Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   6   7   8   9   10   11   12   13   ...   86

 
30
onun üstünə tökün!” dedi. Artıq (bu səddi Yəcuc-Məcuc tay-
faları) nə  aşa bildilər, nə  də  dəlib keçə bildilər. O, dedi: “Bu 
(sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin 
etdiyi vaxt (axirat) gəldikdə isə onu yerlə yeksan edəcəkdir.  
Rəbbimin vədi haqdır!” 
Dahi Nizami Gəncəvinin (1141-1209) “İsgəndərnamə” əsəri 
dünya  ədəbiyyatının  şah  əsərlərindəndir. Nizaminin dövründə  
Şumer, Akkad, Babilistan, Assuriya kimi qədim sivilizasiyalar  
barəsində heç bir məlumat yox idi. Nizami Gəncəvidən altı yüz 
il sonra İkiçayarasında arxeoloqlar işə başladı.  Şərəfnamənin 
“Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi” hissəsində  
(64, s. 53-58) böyük şair, Makedoniyalı Aleksandrla (İsgəndər)  
peyğəmbər və ya nəbi Zul Qar Neynin heç də eyni şəxs olmadı-
ğını oxuculara belə izah edir: 
 
Şerimdən atsaydım bəzəkli donu
Azacıq zəhmətlə yazsaydım onu, 
Bu böyük fatehin sərgüzəştindən, 
Bir vərəq yazmaqla bitirərdim mən.  
 
Şübhəsiz ki, bu gözəl  əsər, o dövrün məhdud informasiya 
çərçivəsində, gərgin tədqiqat işlərinin bəhrəsidir və şair bu ba-
rədə əsərin “Şərəfnamə” hissəsində (64, s. 55) yazmışdır: 
 
Ən qədim tarixi əsərlərdən mən, 
Yəhudi, nəsrani, pəhləvilərdən, 
Ən incə sözləri əlimə saldım, 
Qabığı ataraq məğzini aldım. 
 
Nizami Gəncəvi “İqbalnamə”nin “İsgəndərin şimala çatması 
və Yəcuc səddini bağlaması” hissəsində (64, s. 567-577) yəcuc-
məcuc tayfaları haqqında məlumat vermiş, yəcuc-məcuc səddi-
nin Çinin şimalında tikildiyini yazmışdır. 


 
31
Bundan başqa, rəvayətlərdə, nağıllarda, dini təfsirlərdə, qə-
dim türk əfsanələrində  yəcuc-məcuc tayfalarının Çin-Maçin 
ərazilərindən gəldiyini bilirik. XIV əsr tarixçisi Fəzlullah Rəşi-
dəddinin “Oğuznamə” kitabında belə bir izah verilir: “Çin – 
dedikdə Çinin özü, Maçin (Manzi) dedikdə Cənubi Çin nəzərdə 
tutulur”(128, s.103). 
“Mirati Kainat. Dünya və islam tarixi” kitabında qeyd edilir: 
“Zülqarneyn qərbə  və  şərqə getdikdən sonra cənubdan  şimala  
getdi, şimal-şərqdə, Türk elinin sonunda bir Türk boyuna yetiş-
di. Onlar: “Yəcuc və Məcuclar bizim yurdumuza gəlib qətllər,  
qarətlər törədirlər. Sənə çoxlu var-dövlət verək, bizimlə onların 
arasına bir sədd çək” deyə, müraciət etdilər” (98, s. 343). 
2006-cı ildə nəşr edilmiş “Həzrəti Zul Qar Neyn” adlı əsərdə 
(tarixi poemada) I Tukulti Ninurta tərəfindən yəcuc-məcuc səd-
dinin qurulması haqqında geniş məlumat (69, s. 217-221) veril-
mişdir.  Bəs  hansı  səbəbdən  Assuriya çarı I Tukulti Ninurta 
bu qədər uzaq bir səfər etmiş, Çinin şimal-qərbində  sədd qur-
muşdur? Müqəddəs Quranın ayəsinə diqqət yetirək: “Nəhayət 
iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz 
anlamayan bir tayfa gördü”. Deməli, elə indiki kimi, Ana-
doludan başlayıb Urmiya gölünün, Xəzər dənizinin sahilləri ilə, 
indiki Azərbaycan  ərazisi ilə  hərəkət edərək Çinin şimal-
qərbinə qədər getmiş I Tukulti Ninurta bütün bu ərazilərdə dil 
baxımından heç bir problemlə rastlaşmamışdır. Nuh peyğəmbə-
rin oğlu Yafəs Türk xalqının ulu babası sayılır. Alban tarixçisi 
Moisey Kalankatuklu “Albaniya tarixi” əsərində Yafəs övlad-
larının məskunlaşdığı  ərazilərin cənub sərhədlərinin “... Dəclə 
çayının aşağı axarına qədər” uzandığını yazır. Qədim skandinav 
və island əfsanələri As səddinin, As adlı tanrıların Don çayın-
dan şərqdə yerləşdiyini xəbər verir. Xəzərin həm qərb, həm də 
şərq sahillərinin  ən azı m.ö.VII əsrdən bəri hun (içquz, uz, 
peçeneq, sak, massaget və  s.)  tayfalarının məskəni olduğunu  
bilirik. Bütün bunlardan başqa, müqəddəs Quranın “Ənam”  
surəsinin 74-cü ayəsində deyilir: “Xatırla ki, bir zaman İbrahim 


 
32
atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən 
səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm”. Bəşə-
riyyətin dahi şəxsiyyətləri, uca peyğəmbərləri – Muhəmmədi, 
Musanı  və  İsanı tanıyan hər bir kəs  İbrahimin kim olduğunu 
bilir. İbrahim peyğəmbərin böyük oğlu İsmayıl ərəb millətinin 
ulu babasıdır.  İbrahim peyğəmbərin kiçik oğlu  İshaq yəhudi 
millətinin ulu babasıdır.  İbrahim isə Azərin oğludur. Vətə-
nimizi Araz çayı boyunca iki hissəyə bölmüş Rusiyanın və 
İranın qələm sahibləri bu faktı ümumiyyətlə  qəbul etmirlər. 
Müqəddəs Qurana təfsir yazan bəzi din xadimləri, tarixçilər  
“Azər  İbrahimin  əmisidir” və ya “tərbiyəçisidir” yaxud “ana  
babasıdır” deyə  “Ənam” surəsinin 74-cü ayəsini inkar edirlər. 
Q.Ebers “Uarda” adlı əsərində II Ramzeslə müharibə edən Hett  
çarının adını “Hetazar” kimi yazmışdır (108, s. 99). Kitab 
1987-ci ildə rus dilinə  tərcümə olunub Moskva şəhərində  
“Pravda” nəşriyyatında nəşr edilmişdir. Kitabı  tərcümə edib  
çapa hazırlayan işçi heyət, bu adın “Hetazar” kimi yazılışına, 
emosiyalarını gizlətmədən belə, kəskin etiraz edirlər. Arxeoloq,  
tarixçi, saysız-hesabsız elmi və  ədəbi  əsərlərini öz arxeolji 
kəşfləri, elmi tədqiqatları  əsasında yazmış Qeorq Ebersin  
savadına bir qrup mətbəə  işçisi nə üçün şübhə edir?! Saysız-
hesabsız faktların qarşısında bir adın dəyişdirilməsi cəhdi  
mənasız işdir. “Azar”, “asar” sözləri qədim  İkiçayarasında bir 
çox hökmdarların – Asarhaddon, Salmanasar, Tiqlatpalasar, 
Hetazar kimi adlarının tərkib hissəsi olmuşdur.  İbrahim pey-
ğəmbər şumerlərin dövründə, təxminən 2500-2700 il miladdan 
öncə Anadoluda dünyaya gəlmiş,  İkiçayarasında yaşamış,  
peyğəmbərlik etmişdir. Bu gün bizə məlum olan ən qədim sivi-
lizasiyalardan biri də şumerlərin adı ilə bağlıdır. Qədim şərq ta-
rixini araşdıran alimlər  şumerlərin  İkiçayarasına gəlişini m.ö. 
IV minilliyin sonlarına və ya III minilliyin əvvəllərinə aid 
edirlər.  Şumer dilində çoxlu sayda türk sözü aşkar edilmişdir. 
M.ö. II minilliyin əvvəlində Anadolu ərazisində məskunlaşmış  
və  m.ö. II minilliyin sonlarında tarix səhnəsindən yoxa çıxmış 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə