Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   2   3   4   5   6   7   8   9   ...   86

 
5
Hələ Çar Rusiyası dövründə bu əhalinin “tatar” – yəni türk 
olduğu qeydiyyata alınmışdır. Xızının Qomişər (Gəmişər) ma-
halının tam şəkildə, Beşbarmaq mahalının Sayad-Xızı, Baxşılı, 
Fındığan,  Əngilan, Sayadlar, Saadan, Təkə-Şıxı, Təkəli kənd-
lərinin məhz türk əsilli əhalidən ibarət olduğu qeyd edilmişdir. 
Göyxan mahalı barəsində isə demək olar ki, ümumiyyətlə heç  
bir məlumat verilməmişdir. 1931-ci ilin arxiv sənədlərində bu 
mahalın əhalisinin də milliyyətcə türk olduğu qeyd edilmişdir. 
Bu camaatın həyat tərzini, adət-ənənələrini, formalaşma 
tarixini, tayfa və  nəsil adlarını tam araşdırmadan,  ərazinin 
toponimlərini tədqiq etmədən fikir yürütmək düzgündürmü? 
Əlbətdə ki, yox. XIX və XX əsrin (1935-ci ilə  qədər) arxiv 
sənədlərində milliyyətinin türk olduğu təsbit edilmiş, isalu-
əfşar, xirək-əfşar, dəlülər-əfşar, xız (quz), qazılu, quzman, 
saruqlu, quşçu, küş, zəngi, gərmiyanoğulları, quzman-qazaq, 
anasıoğlu, atabəylu, qədirli, çigil, bulaq, muradlu, hacılu, 
qağalu kimi oğuz tayfa və  nəsil adlarını  əsrlər boyu yaşatmış 
dağlıların milli mənsubiyyəti gün kimi aydındır. Bu aydınlıq 
Rəfail Oğuztürkün 20 ildən artıq vaxt ərzində apardığı dərin və 
ətraflı tədqiqat işinin nəticəsidir. Dərbənd-Beşbarmaq keçidin-
dəki sədlərin inşa tarixləri isə  fərqli rakursdan açıqlanmış, 
Beşbarmaq dağının qaynaqlardakı müxtəlif adlarının izahı təd-
qiqata cəlb olunmuşdur. Monoqrafiyanın tərkib hissələri olan 
“Sədlərin inşa tarixləri haqqında”, “Tarixdə  Dərbənd-Beşbar-
maq sədlərindən vahid müdafiə sistemi kimi istifadə etmiş 
dövlətlər”, “Sədlərin adları ilə bağlı açıqlamalar”, “Ən qədim 
zamanlardan oğuz türklərinin yurdu olmuş  Xızıya 1044 və ya 
1045-ci ildə  səlcuq oğuzlarının – Arslan Yabqunun elatının  
gəlişi və  məskunlaşması tarixi”, “XIII-XVII əsrlərdə Beşbar-
maq dağı  ətrafına gəlmiş türksoylu tayfalar”, “Sovetlər döv-
ründə dağlıları mənsub olduqları azər-türk köklərindən ayırmaq 
cəhdləri”, “Beşbarmaq dağı  ətrafında məskunlaşmış dağlıların 
kökündə duran tayfalar, nəsillər, onların adət-ənənələri və 
yaşadıqları ərazinin toponimləri”, “XIX-XX əsrlərdə dağlıların 


 
6
işğalçılara qarşı mübarizəsi” adlı bölmələrdə Azərbaycan 
tarixinin (vətənimizin  şimal-şərq zonası ilə  əlaqəli) bir sıra  
problemlərini aydınlaşdıran dəqiq və dolğun faktlar öz əksini  
tapmışdır. Öncə  sədlərin, istehkamların inşa tarixi haqqında  
mənbələrdə olan məlumatlar nəzərdən keçirilmiş və bu  mənbə-
lərin özündə olan təzadlar qeyd edilmişdir. Monoqrafiyada  
qədim As-ər ölkəsi və onun paytaxtı, As istehkamı, Xız qalası, 
As-Van (Hun-Çin) müharibələri, Xızır və Musa peyğəmbərlə-
rin tarixi görüşü haqqında müqəddəs  İncildə, Quranda, skan-
dinav saqalarında, Çin əfsanələrində, “Nart” eposunda, qədim 
oğuznamələrdə verilən məlumatlar bir araya gətirilmiş, tarix 
ədəbiyyatında verilən məlumatlarla, faktlarla uzlaşdırılmışdır. 
Tədqiqat işində Beşbarmaq dağı ətrafında məskunlaşmış əhali-
nin (dağlıların) qədim oğuztürk mənşəli olduğu və XI-XVII 
əsrlərdə bu ərazilərə  gəlmiş  səlcuq oğuzlarının,  şahsevənlərin 
bu camaatın təşəkkülündə iştirakı tarixi faktlarla sübuta yetiril-
mişdir. 
Düşünürəm ki, monoqrafiya həm geniş oxucu auditoriyasına 
təqdim olunmaq, həm də ixtisas üzrə mütəxəssislərin yetişdiril-
məsi baxımından dəyərli elmi mənbədir. 
 
 
 
Azərbaycan Respublikasının Əməkdar Memarı, memarlıq 
doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının akade-
miki, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının 
müxbir üzvü, professor
 
Nəriman Əşrəf oğlu Əliyev 


 
7
Türk  dünyasının  dahi  yazarlarından  olan 
Cəfər Cabbarlının, “pantürkizm”də günahlandırılaraq  
şəhid edilmiş Mikayıl Müşfiqin, sovetlər dövründə 
“Oğuz” təxəllüsü ilə çıxış etməsi yasaqlanan  
Cabir Novruzun əziz xatirəsinə ithaf edirəm 
 
MÜƏLLİFDƏN
 
 
Azərbaycan tarixçiləri S.Əliyarovun və Y.Mahmudovun re-
daktəsilə çap edilmiş “Azərbaycan tarixi üzrə qaynaqlar” kita-
bında yazılır: “Kitabda verilən qaynaqlar bir-birindən istər 
mənşəcə, istərsə də mahiyyətcə seçilir. Onların yalnız bir qismi  
Azərbaycan mənəvi mühitinin yetişdirməsidir, böyük bir 
 
hissəsi isə ayrı-ayrı ölkələrdə, tarixin ayrı-ayrı dövrlərində 
yazılmış tarixi-coğrafi  əsərlər, gündəliklər və b. məxəzlərdən-
dir. Buna görə də, topludakı qaynaqlar tariximizə baxışda bir-
birindən seçilən iki yanaşma meyarına əsaslanan şərti qruplara 
bölünür. Bunlardan birincisi, indiki tarixşünaslıqda «özünü 
təsviretmə» adlanan üsulla bağlıdır, yəni Azərbaycan tarixinin 
acılı-sevincli hadisələrinə sanki bu ölkənin öz vətəndaşının 
gözü ilə baxırıq, bu tarixi və onu təmsil edən xalqı sanki «ev 
güzgüsündə» görürük. İkinci qrup qaynaqlar «özgələrin boyası 
ilə» yaranıb, yəni bu qaynaqlar başqa ölkələri və xalqları təmsil 
edən müəlliflərin yazılarıdır. Söz yox, hər iki qrup qaynaqların 
obyektiv və subyektiv üstünlükləri və çatışmazlıqları var, buna 
görə onların hamısına indiki mənbəşünaslığın tənqidi gözü ilə   
baxmaq tələb olunur” (22, s. 5). Zənnimcə qaynaqların təsnifat-
landırılmasında «ev güzgüsü» və «özgələrin boyası» ifadələri o 
qədər dəqiq oxşatmalardır ki, bu ifadələrin əvəzlənməsi müm-
künsüzdür.  İstər Çar Rusiyası, istərsə  də onun xələfi sovet  
imperiyası dövründə qaynaqların birtərəfli tədqiqi Azərbaycan 
xalqının tarixinin subyektiv izahına gətirib çıxarmışdır. Xüsu-
silə də azərbaycanlıların soykökü tarixi ilə əlaqəli məsələlərdə  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə