Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   13   14   15   16   17   18   19   20   ...   86

 
51
mın (Dərbənd-Beşbarmaq sədlərinin) içində yaşamış və böyük 
əksəriyyəti oğuz türkləri olan tayfalardan asılı olmuşlar. 
Onomastika materiallarına görə Qara dənizin  şimalındakı 
bəzi işquz tayfalarının irandilli olmasını söyləyənlərin bu fikri 
heç də sübut kimi qəbul edilməmişdir. Digər alimlər külli miq-
darda qaynaqlara isnad edib, başqaları  tərəfindən irandillilər 
qrupuna daxil edilən onomastika materialının bir çoxunun türk 
mənşəli olmasını sübut etmişlər (48, s. 73). Mənbələrdə işquz-
ların “20 tayfa birliyi” olması o demək deyil ki, bunlar ayrı-ayrı  
dillərdə danışan və yaxud müxtəlif qövmlərə aid tayfalar 
olmuşlar. XI əsrdə yaşamış Mahmud Kaşğari də, XIII-XIV  
əsrlərdə yaşamış Fəzlullah Rəşidəddin də əsərlərində oğuzların 
24 tayfadan ibarət olduğunu yazmışlar (128, s. 6). 
Az, azər və iç-quz sözlərinin yalnız türklərə aid olduğuna 
heç bir şübhə yoxdur. E.ə. XIII əsrin ortalarında başlamış Hun-
Çin (skandinav əfsanələrində As-Van) müharibələrində oğuzun 
ikinci, “Taş-oğuz”, yəni daşınan (taşınan, mobil) qolu yaran-
mışdır. Böyük Səhrada (sonradan Asiya) döyüşən oğuzlar get-
dikcə  vətəndən uzaqlaşan ordunun təchizatını asanlaşdırmaq 
üçün müharibəyə ailələrini, sursatlarını, heyvanatlarını, sənət-
karları da aparırdılar. Atlardan və arabalardan geniş istifadə  
etdiklərinə  və  təchizatı özləri ilə olduğuna görə elliklə Hun 
(hərbi yürüş) etmiş oğuzlara hunlar və ya “Taş-oğuz” demişlər. 
Uzun sürən müharibələr As dövlətinin zəifləməsinə və ehtimal 
ki, e.ə. X əsrdə parçalanmasına səbəb olmuşdur. Tarixdə sak-
massaget, hun-massaget, məsqut, maskut yaxud sadəcə hunlar 
adlandırılmış türk-dilli tayfaların e.ə. VII əsrdə Azərbaycan 
ərazilərinə  gəlişi, qeyd etdiyimiz kimi, dədə-baba yurduna 
qayıdışdan başqa bir şey deyildir. 
Dərbənd-Beşbarmaq sədləri “Azərbaycan” sözünün yaran-
masında da əsas rol oynamışlar. Yuxarıda qeyd etdik ki, azərlər 
Dərbənddən həm şimalda həm də cənubda yaşamışlar. Sədlər-
dən Azov dənizinə qədər ərazi “Azər bəy dış an”, Dərbənd və 
ondan cənubda yerləşən  ərazi “Azər bəy iç an” yəni “azər 


 
52
bəylərin iç yurdu” adlanmışdır. “Azər” sözü e.ə IV minilliyin 
sonlarında yaranmışdır. “Azərbaycan” ifadəsi isə  Dərbənd-
Beşbarmaq sədlərinin çəkilməsindən sonra, e.ə. XIII əsrdə 
meydana çıxmışdır. Min illər keçməsinə baxmayaraq bu günün 
özündə belə sadəliyi, saflığı ilə adamı heyran edən “Azərbay-
can” sözü “Atropatena”dan ən azı VII əsr  əvvəl mövcud 
olmuşdur. Azərlərin peyğəmbəri  Xızırın  Xız (quz) tayfasından 
olduğunu nəzərə alsaq “işquz” ifadəsinin “iç-quz”, yəni “iç-
oğuz” kimi, “azər-bəy-iç-an” ifadəsinin digər forması olduğuna  
zərrə  qədər  şübhə qalmır. Saf türk dilində olan bu ifadələr 
işquzlar haqqında “şübhələri” də aradan qaldırır.  İşquzların 
arasında digər etnoslara aid bir neçə tayfanın yaşaması  və 
onların da əksəriyyət kimi “işquz” adlandırılması tamamilə  
təbii hal olduğunu da yuxarıda bildirmişik. 
Görkəmli alim, akademik Bartold “Türkmən xalqı tarixinin 
oçerkləri” kitabında yazır ki, IX yüzilliyin birinci yarısına aid 
olan Məhəmməd Xarəzminin ilk ərəb coğrafi əsərində Ptolome-
yin iki işquz ölkəsindən birincisi-qərbdəki “türklər torpağı” ilə, 
ikincisi,  şərqdəki “tuquz-quzlar torpağı” eyniləşdirilir. Görün-
düyü kimi o, Ptolomeyin adlarını çəkdiyi hər iki işquz ölkəsini 
qədim azərbaycandillilərə aid edir (48, s. 73-74). 
Görkəmli alim A.N.Bernştamın bu barədəki fikri çox maraq-
lıdır: “Türk etnogenezinin qidaverici mühiti bilavasitə hun cə-
miyyəti olmuşdur. Sonuncuların isə bilavasitə  sələfləri işquz 
cəmiyyəti olmuşdur.  İstər Asiya, istərsə  də Avropa hunları 
işquz kökü üstündə kök atmışlar. Hunları türklərlə  əlaqələn-
dirən nəzəriyyə işquzları da türklər adlandırmağa yol açır” (48, 
s. 74). 
Azərbaycan tarixi kitabında yazılır:“Son zamanlara qədər ta-
rix ədəbiyyatında Azərbaycanın şimal torpaqlarında yalnız Al-
ban çarlığının olması fikri var idi. Lakin indi belə mülahizə var 
ki, Albaniya ərazisinin şimalında, Kürdən şimalda, Alban çarlı-
ğına tabe olmayan müstəqil çarlıq olmuşdur. Bu fikir orta əsr 


 
53
alban tarixçisi Kalankaytuklunun “Alban tarixi” əsərində var” 
(48, s. 62). 
Maraqlıdır, dəfələrlə erməni və rus dilində çap edilmiş, 
1960-cı ildə Z.Bünyadov tərəfindən azərbaycan dilinə tərcümə 
edilmiş Kalankatuklunun “Alban tarixi” əsərində Hun çarlığı 
haqqında açıq-aşkar verdiyi məlumat diqqəti yalnız Azərbay-
can müstəqil olduqdan sonra cəlb etmişdir?  Əlbətdə  ki, yox. 
Sadəcə, Azərbaycan ərazisində qədim Hun dövlətinin mövcud-
luğunu söyləmək sovetlər dövründə, ümumiyyətlə mümkün  
deyildi. Tam əminliklə deyə bilərik ki, bu fakt tarixçilərə 
məlum idi. 
Hörmətli tarixçimiz M.İsmayıl Hun çarlığının IV əsrdə 
yarandığını ehtimal edir: “Bu çarlığın IV əsrdə yaranması zənn 
olunur. Bu çarlığı məskutlar çarlığı da adlandırırlar” (48, s. 62). 
Lakin bir neçə digər xalqlarla yanaşı Şimali və Cənubi Osetiya 
xalqlarının da eposu olan “Nart” eposunda nart tayfalarının, in-
diki Azərbaycan  ərazilərinə basqınlar etdiyi zaman “Xız 
qalası”nı ala bilmədiklərindən danışılır (85, s. 120). Alanların  
Azərbaycan  ərazilərinə hücumları isə I yüzilliyin ikinci 
yarısından II yüzilliyin birinci yarısının ortalarına qədər davam 
etmiş, onlar bu altmış-yetmiş ildə qarət naminə üç-dörd dəfə bu 
yerlərə soxulmuşlar (48, s. 44). Hun çarlığı, elə M.İsmayılın  
qeyd etdiyi kimi, həm də Maskut-Hun çarlığı adlandırılmışdır 
və maskut (hun,  iç-oğuz) tayfalarının Azərbaycana gəldiyi  
dövrdə, yəni e.ə. VII əsrdə yaranmışdır. 
M.Kalankatuklunun “Alban tarixi” əsərində Hun dövləti 
haqqında bir neçə yerdə maraqlı  məlumat vardır. Hun 
dövlətinin əraziləri Xəzər xaqanlığı ilə Albaniya arasında, yəni 
Dərbənddən Kür çayına qədər uzanırdı. Bu ölkəni əsasən “Hun  
çarlığı”, “Hunlar ölkəsi” adlandıran M.Kalankatuklu bəzi  
yerlərdə bu çarlığın adını Maskutlar ölkəsi kimi də yazmışdır: 
“Həmin möcüzə barəsində, onun bilavasitə  şahidi olmuş, 
doğruluğu sevən və Maskutlar ölkəsindən gələn hunların 
yepiskopu Yunan danışmışdır” (60, s.56). Hunlar VII əsrin  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə