Azərbaycanın görkəmli şəxsiyyətləri
XƏLİL RZA ULUTÜRK
Biblioqrafiya
Bakı – 2017
X ə l i l R za U l u t ü r k
2
KBT Я19:Ш+Ш5(2=Аз)7-44я1
UOT 016:821.512.162
Rəyçi:
İsa Həbibbəyli,
akademik
Tərtib edənlər: Mədinə Vəliyeva
Lalə Şirinova
Gülbahar Misirova
Elmi redaktor:
Kərim Tahirov,
professor,
Əməkdar mədəniyyət işçisi
Redaktor:
Gülbəniz Səfərəliyeva,
Əməkdar mədəniyyət işçisi
Xəlil Rza Ulutürk: biblioqrafiya /tərt. ed.: M.Vəliyeva,
L.Şirinova, G.Misirova; elmi red. K.Tahirov; red. G.Səfərəliyeva.-
Bakı, 2017.- 464 s.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri”
seriyasından tərtib etdiyi biblioqrafiyada Xalq şairi Xəlil Rza Ulutürkün əsər-
ləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında materiallar
toplanmışdır.
Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978 9952 476 02 6
©M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2017
B i b l i o q r a f i y a
3
Tərtibçidən
Türk dünyasında zaman-zaman azadlıq
uğrunda mübarizə və
mücadiləyə qalxan, canlarından keçən bir çox görkəmli şəxsiy-
yətlər və yazarlarımız olub. Bunlardan biri də Azərbaycanın Xalq
şairi, istiqlalımızın mücadiləçisi Xəlil Rza Ulutürkdür.
Ulutürk doğma Azərbaycanını canından əziz tutan, Vətəninə
sevgisini təkcə sözü ilə deyil, əməli ilə də sübuta
yetirən vətənpər-
vər insan, başqalarına örnək ola biləcək güclü şəxsiyyət olmuşdur.
2017-ci ilin oktyabr ayında Azərbaycanın Xalq şairi, tənqid-
çi, ədəbiyyatşünas, tərcüməçi, Türk dünyasının tanınmış şairi
Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyi tamam olur.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının “Azərbay-
canın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı “Xəlil Rza
Ulutürk” adlı göstərici onun haqqında tərtib olunmuş ilk funda-
mental biblioqrafiyadir.
Bu nəşrdə şairin əsərləri, həyat və yaradı-
cılığı, siyasi fəaliyyəti haqqında 1948-2017-ci illərdə dərc olunan
zəngin material toplanmışdır.
Vəsaitdə “Xəlil Rza Ulutürkün həyat və yaradıcılığının əsas
tarixləri”, “Xəlil Rzanın yadda qalan misraları”, “Xəlil Rza
Ulutürk qələm dostları haqqında”, “Görkəmli şəxsiyyətlər və qə-
ləm dostları Xəlil Rza haqqında” bölmələri öz əksini tapmışdır.
Azərbaycan və rus dillərində tərtib edilən biblioqrafik göstə-
ricidə materiallar xronoloji prinsiplə, daxildə isə əlifba sırasına
uyğun olaraq qruplaşdırılmışdır. Vəsaitdən istifadəni asanlaşdır-
maq məqsədilə sonda köməkçi göstəricilər verilmişdir.
Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-bib-
lioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Göstərici haqqında rəy və təkliflərini
bildirən mütəxəssislərə
və oxuculara əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və
rəylərini M.F.Axundov adına Milli Kitabxanaya göndərmələrini
xahiş edirik.
Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 57;
E-mail: contact@anl.az;
URL:www.anl.az
X ə l i l R za U l u t ü r k
4
Xəlil Rza Ulutürk – Azərbaycançılıq
məfkurəsinin davamçısı
Xəlil Rza Ulutürk XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi,
istiqlal şairi, ədəbiyyatşünas-alim, tərcüməçi, memua-
rist və ictimai xadimdir. O, milli-demokratik hərəkatımızın usanmaz
mücahidi, istiqlalçılıq, türkçülük və azərbaycançılıq məfkurəsinin
davamçısıdır. Xəlil Rza üç istiqlal şairimizdən:
Məhəmməd Hadi,
Əhməd Cavad və Məhəmməd Biriyadan biridir.
X.R.Ulutürk 21 oktyabr 1932-ci ildə
*
Salyan qəzasının
Pirəbbə bölgəsində dünyaya gəlib. 1949-1954-cü illərdə ADU-
nun filologiya fakültəsində, 1957-1959-cu illərdə Moskvanın
Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub.
1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədə-
biyyatında poema janrı (1945-1950)”
mövzusunda namizədlik,
1985-ci ildə “Məqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbay-
can-özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda
doktorluq dissertasiyalarını müdafiə edib.
1959-1969-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universi-
tetində müəllim, dosent işləyib. 1969-1994-cü illərdə AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunda çalışıb.
İlk şeiri (“Abşeron”) 1948-ci ildə, ilk şeir kitabı (“Bahar
gəlir”) 1957-ci ildə nəşr edilib. 1954-cü ildən Azərbaycan və
SSRİ Yazıçılar Birliyinin üzvü olub. 1986-cı ildə “Əməkdar
incəsənət xadimi”, 1992-ci ildə“Xalq şairi”, 1995-ci ildə “Türki-
yə Respublikasının Milli şairi” fəxri adlarına layiq görülüb.
Azərbaycanın milli azadlıq hərəkatında fəal iştirakına görə
26 yanvar 1990-cı ildə SSRİ Dövlət
Təhlükəsizlik Komitəsi
*
Bəzən X.Rzanın təvəllüd tarixi 1933-cü il də göstərilir. Şairin pasportu, hərbi
biletində də 1933-cü il göstərilib. Lakin X.Rzanın özü bunu 1932-ci il kimi
vurğulayıb. “Təşviqatçı” jurnalını özü ilə yaşıd bilib (yəni nəşr ili – 1932-ci il).