Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   12   13   14   15   16   17   18   19   ...   86

 
48
darmadağın edildi. Kir isə döyüş meydanında həlak oldu. 
Beləliklə,  Əhəmənilərin Araz çayından  şimalda yerləşən tor-
paqları tutmaq cəhdi boşa çıxdı” (12, s. 125). 
Qeyd edildiyi kimi, müqəddəs kitabların verdiyi məlumata  
görə  Xızır peyğəmbərlə Musa peyğəmbər m.ö. 1235-ci ildə 
Beşbarmaq qayada görüşmüşlər və bu tarixi hadisə V əsr,  
sonradan isə alban və  ərəb tarixçiləri tərəfindən təsdiqini 
tapmışdır. Bu görüş zamanı Beşbarmaq qayanın daxil olduğu 
ərazilərdə dövlət, dövlətin hökmdarı  və  hərbi donanması var 
idi.  Əgər bu ərazidə dövlət qurmuş xalqın peyğəmbəri Xızır, 
qayanın adı Beşbarmaq idisə, bu xalqın böyük qisminin türk
dillərinin türk dili olmasına heç bir şübhə yoxdur. Belə ki, hər 
bir peyğəmbər öz qövmü arasında, qövmün ana dilində haqqı 
təbliğ etmişdir. Digər tərəfdən də məlumdur ki, Xızır peyğəm-
bər türk qövmünün peyğəmbəri olmuşdur. Skandinav əfsanələ-
rində As ölkəsi adlanan bu ölkənin sakinlərinin Britaniya  
adasından qalay, Baltik dənizi sahillərindən kəhrəba gətirdiyini 
və  İkiçayarası ölkələrə satdığını  əvvəlcə qeyd etmişik. Ölkə-
mizin də  qədim adının As və As-ər ölkəsi adlandığını bilirik. 
Xızır peyğəmbər e.ə. XIII əsrin ikinci yarısında Xızıda dünyaya 
gəlmişdir. Peyğəmbərin və doğulduğu məkanın adlarındakı 
“Xız” sözü ğız,  ğuz, quz, oğuz sözlərinin bəlkə  də  ən ilkin 
formasıdır. Məsələn “qırğız” sözü qır (kır) + ğız (quz) hissə-
lərindən ibarət olub “səhra oğuzları” kimi açıqlanır. Yeri 
gəlmişkən, III-IV əsrlərdə Orta Asiyada qırğızlarla yanaşı “az”  
adlı türk tayfası yaşamışdır ki, Yeniseyin aşağı Turuxan bölgə-
sində yaşayan assinləri “az”ların qalığı hesab edirlər (29, s. 32). 
Azərbaycan tarixində azların Orta Asiyadan gəlməsi ehtimal  
edilir. Lakin əvvəlcə qeyd etdiklərimizə  əsaslanaraq, tam  
əminliklə deyə bilərik ki, qədim “xız” və “az” (azər, asar) 
ifadələri Xəzərin qərb sahilində yaranmış  və bundan sonra 
Xəzərin  şərq sahilləri ilə Yenisey çayı arasındakı  ərazilərə 
yayılmışdır. Ərəblərin oğuzlara “əl-ğuz” deməsi də məlumdur.  
Digər tərəfdən  də, tarixçilərimiz qədimdə Azərbaycan ərazisin-


 
49
də “quz” adlı tayfanın yaşamasını və Bakıdakı Qız qalasının bu 
tayfanın adı ilə “Quz” qalası adlandırılmasını yazmışlar. Qədim 
Assuriya mənbələrində  və Herodotun tarixində adı  çəkilən 
işquz birliyi elə As (As-ər) xalqının digər adıdır. As xalqının 
milli tərkibi müxtəlif olsa da, bu xalqın böyük əksəriyyəti 
qədim türklərdən ibarət idi. Buna görə də biz As xalqını haqlı 
olaraq Astürk adlandırdıq. İşquz birliyinin də böyük əksəriyyəti 
türkdilli tayfalardan ibarət idi. Əgər 20 tayfanın birliyinə 
“işquz” deyilirsə bu məsələnin sübuta ehtiyacı da yoxdur. 
Çünki “işquz” söz birləşməsi yalnız türklərə aid olan “iç” və 
“quz” sözlərindən yaranmışdır. Bu sözün yaranmasına isə  
Dərbənd-Beşbarmaq keçidi səbəb olmuşdur. Belə ki, bu beş 
səddin içində yaşayan tayfaların  əksəriyyəti türkdilli quz 
tayfaları olduğu üçün özlərinə “iç-quz” yəni  iç-oğuz demişlər.  
Sonralar bu ad, işquz formasında işlədilmiş  və Qara dənizin  
şimalında yaşamış tayfalara da şamil edilmişdir. Tarixçilərin 
işquz tayfalarından bəzilərinin türkdilli olmadıqlarını ehtimal  
edirlər və antropoloji analizə  əsasən iş-quzlar və sak-massa-
getlər arasında fərqlərin də olduğunu söyləyirlər. Birincisi, bu  
antropoloji fərqlər Hun-Çin müharibələrinin ilk dövründə 
Böyük Səhrada döyüşlər aparan qədim türklərin başqa tayfalar-
dan qız alıb evləndiklərinə görə meydana çıxmışdır. Sonralar 
qədim türklər dil, nəsil dəyişməsinin qarşısını almaq və həm də 
ordunun təchizatını asanlaşdırmaq üçün bu müharibəyə elliklə  
getmişlər.  İndinin özündə  də Anadolu və Azərbaycan türkləri  
ilə Orta Asiya türkləri arasında müəyyən antropoloji fərqlər  
vardır və Çin ərazilərinə yaxınlaşdıqca bu fərqlər daha da 
çoxalır.  İkincisi, işquzların bir qisminin türkdilli olmaması  
yalnız ehtimaldır. Qara dəniz və Azov dənizi sahillərində 
məskunlaşmış işquzların bəzi tayfalarının farsdilli olması arxe-
oloji materialların  əsasında yürüdülmüş  fərziyyədir. Arxeoloji  
tapıntıların (onomastika) üzərindəki rəsmlər əsasında mülahizə 
yürüdənlər Qara dəniz və Azov dənizi sahillərinin qədim topo-
nimiyasına da diqqət yetirməli idilər. Don çayının adı türk 


 
50
dilində “şaxta vurmuş” deməkdir. Məsələn “ağacı don vurub”. 
Don çayının ikinci qədim adı “Buzan” yəni “buz bağlayan”dır 
ki, bu da “don” sözünün bir başqa formasıdır. Azov dənizinin  
qədim adı “Az-ak” dır, Azak dənizi türk dilində “Az yurdunun 
dənizi” deməkdir. Təxminən VIII-IX əsrdə dili formalaşmağa 
başlamış, uzaq şimal meşələrində yaşayan rus tayfaları da bu 
dənizə “Az-ov more” yəni “Azların dənizi” demişlər. Qara 
dənizin adı demək olar ki, bütün dillərdə “qara rəngli dəniz”  
mənasında başa düşülür. Qara, Azov və Xəzər dənizləri sahillə-
rində  məskunlaşmış Az (azər) tayfaları, məntiqlə,  əsrlər boyu 
üzəri qara neftlə örtülü olmuş  Xəzər dənizinə “qara rəngli 
dəniz” deməli idilər. Yalnız türklərdə “qara” sözü iki mənada 
işlədilir və “qara” həm də “böyük” deməkdir. Doğrudan da bu 
üç dənizin  ən böyüyü Qara dənizdir. Deməli, Qara dənizin də 
adı  qədim türk dilindədir və digər dillərə, türk dilində “qara”  
sözünün rəng bildirən mənası kimi, səhv tərcümə edilib. 
Məlum siyasi mövqedən çıxış edən bu “ehtimalçılar” unutma-
sınlar ki, Qara, Azov və Xəzər dənizləri arası ərazilərdə ən qə-
dim zamanlardan XI əsrə  qədər qurulmuş Hun imperatorluğu, 
Türk xaqanlığı, Azərbaycan Hun çarlığı, Xəzər Xaqanlığı kimi 
dövlətlər qədim türk dövlətləri olmuşlar. Üçüncüsü, iç-oğuzla-
rın qurduğu dövlətin tərkibində digər tayfaların da bu ad ilə 
tanınması adi bir haldır. Müqəddəs Quranda Xızırı axtaran Mu-
sanın, sanki türk tayfalarının şimal-qərb sərhədlərini göstərmək  
üçün  əvvəl Azov dənizi ilə Qara dənizin qovuşduğu yerə 
(Kerçen boğazına) qədər getməsini və sonra “getdiyi yolla 
qayıdaraq” Xızır peyğəmbəri məhz Beşbarmaq qayada tapma-
sını  əvvəlcə qeyd etmişdik. Qədim skandinav əfsanələrində   
“As tanrılarının istehkamı” adlandırılan səddin Don çayından 
şərqdə yerləşdiyi və As ölkəsinin paytaxtının səddin içində  
olduğu söylənilir. Deməli ilk Aslar yaxud ilk iç-quzlar və 
ölkənin paytaxtı  Dərbənddən cənubda olmuşdur. Qara dəniz 
sahillərində yaşamış digər işquz tayfalarından bir neçəsinin  
qədim türklərlə qövmi bağlılığı olmasa belə bu tayfalar İstehka-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə