Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   7   8   9   10   11   12   13   14   ...   86

 
33
het tayfaları da gəlmə hesab edilir. Hal-hazırda het dilinin  
Hind-Avropa dil ailəsinə  mənsub olmasına heç kim şübhə ilə 
yanaşmır. Eyni zamanda het dilində Hind-Avropa leksikasına  
mənsub olmayan sözlər də var. Het dili türk leksikası baxımın-
dan da diqqəti cəlb etmişdi (87, s. 230). Hetlərdən  əvvəl  
Anadoluda Hat tayfaları yaşamışlar. Lakin hat dili və het dili 
arasında heç bir genetik qohumluq əlaqəsi yoxdur. Ehtimal 
edilir ki, m.ö. II minilliyin əvvəlində Anadolu ilkin dili (pradili)  
parçalanmışdı  və  nəticədə het, luvi və pala dilləri yaranmışdı 
(87, s.230). Deməli, Anadoluda, İkiçayarasında hansısa qədim 
dil olmuşdur ki, III minillikdən başlayaraq Anadoluya, İkiçay-
arasına gəlmiş Hind-Avropa mənsubiyyətli tayfaların dilini  
güclü təsir altına salmış,  şumer dilinin yaranmasında həlledici 
rol oynamışdır. I Tukulti Ninurta hansısa qədim dili bilirdi ki, 
bu dil ona İkiçayarasından Çinə  qədər  ərazilərdə yaşayan 
insanlarla tərcüməçisiz ünsiyyət üçün imkan yaratmışdı. M.ö. II 
minillikdə  İkiçayarasında akkad dili şumer dilini sıxışdırmağa 
başlayıb. Məlum məsələdir ki, nə  şumer dilinə  təsir etmiş dil,  
nə  də  şumer dilinin özü birdən-birə yoxa çıxmamışdır. Bu 
barədə “Mifı narodov mira” kitabının II cildində yazılır: “E.ə. 
II minillikdə  İkiçayarası tarixi – bu artıq semit xalqlarının 
tarixidir. Lakin şumer və akkad xalqlarının qarışması prosesi  
tədricən gedirdi, akkad (babil – assuriya) dilinin şumer dilini 
sıxışdırması  şumer mədəniyyətinin tam məhvi və yeni, semit  
mədəniyyəti ilə  əvəzlənməsi anlamına gəlməməlidir” (122, s. 
651). Yafəs nəslinin məskənlərinin cənubda Dəclənin aşağı   
axarına qədər uzanmasını,  şumer dilində yüzdən artıq türk 
sözünün olmasını,  şumerlərin dövründə peyğəmbər olmuş 
İbrahimin atasının və  tayfasının Azər adını daşımasını, qədim 
skandinav əfsanələrinə görə As səddinin Don çayından şərqdə 
yerləşməsini, Don çayının töküldüyü dənizin Azov (Azak), 
indiki Azərbaycanın qədimdə As və ya As-ər ölkəsi, Anadolu-
dan Xəzər dənizinin qərb saihli ilə Volqa çayına qədər ərazinin 
Asiya adlanmasını, sonradan bu adın Volqadan Çinə  qədər 


 
34
ərazilərə  də  şamil olunmasını, bütün bu ərazilərdə  qədimdən 
türkdilli tayfaların yaşamasını  nəzərə alaraq bu qədim dilin 
azər-türk dili olmasını söyləmək mümkündür. Sonra da Zul Qar 
Neyn, yəni I Tukulti Ninurta I Salmanasarın varisidir. Görün-
düyü kimi, I Tukulti Ninurta Azər tayfasından, Azər oğlu 
İbrahimin nəslindəndir və bu dili bilməsi heç də  təəccüblü 
deyil. Bu dili Muhəmməd, Musa və  İsa peyğəmbər də bilirdi.  
“Azər” sözünü ərəb, fars və ya başqa dillərdə açıqlamağa cəhd  
edənlər səhv edirlər. Çünki ərəblərin və  yəhudilərin həm dil 
həm də milli mənsubiyyət baxımından, ata xətti ilə, kökləri 
Azərə bağlıdır. Fars dili isə İbrahim peyğəmbərdən ən azı min 
beş yüz il sonra formalaşmağa başlamışdır. Məsələn, bu günə  
qədər fars dilinə aid edilən azad (azat) sözünü nəzərdən 
keçirək. Bu söz üç hissədən ibarətdir: a + z + at. “A” hərfi  
əlifbanın birinci hərfi kimi, “birinci” (ilk) mənasında da işlənib. 
“Z” (s) hərfi, qədim türkcədə, sadə sözün sonunda işlədilərkən 
iki və daha çox say bildirir, məsələn: göz, səs, diz, biz, siz, 
köks, dirsək (dirs + ak) və s. “Z” (s) hərfi qədim azər (türk) 
dilindən ən azı üç min beş yüz il sonra formalaşmağa başlamış  
ingilis dilinə  dəyişmədən, cəm  şəkilçisi kimi keçmiş, slavyan 
dillərinə “birgə” (məsələn, s nami, s vami) mənasında qəbul  
edilmişdir. “Azad” (azat) sözü – az (ilk, birinci-lər) + at – yəni  
ilk atlar. İlk atlar isə  yəhərsiz, yüyənsiz, yəni azad (azat) 
olmuşlar. Bu açıqlama nəinki həmin sözün türklərə məxsuslu-
ğunu, hətta atların ilk dəfə  qədim türklər tərəfindən minik  
vasitəsi kimi istifadə edilməsini bir daha sübut edir və “azad”  
sözünün azər (türk) dilindən min illərcə sonra yaranmış fars 
dilinə keçməsini göstərir. “Azər” sözü yalnız qədimdə azər dili,  
bu gün türk dili adlandırılan dildə açıqlanır. “As” və ya “Az” 
sözü – A (birinci) + s, z (cəm  şəkilçiləri lar, lər) – birincilər,  
mahir insanlar və yaxud “a-su” kimi – ilk dənizçilər, “Az-ər” 
və ya “Asar” sözü – As + ər (insan, igid) – ilk insanlar, mahir  
döyüşçülər və ya mahir dənizçilər deməkdir. Qədim adı ilə  
bugünki adını nəzərə alıb bu dilə azər-türk dili, xalqa azər-türk 


 
35
xalqı demək səhv olmazdı. Bu gün Anadolu türklərinin dilində  
işlənən “has türk”, yəni “əsl türk” ifadəsi də “as-türk” ifadəsi-
nin bir formasıdır. 
I Tukulti Ninurtanın Çinin şimal-qərbində yaşayan türk tay-
falarını çətinliklə anlaması da qəribə deyil. Belə ki, bu gün də 
Anadolu və Azərbaycan türkləri Çinin şimal-qərbində yaşayan  
uyqur, qırğız qardaşlarının dilini çətinliklə başa düşürlər. 
Deməli, artıq m.ö. 1215-ci ildə Asiyanın şərqində yaşayan türk 
tayfaları dil, bəlkə də irqi cəhətdən müəyyən dəyişikliyə uğra-
mışdı. Rəvayətə görə, yəcuc-məcuc tayfaları ilə böyük səhrada  
uzun illər müharibə edən oğuzlar başqa tayfalardan (yəqin ki, 
altaylardan, tibetlərdən, hindlilərdən, hətta çinlilərdən) qız alıb 
evlənir, oralarda məskən salırdılar. Bu məsələnin ciddiliyini 
əsgər təcrübəsi olan hər kəs başa düşür. On minlərlə sağlam, 
cavan  əsgərin uzun illər kimsəsiz səhralarda döyüşməsini,  
ərzaq və digər ehtiyaclar üçün nisbətən yaxın və düşmən 
olmayan yaşayış yerlərinə tez-tez kiçik təchizat dəstələrinin 
göndərilməsini bir anlıq təsəvvür edin. Yaşayış yerində 
döyüşçünün rastlaşdığı ilk cavan qadın dilindən, dinindən, 
irqindən asılı olmayaraq bir dünya gözəlinə çevrilir. Dil və 
nəsil dəyişməsinin qarşısını almaq üçün, Xızır peyğəmbərin 
məsləhəti ilə, türk tayfaları müharibəyə ailələri ilə, elliklə 
getməyə başladılar ki, bu da öz müsbət nəticələrini verdi. 
Anadoludan və Azərbaycandan Böyük Səhraya, As – Van (Hun 
– Çin) müharibələrinə gedən türk tayfaları ordunun təchizatını 
asanlaşdırmaq məqsədi ilə heyvanatlarını da özləri ilə apardılar.  
Məhz o dövrdən, yəni miladdan təxminən 1300 il əvvəl türklə-
rin elliklə, heyvanatları ilə bir yerdən başqa yerə  hərəkətinin 
əsası qoyuldu, “oğuz”, “okkuz” sözləri yarandı. “Oğuz” sözü  
ok+quz, yəni “quz yurdu” mənasında açıqlanır, “okkuz” (tok-
kuz) sözü üç qədim türk sözünün (ok+ku+uz) birləşməsindən  
alınıb. Ok (ak, məkan) + ku (hu, hun, axın, müharibə) + uz 
(uzaq) – yəni “uzaq məkana axın” deməkdir. “Türk”  sözü – tur 
(dur, qalx) və ku (hu, hun) sözlərinin birləşməsindən yaranmış,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə