Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   9   10   11   12   13   14   15   16   ...   86

 
39
şimal dənizi, “qalayı  və  kəhrəbanı  ən uzaq ölkələrdən gətirir-
lər” ifadələrini işlətməsi həlledici rol oynayır. Bu gün də 
Atlantik okeanın  şərq sahillərindən Çinə  qədər  ərazidə qalay 
yatağı yalnız Britaniya adasındadır və  kəhraba dedikdə Baltik 
dənizi sahilində yerləşən Kalininqrad şəhəri yada düşür. “Kəhf” 
surəsinin 61-ci ayəsində “... balıq isə dənizdə bir yarğana tərəf 
üz tutmuşdu” deilir. Baltik dənizinə daxil olmuş gəmi, Britani-
yadakı qalay yatağına getmək üçün Danimarkanın Yutlandiya 
yarımadasının  şərq tərəfi ilə üzərək Skaqerrak körfəzinə 
çıxmalı,  Şimal dənizi ilə gedərək La-Manş körfəzinə daxil 
olmalı, Britaniyanın Kornuell yarımadasının sahilinə yan 
 
almalıdır. Müqəddəs Qurandakı “dənizdə yarğan” ifadəsinə  
gəlincə, bu Skaqerrak körfəzində olan “Norveç yarğanı”dır,  
dərinliyi bəzi yerlərdə 800 metrdən çoxdur. Musa peyğəmbərlə  
Yuşə bin Nun Qara dənizlə Azov dənizinin qovuşduğu yerə  
çatdıqda gəmi Norveç yarğanına tərəf üzürdü. Musa peyğəm-
bərlə Yuşə bin Nun gəldikləri yolla geri qayıdaraq təxminən 
17-18 gündən sonra Xəzərin qərb sahilindəki Beşbarmaq 
dağına çatdılar və İsrail torpaqlarından başlanmış səfərin 65-ci 
günündə, Musa və  Xızır qayada görüşdülər. Bütün bunlar 
göstərir ki, Musa peyğəmbərin Xəzər dənizi sahilinə  gəlmə-
sində  Xızır peyğəmbərdən elm öyrənməkdən başqa daha bir 
məqsədi də varmış. Yenicə azadlığa çıxmış  İsrail övladlarının 
iqtisadi cəhətdən dirçəlişi üçün qalay çox vacib əhəmiyyət kəsb 
edirdi. Qalayı Britaniyadan Xəzər dənizinə  gətirən azər-türk-
lərlə ticarət  əlaqələri qurmaq lazım idi. Azərlər isə hər ölkəyə 
qalay satmırdılar. Məsələn, A.Viqasinin “Qədim  Şərq tarixi” 
kitabında yazılır: “Qeyd etmək lazımdır ki, Aralıq dənizinin 
şərq sahillərində, Kiçik Asiyada, İkiçayarasında  əksər xalqlar 
misirlilərdən çox-çox əvvəl tuncdan istifadə etməyə başlamışdı-
lar. Bu geriliyin səbəbi Nil ətraflarında və onu əhatə edən 
ölkələrdə tunc əldə etmək üçün vacib komponent olan qalayın 
olmaması  və qalay mənbəsinin Misirdən məlum uzaqlığı idi” 
(107, s. 41). 


 
40
İlk dənizçilər olmuş  qədim aslar qalay yolunu, qalay yata-
ğını aşkar etdikdən sonra Tunc dövrü başlanmışdır. Qalay yolu 
belə olub: Xəzər dənizi, Volqa çayı ilə indiki Volqa – Don 
kanalına qədər su yolu, Volqadan Don çayına quru ilə (bəlkə də 
yaz-yay mövsümündə daşqınlar zamanı yaranmış göllər ilə) 
keçid, Azov dənizi, Qara dəniz, Dnepr çayı, Dnepr çayından 
quru və ya daşqınlar zamanı yaranmış göllərlə  Qərbi Dvin 
(Dauqava) çayına keçid, Riqa körfəzi,  Baltik dənizi, Skaqerrak 
körfəzi,  Şimal dənizi, Duvr (Pa-De-Kale) boğazı, La-Manş 
körfəzi ilə Britaniya adasının indiki Penzans şəhərinin sahilinə 
və eyni qaydada geriyə, Xəzər  dənizinə. Sual yarana bilər – nə 
üçün qalayı Qara dənizdən birbaşa Kiçik Asiyaya çıxarmır-
dılar? Azərlərin Anadoluda yaşayan qisminin köçüb getdiyi 
vaxtlardan başlayaraq iqtisadi, siyasi durumu sabit olmayan, 
etnik baxımdan tərkibi sürətlə dəyişən bir ərazidə qalay bazası  
yaratmaq təhlükəli idi. Buna m.ö. XIII əsrdə  hərbi müdaxilə 
nəticəsində Mitanni, Hett dövlətlərinin məhvini misal göstər-
mək olar. Müasirlərimiz xammal yataqları, xammalın nəql  
edilməsi yolları  uğrunda istər siyasi, istərsə  də  hərbi arenada 
amansız mübarizənin nə olduğunu yaxşı bilirlər. Deməli,  
qalayın Xəzər dənizi sahilində yerləşən bazası  və ticarət 
mərkəzi mütləq qorunmalıydı. Necə? Bunu Xəzər dənizinin 
qərb tərəfindəki coğrafi  şəraitin özü diqtə edir. Sədlərlə!   
Dərbənddən Beşbarmaq dağına qədər dar keçiddə ilk sədlər Sa-
sanilərdən çox-çox əvvəllər tikilib və bunu arxeoloji qazıntılar,  
tarixi faktlar sübut edir. O dövrdə qalay yatağının və nəqliyyat  
yolunun qorunmasına ehtiyac yox idi. Çünki Britaniya adadsın-
da hələ çox-çox sonralar, m.ö.V əsrdən başlayaraq insanlar 
məskunlaşmağa başlayacaqdı. Çaylarla hərəkət marşrutu ətraf-
larında azərlərə hərbi cəhətdən güc göstərə biləcək bir dövlət və 
yaxud tayfalar birliyi yox idi. Baltik dənizindən Britaniya 
adasına qədər dəniz yolunu isə azərlərdən başqa bilən yox idi. 
Çünki Xəzər dənizindən Britaniya adasına qədər bu təhlükəli 
nəqliyyat yolu insandan astronomiya, coğrafiya, riyaziyyat  


 
41
kimi elmlər üzrə mükəmməl biliklər tələb edirdi. Əvvəllər bu iş 
kortəbii təşkil olunurdu, yəni yalnız yolu müəyyən etmək üçün 
tək astranomiyadan istifadə edilirdi. Əgər Qobustandakı qaya-
üstü  şəkillərdən başlayaraq qədim Qalay yolunun üstündəki 
(Baltik dənizi sahillərindəki Avropa ərazilərində  və Skandina-
viyada)  ərazilərdə qayaüstü şəkillər və yaxud mağara rəsmləri 
vahid sistem çərçivəsində öyrənilsə, deyilənlərin həqiqət 
olduğuna heç bir şübhə qalmaz. Xızır peyğəmbərin dövründən 
başlayaraq qalay yoluna çıxan asların (quzların) səfərləri bir 
neçə elmin vəhdəti şəklində təşkil olundu. Müqəddəs Quranda 
“elm verdiyimiz qoca” və buna oxşar adlarla anlatılan Xızır 
astronomiya, coğrafiya, riyaziyyat və başqa elmləri mükəmməl 
bilən peyğəmbər idi. Musa peyğəmbər kimi böyük bir şəxsiyyət 
“Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək 
şərtilə sənə tabe olummu?” sözləri ilə Xızıra müraciət edir. Bu 
da Xızırın nə  qədər elmli, qüdrətli peyğəmbər olduğunu tam  
aydınlığı ilə göstərir. Rəvayətlərdə Xızır peyğəmbərdən  danışı-
landa hadisələr mütləq su ilə əlaqələndirilir. Xızır peyğəmbərin 
adı, yəni “Bəlya” sözü də məhz su ilə əlaqəlidir və yalnız türk 
dilində açıqlanır. “Bəlya” sözü “bəl” və “ya” hissələrindən 
ibarətdir. Qədim türk sözü olan “bəl” (bil) bürümək,  əhatə  
etmək mənasını verir (məsələn, bələk, bələmək, bilik, bilmək).  
Qədim İkiçayarasında ən qədim xalq sayılan şumerlərin qədim 
türk tayfası olmasına  şübhə edilsə  də  şumer dilinə  qədim türk 
(azər) dilinin güclü təsiri danılmazdır. “Bəl” sözü də azər  
dilindən  İkiçayarası dillərinə keçmişdir. Məsələn, Bəl-Aşşur,  
Assuriyanın baş bütüdür və “Assuriyanı əhatə etmiş tanrı” yəni  
“Assuriyanın ağası” deməkdir. Bəl-Mərduk isə qədim Babilis-
tanın bütüdür və “Mərdlər yurdunun ağası” deməkdir. “Bəlya” 
sözünün ikinci hissəsi olan “ya” ifadəsi qədim türkcədə “su”  
sözünün sinonimlərindən biridir, məsələn, “yaş” sözü “ya şu” – 
“su bu”dur “bura nəmdir” mənasını verir. Dilimizdəki yağış,  
yağmur sözləri də “ya” ifadəsinin  əsasında yaranmışlar. Bu 
vaxta qədər başqa dillərə aid etdiyimiz  “dünya”  sözü də qədim 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə