Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə27/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   23   24   25   26   27   28   29   30   ...   102

____________________Milli Kitabxana______________________ 

102 


 

 Dağlayıbdır məni bir laləüzari-Qarabağ,  

Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. 

 

Düşmədi kuyinə bir kərə güzarım gecələr,  



Sormadı halımı bir mahi-üzarim gecələr.  

Bir bana yanmadı kim, gəlmədi yarını gecələr,  

Ol səbəbdən alışır cani-fikarım gecələr.  

Yıqılır atəşə dil, artır azarım gecələr,  

Çəkilir nöh fələkə zari-həzarım gecələr.  

Dağılır hər tərəfə atəşi-zarim gecələr,  

Yandı pərvanə kimi odlara varim gecələr.  

Şəm tək nar ilə düşdü sərikarim gecələr,  

Bəs necə yanmaya bu könlümə narim, gecələr. 

 

Dağlayıbdır məni bir laləüzari-Qarabağ,  



Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. 

 

İltifat eyləmədi mehrsiz ol ay mana,  



Almadı pərdəni şol dilbəri-hərcay mana.  

Atmadı tirini peyvəstə qaşı yay mana,  

Arizin açmadı ol qönçeyi-həmray mana.  

Qılmadı mehr vəfa mahi-dilaray mana,  

Salmadı sayəsin ol mehr humsay mana.  

Heç meyl eylamədi bəççeyi-Ənqay mana,  

Müxtəsər, eylədi çox zülm şəhənşay mana.  

Kim olur nari-məhəbbətdə ki, bir tay mana. 

 

Dağlayıbdır məni bir laləüzari-Qarabağ,  



Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. 

 

Yandı canım gecələr, gəlmədi ol məh nə ücün,  



Almadı pərdəni şol, mehri-səhərgah nə ücün?  

Neyləyim, olmadı bir dəm bəna həmrah nə üçün,  

Eylədi çah yerim mahi-fələk çah nə üçün?  

Sormadı hali-pərişanimi ki, gah nə üçün,  

Yandım atəşlərə, ol olmadı agah nə üçün?  

Baqmadı bir bana bin söylədim, Allah nə üçün, 

  



____________________Milli Kitabxana______________________ 

103 


 

İltifat etmədi, ey vah, şəhinşah nə üçün?  

Yetmədi dadimə ah, eylədim ey vah, nə üçün,  

Söyləmən siz bana kim, ərşi yaqar ah, nə üçün? 

 

Dağlayıbdır məni bir laləüzari-Qarabağ,  



Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. 

 

Dari-mehr üzrə gərək qəsd şirin can edəyim,  



Dili sərdarə çəkib şövqlə qurban edəyim.  

Cigəri parələyib, bağrı qızıl qan edəyim,  

Dəmbədəm əşk döküb xuni-dil əfşan edəyim.  

Canı atəşkədəyi-eşqdə suzan edəyim,  

Yandırıb xaneyi-variyəti viran edəyim.  

Gecələr tabəsəhər, dəmbədəm əfqan edəyim,  

Güli-məqsud açıla dərdimə dərman edəyim.  

Ey Nigari, nə qədər sirrimi pünhan edəyim,  

Yandı canım anı bu nəzmlə şayan edəyim. 

 

Dağlayıbdır məni bir laləüzari-Qarabağ,  



Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. 

 

QOŞMALAR 

 

Ey cünuni-Leyla, aşiqi-şeyda,  



Məhəbbətdir ancaq sirati-minhac.  

Ey talibi-mövla, ey əhli-sövda,  

Oldur təriqəti-sahibi-merac. 

 

Söyləyim bir nüktə əhli-dünyayə,  



Sanmasun ərbabi-dili bimayə,  

Hərdən əyməz dünyayi-mafihayə  

Kimin sərində var eşqdən bir tac. 

 

Ərbabi-dil baqmaz artıq sevdayə,  



Təsir etməz töhmət əhli-rüsvayə.  

Fikr eylə kim, neylər əhü-dəryayə  

Məhabəti-dərya, kəsrəti-əmvac. 

  



____________________Milli Kitabxana______________________ 

104 


 

Şamü səhər səy et, ey əhli-sövda,  

Gərçe xətərnakdır təriqi-Leyla.  

İmdad eylər sana ülfəti-mövla,  

Çünki həmdəmimdir ol şiri-qəllac. 

 

Eyləsə təriqi-sövdadə qərar.  



Ta kim üz göstərə xeyməyi-dildar.  

Ey Seyid Nigari, hasil olur kar,  

Eyni-inayət ki baqsa bir qiyqac. 

 

* * * 



 

Ey dili-pürsövda, talibi-Ənqa,  

Qafi-eşqdə var əsrari-düşvar.  

Məgər kəşf eyləyə ol sirri mövla,  

Yoxsa mümkün dəgil kimsəyə izhar. 

 

Zərrə nə fəhm etsin dəşti-kamuni?  



Qətrə nə anlasın bəhri-Ceyhuni?  

Çün necə söyləsün sirri-biçuni?  

Bəs söylə, kim etsün izhari-əsrar? 

 

Sanma kim, asandır ilfəti, əgər  



Rubadən kəmtərdir andə şiri-nər.  

Sındırıbdır çox şahinlər şahpər,  

Həvayi-Ənqayə nəhayətmi var? 

 

Gərçi xətərnakdir təriqi-dilbər,  



Vəhm etmə kim, həmrahindir xeyli ər.  

Həm rəhnimunindir sədiqi-Kərrar,  

Həm rəhbərindir Heydəri-Kərrar. 

 

Ey Seyid Nigari, ey dili-sadə,  



Kuyi-həqiqətə eşqdir cadə.  

Çəkmə ələm kim, yetərsən muradə,  

Dutubsan daməni-Əhmədi-Muxtar. 

  



____________________Milli Kitabxana______________________ 

105 


 

* * * 


Ey istəyən yari, sevən dildari,  

Mülki-məhəbbətdə gərəkdir ixlas.  

İxlas ilə eylə kari-kirdari,  

Gir təriqi-xasə, eylə qəlbi xas. 

 

İxlasinə hərgiz verməgil xələl,  



Ta yetişsin sana feyzi-bibədəl.  

Böylu qurulubdur qanuni-əzəl:  

İxlas ilə olsun kari-xas ixlas. 

 

Fəryadinə yetsin eşqi dildarin,  



İmdadina yetsin pərvərdigarin.  

Ey dil, şamü səhər olsun izkarin,  

Təriqi-vəhdətdə sureyi-ixlas. 

 

Sıqın eşqi-yarə, şövqi-dildarə,  



İstəazə eylə pərvərdigarə.  

Dəryayi-əsrarə, dürri-şəhvarə,  

Ey dəli dil, eylə kəndini qəvvas. 

Mütrib kim saz eylər, ələ alıb tar,  

Məşuqi kim söylər şövqilə dildar.  

Seyid Nigaridə qalmaz ixtiyar,  

Vəqt kim rəqs eylər eşqlə rəqqas. 

 

* * * 



 

Şamü səhər, ey dil, vəchi-dildarə,  

Sərf eylədin nəzər kim oldun mail.  

Zərrə qədər yer qalmadı əğyarə.  

Göstərdi üz dilbər, məhv oldu hail. 

 

Çakər eyləmiş kim, səni bir şahid,  



Hasil olmuş sana ülfəti-cavid.  

Şükr eylə kim, buldum dövləti-xalid,  

Ey dəli dil, ey bəndeyi-İsmail. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə