Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   18   19   20   21   22   23   24   25   ...   86

 
66
əsrdən başlayaraq Dərbənd və ondan cənubda və  şərqdə olan 
ərazilər “Azər-bəy-iç-an” adalandırılmışdır. Dərbənd-Beşbar-
maq keçidinin sədləri daxilində qalan ərazi isə İç-el və ya İç-ara 
(aralıq) adlandırılmış, əcnəbi tarixçilər və coğrafiyaçılar “İç-el”  
sözünü Çol,  Çola kimi, “İç-ara” sözünü Çora (Cora) kimi yaz-
mışlar. İç-quzların sədlərin içində olan ərazini “iç-el” və ya “iç-
ara” adlandırmaları təbii haldır. Bu sədlər nə Sasanilər nə ərəb-
lər, nə bizanslılar nə də Azərbaycana sonradan gəlmiş türk və 
ya qeyri-türk tayfaları  tərəfindən inşa edilməmişlər. Bu sədlər  
m.ö. II minilliyin ikinci yarısında iç-quz (işquz, iç-oğuz, üç ok) 
və taş-quz (taş-oğuz, boz ok) qollarına bölünmüş qədim As-ər 
tayfaları tərəfindən tikilmişlər. 
Mənbələrdə “Beşbarmaq səddi”, “Bərmək səddi”, “Xursan 
səddi”, “Hun qapıları”, “Hun Darvazası”, “Hun səddi” kimi rast 
gəlinən adların dəqiqləşdirilməsinə ehtiyac duyulur. Əslində bu  
adların hamısı müxtəlif dövrlərdə  yaşamış, ayrı-ayrı millətlərin 
tarixçiləri tərəfindən Beşbarmaq istehkamına verilmiş adlardır. 
Ümumiyyətlə, Azərbaycan tarixinin araşdırılmasında  ənənəvi 
olaraq erməni, alban, yunan, fars, ərəb, rus mənbələrinə 
müraciət edilir. Mənbələrdə  ən azı dil fərqinə görə  ərazi, dağ, 
çay və s. adlar təhrif edilmişdir. Bundan başqa səviyyəsiz 
tərcümələr də bu işə öz damğasını vurmuşdur. Bir daha  
xatırladaq ki, V əsr tarixçisi Şirakatsi “Beşbarmaq” adlanan 
qayanı “Xosr vem” ad-landırmışdır ki, bu da erməni  dilindən 
tərcümədə “Xızır qayası” deməkdir.  Farslar bu qayaya 
“Xursan” demişlər və  bəzi yazılar-da bu söz tamamilə  səhv 
olaraq “Xurs sanq” yəni “Ayı qayası” kimi açıqlanmışdır. 
“Xursan” sözü “Xusr” və “sanq” ifadələrinin birləşməsindən  
alınaraq “Xızır daşı” və ya “Xızır qayası” deməkdir. Bir qədər 
şimal-qərb tərəfdən baxdıqda qaya açılmış  ələ  bənzəyir, bu 
səbəbdən də “Beşbarmaq” adlanır.  Şimal-qərb tərəfdən,  
təxminən 400-450 m məsafədən baxdıqda isə qayanı uzanmış 
aslana bənzətmək olar ki, bu bənzərlik də xalq arasında qayanın 
“Şirvan qayası”, “Şiroğuz qayası” kimi də adlanmasına səbəb 


 
67
olmuşdur. Bu gün də “Beşbarmaq” qaya Azərbaycanda və 
Azərbaycandan çox-çox uzaqlarda “Xızır piri”, “Xıdır zində” 
piri kimi tanınır. Bu adlar miladdan öncə XIII əsrdə, Xız (ğız, 
ğuz, quz) qövmü arasında peyğəmbərlik etmiş  Xızırın adı ilə 
bağlıdır və sözsüz ki, bu barədə məlumatı olan erməni, fars, al-
ban tarixçiləri əsərlərində qayanı “Xızır qayası” kimi yazmışlar. 
“Beşbarmaq” dağı el arasında sadəcə “Barmaq” da adlandı-
rılmışdır. Alman alimi Adam Oleari 1636-1638-ci illərdə bila-
vasitə Azərbaycan torpaqlarından keçmiş,  şəhərlərin, kənd və 
qəsəbələrin siyasi, iqtisadi və  mənəvi həyatını öz gözləri ilə 
görmüşdür. Olearinin dəfələrlə Avropada və Rusiyada çap  
olunmuş “Moskoviya və Moskoviyadan keçməklə  İrana, 
oradan da geriyə  səyahətin təsviri” kitabında yazılır: “Bu dağ 
Xəzər sahilindən iki muşket atəşi məsafəsində yerləşir; o, 
uzaqdan gözə görünür, dəyirmi şəkildə olub yuxarısı bütöv bir 
qayaya çevrilir; qaya – türkcə Barmaq adlanır, çünki açılmış 
barmaqlar kimi o biri dağlardan yüksəkliyə ucalır” (22, s.224). 
“Beşbarmaq” sözünün açıqlanması da çox maraqlıdır. Ya-
xından baxdıqda qayanı açıq  ələ, beşbarmağa bənzətmək olar. 
Lakin “Beşbarmaq qaya” ifadəsi ilə “Beşbarmaq səddi” ifadəsi-
nin də mövcudluğuna diqqət yetirmək lazımdır. Dilimizdə 
“hasar”, “divar”, “sədd” sözlərinin sinonimi kimi “barı” sözü 
də  işlədilir. Azərbaycan tarixçisi T.Məmmədov “Qafqaz 
Albaniyası” kitabında yazır: “Dərbənd müdafiə xəttinin “Dağ-
barı” adlanan yuxarı hissəsi düşmənlərin dağ  aşırımlarından 
keçərək hücum etmələrinin qarşısını almaq üçün təyin 
edilmişdi” (116, s.173). 
Beşbarmaq sözü – beş + barım + ak (ok, yurd, məkan) hissə-
lərindən ibarətdir, mənası isə “beş hasarlı yurdum” və ya “yur-
dumun beşinci hasarı” kimi də açıqlana bilər. Hər iki açıqlama  
Dərbəndin şimal və cənub sədlərinin, Gilgilçay səddinin, Beş-
barmaq dağının iki səddinin vahid istehkam qurğusunun tərkib  
hissələri olduğunu göstərir. Ümumilikdə bu beş sədd ən qədim 
zamanlardan yurdumuzun şimal-şərq tərəfdən vahid müdafiə 


 
68
sistemi olmuşdur. Şimaldan cənuba doğru sadalanan bu beşinci 
sədd qərbdən  şərqə doğru çəkilmiş, qayaya bitişik tikilərək 
dənizin içinə  qədər uzadılmışdır.  Ən qədim yazılı  mənbələrdə 
daha çox “Beşbarmaq” dağı kimi və Xızırın adı ilə ünvanlanan 
qaya xalq arasında da eyni adlarla tanınmışdır. Bu səddin  
vaxtilə indiki Rusiyanın Qaraçay-Çərkəz Muxtar Vilayəti ərazi-
sindən keçərək Qara dəniz sahilindəki Taman yarımadasına 
qədər uzandığı söylənilir. Maraqlıdır ki, türksoylu qaraçaylılar 
da “dağlılar” adlandırılır və onlar da özlərinin Xızır peyğəmbə-
rin nəslindən olduqlarını söyləyirlər. Bu fakt bir çox alimlərin
o cümlədən Firudin Ağasıoğlunun da diqqətini cəlb etmişdir. 
VII-VIII  əsrlərdən başlayaraq Azərbaycan haqqında məlu-
mat toplayan bəzi ərəb tarixçiləri “Beşbarmaq” və ya “Barmaq” 
sözünü “Bərmək qayası” kimi yazmışlar. Ərəb əlifbasında “A” 
hərfi olmadığıına görə “Barmaq” sözü “Bərməq” kimi yazılır. 
Sözün bu cür yazılışına, Ərəb Xilafətində, xüsusilə Abbasi xəli-
fələri dövründə məşhur olmuş bərməki nəslinin adı da təsir gös-
tərmişdir. Uzaqdan, dəniz sahilindən baxdıqda qayanı şiş papa-
ğa oxşadan ləzgilərin dilinə bu söz “parmak” (papaq) formasın-
da qəbul edilmişdir. Giləzi ilə Beşbarmaq dağı arasında XI 
əsrin ortalarına qədər (səlcuq oğuzlarının gəlişinə  qədər) bir 
neçə ləzgi ailəsi yaşamışdır. Beşbarmaq dağı ətraflarında yaşa-
yan oğuzlar bu ləzgilərə “parmak” (oğuz ləhcəsində “pərmək”) 
demişlər. Aydın məsələdir ki, ərəb xilafətindəki bərməkilərlə 
ləzgi “pərmək”lərin heç bir qövmü bağlılığı ola bilməz və 
bunun “Beşbarmaq” qayaya aidiyyəti yoxdur. Qeyd edildiyi 
kimi, “barmaq” sözü – barım + aq (ak, ok, yurd, məkan) – 
hasarlı yurdum, yurdumun hasarı deməkdir.  Ərəb tarixçiləri  
Barmaq sözünü sadəcə dillərinə  və tarixlərinə uyğun olaraq  
“Bərmək” formasında yazmışlar.  Əfsus ki, bu gün də  bəzi 
xəritələrdə, yazılarda bu söz ərəb tələffüzü ilə verilir. Bu 
qayanın adı babalarımızın qoyduğu adlarla, irsimizə uyğun  
olaraq Beşbarmaq,  Şirvan qayası,  Şiroğuz qayası, Xızır piri, 
Qaya dağı, Qayı tağı kimi yazılmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə