Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   26   27   28   29   30   31   32   33   ...   86

 
91
Fərraş  və ona köməyə göndərilmiş  Əbu Səhl Həmdəvi 
oğuzların önünə çıxdılar. Tərkibində fillər olan Qəznəvi ordusu  
ağır məğlubiyyətə  uğradı. Oğuzlar bu döyüşdə altındakı fili 
öldürərək Taş-Fərraşı yerə saldılar. Sultan Məsudun gizli 
əmrinə  əsasən Yağmur bəyi öldürmüş Taş-Fərraşı  oğuzlar  
qılıncları ilə parça-parça etdilər. Bu döyüşdə  Qəznəvi ordusu-
nun bir neçə tanınmış  sərkərdəsi öldürülmüş, xeyli sursat və 
fillər oğuzların  əlinə keçmişdi. Oğuzlar  Əbu Səhl Həmdəvini 
və reyliləri də  məğlub edərək  şəhərə girdilər, oranı heç nə  
qalmayacaq dərəcədə yağmaladılar. Bu əsnada Reyin müdafiəsi  
üçün köməyə göndərilmiş Cürcan əsgərlərinin şəhərə yaxınlaş-
dığını eşidən oğuzlar hücum edərək bu ordunu da darmadağın 
etdilər, sərkərdə də daxil olmaqla 200 nəfər əsir aldılar (29, s. 
97-98). 
Bu müvəffəqiyyətlərə baxmayaraq Arslan Yabqunun elatı 
Reydən çıxıb Azərbaycana getdi. Bunun səbəbləri barədə mən-
bələrdə heç bir məlumat yoxdur. Bu hadisələr barəsində Faruq  
Sümər yazır: “O zaman Orta və Qərbi İranın bütün bölgələri ya 
deyləmi ya da kürd xanədanının  əlində idi. Bu deyləmi 
ailəsinin üzvü olan Kakuyə  oğullarından  Əlaüddövlə  (İsfahan 
və Həmədan hakimi) oğuzların Reydən Azərbaycana getdiklə-
rini eşidib Reyə gəlmişdi. Ancaq o, Əbu Səhl Həmdəviyə qarşı 
mübarizədə oğuzların köməyinə möhtac olduğunu başa düşərək 
oğuzlara xəbər göndərdi. Oğuz başbuğlarından ancaq Qızıl  
geri qayıtdı. Macəraçı ruhlu Göktaş, Buğa və başqaları 
yollarına davam etdilər. Qızılın buyruğunda 1500 adam vardı. 
Ancaq bir qədər sonra oğuzların Əlaüddövlə ilə araları dəydi və 
onlar təkrar talançılığa başladılar”(29, s. 98). 
Azərbaycan ərazisinə keçən oğuzlar barəsində Sümər yazır: 
“Azərbaycana gedənlərə gəlincə, buranın hakimi kürd Rəvvadi 
xanədanından olan Vəhsudan oğuzları dostcasına qarşılamış, 
hətta onlardan bir qızla evlənmişdi. Oğuzların təmasda 
olduqları müsəlman  əmirlərə  qız verdikləri tez-tez müşahidə 
edilir. Bu işdə bir az da kalım və ya başlıq almaq adətinin rolu  


 
92
olmamış deyil. Vəhsudanın oğuzları dostcasına qarşılaması, 
bəlkə onları  şəxsən özünün çağırması, düşmənlərə qarşı bu 
döyüşkən adamlardan istifadə etmək məqsədini güdürdü. 
Oğuzlara Buğa, Gök-taş, Mənsur və Dana rəhbərlik edirdi. 
Ancaq Vəhsudanın ümidləri boşa çıxdı; oğuzlar burada da 
yağmaçılığa başladılar. Oğuzların Azərbaycana gəlişinin tək bir 
faydası oldu. Bu da onların gəldiyini eşidən gürcü (abxaz)  
məlikinin möhkəm surətdə mühasiriyə aldığı Tiflisdən 
çəkilməsidir. Oğuzların Azərbaycanda ikən ermənilərə də bəzi 
zərbələr endirdikləri anlaşılır. Oğuzların heç də hamısı Azər-
baycandan qayıtmamış, Dananın başçılığı altında bir qismi 
orada qalmışdı. Yəqin ki, Vəhsudanın evləndiyi qız onun  
yaxın qohumu idi. Vəhsudanın saray şairi Qətranın ehtimal ki,  
“oğuz padşahı” deyə bəhs etdiyi bəy odur” (29, s. 98-99). 
Qədim türk adları ilə yanaşı oğuzların islam dinini qəbul et-
dikdən sonra, ilkin çağlarda ikinci adları da var idi. Bu adlar 
əsasən müqəddəs Quran kitabından götürülmə adlardır. Məsə-
lən, Səlcuq bəyin oğlu Arslan Yabqunun müqəddəs kitabdan 
götürülmə İsrail, Sultan Toğrulun – Məhəmməd, Çağrı bəyin – 
Davud və s. adları məlumdur. Oğuzlar qərbə tərəf məskunlaş-
dıqca bəy, sübaşı, yabqu, təgin, başbuğ kimi titulları əmir, pad-
şah,  şah, sultan, xan, kimi titullarla əvəz olunurdu. Məsələn, 
Toğrul bəy-Sultan Toğrul, Göytaş-Göyxan, Anasıoğlu-əmir 
Anasıoğlu, Dana bəy-Oğuz padşah, Süleyman bəy-Süleyman 
Şah kimi tanındılar. Daha sonralar isə bu titullar birbaşa adlara 
keçmişdir, məsələn, Davud Çağrı  bəyin nəvəsinə, Sultan Alp 
Arslanın oğluna Məlikşah adı verilmişdi. 
Dananın rəisliyi altında Urmiya ətraflarında məskunlaşmış 
oğuzlar 1038-ci ildə ermənilərin üstünə yürüş edib onların 
çoxunu qırdılar, xeyli əsir və qənimət ələ keçirdilər. At üstündə 
böyük yaylarından sərrast ox atan və sürətlə manevr edən 
oğuzlarla döyüşdə ermənilər aciz idilər. 
Azərbaycandan İraqi-Əcəmə qayıtmış oğuzlar iki qola ayrıl-
dılar. Göyxan və Mənsurun başçılıq etdiyi oğuzlar Həmədana,  


 
93
Buğanın başçılıq etdiyi oğuzlar isə Reyə getdilər. Buğa ilə 
Qızıl birləşərək Rey şəhərini mühasirəyə aldılar.  İsfahan və 
Həmədan hakimi Əlaüddövlə ordusu ilə Rey şəhərində idi. 
Ağır vəziyyətə düşdüyünü görən  Əlaüddövlə gecə Reydən 
qaçıb  İsfahana getdi. Rey şəhəri Qızıl bəyin tabeliyinə keçdi. 
Göyxan və  Mənsurun başçılıq etdiyi oğuzlar Həmədanı  
mühasirəyə aldılar.  Şəhərin valisi Əlaüddövlənin oğlu  Əbu 
Kəlicar idi. Mühasirə uzun çəkdi. Əbu Kəlicar davam gətirmə-
yib Göyxan ilə saziş bağladı  və onun əqrəbasından qız aldı. 
Əmir Anasıoğlu isə  Qəzvin  şəhərini mühasirəyə aldı. Qəzvin-
lilər  əvvəlcə onunla vuruşsalar da, sonra yeddi min qızıl  
verərək onun hakimiyyətini qəbul etdilər. Bir qədər sonra,  
1038-ci ildə Arslan Yabqunun elatının üç böyük sərkərdəsi – 
Buğa, Göyxan və  Qızıl birləşərək böyük və varlı  Həmədan  
şəhərinə hücum etdilər,  şəhəri  ələ keçirdilər.  Şəhərin valisi  
Əlaüddövlə  oğlu  Əbu Kəlicar bu dəfə müqavimət göstərə 
bilməyəcəyini başa düşərək varlı tacirlərlə  və  şəhərin  əyan-
əşrəfi ilə  Həmədandan çıxıb yaxınlıqdakı bir qalada gizləndi. 
Oğuzlar şəhəri yağmaladılar. Bir müddət sonra oğuzlar hiylə ilə 
Əbu Kəlicarı qaladan çıxarıb varını-yoxunu əlindən aldılar. 
Qızıl bəy təxminən 1041-ci ildə, döyüşlərin birində yarala-
naraq həlak olmuş, Rey şəhəri kənarında dəfn edilmişdir. Onun 
vəfatı haqqında dəqiq məlumat yoxdur. Qızıl qazi Yəhya oğlu-
nun vəfatı haqqında “Oğuzlar” kitabında yazılır: “Toğrul bəy  
İraqa gəldiyi zaman İraq oğuzları hələ orada idilər. Qızılı çıx-
maq şərtilə başlarında Gök-taş, Buka, Mənsur və Anasıoğlu du-
rurdular. Toğrul bəyin kürəkəni olan Qızıl, ibn ül-Əsirinin ver-
diyi məlumata görə, 432-ci ildə (1040-1041) ölmüşdür. Toğrul 
bəyin Reyə  gəlişi onun vəfatı ilə  əlaqədar ola bilər” (29, s. 
109). 
Bir qədər sonra Arslan Yabqunun 4000 çadırlıq elatı Anado-
lunun cənub-şərqinə, müasir Cizrə (Cəzirə)  ərazilərinə getdi. 
Bəylərdən Mənsur burada qaldı. Buğa, Anasıoğlu və Göyxan 
Diyarbəkirə getdilər və bu ərazilərdə yağmaçılığa başladılar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə