Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə32/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   28   29   30   31   32   33   34   35   ...   102

____________________Milli Kitabxana______________________ 

122 


 

* * * 


 

Hərçənd düşdü eşqin odu canə, ey gözəl,  

Atəş vurubdu xərməni-imkanə, ey gözəl. 

 

Gər məndən olsa, gül üzünə salasan niqab,  



Aləm məbadə od tutub odlanə, ey gözəl. 

 

Arif yanında küfrdür, Allaha xoş deyil,  



İnsan demək sən kimi cananə, ey gözəl. 

 

Bir badə ver ki, bəzmi-vüsalında şövqdən,  



Ləlin kimi dönübdür cigər qanə, ey gözəl. 

 

Yıxdın evini cümlə müsəlmanü kafərin,  



Nəzzarə eylə küfr ilə imanə, ey gözəl 

 

Sahibqirani-nəqd nədir, burda can gərək  



Sərf etməyə bu huriyi-Rizvanə, ey gözəl. 

 

Qurban yerinə eyd günü Əndəlibi kəs,  



Gər piri can qəbul ola qurbanə, ey gözəl. 

 

* * * 



 

Tarı bilsin, hicr bizar eyləyib candan məni,  

Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni. 

 

Qarə olsun ruzigari, həm pərişan xatiri,  



Ayıra hər kimsə, ol zülfi-pərişandan məni. 

 

Bülbüli-şuridəni gəl, mən təsəvvür eyləyib,  



Mən qılma, bağiban, seyri-gülüstandan məni. 

 

Aşiqəm, didar ku, ya kafərəm zünnar ku?  



Tutma sən xaric müsəlmandan məni. 

  



____________________Milli Kitabxana______________________ 

123 


 

Qümri tək boynuma sallam həlqeyi-geysulərin,  

Salmasa o sərvqəd ayrı gülüstandan məni. 

 

Mətləb oldur, bəlkə, yarın könlünə təsir edə,  



Əndəlibəm, mən qılma ahü əfgandan məni. 

 

    * * * 



 

Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardım,  

Bulardan naümid oldum, dönüb əğyarə yalvardım. 

 

Bilirdim çün rəqib etməz əlaci-dərdi-pünhanim,  



Əbəs kim, ol xətakarə məni-biçarə yalvardım. 

 

Gəhi büxtanə səndən şikayətlər qılıb, gəhi  



Əlimü qadirü həyyi-əlğəffarə yalvardım. 

 

Gəhi bir zahidi-bietibarın minnətin çəkdim, 



Gəhi bir sərxoşu hər anda, hər xummarə yalvardım. 

 

Basani-Əndəlib, ey gül, kənari-künci-gülzari  



Qənimətlər bilib, hər guşə tutdum xarə yalvardım. 

 

MÜXƏMMƏS 

 

Zülm eyləyib bu gərdişi-dövran, haray haray!  



Ömrüm yetişdi axıra, ey can, haray, haray!  

Göz yaşı sel tək aşdı başımdan, haray, haray!  

Könlüm sarayın eylədi viran, haray, haray!  

Bir olmadı bu dərdlərə dərman, haray, haray! 

 

Ey çərxi-bivəfa, yenə zülmün əyan olub,  



Əğyarə yox, mənə zülmün yaman olub,  

Qövmü əqraba nə var, hamı gözdən nihan olub,  

İllət nədir ki, bir bu qədər bədgüman olub,  

Görməz bu zülmü gəbrü müsəlman, haray, haray! 

  



____________________Milli Kitabxana______________________ 

124 


 

Görməz bir öylə qaməti dünyada heç çəmən,  

Zülfü saçılmış ay üzünə, sanki yasəmən,  

Əsla ki, bir ola o gözə ahuyi-Xütən,  

Bağrım qan oldu, seyr eyləyəndə o qaşı mən,  

Qan içdirir o çeşmeyi-müjgan, haray, haray! 

 

Bilməm bu könlümün nə qüsuri, günahı var,  



Qalmaz əlində böylə ki, bir səbrlə qərar,  

Əğyarə yar olub dedilər ki, o şux nigar,  

Ey vay, əgər ki, keçsə belə qarə ruzigar,  

Məskən olar mənə o biyaban, haray, haray! 

 

Baldan şirin o dilləri indi yad edir könül, 



Böylə xəyal ilə özünü şad edir könül, 

Biçarə, bax, bu növ ilə fəryad edir könül 

Kimdir fələk əlindən elə dad edir könül, 

Min aşiq öldürüb sitəmlə bu meydan, haray, haray! 

 

Sənan şeyx ikən o cürə bütpərəst olub,  



Vurmuş daşa piyaləni eylə şikəst olub,  

Huşyar imiş əzəldə, dönüb böylə məst olub,  

Heç bilmədim ki, gün dönüb axşam nə vəqt olub,  

Getdi aman, din ilə iman, haray, haray! 

 

Aldatmayın məni belə, ey dostlarım, daha,  



Dildara yetməyib qalıb ancaq bir Allaha,  

Əl çək, təbib, bir də sağalmaz dəyən yara,  

Olmaz daha bu Əndəlibin dərdinə çara,  

Gülzarının üzü dönüb ondan, haray, haray! 

 

QOŞMALAR 

 

Ay silkinib gedən yaşılbaş sona,  



Səndə tər cığalar, tellər görünər.  

Aşiq olan sənin kimi şahbaza  

Mənim tək rüsvayi-ellər görünər. 

  



____________________Milli Kitabxana______________________ 

125 


 

Yar yarın yolunda gərək neyləyə,  

Başın, canın, malın qurban eyləyə.  

Meylin verən sənin təki Leyliyə,  

Məcnun tək məskəni çöllər görünər. 

 

Gedən, getmə, bir bəri bax, ay gedən,  



Gözüm doymur sən tək gözəl kimsədən,  

Gah yaxandan şölə verər ağ bədən,  

Gah olur ki, nazik əllər görünər. 

 

Oxlayıbsan məni, ey ziba sənəm,  



Nə hasil, qoymursan yarama məlhəm.  

Gecə xəyalınla olaram həmdəm,  

Səhər yastığımda göllər görünər. 

 

Eşitməsən Əndəlibin ahini,  



Tutsan bivəfalıq rəsmi-rahini  

Sidqilə çağırram şahlar şahini  

Gör necə tufanlar, sellər görünər. 

 

* * * 



 

Mənim ərzi-halım bir təriq ilə,  

Söhbət salıb nazlı yarə deyən yox,  

Hicran odu saldı məni ayaqdan,  

Yandi gözəl cismim narə, deyən yox. 

 

Eşq atəşi canda çəkib zəbanə,  



Aşiqliyim məşhur oldu cəhanə.  

Pünhan saxlamaqdan yetişdim can,  

İndi vurub aşikarə, deyən yox. 

 

Halım hökumətli, dövlətli, mallı,  



Qabağında qullar, şəhləli, şallı,  

Bir mina gərdənli, buxağı xallı,  

Siyəh saçlı gülrüxsarə, deyən yox. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə