallarda
elə şeшrinə rast gəlmək olar ki, yeni söz, yeni söz birləşməsi,
yaxud yeni ifadə olmasın.
Mehdi Hüseynin yaratdığı müsbət insan surətini səciyyələn-
dirən birinci əlamət mənəvi ləyaqətdir. İnsanın bütün həyatına
şölə salan, ən çətin günlərdə belə uca və hərarətli könüllərdən
səməndər quşu kimi ayrılmayan, böyük hərflər ilə yazılmış Ləya-
qət!Mehdi Hüseyn Azərbaycan torpağına dərin kök atmış sənət-
kardır.İctimai-bədii fikir axarının ön cərgəsində addımlayan
sənətkardır.
İsmayıl Şıxlı gözəllik kəşfiyyatçısıdır. Gözəllik və təbiət
şairidir.
Mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatında “Dəli Kür” ilə
yanaşı qoyula biləcək əsərlərin sayı çox azdır, bəlkə də heç bədii
yetkinlik dərəcəsinə görə belə əsərimiz yoxdur. Mən hər hansı
yazıçını oxuyanda, birinci növbədə buna fikir verirəm ki, görüm
həmin sənətkar öz doğulduğu torpağı tanıyırmı, öz xalqının adət-
ənənələrini bilirmi? Əgər mən desəm ki, dünyada mənim üçün
Azərbaycan torpağından müqəddəs heç nə yoxdur, siz buna ina-
nın. Məni məhdud hesab etməyin. Mən başqa xalqları da sevirəm.
Ancaq bu torpaq və bu torpağın surətini yaradan yazıçı mənim
üçün hər şeydən yüksəkdir, ucadır. İsmayıl Şıxlı ona görə mənim
üçün bu qədər əzizdir ki, o, bu torpağın ürəyindən qopmuş
sənətkardır.
Xalqın maddi və mənəvi mədəniyyətinin böyüklüyü, sənətin
sirləri, bilməcələri, Azərbaycanın şimalı ilə cənubunun ruh birli-
B i b l i o q r a f i y a
39
yi, qovuşmaq əzmi, kamilləşmək yollarında insani uğurları və
qüsurları – şeirlərində Nəbi Xəzrini düşündürən başlıca mətləb-
lər bunlardır.
Hüseyn Arif poeziyasında sözün yaxşı mənasında sintetik
polifonik zənginlik var. Buna görə də onun yaradıcılığında folk-
lordan, aşıq ədəbiyyatından gələn işıq müasir insan idrakının
müxtəlif qaynaqları ilə birləşir və tamamilə yeni biçimdə meyda-
na çıxır. Bədii dilin heç bir müqavimətə rast gəlməyən təbii axarı,
hissi bakirliyi, sözün rəngini, ətrini, istilik, soyuqluq dərəcəsini
duymaq bacarığı Hüseyn poeziyasına öz oxucuları arasında
böyük nüfuz qazandırmışdır.
İsa Muğanna sözün əsl və dərin mənasında xalq yazıçısı,
xalq şairidir. “Şair” sözünü mən təsadüfi işlətmirəm. İsa yaradı-
cılığının ən yetkin örnəkləri, xüsusilə İmadəddin Nəsimiyə həsr
olunmuş “Məşhər” romanı İsa Muğannanın çox böyük şair ilha-
mına, bədii nəsrinə ayrıca məlahət və zənginlik gətirən poetik
təfəkkürə malik olduğunu sübut edir.
Lirik qəhrəman – şair ürəyinin aynasıdır. Lirik qəhrəmanın
xarakteri necədirsə, şairin də xarakteri eləcədir. Lirik qəhrəman
vasitəsilə şair milyonların təmsilçisinə çevrilir, onun poetik
“Mən”inin arxasında Vətən, xalq, müəyyən, konkret ictimai mə-
ram kimi dayanır. Buna görə də lirik qəhrəmanının xarakterini
yarada bilmək üçün şairdən yalnız sənətkarlıq qüdrəti deyil, həm
də vətəndaşlıq keyfiyyətləri tələb olunur. Şeirlərinin ən yaxşı
nümunələrində Mədinə Gülgün bu səviyyədə dayana bilir, onun
misraları, fikir və düşüncələri mənsub olduğu xalqın, bağlandığı
məramın qayəsi iləhəmahəng səslənir.
X ə l i l R za U l u t ü r k
40
Nəriman Həsənzadə fikir və məna şairidir, onun sağlam,
humanist poeziyasının çox dərin qatlarında çağdaş Azərbaycan
varlığının çox ciddi münaqişələri dilə gəlir, alovları şölə çəkir,
sevinc və iztirabları, umud və qayğıları çırpınır. Buna görə bu
poeziya bədii idrak əhəmiyyətinə, öyrənilməyə, araşdırılmağa
tam layiqdir, bədii estetik tərbiyə, kamilləşmə vasitəsidir, həyatı
öz məfkurə güzgüsündə göstərən aynadır.
Famil Mehdinin şeir bulağı safdır, ləkəsizdir. Onun dirilik
suyu daşdan, qayadan çıxmır, qaya dözümlü şair ürəyindən
süzülüb gəlir.
Famil Mehdi fikir və məna şairidir. Bu fikir və mənanın alt
qatında şair ürəyinin alovu ilə qızınmış hiss və duyğu axınları
çağlayır.
Məmməd Araz həcmcə o qədər böyük olmayan bir şeirlə
insani xarakteri yaradır, həmin insanı bütün dərdi, qəmi, həm də
ictimai dərdləri, həyatda dərin kökləri olan qəmləri ilə birlikdə
nəzərdə canlandırır. “O, dərman istəmir, vətən istəyir”.Məmməd
Arazı oxuculara sevdirən səbəblərdən biri – onun şeirlərinin xalq
ədəbiyyatına, aşıq poeziysına, hətta mən deyərdim ki, musiqiyə
yaxınlığıdır. Adlarını tez-tez çəkdiyi Qurbani, Tufarqanlı Abbas,
Xəstə Qasım, Aşıq Ələsgər kimi şeir-sənət korifeylərinə pərəstiş
etdiyini gizlətməyən Məmməd Araz bu sönməyən, bitib-tükənməz
xalq idrakı qaynaqlarından qüvvət alır. Aşıq poeziyasına məxsus
bir sıra ədəbi keyfiyyətləri fəlsəfi düşüncə, dərin məna, yüksək
şeiriyyat, dilin aydınlığından doğan bədii kəsər misraların dürüst
poetik səliqəsi Məmməd Araza güclü təsir edir, bu keyfiyyətlər
onun da şeirlərində getdikcə daha dərin kök salır.
Zəlimxanımızın şairliyi fitridir, Allah vergisidir, saz və
aşıqlıq üstündə yaranmış qüdrətdir. Otuz ildən bəri könül verdiyi,
Dostları ilə paylaş: |