Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   8   9   10   11   12   13   14   15   ...   86

 
36
“döyüşə qalxan” deməkdir. Məhz o dövrdən başlayaraq döyüş-
çüyə – hunər (dilimizdəki “hünər”) – yəni müharibəyə gedən 
igid, qadına “xathun” (xatun) – yəni “əsgər arvadı” deyilməyə 
başladı. “Axın”, “ceyhun”, “iç-oğuz”, “taş-oğuz”, “qaraul”,  
“bulqar” və s. bu kimi sözlərin yaranması da həmin dövrdə baş  
vermişdir. “Axın” sözü – ak hun, yəni “hərb yeri”, yaxud  
“hərbi yürüş” deməkdir, azərbaycan dilində geniş mənada işlə-
dilir, lakin Türkiyə türkcəsində bu gün də bu söz “hərbi yürüş” 
mənasında tətbiq edilir. “Ceyhun” – cey (sey, suy, cu, su) + hun 
sürətli su deməkdir, eyni zamanda sürətli döyüşçü kimi də ba-
şa düşülür. Məhz “Hun” dövründən başlayaraq As səddindən 
(Dərbənd-Beşbarmaq), As istehkamından cənuba doğru ərazilər  
İç – oğuz, As istehkamından  əvvəl  şimala, sonra şərqə doğru 
uzaqlaşan döyüşlərə cəlb olunan tayfalar “Taş-oğuz”, yəni daşı-
nan (taşınan) oğuz adlandırıldı. Bütün elatı, çadırları,  ərzağı, 
sursatı at və arabalar üzərində olan, sürətlə bir yerdən digər 
yerə daşına (taşına) bilən mobil tayfalar döyüş  vəziyyətindən 
asılı olaraq hərəkət edirdilər. Bu səbəbdən də yüksək manevrli 
hun tayfaları qarşısında bir kimsə tab gətirə bilmirdi. Qədim  
As-ər türklərin  şumerlərə, assurlara və s. xalqlara bəxş etdiyi 
saysız-hesabsız sözlərdən biri də “qar” sözüdür. “Qar” – üst-
üstə,  ətraflara artaraq böyüyən deməkdir (qar yağıntısı, qarın, 
qarmaq, qarılmaq və s.). “Qar” və ya “kar” qədim assurların, 
babillilərin dilinə keçərək “şəhər” mənasında işlədilmişdir. 
Şəhər də üst-üstə,  ətraflara artaraq zaman-zaman böyüyən 
məkandır. Qədim Assuriyada “qar” (kar) şəhər mənasında 
işlədilmişdir. Məsələn, Kar Tukultu Ninurta – yəni, Ninurtanın 
tikdirdiyi  şəhər.  Ərəb dilinə  də bu söz (qaryə-yaşayış yeri) 
türkcədən keçmişdir. 
Yəcuc-məcuc qoşunlarını  təqib edən hun tayfaları adətən  
çay sahillərində “qar”lar qururdular. “Qaraul”-artıb böyüyən 
məkan deməkdir (burada həm insanların, həm də heyvanatın  
təbii artımı  nəzərdə tutulur). Döyüş zamanı qadınlar, uşaqlar, 
sənətkarlar, ehtiyat sursat, heyvanat qaraulda qalırdı. Düşmən 


 
37
yaxında olduğu üçün qaraul gecə də gündüz də, adətən tayfanın 
yeniyetmələri tərəfindən növbə ilə qorunurdu. “Qaraulçu” 
(qaravulçu) və ya “qaraul dəstəsi” ifadələri də buradan 
yaranmışdır. Hun tayfaları qar yerini seçmək üçün irəli  
göndərdikləri dəstələrə “bulqar” yəni “qar yerini axtaran” 
adlandırmışlar. Sonralar As-türk tayfalarına “hun tayfaları” 
desələr də Böyük Səhra da Anadolu və Azərbaycan kimi  
“Asiya” adlandırıldı. Tarixdən bizə  məlumdur ki, Hun-Çin 
müharibələri 1500 ildən artıq sürmüşdür. Fəzlullah Rəşidəddi-
nin “Oğuznamə” kitabındakı  şəcərə  cədvəlində Qara xandan  
sonra gələn Oğuz xanın min il hökmranlıq etdiyi göstərilir 
(128, s.11). Əlbətdə ki, bu reallığa uyğun deyil. Lakin Oğuz  
xandan sonrakılarda bu hal təkrarlanmır, yəni xanların hökmü-
ranlıq dövrləri reallığa uyğundur. Ola bilər ki, oğuz elinin 
xanları 1000 il ərzində ardıcıl olaraq “Oğuz xan” titulunu 
daşımış və ya Oğuz  xandan əvvəlki xanların adları unuduldu-
ğundan şəcərədə Oğuz xan adı altında ümumiləşdirilmişlər. Şə-
cərədə verilmiş  illərin  hesabına görə, Oğuz xan və ya onlardan 
birincisi Xızırın peyğəmbərlik etdiyi dövrdə yaşamışdır. Ma-
raqlı sual yaranır: “Qədimdə As və ya As-ər adlandırılmış türk 
tayfaları  yəcuc-məcuc tayfaları ilə  nə üçün müharibə edir-
dilər?” 
Skandinaviya alimləri, o cümlədən Sven Lagerbrinq, Tur 
Heyerdal ulu əcdadlarının Anadoludan və Azərbaycandan gəl-
diklərini söyləmişlər.  İsveçin XVIII əsr tarixçisi, professor 
Sven Lagerbrinq isveç dilində yer almış bəzi sözləri türk sözləri 
ilə müqayisə edərək, isveçlilərin türk köklü olduğunu yazmışdır 
(90). Müqəddəs Quranda, “Kəhf” surəsinin 61-ci ayəsində 
deyilir: “Onlar (Musa peyğəmbər və Yuşə bin Nun) iki dənizin 
qovuşduğu yerə  gəlib çatdıqda balığı unutmuşdular, balıq isə 
dənizdə bir yarğana tərəf üz tutmuşdu”. Tərcüməçilər “hut” 
sözünü “balıq” kimi tərcümə etmişlər. “Balıq” sözü ərəbcə 
“səmək”dir (133, s. 257). “Hut” sözü isə geniş mənada işlədilən 
sözdür və  mənalarından biri də, nəhəng, “lap böyük balıq” 


 
38
deməkdir (133, s. 116). Aydın məsələdir ki, əgər söhbət daşın-
maq və nahar üçün münasib ölçülərdə olan balıqdan getsəydi,  
ayədə adi “səmək” sözündən istifadə edilərdi. Burada “hut” 
sözünün istifadə edilməsi düşünməyə  məcbur edir. Qədim 
insanlar  şəkli yazılardan (piktoqrafiya) istifadə edirdilər, hərbi 
gəmiləri balıq, yük gəmilərini tısbağa şəkilləri kimi göstərirdi-
lər. Bunu, qədim Misirin XVIII sülaləsinə aid olan firon Xat-
şepsutun (ölümü e.ə. 1504-cü il) Deyr-əl-Bəhridəki məqbərəsi  
üzərinə həkk edilmiş, bu fironun Punt (indiki Somali) ölkəsinə  
göndərdiyi hərbi-ticarət ekspedisiyasını  əks etdirən piktoqrafi-
yadan da görmək olar (107, s. 48-49). Müqəddəs Quranın 
“Kəhf” surəsindəki “hut” böyük qayıq və ya gəmidir. Ümum-
milli liderimiz Heydər  Əliyevlə görüşü zamanı Tur Heyerdal 
ulu babalarının qayıqlarla üzərək Xəzər dənizindən çay yolu  
ilə  qəribə  şəkildə Baltik dənizinə yol tapdıqlarını söyləmişdir 
(Azərbaycan televiziyası, 2000-ci il, 5 sentyabr). Müqəddəs  
Quranda “əcaib  şəkildə  dənizə yollanmışdır” yazılıb. 79-cu 
ayədə “hər bir saz gəmini zorla ələ keçirən hökmdar” ifadəsi 
işlədilmişdir. Hökmdar nə üçün gəmiləri balıqçılardan zorla  
alırdı? Musa peyğəmbərlə  Xızır peyğəmbər 1235 il miladdan 
öncə, yəni tunc dövründə görüşmüşlər. Tunc – mis və qalayın  
qarışığından hazırlanır. Qalay isə yalnız Britaniya adasından 
gətirilirdi (129, s. 30). Herodot “Tarix” əsərinin 3-cü kitabının  
115-ci bəndində yazır: “Avropanın  ən uzaq ölkələrinə, məhz  
qərbdəki ölkələrə gələndə mən onların haqqında heç bir müəy-
yən məlumat verə bilmirəm. Axı, mən barbarlarda Eridan  
adlanıb Şimal dənizinə tökülən bir çayın (deyilənə görə oradan 
kəhrəba gətirilir) olduğuna inanmıram. Mən, eləcə bizə qalay 
gətirildiyi Kassiterida deyilən adaların doğrudan da mövcud ol-
ması haqda heç nə bilmirəm... O biri tərəfdən, bütün cəhdləri-
mə baxmayaraq, bunları öz gözü ilə görmüş bir adam tapmadım 
ki, Avropanın  şimalında olan bu dəniz haqda ondan bir şey 
öyrənim. Bununla belə, bu doğrudur ki, qalayı və kəhrəbanı ən 
uzaq ölkələrdən gətirirlər” (35, s. 200). Herodotun şimal çayı, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə