Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə29/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   25   26   27   28   29   30   31   32   ...   102

____________________Milli Kitabxana______________________ 

110 


 

  

 



* * * 

Ta kim, gözüm ol sərvi-güləndamə düşübdür,  

Vəslin dilər, amma təməi-xamə düşübdür. 

 

Xali-siyəhin gördü könül zülfünə düşdü,  



Bir quş kimi kim, danə üçün damə düşübdür. 

 

Sirri-dəhənin bulmağa zehnim dolanır çox,  



Biçarəni gör kim, qələt övhamə düşübdür. 

 

Geysuləri içrə yüzünü gizlədi ol məh,  



Yüz ah ki ömrüm günü axşamə düşübdür! 

 

İşrətlə qəmi qismət edən vəqt müqəssim,  



Qəm hissəsi mən xəsteyi-nakəmə düşübdür. 

 

Gör halımı, ey badi-səba, yarə degil kim,  



Hicrində filani yaman əyyamə düşübdur. 

 

Göstərsə mənə ruyin əgər şahidi-məqsud.  



Ol dəm bilərəm qəm günü əncamə düşübdür. 

 

Əksi-rüxi-saqi görünür badədə, oldur  



Bais, həvəsim badeyi-gülfamə düşübdür. 

 

Eyb eyləmə, ey Nacini meyxarə görən kəs,  



Yengicə kişi şiveyi-islamə düşübdür. 

 

* * * 



 

Bizi öldürdü fəraqında qəmin, ay qaragöz,  

Nə qəmin, düşmənə lütfü kərəmin, ay qaragöz. 

 

Səni tərk eyləməzəm, cismimi hər ləhzə əgər  



Çak-çak eyləsə tiği-sitəmin, ay qaragöz. 

  



____________________Milli Kitabxana______________________ 

111 


 

Muyə döndərdi təni-zarimi zülfün həvəsi,  

Qıldı xəm qəddimi əbruyi-xəmin, ay qaragöz 

 

Paybənd etdi qədin, eylədi dilxun dəhənin,  



Qönçəvü sərvini baği-İrəmin, ay qaragöz. 

 

Var mənim həm neçə min xeyli-qəmü ənduhum  



Gər sənin var isə min-min həşəmin, ay qaragöz. 

 

Zirveyi -ərşə yetər payeyi-izzü şərəfim,  



Başıma yetsə qubari-qədəmin, ay qaragöz. 

 

Qurtatar rəncü qəmü dərdü bəladən Naci –  



Vətəni olsa hərimi-hərəmin, ay qaragöz. 

 

* * * 



Bəlayi-eşqdən dönməz mənim piranəsər könlüm,  

Əcəb biəqldir kim, hiç bilməz xeyrü şər könlüm. 

 

İçib mey şövq camından, olubdur məsti-laəyqil – 



Ki, gər aləm sərasər olsa qəm, tutmaz xəbər könlüm... 

 

Sanır peykani-qəmzən müttəsil könlümdə sakindir,  



O məcruhun həsəddən dəmbədəm qanın içər könlüm. 

 

Əgər daş olsa dözməz xublər zülminə, heyranəm  



Nə eylər kim, dözər ol zülmə bu xunincigər könlüm. 

 

Gözəllər ruyi-zibasın görüb məsrur olan gözdür,  



Düşüb şövq atəşi içrə əbəs zəhmət çəkər könlüm. 

 

Mənə yüz versə gər dünyavü mafiha, yüzüm gülməz – 



Ki, daği-hicrdən xali deyil şamü səhər könlüm. 

 

Yetən məhruyə can versəm, mənə eyb etmə, ey Naci,  



Ki, öz canü tənimdən əhli-hüsnü çox sevər könlüm. 

  



____________________Milli Kitabxana______________________ 

112 


 

* * * 


Saqiya, ver mey ki can ilə bərabərdir mənə.  

Bəlkə canımdan ziyadə xubü behtərdir, mənə. 

 

Meydən özgə yox dəxi bir çarə mən dilxəstəyə,  



Çünki qəm çəkmək cahan içrə müqərrədir mənə. 

 

Şadlıqdan qeyri fərzən yüz ələm qılsam tələb  



Bəxti-naməsuddən cümlə müyəssərdir mənə. 

 

Olmasa mənzuri-çeşmim ləli-nabın, bərgi-gül  



Cismimi yandirmağa guya ki əxkərdir mənə. 

 

Üz çevirsəm mənbərü mehrabdən, eyb etmə kim,  



Həlqeyi-zülfün, qaşın mehrabü mənbərdir mənə. 

 

Üstümə qəm ləşkərin çəkmiş, məni tənha sanıb,  



Bilməmiş sən dilrübanın eşqi yavərdir mənə. 

 

Naciyəm, cürmü xətadan dəxi yoxdur bir qəmim – 



Kim, səri-kuyin təvafi-Həcci-əkbərdir mənə. 

  



____________________Milli Kitabxana______________________ 

113 


 

MİRZƏ İSMAYIL QASİR 

 

XIX  əsrdə "Qasir " təxəllüsü ilə tanınan Mirzə  İsmayıl Molla Səlim oğlu 



Axundov (1805-1900) Şamaxı  qəzasının Ləki kəndində (indiki Ağdaş rayonuna 

daxildir) ruhani ailəsində doğulmuşdur. 7 yaşında olarkən atası vəfat etmiş, o, 

anasının və bacılarının himayəsində böyümüşdür. 

İlk təhsilini Şamaxıda mollaxanada alan Qasir sonra Təbrizə gedərək, orada 

ərəb-fars dillərini və Yaxın Şərq ədəbiyyatını öyrənmişdir. O, Təbrizdən doğma 

vətənə qayıdaraq bir müddət  Şamaxıda yaşamış, Qaradonlu Sərhəd 

Məntəqəsində  işləmiş, nəhayət, XIX əsrin 50-ci illərində  Lənkərana köçərək, 

orada məktəbdarlıqla məşğul olmuşdur. Qasir Lənkəranda "Üsuli-cədid" 

məktəbi açmış və ömrünü xalqın maariflənməsinə sərf etmişdir. 

M.İ.Qasir gənc yaşlarından  şeir yazmağa başlamışdır, O, Lənkəranda 

fəaliyyət göstərən ''Fövcül-füsəha " ədəbi məclisinin başçısı olmuşdur. Əsərlərini 

həm klassik üslubda, həm də xalq şeri tərzində yazmışdır. Lakin şairin əsərləri 

vaxtında toplanıb naşr olunmadığından uzun müddət oxuculara naməlum 

qalmışdır.  Şairin nəvəsi  İshaq Axundov onun pərakənda  şeirlərini toplayıb 

səliqəyə salmış, AMEA Əlyazmalar  İnstitutunun  əməkdaşları T.Nurəliyeva və 

P.Kərimov həmin  əsərləri tərtib edərək 1988-ci ildə "Yazıçı" nəşriyyatında 

buraxdırmışlar. Bu kitabdakı nümunələr həmin nəşrdən götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Gördüm yenə cananımı canan arasında,  



Guya ki, durub huriyü qılman arasında, 

 

Hər kim görə ol qaməti-mövzunu deyər kim,  



Bir sərvü xuramandı gülüstan arasında. 

 

Ox tək qədi-dilcuyi oiub canıma peyvənd,  



Ney-ney bir əlifdir, yazılıb can arasında. 

 

Gördüm gözünü zülfi-siyahilə dedim bəs,  



Nərgiz açılıb sünbülü reyhan arasında. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə