Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   4   5   6   7   8   9   10   11   ...   86

 
24
sahildəki qayalara çırpıb öldürdü. O zaman II Ramzesin 88, 
Musa peyğəmbərin 66 yaşı vardı. Musa peyğəmbər Tur dağın-
da 40 gün ibadət etdi. Bu vaxt ərzində  yəhudi qövmünün 
əksəriyyəti yenidən bütpərəstliyə qayıtdı. Tur dağından qayıdan 
Musa peyğəmbər qövmünü danladı. Sonra Musanın peyğəm-
bərliyini bir daha sübut edən hadisə oldu. Yuşə bin Nun adlı bir 
şəxs Musa peyğəmbərdən soruşdu: “Ey Musa, sən ki bu qədər 
ağıllısan, görən yer üzündə  səndən də elmli insan varmı?” 
Musa dedi: “Yoxdur!”-və həmin an da peşman olub tövbə etdi. 
Allahdan aldığı  vəhy ilə  Xızır peyğəmbərlə görüşmək üçün 
yola düşdü. Səfərinin 65-ci gününün (sutkasının) tamamında  
Beşbarmaq qayada Xızırla görüşdü (68, s. 100-222). 
Bu tarixi hadisəni qədim misirlilər salnamələrə yazmadılar, 
ona görə ki, II Ramzes Misir tarixində qüdrətli fironlardan biri  
idi, onun o dövrdə qul olmuş bir qövm ilə çəkişmədə ölməsini 
özləri üçün biabırçılıq sayırdılar. Yəhudilər yəqin ki, bu hadisə-
nin dəqiq tarixini bilirlər, lakin “hadisə təxminən XIII əsrdə baş 
verib” deməklə  kifayətlənirlər. Ona görə ki, o dövrdə aamu ad-
lanan yəhudi tayfasına zülm edən firon II Ramzesin anası Tua 
misirli olsa da atası Seti yəhudi nəslindən idi. Lakin bu həqiqət-
lər səmavi kitablarda-Tövratda, İncildə və Quranda yazılmışdır, 
yalnız hadisələri faktlarla əsaslandırıb vaxtı hesablamaq qalırdı. 
Deməli, bəşəriyyətin böyük peyğəmbərlərindən olan Musa və 
Xızır 1235 il miladdan öncə Beşbarmaq qayada görüşüblər. 
Sual doğur-nə üçün məhz Beşbarmaq qayada? Musa yəhudi 
qövmünün peyğəmbəridirsə, Xızır türk qövmünün peyğəmbəri-
dir. Xəzər dənizinin  şərqi də, qərbi də  ən qədim zamanlardan 
hun, uz, quz, içquz, oğuz, qıpçaq, sak, maskut (massaget),  
xəzər, basil, peçeneq və s. kimi türk tayfalarının məskəni 
olmuşdur. Beşbarmaq qayadan Dəvəçiyə (indiki Şabrana) qədər 
uzanan, Qayadabanı (Qaytaban) adlandırılan düzənlik oğuzların 
qışlağı olmuşdur. Qayanın “Xıdır zində”, “Xızır baba piri” 
adlanması, qayanın Xəzər dənizi sahilində, Xızırkənd, Xızırçay 
yaxınlığında olması, el arasında “Xızır yurdu” adlandırılan 


 
25
indiki Xızı rayonunun Beşbarmaq mahalında olması  və  nəha-
yət, müqəddəs kitabların, qədim tarixçilərin verdiyi məlumatlar 
xalqın dildən-dilə ötürərək  əsrlər boyu yaşatdığı  rəvayətlərin 
həqiqət olduğunu sübut edir. 
Arxeoloji tədqiqatlar Dərbənd və Beşbarmaq dağı arasındakı 
sədlərin Sasanilərdən çox-çox əvvəl tikildiyini, Dərbənd ərazi-
sində e.ə. VII əsrə aid istehkamın və yaşayış  məntəqəsinin 
mövcud olmasını sübut etmişlər. M.ö. XIII əsrin ilk yarısında 
bu ərazidə yaşayan insanların peyğəmbəri (Xızır) və hökmdarı 
olmuşdur. Bəs bu ərazidə yaşayan insanlar müdafiə sədlərini nə 
vaxt və kimlərə qarşı tikmişdilər? 
Müqəddəs Quranın “Kəhf” surəsinin 83 – 99-cu ayələrində 
Zulqarneyn haqqında danışılır. 96-cı ayədə deyilir: “Mənə də-
mir parçaları gətirin!” O, iki dağın arasını bərabərləşdirən kimi 
“Körükləri üfürün!” dedi. Od halına salınca: “Mənə ərimiş mis 
gətirin, onun üstünə tökün!” dedi”. Göründüyü kimi, ayədə də-
mir filizinin əridilməsi prossesinin ibtidai forması  təsvir edil-
mişdir, bu metod Domna sobalarında bu gün də  tətbiq edilir. 
Sobanın  əritmə  təknəsinə  dəmir filizləri doldurulur, üzərinə 
sönməmiş əhəng tökülür. Dəmir filizləri közərdikdə təknəyə bir 
qədər metal ərintisi  əlavə edilir. Bu ərinti ilə reaksiyaya girən 
əhəng əritmə təknəsində temperaturu iki dəfə artırır. O dövrdə   
insanlar misi  əridə bilirdilər, dəmiri də  qızdırıb formasını 
dəyişdirməyi bacarırdılar. Misi əritmək və  dəmiri qızdırmaq 
üçün 750
0
C  temperatur yetərlidir. Lakin dəmir filizini əritmək 
üçün 1250
0
C temperatur lazımdır. Tunc dövründə yaşayan  
insanlar bu temperaturu ala bilmirdilər. Ancaq müqəddəs 
Quranda yazılmış “közərmiş  dəmir filizlərinin üzərinə mis 
ərintisi” metodu əhəngdən düzgün istifadə  nəticəsində  əritmə 
təknəsində temperaturu iki dəfə artırır və 1500

C istilik alınır. 
Müqəddəs Quranda Xızırla Musanın əhvalatından dərhal sonra 
Zulqarneynin əhvalatı yazılmışdır. Nəzərə alsaq ki, peyğəmbər-
lər Beşbarmaq qayada m.ö. 1235-ci ildə, yəni dəmir dövrünün 


 
26
ərəfəsində görüşmüşlər, deməli Zulqarneyn ilk dəfə  dəmiri  
əritmiş insandır (69, s. 205-207). 
Tarixdən bizə  məlumdur ki, ilk dəfə  dəmir silahları Assur 
qoşunları  tətbiq etmişlər. M.ö. IX-VIII əsr Assur ordusu 
haqqında “Qədim  Şərq tarixi” kitabında belə deyilir: “Ordu  
yaxşı silahlandırılmış  və  təchiz edilmişdi. Müdafiə  əslahələri  
bürüncdən, hücum əslahələri isə dəmirdən hazırlanmışdı” (107, 
s.144). 
Azərbaycan tarixçisi Y.Yusifovun “Qədim Şərq tarixi” kita-
bında dəmirin, misin, qızılın və gümüşün qiymətləri aşağıdakı   
şəkildə müqayisə edilir: “Hammurapi dövründə (m.ö. 1792 – 
1750) 1 şekel qızıl 6 şekel gümüşə  bərabər idi. Hammurapi 
dövründə dəmir qızıldan baha olmuşdur. 1 şekel dəmir 8 şekel 
gümüşə bərabər idi. Lakin misin qiyməti xeyli aşağı idi. Qədim 
Babilistanda 1şekel gümüşə 120-140 şekel mis almaq olardı”. 
Digər yerdə yazılır: “E.ə. XII əsrdə  İkiçayarasında dəmir  əsri 
başlanmışdır. Məhz bundan sonra dəmirin qiyməti aşağı düş-
müşdür. Artıq yeni Babilistan dövründə 1 şekel gümüşə 225 şe-
kel dəmir almaq mümkün idi” (87, s. 101). 
E.ə. XII əsrə  qədər  İkiçayarasında pul əvəzi işlədilmiş 
dəmir, meteorit xassəli dəmir parçaları olmuş  və insanlar 
dəmiri “səma daşı” adlandırmışlar. O dövrün insanları  dəmiri 
qızdırıb döyəcləməklə müxtəlif formalara sala bilirdilər.  
Gümüş  qızıldan 6, dəmir gümüşdən 8 dəfə baha idi. Lakin e.ə. 
XII əsrdə dəmir gümüşə nisbətən birdən-birə 230 dəfədən çox 
ucuzlaşır. Deməli insanlar dəmir filizini və onun əridilməsini 
kəşf etmişdilər. Assuriya ordusu dəmir silahlarla silahlanmışdı. 
Deməli, dəmir filizini və onu əritməyi kəşf etmiş insan 
məntiqlə assuriyalı olmalıdır. Qurandakı Zulqarneyn sözü üç  
hecadan ibarətdir – “zul” ərəbcə “sahib” (133, s. 174), “qar” və 
yaxud “kar” qədim  İkiçayarasında  şəhər, eləcədə  ərəb dilində  
“qaryə” kənd, yaşayış  məntəqəsi mənasında (133, s. 444) 
işlədilmiş sözdür. Üç hissəni birlikdə oxuduqda “sahib şəhər 
neyn” alınır. “Qədim Şərq tarixi” kitabında yazılır: “Ümumiy-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə