Microsoft Word xelil rza son doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə10/102
tarix31.10.2018
ölçüsü1,84 Mb.
#77277
1   ...   6   7   8   9   10   11   12   13   ...   102

  B i b l i o q r a f i y a     
 
41
çalıb-çağırdığı sədəfli sazı Zəlimxanın köksündə bütöv bir orkestr 
gücünə malikdir.  
Biz bilməliyik ki, Azərbaycanın guşədaşı türklükdür.... Bizim 
Türkiyə və bütün Türküstan dünyasına güvənməyimizdir... Böyük 
salonlarda bu eşqi tərənnüm eyləyir Zəlimxan.Ona görə  də, 
Zəlimxanı ..... ictimai ürək kimi tanımalı, ondan ibrət götürmə-
liyik. 
 
 
Qabil yaradıcılığı min illik Azərbaycan poeziyasının böyük 
bədii  ənənələrindən, xüsusilə onun məna – mündəricə  zənginli-
yindən, fəlsəfi idrak qüvvəsindən ayrılmazdır. Bu keyfiyyətlər 
Qabil yaradıcılığının zirvəsi,  şah  əsəri adlanmağa layiq “Nəsi-
mi” dastanında xüsusilə aydın görünür. Məhz milli poeziya ənə-
nələrinə ciddi poetik sədaqətinə görə Qabil bu möhtəşəm poema-
da böyük Nəsiminin unudulmaz obrazını yarada bilmişdir. 
 
 
X ə l i l   R za   U l u t ü r k  
 
42 
 
 
Görkəmli şəxsiyyətlər və qələm dostları 
Xəlil Rza haqqında 
   
Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədə-
niyyətinin inkişafında böyük xidmətləri var. Onu fərqləndirən 
mühüm cəhət yaradıcılığının milli məzmun, milli ruhla bağlı 
olmasıdır. Buna görə bəziləri onu millətçi adlandırırdılar. Mənim 
fikrimcə o, millətçi yox, həmişə millətini sevən, millətinin azadlı-
ğı uğrunda mübarizə aparan şairdir. 
 
 
Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda mübari-
zəsinin ön cərgələrində getmiş, bu mübarizəyə qalxmış gəncləri-
mizə  həm alim, həm  şair kimi, həm də hörmətli bir insan kimi 
örnək olmuşdur. O, daim Azərbaycanın müstəqilliyi duyğuları ilə 
yaşamış, həyatının  şüurlu hissəsini buna nail olmağa sərf etmiş, 
böyük xidmətlər göstərmişdir. 
 
 
Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri ilə 
həmişə sevilmişdir. Mən daim onun yaradıcılığına, insanlığına, 
vətəndaşlığına, ən çox cəsurluğuna, əyilməzliyinə, öz ideyaların-
dan dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmi-
şəm. Xəlil Rzanınn parlaq həyatı, onun böyük vətəndaşlığı, milli-
azadlıq uğrunda mübarizliyi bütün azərbaycanlılar üçün nümunə 
olacaqdır. 
 
 
O illər – 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, 
onlar çox idi... Xəlil Rza da ən böyük dissidentlərdən biri idi. 
Çünki onun əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtkı 
kommunist ideologiyasına zidd idi və buna görə  də onlar dissi-
dent idilər. Ancaq biz Xəlil Rzanı da qoruduq, saxladıq. 


  B i b l i o q r a f i y a     
 
43
...Xəlil Rzanı da həbs etmək məsələsini qoymuşdular. Onu da 
mən qoymadım, xilasetdim. Neçə-neçə belələrini xilas etdim. 
Heydər Əliyev, 
Azərbaycan xalqının ümummilli lideri 
 
Xəlil Rza Ulutürkün vətənpərvərlik duyğuları ilə zəngin icti-
mai-siyasi mövzulu yaradıcılığı xalqımızın bədii poetik fikir 
səlnaməsinin parlaq səhifələrini təşkil edir. 
İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
 
Xəlil Rza bizim çox istedadlı  şairlərimizdən biri idi. Onun 
vətənpərvərlik ruhunda yazdığı  şeirlər xalqımız arasında çox 
populyardır, gənclərin sevə-sevə oxuduğu əsərlərdir. Taleyin ona 
bir zərbəsi də dəydi, cavan oğlu müharibədə şəhid oldu. Və özü 
də aramızdan çox tez getdi. Amansız ölüm onun qaynar həyatını 
qırdı. Amma onun əsərləri, bənzərsiz surəti həmişə  qəlbimizdə 
yaşayır və yaşayacaq. 
Anar, 
Xalq yazıçısı 
 
Əgər məndən soruşsalar “Xəlil Rza Ulutürk sənin üçün 
kimdir?” mən bir cümlə ilə deyərəm: “Millətimizin istiqlal müca-
hidiridir”. Xəlil yalnız qələmi ilə deyil, əməli, fəaliyyəti ilə Vətə-
nimizin istiqlalına xidmət göstərmişdir. Bunlarla da kifayətlən-
məyən şair öz balasını da bu yolda qurban verməkdən çəkinmədi. 
Bir sözlə, Xəlil bu Vətən üçün nə lazımsa, onu elədi. 
Xəlil Rzanın böyüklüyü ondadır ki, o doğma torpağının 
azadlığı, xalqının səadəti yolunda öz canından belə keçməyə 
hazır olan, son dərəcə  də  cəsarətli, qeyrətli  şair-vətəndaş idi. 
Onun zəngin və  mərdanə poziyası da məhz Vətən və xalq 
idealları ilə mayalandığı üçün əsrlər boyu ürəklərdə yaşayacaqdır. 
Bəxtiyar Vahabzadə, 
Xalq şairi 
X ə l i l   R za   U l u t ü r k  
 
44 
O, Azərbaycan xalqının hərarətli, odlu-alovlu şairi idi. 
Mürəkkəblə yox, ürəyinin qanı ilə yazdığı şeirlərini həmişə onla-
rın  əks etdirdiyi məzmuna, mübarizə pafosuna müvafiq olaraq 
coşqun bir ehtirasla oxuyur, bəzən də vulkan kimi püskürərdi. 
Xəlil Rza ana dili, onun saflığı, təhsil və tərbiyə sistemində özü-
nəlayiq yeri uğrunda ardıcıl fədakar, mübariz idi. 
 
 
Xəlil Rza dramatik poeziya ustasıdır. O, buna həyatın sərt 
həqiqətlərini, ziddiyyət və münaqişələrini dərindən öyrənməklə
onlan çəkinmədən  şeirə  gətirməklə, can yanğısı  sərf etməklə, 
ilham odu, daxili enerji xərcləməklə nail olmuşdur.  Şairin lirik 
qəhrəmanı böyük və cəsur insandır. O, həyatı sadəcə olaraq seyr 
etmir, yenidən yaradır. Şair cəsarəti həyatı yaxşı bilməklə, dürüst 
ideya, məfkurə mövqeyi seçməklə, tərəqqi uğrunda mübarizənin 
ön cərgəsində getməklə, nəhayət, öz bədii istedadına güvənməklə 
şərtlənir. 
Bəkir Nəbiyev, 
akademik 
 
Xəlil Rza fəal həyat mövqeyinə malik vətəndaşdır, xalqın 
tələbləri səviyyəsində  şair-elm xadimidir. Türküstanla əlaqələri-
mizi möhkəmləndirmək vacibdir. Məncə, Xəlil Rza elə bir yol 
götürüb ki, türkmən, qırğız, qazax, özbək dünyasına da varacaq, 
bütün Türk kainatını mənimsəyə biləcəkdir. 
Kamal Talıbzadə, 
akademik 
 
Xəlil Rza mədəsindən dırnağınadək, hüceyrəsindən telinədək 
şairdi.  
Yaşar Qarayev, 
akademik 
 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə