____________________Milli Kitabxana______________________
106
Kəmali-eşqə kim eylədin iman,
Göstərdi üz sana yəqini-canan.
Sərvəri-xubanə bəxş eylədin can,
Bəxş eylədi sana ruhu-şəmail.
Girdin kim, meydanə mərdi-mərdanə,
Vermədin bac Təhəmtəni-dastanə.
Eylədin kim, ta xidməti-şahanə,
Şahənşahdan gəldi sana həmail.
Oynadarsan ki, top, qılırsan cövlan,
Çəkərsən ki, çilə, atarsan peykan.
Ey Seyid Nigari, ey mərdi-meydan,
Ey fənni-hünərdə ustadi-kamil.
GƏRAYLILAR
Aşıq oldum gene tazə
Bir növ cavanə, cavanə
Hanı bir əhli-dil yazə,
Ərzəm cananə-cananə.
Qəm əlindən getdim dadə,
Dərdimdir həddən ziyadə.
Yalvarıram, vermə badə
Zülfin Səlmanə, Səlmanə.
Cüda düşdüm ellərindən,
Kəsmədim göz yollarından.
Zülfi-Leyla əllərindən
Gəzdim divanə-divanə.
Bilməzəm ki, ol kərəmkar,
Əfv edərmi, günahım var.
Yalvarıram, mar kimi zar
Hərdəm yalmanə-yalmanə.
____________________Milli Kitabxana______________________
107
Qurdum ülfətin binasın,
Yıqdım dünyanın esasin.
Nigari, eşq səhrasın
Gəzdim mərdanə-mərdanə.
* * *
Əqlimi ey güli-xəndan,
Atdın həvayə-həvayə.
Eylədin bülbül tək əfqan,
Düşdüm ah-vayə, ah-vayə.
Qeydi-zülfində, ey mahim,
Ərşə yetişibdir ahim.
Mürəxxəs et, padişahim
Məni bir ayə, bir ayə.
Ləlindir ömrüm səfası,
Ağzındır dərdim şəfası
Ey sənəm, zülfin həvası
Əldə sərmayə, sərmayə.
Bəndi-bənd gəldim xuruşə,
Zövqi yetirdim suruşə.
Mayıl oldum cuşə-cuşə,
Ləbi həmrayə, həmrayə.
Dərsin almış rahibərdən,
Müshəfi-ruyi-dilbərdən.
Nigari hərdəm əzbərdən
Oxur min ayə, min ayə.
____________________Milli Kitabxana______________________
108
MOLLA QƏDİR NACİ
Molla Qədir Nacinin doğum və ölüm tarixi haqqında dəqiq məlumat yoxdur.
Əsərlərindəki işarələrə və tədqiqatçıların söylədiklərinə istinadən demək olar ki,
o, XVIII əsrin lap sonlarında, ya da XIX əsrin əvvəllərində Şamaxıda doğulmuş,
təxminən 70 il yaşamışdır. Şeirlərindən məlum olur ki, yaxşı mədrəsə təhsili
almış, klassik Şərq ədəbiyyatına, xüsusilə Məhəmməd Füzulinin yaradıcılığına
yaxından bələd olmuşdur. O, şeirlərinin bir çoxunu Füzulidən ilhamlanaraq
yazmışdır.
Əsərləri müasirləri tərəfindən yüksək qiymətləndirilmiş, təzkirə səhifələrini
bəzəmişdir. Bir sıra şeirləri Seyid Əzim Şirvaninin təzkirəsində, Hüseyn Əfəndi
Qayıbovun "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" kitabında
qorunub saxlanmışdır. Buradakı nümunələr Seyid Əzim təzkirəsinin çap
nüsxəsindən (1974) götürulmüşdür.
QƏZƏLLƏR
Nədir bais ki məndən şəfqətin kəm etmisən, cana!
Məni məhrum edib, əğyan məhrəm etmisən, cana!
Əgər Fərhad gəlsə, rəxnə salmaz zərrə miqdarı
Yetən nakəslə əhdin öylə möhkəm etmisən, cana!
Sərəfraz eylədin əvvəl məni yüz lütflər birlə,
Bu layiqdirmi, axır xakməqdəm etmisən, cana!
Salıbsan canıma firqət odundan bir şərarət kim,
Ləbim xüşk ol şərarətdən, gözüm nəm etmisən, cana!
Əgər aləm fərax olsa sərasər, girməgə yer yox,
Könül məmurəsin bir gunə pürğəm etmisən, cana!..
Sitəmkeş Nacini xaki-dərindən eylədin ixrac,
Rəqibani-cəfacuni mükərrəm etmisən, cana!
____________________Milli Kitabxana______________________
109
* * *
Səbadən- gül üzarın üzrə zülfi-müşkbar oynar,
Gülün yanında guya sünbili-pü tabdar oynar.
Edən təhrik ruyində niqabi-əbrgundurmu,
Və yaxud aftab üzrə gəzər əbri-bahar oynar?!
Sənin tək bibədəl şuxi gətirmiş dəhri-həftaba,
Nişatü zövqdən daim fələkdə biqərar oynar.
Görüb öz mehrini zäyil, fələk salmış sənə mehrin,
Dolanır başuva yüz şövq ilə leylü nəhar oynar.
Niqabım kəşf edib yüzdən əgər ərzi-cəmal etsən,
Olub məczuu bihuş hər nə kim, aləmdə var oynar.
Nəsimi-zülfünü bulsa məşami-Naciyi-xəstə
Olub pakubi-dəstəfşan məstvar oynar.
* * *
Dil bəla hicrində çəkməkdən vüsalındır qərəz,
Ağlamaqdan didə didari-cəmalındır qərəz.
Mərdümi-çeşmim dəmadəm kim, cigər qanın içər,
Röyəti-xakü xətü rüxsari-alındır qərəz.
Təc dilər üftadeyi-dərgahın olsun kim, ona
Ol mübarək yerdə olmaq payimalındır qərəz.
Cismi-zarım dərd çəkməkdən dönübdür mulərə -
Kim, ona vəsli-miyam-mumisalındır qərəz.
Xah əhvalım sual et, xah qıl qətlimə hökm,
Canə ancaq ləli-nabından məqalındır qərəz.
Safi olmaq istərəm fikrü xəyali-qeyrdən,
Könlüm içrə arizu fikrü xəyalındır qərəz.
Naciyi-biçarə ömrün eşq ara qılmış tələf.
Kim tamaşayi-rüxi-fərxəndəfalındır qərəz.