Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə21/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   17   18   19   20   21   22   23   24   ...   102

____________________Milli Kitabxana______________________ 

77 


 

Təmənnasında gün-gündən məni-dilxuni şeyda qıl;  

Gərəkməz namü namusum, qəmi-eşqilə rüsva qıl,  

Verib dünyavü din nəqdin məlai-vəslə sevda qıl.  

Əgər yox dəstrəs sevdayə bari get tamaşa qıl,  

Gəlibdir Yusifi-gülpirəhən bazarə, bismillah. 

 

Çəkərdin arizu daim deyirdin şövqi-yar ilə - 



Ki, düşsün ittifaqi-vüslət ol siminüzar ilə,  

Edim canım ona təslim zövqü etibar ilə,  

Durubdur ol büti-sərməst tiği-abidar ilə,  

Sözün gər doğrudur, ey aşiqi-biçarə, bismillah. 

 

Demişdin, ey büti-tərsanikəc, bərhəmzəni-aləm – 



Ki, etməm aşiqimdən mən yaman gün iltifatim kəm.  

Alıbdır səbrimi dərdü bəla can qəsdin eylər həm,  

Əgər iqrarı sabitsən vəfa həngamidir bu dəm,  

Tərəhhüm qıl, qədəm bas dideyi-xunbarə, bismillah. 

 

Olubdur qərqi-xunabi-cigər çeşmi-tərin, Qüdsi,  



Yanıbdır daği-möhnətdən düi-qəmpərvərin, Qüdsi,  

Gətir təqrirə bir-bir yarə ərz et qəmlərin, Qüdsi,  

Əgər bu şivədən dilgir olarsa dilbərin, Qüdsi,  

Şüru eylə bir özgə vəchlə izhara, bismillah. 

 

MİŞKATÜL-ƏNVAR 

 

İxtisarla 

 

Ey düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,  



Zahidlikdə mən görmürəm nicat üçün əlamət. 

 

Küfrilə din heyran qalıb, onlar kimi arayır?  



Daraq kimin mişk ətirli saçlarını darayır?! 

 

Mən duyuram ruhoxşayan yar ətrini inanın,  



Can mülkündən xəbər verir iltifati cananın. 

  



____________________Milli Kitabxana______________________ 

78 


 

Nəşə verdi yar canından nuş etdiyim hər damla,  

Adı ilə bəzədim bu kitabımı inamla. 

 

Çünki onun hümmətinin feyzi ilə bu pak can,  



Günəş kimi tülu etdi sanki qara torpaqdan. 

 

Hər nə qədər tərifini mən söyləsəm var yeri,  



Odur bizə kəşf eyləyən bilinməyən şeyləri. 

 

O səadət günəşidir mənə işıq, nur verən, 



Odur mənim hər zərrəmdə yüz möcüzə göstərən. 

 

Bu canımdir ancaq onun bir müşkatul-ənvari,  



Bu qəlbimin xəznəsidir o məxzənül-əsrari. 

 

Bu kitabda istəyirəm yazım onun sirrindən, 



Qoy "Mişkatül-ənvar" - deyə adlandırım onu mən. 

 

Qəribədir, tarixi də sanki doğmuş əsrardən,  



Hasil oldu can adı da bu "Mişkatül-ənvar"dən. 

 

Ey misilsiz cavan, çalış hümmət eylə hər işə,  



Cavanbəxtsən, qoca kimi tədbirli ol həmişə. 

 

Cavanlıqda dərdlər səni tez qocaltdı, durma get!  



"Var"ın, "yox"un cəfasından varlığını xilas et! 

 

Ey işıqsız yar gözünə nur bəxş edən gün kimi,  



Ey zavallı aşiqlərin dərdlərinin həkimi. 

 

Bu xəstəyə öz qəmzəndən lütf et, bir dərman göndər,  



Gülüşündən bu ölmüşə ruh ver, yeni can göndər. 

 

Qüdsini sən bu səhrada qoyma qalsın sərsəri,  



Öz yolunu itirənin, axı, sənsən rəhbəri. 

 

Həqiqətə çatmaq üçün mənə doğru yol göstər,  



Nədə bir səhv etsəm onu, bir mürəbbim ol, göstər! 

  



____________________Milli Kitabxana______________________ 

79 


 

FİKRİN İZAHl 

 

Ömür keçdi boş-boşuna, etdik daim ahü vah,  



Keçdi xoşluq zamanları, çatdı bəla günü, ah! 

 

Ey saqi, ver piyaləni, doldur, içim durmadan,  



Bəlkə şadlıq bir də gəlsin qəlb evinə meyhiman. 

 

Əl tutmasan qəmlər məni məhv eyləyər, yaxşı bil,  



Ona görə verdiyin su adlanmada Səlsəbil. 

 

Ey saqi, gəl atəşimə bir su çilə, çat dada,  



Qızışdırsın ta ki, o su atəşimi daha da. 

 

Qəlb evinin təmizliyi o şərabdan pay alar,  



Su deyilir ona, lakin bir atəşdir aşikar. 

 

Ey saqi, bu ruzigardan mən də bir kam almadım,  



Bir badə ver, ənbər içən, çağırılsın qoy adım. 

 

Bəlkə o mey nicat verə mənə sonsuz kədərdən,  



Torpağıma ruh piləyə, cana gələm bir də mən. 

 

Ey saqi, bir ayna ver ki, dünyaları seyr edim,  



Tut qarşımda, sənə gözəl bir macəra söyləyim. 

 

Tuti ayna görən kimi məlumdur ki, dil açar,  



Sən də sudan bir ayna tut, sirlər edim aşikar. 

 

Saqi, mənə abi-həyat peymanəsi əta et,  



Əsrlərin günəşilə bu dərdimə dəva et! 

 

Qoy yarımın surətini mən göstərim badədə,  



Əhsən desin bu qüdrətə yar da, mən də, badə də. 

 

Bu dünyada hər kəs olur vəchlə kamiran, 



Zülmətdən - Xızr, mənsə günəş çeşməsindən hər zaman. 

  



____________________Milli Kitabxana______________________ 

80 


 

Ey saqi, mən dərd içində avarayəm ruzü şəb,  

Heyranlığın səhrasında dolanıram təşnələb. 

 

Susuzluğa bir çarə qıl, ürəyimi sirab et,  



Sən bu suyun xassəsini anlat mənə, savab et! 

 

"Cami-mey" ki, söyləyirlər, bu sözdə nə məna var?  



Acı badə içində de nə qəribə halət var. 

 

Nəzərlərdə saf, gül rəngi görünür o hər zaman, 



İçəriyə çəkən zaman neçün olur qızıl qan? 

 

Deyirlər ki, huşyar edər içənləri bu badə,  



Bəs neçin məst, xar eləyir, verir həyatı badə? 

 

Gözə bir cür görünən bu mayedə min sifət var?  



Onda şoran duzu vardır, Fəratdan da nemət var. 

 

Sənə qurban olum, saqi, sakit qalma, yenə dur,  



Sən hərəkət edən zaman məclisimiz şən olur. 

 

Dolu şərab badəsi ver, unudum hər dərdi mən,  



Bəlkə bir az can qurtarım bu şüurun əlindən. 

 

Urək şənlik məclisinin çiçəklənən bağıdır,  



Ağıl isə yolkəsən tək vurub onu dağıdır. 

 

Dünyaları əks eyləyən saf aynadır bu ürək,  



Ağıl toxu örtər onu paslı, qara pərdə tək. 

 

Lütf et, saqi, məqsədimə çatım bəlkə birtəhər,  



Bihuş olub qələm çəkim huşyarlığa bir qədər. 

 

Urək azad olan zaman işgəncədən, əzabdan, 



Bəlkə ona gizli sirrlər olacaqdır nümayan. 

 

Biləcəkdir bu badənin xoş səfası necədir,  



Biləcəkdir ibtidası, intihası necədir. 

 

Əgər mənə kömək olsan, ümidim var, nəhayət,  



Sənin gözəl niyyətinlə kəşf edilə həqiqət. 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə