Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   2   3   4   5   6   7   8   9   10   ...   86

 
21
verilmişdir. Surədə Xızır peyğəmbərin adı çəkilmir. Lakin 1987 
-ci ildə Ankarada nəşr edilmiş “Mirati Kainat. Dünya və islam 
tarixi” kitabında  yazılır ki, həzrəti Muhəmməd (s.) peyğəmbər-
dən Musa peyğəmbərin kiminlə görüşdüyü sual ediləndə o, de-
mişdir: “Musa peyğəmbərin görüşdüyü  şəxs Xızır olmuşdur. 
Xızır Bəlya Məlkan oğlu” (98, s. 225). İlk baxışda “Bəlya” 
sözünün qeyri-türk sözü olduğu düşünülür. Lakin bu söz yalnız  
türk dilində açıqlanaraq öz məntiqi mənasını verir. Bu barədə 
bir qədər sonra danışacağıq.  İncildə Musa qayası adlandırılan  
Beşbarmaq qayasını xalqımız “Xızır baba piri” kimi tanıyır. 
Aydın məsələdir ki, xaçpərəstlərin və yəhudilərin Musanın adı 
ilə tanıdığı qayanı biz azər-türklər qövmümüzün peyğəmbəri 
Xızırın adı ilə tanıyırıq. Beşbarmaq qaya nəinki Azərbaycanda, 
vətənimizdən çox-çox uzaqlarda məhz Xızır baba ziyarətgahı  
kimi tanınır. Sonralar qaya inzibati bölgüyə görə Siyəzən 
rayonunun tərkibinə daxil edilsə  də bu qaya indi Xızı rayonu 
adlanan, mərkəzi Xızı  şəhəri olan Xızır yurdunun “Xızı-Beş-
barmaq” mahalının ərazisindədir. Xızır yurdunun Gədi (Gədik) 
mahalında Xızırçay sahilində Xızırkənd adlı kəndin xarabalıq-
ları indi də mövcuddur. 
Azərbaycan tarixçisi T.Məmmədovun “Qafqaz Albaniyası”  
kitabında “Böyük Qafqaz dağları silsiləsinin Xəzər dənizinə ən  
yaxın  ətəklərindəki dağın Beşbarmaq adı bu günə qədər qoru-
nub saxlanmışdır” yazılmış sözlər adi bir fikrin ifadəsi deyildir. 
Bu sözlər əsrlər boyu işğalçılarla amansız müharibələrə, fitnə-
karlıqlara, saxtakarlıqlara sinə gərərək mənliyini qoruyb saxla-
mış xalqımızın mübarizliyindən,  əyilməzliyindən, dilinə, keç-
mişinə, yurduna, adətlərinə  sədaqətindən xəbər verir. Ərəb 
coğrafiyaçıları  əl-Bələzuri və Yaqubi bu Beşbarmaq qayanı  
İncildəki “Musa qayası” ilə eyniləşdirmişlər. V əsr tarixçisi  
Şirakatsi bu qayanı “Xosr vem” adlandırmışdır (116, s. 166), 
bu da erməni dilindən tərcümədə “Xızır qayası” deməkdir. 
“Müqəddəs görüş” adlı tarixi poemada (“Cənnət qapıları” 
kitabında) Xızır peyğəmbərlə Musa peyğəmbərin görüşündən 


 
22
danışılır (68, s. 100-222). İncildə “Musa qayası” adlandırılan 
bu qayadan müqəddəs Quranın “Kəhf” surəsində  bəhs edilir. 
Beşbarmaq qaya “Xızır qayası” adlandırılmalıdır. Çünki “... 
onunla (Xızırla) görüşmək üçün aylarla yol gedərəm” deyən  
Musa peyğəmbər 65 günlük səfərdən sonra Xızır peyğəmbəri 
Beşbarmaq qayada tapır. Musa bir növ qonaq, Xızır peyğəm-
bər isə ev sahibidir. “Kəhf” surəsinin 60-cı ayəsindən 82-ci 
ayəsinə  qədər bu görüşdən danışılır. 79-cu ayədə “... onları  
arxadan hər bir saz gəmini zorla ələ keçirən hökmdar güdürdü”  
deyilir. Deməli, peyğəmbərlərin görüşü zamanı Beşbarmaq  
dağının daxil olduğu ərazidə dövlət var idi, dövlətin hökmdarı 
var idi. Bu görüş nə vaxt olmuşdur? 
1822-ci ildə “Rozetta” daşı üzərindəki yazıları oxumağa mü-
vəffəq olmuş Jan-Fransua Şampolyon misirologiya elminin 
əsasını qoydu. Alman alimi Rixard Lepsius qədim Misir 
tarixinin tədqiq edilməsində  Şampolyonun birbaşa davamçısı 
sayılır. Misirologiya elminin təməlini möhkəmlədən, bu elmi 
sistemləşdirən Qeorq Ebers R.Lepsiusun tələbəsidir. Arxeoloq, 
tarixçi, çoxsaylı elmi, ədəbi əsərlərin müəllifi olan Qeorq Ebers 
“Uarda” adlı kitabında Misir fironu II Ramzesin baş kahini 
Ameni, baş kahinin tələbələri Musa və Pentaur barəsində yaz-
mışdır. II Ramzes, Quranda haqqında danışılan firon, baş  
kahin Ameni isə Quranda adı Haman kimi yazılmış tarixi 
şəxsiyyətlərdir. Pentaur II Ramzesin qızı Bent-Anatın  əri 
olmuşdur. II Ramzes miladdan 1301il  əvvəl  taxta  çıxmışdır.  
Əslində II Ramzesin atası I Seti oğlunu dünyaya gəldiyi 
gündən, miladdan öncə 1323-cü ildə Misirin fironu elan 
etmişdi. Bu barədə Abidos yazılarında deyilir ki, “ bələkdə  
olarkən firon təyin edildi” (108, s.416). Səbəbi nədir? Səbəbini  
böyük alim Qeorq Ebers “Uarda” adlı əsərində tam açıqlamış-
dır. Belə ki, hakimiyyətdə olan fironun (II Ramzesin) babası I 
Ramzes qanuni hakim sülaləni devirmiş, zor tətbiq edərək taxt-
taca sahib olmuşdu. O, əslən, hiksos tayfalarını qovduqdan  
sonra Misirdə qalmış  və Tutmosun, Aminhotepin dövründə  


 
23
hərbi şücaəti ilə şöhrətlənmiş semit ailəsindən idi. I Ramzesin  
ölümündən sonra taxt-taca vərəsəlik üzrə onun oğlu Seti sahib  
olmuşdu. Seti taxta sahibliyini qanunlaşdırmaq məqsədi ilə III 
Aminhotepin Tua adlı nəvəsini özünə arvad etmişdi. O qadın-
dan olan oğluna babasının (Ramzes) adını vermişdi. Anası 
qanuni hökmdar nəslindən (misirli qızı) olan bu vərəsə şahza-
dənin, yəni II Ramzesin (atası  yəhudi olsa da) taxt-taca tam 
namizədlik hüququ vardı. Çünki Misirdə  əsilzadə ailələr və 
hətta fironlar öz şəcərələrini təkcə ata xətti ilə deyil, həm də ana 
xətti ilə davam etdirirdilər. Seti, Ramzesi öz həmidarəçisi elan 
etdi ki, özünün taxt-taca hüquqlarının qanuniliyinə olan bütün 
şübhələri aradan qaldırsın. II Ramzes m.ö. 1323-cü ildə  
dünyaya gəlib, 1301-ci ildə taxta çıxıb. Baş kahin Ameni firon 
II Ramzesə “Sən taxta çıxdığın  ildə yəhudi (aamu) tayfasında 
bir oğul dünyaya gələcək, nəticədə səni öldürüb yəhudiləri azad 
edəcək” demişdi. Fironun əmri ilə Misirdə doğulan yəhudi 
oğlan uşaqları öldürülür, qız uşaqları isə zorla kəniz edilirdilər.  
Musa peyğəmbər II Ramzes taxta çıxdığı ildə, Misirin Fiv 
şəhərində, yəhudi ailəsində dünyaya gəldi. Anası Yukabid  
körpəni beşiyə qoyub Nil çayına atdı. Beşik suvarma kanalı ilə  
düz fironun sarayına gəldi. Fironun arvadı Asya körpəni öv-
ladlığa götürdü. Beləliklə Musa fironun öz sarayında böyüdü. 
29 yaşı olarkən Tanis şəhərinə gəldi. Təsadüf nəticəsində adam 
öldürdü, qaçıb  Şam (Dəməşq) yaxınlığında Mədyən adlı  ərəb 
qəbiləsinin peyğəmbəri  Şüeybin evində  sığınacaq tapdı. Onun  
qızı ilə ailə qurub on il Mədyəndə yaşadı. Qırx yaşının tama-
mına bir neçə gün qalmış  Şüeybin izni ilə ailəsini götürüb 
Misirə yollandı. Tur dağının zirvəsində, tam qırx yaşında, yəni 
m.ö. 1261-ci ildə Allahdan ona peyğəmbərlik verildi. Musa  
Misirdə uzun müddət Allahın vahid tanrı olduğunu təbliğ etdi 
və eyni zamanda qul kimi yaşayan qövmünü azadlığa səslədi. 
Nəhayət, m.ö. 1235-ci ildə qövmünü götürüb “Vəd olunmuş 
torpağa” tərəf hərəkət etdi. Onları  təqib edən II Ramzesin 
qoşunu Aralıq dənizində boğuldu, fironun özünü isə dalğa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə