Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   2   3   4   5   6   7   8   9   ...   86

 
8
«özgələrin boyası»nda daha çox qara boya istifadə edildi. Hör-
mətli tarixçimiz Mahmud İsmayıl doğma Azərbaycanımızın ən 
qədim zamanlardan türk etnoslarının vətəni olduğuna dair bir 
sıra dəlillər gətirərək yazır: “Bütün bunları görməyib, görmək  
istəməyib, xalqımızın təşəkkülünü XI-XII yüzilliklərdə səlcuq-
ların Azərbaycana gəlmələri ilə bağlayanların elmi səhvə yol 
vermələri aydındır. Bu bir yana qalsın. Onlar ideoloji düşmən-
lərimizin dəyirmanına su tökürlər, belə ki, müasir İran  
ideoloqları, özü də təkcə onlar deyil, başqaları da belə bir fikir 
yürüdürlər ki, “İran türkləri, yaxud Azərbaycan tatarları türkcə  
danışsalar da hər cəhətdən iranlıdırlar. Onlar xalis iranlıların  
türkmən və tatar qarışığından ibarətdirlər”. Digərləri belə 
mülahizə yürüdürlər ki,  səlcuqların  yürüşlərinə  qədər Azər-
baycan  əhalisi farsdilli olmuş, onları  Səlcuqlar türkləşdirmiş-
lər” (48, s. 102-103). 
Aydın məsələdir ki, Azərbaycanın gözəl guşələrindən olan 
Xızı  və Siyəzən  ərazilərinin  əhalisi də bu “qara boyadan” 
kənarda qalmamışdır. Azərbaycanı etnik, dini və coğrafi 
cəhətdən qardaş Türkiyədən ayırmaq kimi çirkin siyasi tenden-
siyalara xidmət edənlər qədim mənbələrdə olan məlumatları 
sovet rejiminin bu siyasi xəttinə uyğun  şərh etmişlər, biri 
digərinə istinad edə-edə qapalı bir “tarix məngənəsi” yarat-
mışlar. Vətənimizin qədimdən türk etnoslarının məskəni olduğu 
barədə mövzular 60-cı illərdən başlayaraq tədqiqat obyektinə  
çevrilmişdir. Lakin Azərbaycan tarixçilərinin fədakarlığını  
dünyanın vəhşət kabusuna çevrilmiş sovet imperiyasının 
təbliğat maşınının gücü ilə müqayisə etmək belə  mənasızdır.  
Bu totalitar rejimin təbliğat maşınının gücünü, insan şüuruna  
təsiretmə qüdrətini tədqiqatlara başladığım ilk çağlardan hiss  
etdim. 1917-1918-ci illərdə Şaumyanın bolşevik-daşnak qüvvə-
lərinə, 1920-1931-ci illərdə sovetin NKVD bölmələrinə qarşı  
silahlı mübarizə aparmış  Xızı  əhalisinə günbəgün güclənən 
imperiyanın rəhbərləri biganə qala bilməzdilər. Ötən günləri  
mütləq dağlılara “xatırlatmalı” idilər. Azərbaycan Sovet Sosia-


 
9
list Respublikasının Baş Siyasi İdarəsinin (QPU) arxiv sənəd-
lərindən məlum olur ki, 1931-ci ildə  Xızı rayonu NKVD 
qoşunları tərəfindən üzük qaşı kimi mühasirəyə alınmış, yüzlər-
lə Xızı sakini “dövlət əleyhinə mütəşəkkil silahlı müqavimət”-
də günahlandırılaraq güllələnmiş  və  həbs edilmişdir. Həbsdən 
azad edilənlərin isə böyük əksəriyyəti 1937-ci ilin repressiya 
qurbanları oldular. Ayrı-ayrı qaçaq dəstələri 1947-ci ilə  qədər 
silahlı müqavimət göstərmişlər. 1947-ci ildən başlayaraq hey-
vanatı əlindən alınmış əhali səfalı dağ şəraitindən Sumqayıtın, 
Bakının susuz çöllərinə deportasiya edilməyə başladı. Tarixi 
boyu tərəkəmə həyatı yaşamış dağlılar üçün bu köçürmə ölümə 
bərabər idi. Əslən oğuz türkləri olan dağlılar üçün tərəkəmə 
həyatından birdən-birə tam oturaq həyata keçmək məcburiyyəti 
çox ağır nəticələr verdi. 1956-cı ildə Xızının rayon statusu ləğv 
edildi, sakinsiz qalmış böyük kəndlər xarabalıqlara çevrildi. 
Lakin bolşevik-daşnak törəmələrinin qəzəbi bununla da soyu-
madı. Tarixi saxtalaşdıraraq bu camaatı  mənsub olduğu oğuz 
köklərindən ayırmaq üçün hər vasitəyə əl atdılar. Bu vasitələr-
dən biri də dağlıların fars dilini bilmələri idi. Halbuki, oğuz-
ların fars dilini bilməsi təbiidir. Məlumdur ki, istər Səlcuqilər, 
istər Səfəvilər, istər Osmanlı, istərsə  də  Şirvanşahlar dövlət-
lərində bir müddət dövlət dili fars dili olmuşdur. Digər tərəf-
dən, tərəkəmə dağlılar qonşu tatların dilini, ən azı mal (ət-süd 
məhsulları ilə  əkin-biçin məhsullarının) mübadiləsi üçün bil-
mək məcburiyyətində idilər. Bundan başqa, sovet imperiyasının 
ilk günlərindən ağır təzyiq altında olmuş, nəhayətdə yeri-yurdu 
xarabalıqlara çevrilmiş  tərəkəmə  əhali Xızını  tərk edərək  əsa-
sən cənuba doğru üz tutmuş, tam oturaq həyat tərzi yaşayan tat 
kəndlərində, ayrıca olaraq “dağlı  məhəllələri” yaradaraq məs-
kunlaşsa da yerli camaatın dilini öyrənmək məcburiyyətində 
qaldı. 
Xızı  ərazisində yüzdən artıq kənd, binə, bustan, qışlaq, 
yaylaq yerləri olmuşdur. Göyxan, Qomişər (Gəmişər), Gədik 
(Gədi), Beşbarmaq, Quşçu mahallarına bölünmüş  qədim oğuz  


 
10
yurdu Xızı barəsində Çar Rusiyası dövründə vergi məmurları 
tərəfindən tərtib edilmiş arxiv sənədlərində  də müəyyən 
məlumat verilmişdir. Sayı yüzdən çox olan yurd yerlərindən  
Sayad-Xızı, Fındığan, Baxşılı,  Əngilan, Sayadlar, Saadan, 
Təkə-Şıxı, Təkəli kimi böyük kəndlərin və tam şəkildə Qomişər 
mahalının  əhalisinin məhz türk olduğu qeyd edilmişdir. Göy-
xan, Gədi, Quşçu mahalları barəsində isə demək olar ki, 
məlumat verilməmişdir. Cəmi üç kəndin tatdilli olduğu qeyd 
edilmişdir. Halbuki, bu üç kənd  əhalisinin böyük hissəsinin 
milliyyəti türk (tatar) yazılmış qonşu kəndlərdən gəlməsi hər 
bir dağlıya məlumdur. Əgər Çar Rusiyası və sovetlər  dövründə  
tarixin saxtalaşdırılması bizə  məlum olmasaydı bu “kiçik 
səhvlər” təəccüb doğurardı.  Əvvəl Çar Rusiyası  məmurlarının  
“səhv”indən yüzdən çox kəndlərdən cəmi üçü “təsadüfən”  
farsmənşəli kimi qeyd edilir, sovetlər dövrünün ilk çağlarında  
bütün bu kəndlərin farsmənşəli olduğu “ehtimal” edilir, daha  
sonra isə,  əlbətdə ki, iddialar irəli sürülür. Bu mərhələli  
saxtakarlığın məqsədi məlum idi – ulu Türk millətinin Ana 
ağacından daha bir budaq sındırmaq! 
Lakin imperiya siyasətininin bu sahəsində bilərəkdən yaxud  
bilmədən xidmət göstərənlərin bütün cəhdləri boşa çıxdı  və 
sadə xalqın beynini qısa bir müddət  ərzində dumanlandır-
maqdan başqa bir şeyə nail ola bilmədilər. Çünki dağlıların 
yaddaşına nəsildən-nəsilə ötürülərək mənsub olduqları isalu-
əfşar, xirək-əfşar, dəlülər-əfşar, xız (quz), qazılu, quzman, 
saruqlu, quzman-qazaq, gərmiyanoğulları, anasıoğlu, qədirli, 
çigil, bulaq, muradlu, hacılu, qağalu, atabəylu, quşçu, küş, 
zəngi kimi oğuz tayfa və  nəsil adları  əbədi həkk edilmişdir. 
Yurdlarına türk qövmünün peyğəmbəri Xızır yurdu deyən, 
ərazisini beş mahala bölərək ən böyük mahalını Oğuz oğlu Göy 
xanın adı ilə adlandıran, Oğuz oğlu Dağ xanın nəslindən olan 
və özlərini “dağlu” - yəni “dağoğlu” adlandıran dağlılar doğma 
Azərbaycanımızın ən qədim sakinlərindəndirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə