Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   11   12   13   14   15   16   17   18   ...   86

 
45
Görkəmli alim Ağasıoğlu Firudin (Cəlilov) “Etrusk-Türk 
bağı” kitabında yazır: “Qədim dünya tarixində Roma imperiya-
sının önəmli yeri olmuşdur. Roma dövlətinin yaranmasında da 
Roma şəhərinin və bu şəhəri salan Anadoludan gəlmə boyların 
önəmli rolu vardı... Maraqlıdır ki, etrusklar özlərinə tirren//tir-
sen deyil, aras deyirdilər, aras yurdlarını da Arasena adlandırır, 
RasenaRasna şəklində yazırdılar”. (3, s. 17). 
Azərbaycanın indiki Xızı rayonu ərazisində “Xız qalası” adlı 
çox möhkəm istehkam olmuşdur. Bu istehkamın adı “Nart” 
eposunda, bir neçə yerdə  çəkilir.  Şimali Qafqaz, Dağıstan və 
Abxaziya xalqlarının şərik olduqları, bir sıra süjet və motivləri 
eramızdan əvvəl VIII-VII əsrlərə aid olan “Nart” eposunda nart 
adlı tayfaların dəfələrlə hücum etdikləri və heç vaxt ala bilmə-
dikləri “Xız qalası” haqqında danışılır. M.H.Təhmasib “Azər-
baycan xalq dastanları” kitabında yazır: “nəhayət, bu eposda 
“Xız qalası” adlı çox möhkəm bir qala haqqında danışılır. 
Eposa görə bu qala nartların dəfələrlə hücum etdikləri, lakin ala 
bilmədikləri bir istehkamdır” (85, s. 120). Eposda “böyük qara 
bir qayaya söykənmiş” bu qalanın  dənizdən Beşbarmaq qayaya 
qədər uzanan səddin şimal-qərbində, Beşbarmaqdan başlayaraq 
Fındığan (Findağan) kəndini əhatə edərək indiki Xızı şəhərinə 
qədər ərazidə  yerləşmiş Xız qalası və ya Beşbarmaq istehkamı 
olduğuna heç bir şübhə yoxdur. 
Bütün bunları nəzərə alaraq qətiyyətlə demək olar ki, qədim 
As istehkamının sədləri olan Dərbəndin iki barısı, Gilgilçayın 
bir barısı və Beşbarmağın iki barısı, ümumilikdə beş barı, vahid 
müdafiə sisteminin tərkib hissələri olaraq, bütün Avrasiyada  
As və ya  Asər kimi tanınmış ulu babalarımız tərəfindən m.ö. II 
minilliyin ikinci yarısında inşa edilmişlər. 
Çar Rusiyasının, sovet imperiyasının qurduğu qondarma Er-
mənistan da, bu gün işğal altında olan Qarabağ da ən qədim za-
manlardan azər-türk xalqının dədə-baba yurdu olmuşdur. 
Böyük Türk millətinin həqiqəti qarşısında Böyük Ermənistan 
xəyalı belə çox cılızdır. Ulu azər-türk tarixi xəyali erməni 


 
46
tarixindən ən azı 3500 il qədimdir. M.ö. V-III minillikdə Don 
çayından başlayıb Xəzər dənizinin  şimal, qərb sahilləri daxil 
olmaqla Dəclə çayının aşağı axarına, qərbdə indiki İstanbula 
qədər uzanan ərazi (Kiçik Asiya) As, yəni azər-türk xalqının 
məskəni olmuş, ölkəmiz Azər ölkəsi adlanmışdır. M.ö. II 
minilliyin ikinci yarısında “Azərbaycan” sözü yaranmışdır.  
Dünyanın  ən böyük qitəsi ulu babalarımızın adı ilə “Asiya” 
adlandırılıb. 
 
 
1.2. Tarixdə Dərbənd – Beşbarmaq sədlərindən 
vahid müdafiə sistemi kimi istifadə etmiş 
dövlətlər 
 
Akademik M.İsmayıl yazır ki, Aslar-qədim, çox qədim, dil-
ləri bizim dilimizin kökündə dayanan soy olmuşdur. Onları (as-
ları) tədqiqatçılar türkdilli soyların ən ulu əcdadlarından biri sa-
nırlar. Ola bilsin ki, yurdumuzda məskunlaşmış, yurd salmış as-
ların yurdu, as ərlərin, as kişilərin yurdu, Asər yurdu adlanmış-
dır. Asların adına qədim Orxon-Yenisey yazılarında rast gəli-
nir. Tədqiqatçıların bir qismi Asiya qitəsinin-qitələrin ən böyü-
yünün adını bu ərazinin ən qədim məskunlarının, asların adı ilə 
bağlayırlar. Söylənildiyinə görə asların bir qolu eramızdan 
xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar (48, s. 3). 
Xəzərin qərb sahillərində, Dərbənd  şəhərindən Kür çayına 
qədər  ərazidə, Albaniyanın qonşuluğunda tarixçilərin Maskut 
və ya Hun çarlığı adlandırdıqları ölkə olmuşdur. 
“Dünya xalqlarının əfsanələri” ensiklopediyasında toplanmış  
bir neçə  əfsanədə Aslar yaxud As tanrıları barəsində danışılır. 
Qədim islandların “Asqard”, yəni “As səddi” və skandinavların 
“As tanrılarının istehkamı” adlandırdıqları  səddin Don çayın-
dan şərqdə yerləşdiyi yazılır (121, s.112). 


 
47
“Azərbaycan tarixi” kitabında yazılır: “Buradan aydın olur 
ki, işquz-sakların Ön Asiyaya və Azərbaycana hərəkət yolları 
barədə tarix ədəbiyyatında iki fikir mövcuddur. Hər iki fikir, 
yəni işquz-sakların cənubdan şimala və şimaldan cənuba doğru 
hərəkət etmələri şübhə doğurmamalıdır. Belə ki, onlar Zaqafqa-
ziyaya həm cənubdan, həm də  şimaldan, Qafqaz keçidləri 
vasitəsilə gəlmişlər” (48, s.13). 
İ.V.Pyankov adlı işquzşünas yazır ki, işquzlardan olan maz-
kitlər (massagetlər) deyəndə türklər nəzərdə tutulur (48, s.16).  
Məşhur türkşünaslar Vamberi, Qeza, Quun, A.Nad və başqaları  
hesab edirlər ki, qədim “qimmirlərin və  işquzların bir qismi 
türkdilli olmuşdur” (48, s.17). 
VI yüzillikdə yaşamış Bizans tarixçisi Menandr yazır ki, 
“Qədimdə türkləri saklar çağırırdılar”. Smokatta adlı müəllif 
yazır: “İndi mən Qafqazda və şimalda yaşayan işquzlar barəsin-
də danışacağam... Bu türklər...” Göründüyü kimi, o da sakları 
qədim türkdilli hesab edir. O, səhvən sakları işquzlar adlandırır, 
onun  göstərdiyi ərazidə məhz saklar yaşayırdılar (48, s.17). 
R.Q.Latam adlı bir tədqiqatçı yazır ki, “koman skifləri, mas-
sagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etiba-
rilə türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur” (48, s.17). 
I yüzilliyin müəllifləri Pomponi Mela və Pliniy onları (iş-
quzları) türkdilli hesab etmişlər. V əsrdə yaşamış müəlliflərdən 
Zozima yazırdı ki, bəziləri işquzları “hunlar” adlandırırdılar 
(48, s.16). Maskut və ya Hun dövləti miladdan əvvəl VII 
yüzillikdə mövcud olmuş  və  Dərbənddən Muğana qədər  əra-
ziləri əhatə etmişdir (48, s. 87). 
Miladdan əvvəl VI yüzillikdə massagetlərlə bağlı bir hadisə 
barəsində görkəmli taixçilərimiz, akademik Z.Bünyadov və 
professor Y.Yusifovun redaktəsilə çap edilmiş “Azərbaycan 
tarixi” kitabında yazılır: “II Kir Araz çayını keçdi və Tomirisin 
yanına qasid göndərdi. Tomiris başa düşdü ki, II Kir massaget-
lərin torpağını işğal etmək istəyir. Tomiris təslim olmağı ağlına 
da gətirmirdi və Kirin ordusu ilə döyüşə başladı. Fars ordusu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə