Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   5   6   7   8   9   10   11   12   ...   86

 
27
yətlə, Assur hökmdarları öz qələbələrini həddindən artıq  şişir-
dirdilər. Belə hala I Tukulti Ninurtanın (e.ə. 1244 – 1208-ci 
illər) da yazılarında rast gəlinir. O, paytaxtı  Aşşur  şəhərindən  
yeni tikdirdiyi iqamətgaha köçürdü. Bu şəhəri öz adı ilə Kar-
Tukulti Ninurta (indiki Tulul-Akir) adlandırdı. I Tukulti 
Ninurta bütün istiqamətlərdə müharibə aparmışdı. O, Suriya  
səfərini uğurla başa çatdırdı  və buradan ölkəyə 30 min əsir 
gətirdi... Babilistana yürüş  təşkil etdi. O, Babili tutdu, şəhəri 
taladı  və böyük qənimət  ələ keçirdi. Babilistan hökmdarı  əsir 
düşdü... I Tukulti Ninurta bu geniş  ərazidə kutiləri məğ-
lubiyyətə uğradıb Nairi ölkəsinin 43 hökmdar və hökmdarəsini 
özünə tabe etdi... Mixi yazılarda özünü “güclü hökmdar, Assur  
hökmdarı, Kar-Duniyaş (Babil ölkəsi) hökmdarı, Şumer və Ak-
kad hökmdarı, Sippar və Babil hökmdarı, Dilmun (Bəhreyn) və 
Meluhha (Hindistan) hökmdarı, Yuxarı  və  Aşağı  dəniz hökm-
darı, dağ  və geniş biyabanlar hökmdarı,  şubari (subari), 
kutilərin və bütün Nairi ölkələrinin hökmdarı adlandırmışdır” 
(87, s.258). Əfsanəvi rəvayətə görə,  ən qədim zamanlarda 
Asiyada Nin adlı hökmdar yaşayırmış. O, öz  şücaəti  ilə  şöhrət 
qazanan yeganə hökmdar imiş. Nin yeni paytaxt şəhəri saldırıb 
onu öz adına uyğun olaraq adlandırmışdı. Nin bir çox ölkələri
o cümlədən Babilistanı, Midiyanı, Qara dəniz və Xəzər dənizi 
ətrafındakı ölkələri, həmçinin Aralıq dənizi sahilindən Hindis-
tana kimi əraziləri işğal edibmiş. 
Göründüyü kimi, tarixi I Tukulti Ninurta və  əfsanəvi Nin 
eyni bir şəxsdir. “Nin” (Neyn) sözü “Ninurta” sözünün qısal-
dılmış formasıdır. Müqəddəs Qurandakı Zulqarneynin və tarixi 
I Tukulti Ninurtanın fəthlər zamanı  hərəkət istiqamətləri və 
ardıcıllıqları tamamilə eynidir. “Zulqarneyn” sözü “şəhər sahibi 
Neyn” deməkdir. M.ö. XII əsr dəmir  əsridir. Deməli, özünü 
şəhər sahibi adlandıran və  dəmir  əsrinin astanasında yaşamış 
tarixi I Tukulti Ninurta ilə Quranda adı  dəmirin  əridilməsiylə 
əlaqələndirilən  şəhər sahibi Zulqarneyn eyni bir şəxsdir. Mü-
qəddəs Quranda yazılır: “Nəhayət günəşin batdığı yerə  gəlib 


 
28
çatdıqda onu qara palçıqlı bir suda batan gördü. O, çeşmənin 
yanında bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zulqar-
neyn! Sən onlara əzab da verə bilərsən, onlarla yaxşı rəftar da 
edə bilərsən!” (“Kəhf” surəsi, ayə 86) “Qara palçıqlı su” qədim  
Assuriyanın şimal-qərbindən axan Qarasu çayıdır. Qarasu çayı 
Ərzurum dağlarından başlanğıc götürüb Fərat çayına tökülür. 
Van gölünün təxminən 100 km şərqində dağlardan başlanğıc 
götürüb Van gölünə tökülən çay da Qarasu adlanır. “Günəşin 
batdığı yer” yəni dağların arxasındakı Nairi hökmdarlarının  
ölkəsi (Urartu) Van gölünün sahilindən Urmiya gölünün cənu-
buna qədər uzanırdı. Bu ərazini fəth etmiş Zul Qar Neyn (Nin), 
yəni I Tukulti Ninurta Nairi tayfalarına, “Kəhf” surəsinin 87-ci  
ayəsində yazıldığı kimi, “Küfr edənə  əzab verəcəyik!” deyə  
əzab verdi. Bu günə qədər peyğəmbərliyinə tam əminlik olma-
yan Zul Qar Neyn necə əzab verdi? 
I Tukulti Ninurtanın dövründə Assuriyanın sürətli inkişafı 
“Qədim Şərq tarixi” kitabında belə təsvir edilir: “Qafqazın bəzi 
ərazilərinin nəzarət altına alınması Assuriyanın metallurgiya 
bazasının genişlənməsi ilə nəticələndi. Ölkədə quruculuq işləri 
vüsət almışdı. Kalhu şəhəri tikilir, Assuriyanın yeni paytaxtı, 
“Tukulti Ninurta qalası” ucaldılırdı, özü də inşaat işlərində as-
suriyalılar tərəfindən zəbt edilmiş ölkələrdən gətirilmiş əsirlər: 
kassilər, hurrilər, urartulular işləyirdilər” (107, s.136). Cənubi 
Qafqazda dəmir filizi yataqları olduğunu bilirik. Zul Qar Ney-
nin bu əraziləri fəth etməyinin  əsas məqsədlərindən biri də 
məhz dəmir filizi ilə bağlı idi. “Küfr edənə  əzab verəcəyik!” 
deyən Zul Qar Neyn əsarət altına aldığı Nairi tayfalarından 
birini dəmir filizinin əldə edilməsinə  cəlb etdi və o dövrdəki 
qazma işlərinin, filizin nəql edilməsinin primitivliyini nəzərə 
alsaq, həqiqətən o tayfaya əzab verdi. Müqəddəs Quranın 
“Kəhf” surəsinin 89-91-ci ayələrində deyilir: “Sonra o, başqa  
bir yola tərəf üz tutub getdi. Nəhayət, günəşin çıxdığı bir yerə 
çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlar üçün ona 
(günəşə) qarşı heç bir qorunacaq yaratmamışdıq. Belə idi. Biz 


 
29
hələ onun yanında nələr olduğunu da bilirik”. Bu isə Zul Qar 
Neynin Dilmun (Bəhreyn) səfəridir. Qədim Dilmun Assuri-
yanın cənub-şərqində “günəşin çıxdığı yerdə”, Fars körfəzinin 
qərbində yerləşirdi. “Günəşə qarşı heç bir qorunacağı olmayan”  
bu dağsız, meşəsiz, qızmar səhraya Zul Qar Neyn nə üçün 
getdi? Dəmirin  əridilməsində havanın temperaturu mühüm rol 
oynayır. Müasir domna sobalarına hava kompressorları ilə isti 
hava vurulur. Bu həm əritmə hərarətini, həm də dəmirin keyfiy-
yətini yüksəldir. Məhz bu səbəbdən Zul Qar Neyn Dilmuna 
səfər etdi. “Biz hələ onun yanında nələr olduğunu da bilirik” 
ayəsi də aydındır ki, Zul Qar Neyn Dilmuna arabalarda dəmir  
filizi, Assuriya ərazisində bol olan əhəng,  əritmə sobalarının  
tikilməsi üçün kərpic, kürəklər və mis gətirmişdi. Sözsüz ki, 
soba tikməkdə, mis əritməkdə, tunc istehsal etməkdə  səriştəsi  
olan sənətkarları da buraya gətirmişdi.  İlk dəfə  dəmir filizinin 
əridilməsi üçün uzaq Dilmun ərazisinin seçilməsinin digər bir 
əhəmiyyətli səbəbi vardır. Dəmirin qızıldan, gümüşdən dəfələr-
lə baha olduğu bir dövrdə  qırmızı torpağın dəmirə çevrilməsi 
böyük hadisə idi. Məhz bu səbəbdən Assuriya Tukulti Ninurta-
nın dövründə kuliminasiya çağını yaşadı, Assuriya ordusu dün-
yanın  ən qüdrətli ordusu oldu. Dəmir filizini və onun əridilib 
dəmirə çevrilməsini kəşf etmiş Zul Qar Neyn bəşəriyyətin 
tarixində çox böyük rol oynamış tarixi şəxsiyyətdir. 
Müqəddəs Quranın “Kəhf” surəsinin 92-98-ci ayələrində de-
yilir: “Daha sonra o, başqa bir yola üz tutub getdi. Nəhayət iki 
dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anla-
mayan bir tayfa gördü. Onlar dedilər: “Ey Zulqarneyn! Yəcuc-
Məcuc tayfaları bu ərazilərdə fitnə-fəsad törədirlər. Bizimlə on-
lar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ ver-
sək olarmı?” O, dedi: “Rəbbimin mənə verdiyi daha yaxşıdır. 
Gəlin öz qüvvənizlə  mənə kömək edin, mən də onlarla sizin 
aranızda möhkəm sədd düzəldim. Mənə dəmir parçaları (filizi) 
gətirin!” O, iki dağın arasını bərabərləşdirən kimi: “(Körükləri)  
üfürün!” dedi. Od halına salınca: “Mənə  ərimiş mis gətirin, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə