Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   19   20   21   22   23   24   25   26   ...   86

 
69
Sadə xalqın dilində  işlədilən “Xıdır zində” ifadəsi də  ərəb 
əlifbasının təsirindən yaranmışdır.  Ərəb  əlifbası ilə yazılmış 
“Xızır” sözü “Xıdır” kimi oxunur. “Zində” sözü isə hal-hazırda, 
mövcud sözlərinin sinonimi kimi dilimizdə işlədilən “ərzində”  
(il ərzində, gün ərzində və s.)  sözünün qısa formasıdır. “Xıdır 
zində” ifadəsi – “Xızır mövcuddur”, “Xızır sağdır” deməkdir 
və türk xalqının  əfsanələrində  Xızırın dirilik suyu içmiş 
əbədiyaşar peyğəmbər kimi tanınmasından yaranmışdır. 
“Beşbarmaq” sözü türk sözü, Xızır isə türk qövmünün pey-
ğəmbəridir. Musa ilə  Xızır bu qayada görüşdüyü üçün İncildə  
“Musa qayası” adlandırılıb. Ərəb, fars və digər əcnəbi tarixçilə-
rin yazılarında dil, əlifba fərqi və  səhv tərcümə  nəticəsində 
meydana çıxmış adları  nəzərə almasaq, qayanın bütün adları 
türk dilindədir və bu da təbiidir. Çünki bu ərazilər, o cümlədən 
bütün Azərbaycan  ən qədim zamanlardan türklərin vətəni 
olmuşdur. X – XII əslərdə kütləvi şəkildə Azərbaycana gəlmiş 
səlcuq oğuzları türksoylu əhalinin sayını daha da artırmışdır. 
Mənbələrdə  səddin adı Hun Darvazası, Hun qapıları  və ya 
Hun səddi kimi yazılır. Sovet dövründə bunu səddin hunlara 
qarşı inşa edildiyi ilə əlaqələndirirdilər. Bu məntiqlə Çin səddi-
nin çinlilərə qarşı, Babil divarlarının babillilərə qarşı, Dərbənd 
hasarlarının dərbəndlilərə qarşı tikildiyini iddia etmək olar. 
Halbuki qədim mənbələrdə bu səddin Hun çarlığının ərazisində 
olduğu açıq-aşkar göstərilir. Bu sədd  ən qədim zamanlardan 
hun tayfalarının ərazisində olduğu üçün “Hun səddi” adlandırıl-
mışdır. Kalankatuklunun “Albaniya tarixi”nin birinci kitabında 
Hun ölkəsinin çarı Sanesan və yaxud Sanatruk (Sanatürk) barə-
sində, onun Albaniyaya, Paytakarana, İberiyaya, Ermənistana 
hücumları haqqında, ikinci kitabının 38-47-ci fəsillərində hun-
ların Kür çayını keçərək Albaniya ərazilərinə hücumları, alban 
yepiskopu İsrailin sülh bağlamaq üçün Hunlar ölkəsinə göndə-
rilməsi,  İsrailin hunlar arasında xaçpərəstliyi təbliğ etməsi 
barədə dediklərini, Hun çarlığının Dərbənddən Kür çayına 
qədər  ərazidə, e.ə. VII əsrdən eramızın VII əsrinin sonlarına 


 
70
qədər, təxminən 1400 il mövcud olduğunu yuxarıda qeyd 
etmişik. Alban tarixçisi Beşbarmaq dağını və onun daxil olduğu 
əraziləri “Xursan” adlandırır və Xursanı Hunlar ölkəsinin bir 
qismi kimi göstərir. 
“Dərbənd” sözünü fars dilində “bağlı qapı” kimi açıqlayır-
lar. Fars dilinin Dərbəndə  nə aidyyəti var? Əgər Dərbənd 
istehkamı  və  sədləri I Xosrav Ənuşirəvan dövründə tikilmiş 
olsaydı, bu hadisədən cəmi, təxminən 550 il sonra yaşamış 
Nizami Gəncəvi mütləq bu barədə yazardı. “İskəndərnamə”ni 
yazarkən “ən qədim tarixi əsərlərdən” məlumat toplayan şair 
isə (64, s. 56) yazmışdır: 
 
Dərbəndi deyirlər İskəndər qurdu, 
Əqliylə o şəhrə böyük səd vurdu. 
 
Sovetlər dövründə bu istehkamın inşası barəsində mənbələr-
də olan biri-birindən fərqli məlumatlardan yalnız “Sasanilər 
variantı” seçilmiş  və bunun nəticəsi olaraq olaraq “Dərbənd” 
sözünün fars dilində açıqlanması aksiom şəklində  qəbul edil-
mişdir. Halbuki Dərbənd şəhər-istehkamı fars dilinin yaranma-
sından çox-çox əvvəl mövcud olmuşdur. “Dərbənd” sözü – dər 
(dar) + bənd hissələrindən ibarətdir. Sözün ikinci hissəsi 
“bənd” – bən (ban, yüksək, uca) + d (di, dil, diş, diz, aralıq) –  
“arada yüksələn” mənasını verir. Dərbənd (Dar-ban-d) sözü 
qədim türkcədə “dar arada yüksələn” deməkdir. 


 
71
I FƏSİL ÜZRƏ NƏTİCƏLƏR 
 
Öncə sədlərin, istehkamların inşa tarixləri haqqında mənbə-
lərdə olan məlumatlar nəzərdən keçirilmiş  və bu mənbələrin 
özündə olan təzadlar göstərilmişdir. Monoqrafiyanın I fəslində  
qədim As-ər ölkəsi və onun paytaxtı Asqar şəhəri, As isteh-
kamı, Xız qalası, As-Van (Hun-Çin) müharibələri, Xızır və 
Musa peyğəmbərlərin tarixi görüşü haqqında müqəddəs İncildə, 
Quranda, skandinav saqalarında, Çin əfsanələrində, “Nart epo-
su”nda, qədim oğuznamələrdə verilən məlumatlar ilk dəfə 
olaraq bir müstəviyə  gətirilmiş, tarix ədəbiyyatında verilən 
məlumatlarla, faktlarla uzlaşdırılmış və aşağıdakı nəticələr əldə 
edilmişdir: 1. Vətənimiz Azərbaycan qədimdə As və ya As-ər 
ölkəsi adlanmışdır. “As” qədim türkcədə “birincilər” deməkdir.  
As-ər tayfaları  şimal-qərbdə Don çayına, cənub-qərbdə  İstan-
bula qədər böyük bir ərazidə yaşamışlar. As-ər tayfaları qədim 
şumerlərin mədəniyyətinə və dilinə güclü təsir göstərmişlər. Bu 
səbəbdən də  şumerlərin dilinə  qədim türk (as-ər) dilindən 
saysız-hesabsız sözlər keçmişdir. E.ə. III minillikdə yaşamış 
İbrahim peyğəmbərin atasının adı Azər olmuşdur. Xəzər 
dənizindən başlayaraq Britaniya adasına qədər çox mürəkkəb 
su yolunun As-ərlər tərəfindən kəşf edilməsi, yəni qalay  
yatağının aşkar edilməsi ilə Tunc dövrü başlamışdır. Yalnız  
göy cisimlərinin durumuna görə Böyük Su Yolunu və yaxud  
Böyük Qalay Yolunu təyin edən as-ərlər sərt iqlimli şimal 
dənizlərində tez-tez ağır fəlakətlərə  məruz qalırdılar. Buna  
görə də bu təhlükəli və uzaq səfərə sağlam, cəsur və təcrübəli  
dənizçilər gedirdilər; 2. Qalay gətirmək üçün Böyük Su Yolu  
Xəzər dənizindən başlamış, Volqa çayından Don çayına, Azov 
dənizinə, Kerçen boğazı ilə Qara dənizə keçmiş, oradan Dnepr 
çayı ilə, Dnepr çayından quru yol ilə  və ya daşqınlar zamanı  
yaranmış göllərlə  Qərbi Dvin (Dauqava) çayına yönəlmiş,  
Riqa körfəzi, Baltik dənizi, Skaqerrak körfəzi,  Şimal dənizi,  
Duvr (Pa-De-Kale) boğazı, La-Manş körfəzi ilə Britaniya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə