Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə23/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   19   20   21   22   23   24   25   26   ...   102

____________________Milli Kitabxana______________________ 

85 


 

Lakin indi bunları son unutmuşsan, ey insan,  

Heyif olsun sənə, heyif, yazıq sənə, bir utan! 

 

Bəzən guya meyl edirsən xaliqə, ibadətə,  



Bu yerdə də pərdə olur öz varlığın taətə. 

 

Taət etsən behişt şövqi, ya cəhənnəm xofindən,  



Yəqin bil ki, dərgahında sədaqətli deyilsən. 

 

Çünki bu nəfs istəyidir, xudpərəstlik deməkdir,  



Həqqə taət əvəzinə, qurulmuş bir kələkdir. 

 

Bəhaidən yenə düşdü yadıma bir rəvayət, 



Bu yerdə çox münasibdir qoy eyləyim hekayət. 

 

O demişdir: - Əvəz almaq məqsəd olsa taətdən,  



Kor olmaqdır, muzdurluqdur, əl çək belə adətdən. 

 

Aşiqlərə məqsəd ancaq yar vəslidir hər zaman,  



Cənnət şövqi, ya cəhənnəm xofi bilməz o bir an. 

 

Hər kəsin ki, yar sevdası başındadır nə qəmi,  



Onun vardır öz behişti, öz müdhiş cəhənnəmi. 

 

Kafirlərin küfri, həm də dini hər bir dindarın,  



Ürəyində bir zərrəcik dərdə bənzər əttarın. 

 

Hər şəxsin ki, olsa bu cür yüksək ali hümməti,  



Əssabiqun ayəsindən alar gücü, qudrəti. 

 

Candan keçib çatar o dəm cananının vəslinə,  



Əzəliyyət aləmilə qavuşar bil o yenə. 

  



____________________Milli Kitabxana______________________ 

86 


 

FAZİL XAN ŞEYDA 

 

Fazilxan  Şeyda XVIII əsrin sonlarında Təbrizdə mühəndis ailəsində 



doğulmuşdur. Anadan olduğu il məlum deyil. Əsl adı Molla Fətulladır, Təbrizdə 

mükəmməl ruhani təhsili almışdır.  Şeirlərində yüksək vəzifəli adamları  tənqid 

etdiyinə görə dövlət məmurları və ruhanilərin təqiblərinə məruz qalmışdır. Buna 

görə 1838-ci ildə İranı tərk edərək Tiflisə gəlmiş və Rusiya təbəəliyinə keçmişdir. 

Fazil xan 1846-cı ildə Qafqaz canişinliyində dəftərxana müdiri, 1847-ci  ildə 

isə Tiflisdə yeni açılmış  şiə  məktəbinə müəllim təyin edilmişdir. O, Tiflisdə 

yaşadığı zaman "Divani-hikmət"  ədəbi məclisinin yığıncaqlarında iştirak 

etmişdir. Şair 1852-ci ildə Tiflisdə ölmüş və şəhərin müsəlman qəbristanlığında 

dəfn olunmuşdur. 

Fazil xan Şeydanın həyat və fəaliyyəti  ətraflı öyrənilmədiyi kimi əsərləri də 

tam halda əldə edilməmişdır. Burada verilən məlumat və nümunələr "Yazıçı" 

nəşriyyatının çap etdiyi "Poetik məclislər" (1987) kitabından götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,  



Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan. 

 

Əcəb xalü əcəb hindu, əcəb dəndan, əcəb lölə,  



Əcəb kakil, əcəb əbru, əcəb qövsü əcəb müjgan. 

 

Əcəb ləlü əcəb gövhər, əcəb saqi, əcəb kövsər,  



Əcəb hüsnü əcəb zivər, əcəb hürü əcəb qilman. 

 

Əcəb şuxü əcəb surət, əcəb zibü əcəb zinət,  



Əcəb mahu əcəb tələt, əcəb Yusif, əcəb Kənan. 

 

Əcəb lalə, əcəb gülşən, əcəb dilcu, əcəb əhsən,  



Əcəb nərgis, əcəb susən, əcəb qönçə, əcəb xəndan. 

  



____________________Milli Kitabxana______________________ 

87 


 

Əcəb zülfü əcəb sünbül, əcəb xalü əcəb filfil,  

Əcəb tuti, əcəb bülbül, əcəb əhmər, əcəb xoşxan. 

 

Əcəb eşqü əcəb sevda, əcəb Fazil, əcəb Şeyda,  



Əcəb şuriş, əcəb qovğa, əcəb məcnun, əcəb giryan. 

 

* * * 



Dəyən bülbül pərinə daima gülzarsız qalsın,  

Salan aşiqləri pərgardən pərgarsız qalsın. 

 

Hər əl əl ki urar şanə o geysuyi-pərişanə,  



Mənim aşüftə könlüm tək, xudaya, yarsız qalsın. 

 

Məni lal eyləyən bülbül kimi bir böylə mövsümdə,  



Suali-həqq olanda, ey xuda, göftarsız qalsın. 

 

O səf-səf çəkilən zülfün şikəncin sındıran şanə,  



Dağılsın səfləri, Allah, görüm sərdarsız qalsın. 

 

O çin-çin zülfi-pürçinin xəraci Çinü Maçinə  



Verə gər Fazili-Şeyda, görüm, zünnarsız qalsın. 

 

MÜXƏMMƏS 

 

Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin,  



Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,  

Eşq canına salıb, afəti-can eyləməsin,  

Onu dildən-dilə məşhuri-cahan eyləməsin,  

Açılan qönçə kimin ömrü xəzan eyləməsin. 

 

Mənə cövrü sitəm etməkdə fələk qoymadı kəm,  



Necə Yusif kimi zindanə salıbdır möhkəm,  

İstəməm bir kəsə izhar eləyim möhnətü qəm,  

Yoxdur aləmdə dəxi bir belə yari-möhkəm  

Ki, nihan sözlərimi xəlqə bəyan eyləməsin. 

 

  



____________________Milli Kitabxana______________________ 

88 


 

Gah naz ilə, gahi işvə ilə ol kafər,  

Tiği-hicranilə hər ləhzədə can qəsdin edər,  

Yetişən dadıma yox kimsədə insaf məgər?  

Deyin ol zalimü xunxarə ki, Allahı sever,  

Öldürüb aşiqi, nahəq yerə qan eyləməsin. 

 

O qara gözlü ki, bir qan içici qatil imiş,  



Natəvan könlüm əcəb yerdən ona mayil imiş,  

İndi bildim ki, bu günlərdə vəfa müşkül imiş,  

Deyin ol bülbülə kim, naləsi bihasil imiş,  

Daxi bundan sora gülşəndə fəğan eyləməsin. 

 

Yar özü könlün eda mənzilini Şeydanın,  



Görə başdan-başa razi-dilini Şeydanın,  

Açıban lütf ilə bu müşkülüni Şeydanın,  

Çərx soldurmasın, axır, gülüni Şeydanın,  

Ömrünün tazə baharını xəzan eyləməsin. 

  

 

 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə