B i b l i o q r a f i y a
5
tərəfindən həbs edilib. Bakı, Rostov, Voronej və Moskvadakı
Lefortovo zindanında 8 ay 13 gün saxlanılıb.
22 iyun 1994-cü ildə vəfat edib. Qəbri Fəxri xiyabandadır.
1995-ci ildə “İstiqlal ordeni” ilə təltif edilib. 1995-ci ildə
anadan olmasının 60 illiyi, 2004-cü ildə 70 illiyi, 2012-ci ildə 80
illiyi dövlət səviyyəsində qeyd olunub.
X.Rzanın Prezident sərəncamları əsasında 1, 2 və 5
cildlik
seçilmiş əsərləri nəşr edilib. O, 36 bədii, 15 tərcümə, 13 elmi, 7
memuar kitabın müəllifidir. Haqqında 9 elmi kitab çap olunub.
X.Rzanın babaları 20-30-cu illərdə bolşeviklər tərəfindən
güllələnib, torpaq sahələri əllərindən alınıb. Atası Rza kişi İkinci
Dünya müharibəsində Moskvaaltı döyüşlərdə ağır yaralanıb,
1947-ci ildə vəfat edib.
Xəlil Rza Salyan rayonundakı “Sosializm yolu” qəzeti
redaksiyası nəzdindəki poeziya dərnəyi, M.İbrahimovun 1948-ci
ildə təşkil etdiyi “Gənclər günündə” dərnəyi, C.Xəndanın və
B.Vahabzadənin təşkil etdiyi dərnəklərdə iştirak edib. N.Xəzri,
M.Araz, Qabil, S.Tahir, Ə.Kürçaylı, F.Qoca kimi M.Qorki adına
Ali Ədəbiyyat kurslarında oxuyub. Atası yeniyetmə oğluna
Füzuli, Raci, Dəxil, Dilsuz, Sabir, Tofiq Fikrət, Nəvai, Rustaveli,
Əlibəy Hüseynzadə, Ziya Göyalp, Qumru, Yunus İmrədən söh-
bətlər edib,
bütün bunlar onun mənliyinə, psixologiyasına təsir
göstərib. Bakıdakı, Moskvadakı təhsil illəri Xəlil Rzanın şüur və
məfkurəsini oyandırıb.
Şair Moskvada, Rusiyanın dissident gənclər nəsli ətrafında
oxuyub, Lev Ozerov, Pavel Antokolski onun müəllimləri olub.
K.Simonovun “Novıy mir” jurnalından qovulması, B.Tvardovski-
nin təqib olunması, B.Pasternakın “Doktor Jivaqo” əsərinə görə
SSRİ Ədəbiyyat Fondu üzvlüyündən çıxarılması, Soljenitsının
dissidentliyi... onun “gözləri qarşısında” baş verib.
Xarici ölkələrin görkəmli yazıçıları Pablo Neruda, Romen
Rollan, Mixail Şoloxov, Nazim Hikmət və başqaları ilə görüşlər,
Moskva ədəbi mühiti, Ç.Aytmatov, R.Həmzətov, Y.Yevtuşenko,
D.Kuqultinov kimi tələbə dostların əhatəsi, bütün bunlar
X.Rzanın dünyagörüşünə ciddi təsir göstərib.
X ə l i l R za U l u t ü r k
6
Sənətkar ali məktəbdə Nizami, Nəsimi, Füzuli, Sabir, Səməd
Vurğun və başqalarından mühazirələr oxuyanda, gəncləri ayağa
qaldıranda, “Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
oyadar xəlqi əfğanım o sahildə, bu sahildə” deyib,
iki yerə
parçalanmış torpağın, insanların dərdini ifadə edəndə izlənilməyə
başlayıb. X.Rza 1961-ci ildən 1975-ci ilədək Azərbaycan KP
MK, DTK və Yazıçılar İttifaqı səviyyəsində təqib olunub. “Ana
dili”, “Dəlidağ”, “Məftillə sarınmış yaralar”, “İki qardaşın
söhbəti”, “Gələcəksən baharda”, “Adımız, soyadımız”, “Qalx
ayağa, Vətənim” poema və şeirlərini vaxtında çap etdirə bilməyib.
X.Rza APİ-dən qovulub (1969), uzun müddət işsiz qalıb,
Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundova, şöbə
müdiri Cəfər Cəfərova, Teymur Elçinə (Əliyevə) ərizələrlə müra-
ciət edib. İctimai-ədəbi mühitdən mümkün qədər təcrid edilən
sənətkar dissident həddinə gəlib. Şair 2 mart 1962-ci il tarixli
müraciətində yazırdı: “Məni hər addım başı təhlükə gözləyir –
dərrakəsi, vətən eşqi, partiya əqidəsi
olmayan miskin adamlar
tərəfindən olan təhlükə... Mən Naxçıvan, Ordubad, Şahbuz görüş-
lərimdəki çıxışlarımda ehkamçılara, dargözlərə, partiya deyə-
deyə partiyaya zərbə vurmağa hazır olanlara qarşı nifrətimi gur
səslə elan etmişəm. Mən hələ də o yerlərdən məktub almaqda-
yam. O məktublar belə bəd ayaqda mənə qüvvət verir. Tutduğum
yolun doğruluğuna məni inandırır. Bəzən belə bir axmaq fikrə
düşürəm ki, bir halda ki, Azərbaycanda qüdrətli adamların sayı
bu qədər azdır, baş götürüb Özbəkistana,
yaxud qeyri yerə getmə-
liyəm. Məni bundan sonra da sıxışdırsalar, çap imkanı verməsə-
lər, başqa çarəm qalmayacaqdır.
H.Ə.Əliyev demişdir: “O illər, 60-70-ci illərdə Azərbaycanda
dissident axtarsaydıq, onlar çox idi. Ən böyük dissident Bəxtiyar
Vahabzadə idi. Hətta mənim xatirimdədir, mən Təhlükəsizlik
Nazirliyində işləyən zaman onun həbs olunması məsələsi qoyul-
muşdu. Yaxud da ki, Xəlil Rza ən böyük dissidentlərdən biri idi.
Çünki onun əsərləri, o cümlədən Bəxtiyar Vahabzadənin əsərləri
həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtkı kommunist ideologi-
B i b l i o q r a f i y a
7
yasına zidd idi və buna görə də onlar dissident idilər.
Ancaq biz
Xəlil Rzanı da qoruduq, saxladıq.”
“...Xəlil Rzanı da həbs etmək məsələsini qoymuşdular. Onu
da mən qoymadım, xilas etdim, neçə-neçə belələrini xilas etdim.”
Şair KP MK-nın birinci katibi H.Əliyevə ünvanladığı 1969-
cu il 9 oktyabr tarixli məktubunda yazırdı: “Azərbaycan dilinin
təsir dairəsini genişləndirmək, milli simasını itirmişlərə qarşı
amansız olmaq, qənimətçilərə, rüşvətxorlara qarşı mübarizədə
əsla güzəştə getmədən döyüşmək sizinlə birlikdə mənim də məra-
mımdır”. X.Rzanın milli şüur və məfkurəsinin ilk təzahürü ana
dilinə münasibətilə bağlıdır. Zəngin folklordan, klassik poeziya-
dan (ədəbiyyatdan), “Əkinçi”, “Kəşkül”, “Molla Nəsrəddin”dən
üzü bəri dil məsələsi həmişə vacib problemlərdən olub.
Milli mənlik şüurunun təzahürü vətəndaşlıqdır. X.R.Ulutürkdə
vətəndaş ideyasının mənbəyi Vətən və xalqdır. Bu ideya milli ideal
(azadlıq) və xalq taleyinin daşıyıcısıdır. Şairin yaradıcılığında milli
azadlıq hərəkatının doğuşunda həmin ideyanın tarixi rolu olub.
Milli ruh 1930-cu illərdə S.Vurğunun “Azərbaycan” (1935),
40-cı illərdə O.Sarıvəllinin “Gətir, oğlum, gətir” (1943), 50-60-cı
illərdə B.Vahabzadənin “Gülüstan” (1958), “Ana dili” (1960),
M.Şəhriyarın “Heydər baba” (1954), S.Tahirin “Ana dili” (1959),
H.Savalanın “Türkcə təranələr” (1962), B.Səhəndin “Sazımın
sözü” (1965), X.Rzanın “Ana dili” (1959), “Dilim mənim, nərəm
mənim” (1962) şeirlərində təzahür edib.
İstiqlal məfkurəsi B.Vahabzadə, M.Araz, X.R.Ulutürk və
S.Tahir özünüdərkinin mənbələrindən olub. X.Rzanın yaradıcılı-
ğında 1950-80-ci illər boyunca
bu məfkurənin doğuşunu və
inkişafını aydın müşahidə edirik.
X.Rzanın 1950-60-cı illərdən başlayan istiqlal məfkurəsində
(“Afrikanın səsi” (1960), “Gözün aydın, Azərbaycan” (1968),
“Yetkinləş, Xəlil” (1968), “Gedər”) milli və bəşəri səviyyədə
azadlıq düşüncələri ilə bərabər, Quzeylə Güneyin birləşdirilməsi
– bütöv Azərbaycan ideyası ifadə olunub.
Şairin azadlıq məfkurəsi 1950-60-cı illərdə mücərrəd məna,
ideya daşıyıb, əsasən, romantika, təxəyyül məhsulu olub. Sənətkar
X ə l i l R za U l u t ü r k
8
1970-ci illərdə beynəlxalq mövzuda yazdığı şeirlərində də milli
ruhunu canlandırıb, bəşəridə milli, millidə bəşəri ideya axtarıb.
1960-70-ci illərin şeirlərində X.Rzanın
istiqlal düşüncələri
“sızmalar” şəklindədir. 1970-ci illərin axırları, 1980-ci illərin
şeirlərində isə güclü olub, şairin milli məramını aydın nişan verir.
X.Rzanın 1980-ci illərdəki əsərləri imperiyanın kəskin ifşası,
yəni mübarizə pafosu, Azərbaycan xalqının müstəqilliyi, suveren-
liyi, yəni milli istiqlaliyyəti ilə bağlı olub. Bu illərin şeirlərində
qüdrətli çağırış ruhu şairin qayə və məramını aydın göstərib.
Şairin millilik uğrunda mübarizəsi ilk əvvəl özü ilə mübari-
zəsindən başlayıb (“Əyilmək qorxusu” (1973), “Gücüm, gücsüz-
lüyüm” (1978), “Çılğınlıqdan dözümə keçid” (1984), “Dözümlü
ol, dəli könül” (1984)).
“Məndən başlanır Vətən” (1983), “Heç bir ehtiyat” (1986),
“Heç olmasa bircə nəfər” (1986) şeirlərində X.Rzanın tərəddüdlə-
ri
yox olub, şair qətiyyətli hökmü, andı ilə məqamlaşıb. Sənətka-
rın həyat mövqeyində səbatın, qətiyyətin rəhni xalqın sarsılmaz
gücü olub (“Xalq qüdrəti” (1986)).
Х.Rza yaradıcılığının qida mənbələrindən biri də türkçülük
məfkurəsidir. Türkçülük şüuruna qayıdış imperiya siyasətçilərini,
xristianlığı həmişə narahat edib. Onlar “pantürkist”, “panislamist”
istilahları uydurub, türkləşmək ideologiyasını, dövlət və millət
varlığını inkar etməyə çalışıb.
Ötən əsrin 1980-ci illərində Azərbaycanda milli-demokratik
hərəkatın başlanması, müstəqil dövlətçiliyin bərpasından sonra
(1991) türkçülük məfkurəsi ideoloji-mədəni əhəmiyyət kəsb edib
və Xəlil Rza Ulutürkün yaradıcılığında
daha poetik qüvvətlə
səslənib. Şairin “Qalx ayağa, Azərbaycan”, “Yalnız pasportun-
da”, “Boz qurda öygü”, “Mən günəş ürəkli Xəlil Rzayam” və baş-
qa şeirlərində türkçülük milli müəyyənlik kimi dəyərləndirilib.
X.R.Ulutürk turançılıq idealında Türkiyəni (“Yaşasın od yur-
du, qardaş Türkiyə”, “Nə yaxşı ki...”, “Xəlil, bir az səbr elə”)
“köksümüzə səngər” bilib. Onun nəzərində türkçülük, turançılıq
fatehlik, mənəmlik olmayıb. Xəlil Rza türk birliyini ona görə tə-
rənnüm edib ki, türk zəif olanların xilaskarıdır.