Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   10   11   12   13   14   15   16   17   ...   86

 
42
türkcəyə, özü də oğuz ləhcəsinə aid sözdür. Dön (dönmək, çev-
rilmək) sözü oğuz ləhcəsində “dün” (dünmək) kimi ifadə olu-
nur, məsələn-dünən gecə (dönən gecə). “Dünya” sözü “dönya”  
yəni “sudan dönmüş”, “sudan yaranmış” mənasında açılır və 
ulu babalarımızın dünyanın yaranışı haqqında nə  qədər dərin  
biliklərə malik olmalarını bizə əyan edir. “Bəlya” sözü türk di-
lində açıqlanaraq “suyun bilicisi” və yaxud “dənizlərin bilicisi” 
mənasını verir. “Xızır” sözü isə peyğəmbərin məxsus olduğu 
Xız (ğız, quz) oğuztürk tayfasının adı ilə əlaqəlidir. Bu barədə 
bir qədər sonra daha ətraflı danışacağıq. Müqəddəs Quranda da,  
Musa ilə Xızırın görüşü zamanı, gəmilərdən, qayıqlardan, çay-
lardan və dənizlərdən danışılır. Bəlkə də bəşər tarixində ilk dəfə  
su yolu səfərinin elmi şəkildə təşkili Xızır tərəfindən həyata ke-
çirilmişdir. Su yolunun marşrutunun, müddətinin təyin edilməsi  
üçün təbiət hadisələrinin müşahidəsi vacibdir. Bu su yoluna da-
xil olan çayların, körfəzlərin qışda donması, yazda buzların əri-
məsi müəyyən iqlim şəraitlərindən asılı olaraq hər il tez və ya 
gec başlaya bilər. Baltik dənizinin körfəzləri oktyabr ayında 
buz bağlayır, buzlar aprel ayında  əriməyə başlayır. Buna 
baxmayaraq bəzən Baltik dənizi hövzəsində iri sal buzların 
üzməsi iyun ayında da müşahidə edilib. Baltik və Şimal dəniz-
lərində, La-Manş boğazında suyun temperaturu yay aylarında 
belə 16-17
0
C-dən yüksək olmur. Belə bir təhlükəli yolda 
kiçicik bir səhv o dövrün dənizçiləri üçün faciə ilə  nəticələnə 
bilərdi. Xəzər dənizi sahillərində bu uzaq şimalın iqlim şəraiti 
ən azı üç göstəricinin – fəza cisimlərinin (əsasən günəşin) duru-
mu, Qara dənizdən Xəzər dənizi istiqamətində hava kütlələrinin 
axını, Xəzər dənizinin səviyyəsi haqqında məlumatların ümu-
miləşdirilməsi nəticəsində öyrənilirdi. Bu baxımdan, tikilmə 
tarixi haqqında müxtəlif məlumatlar verilən, hündürlüyü iyirmi 
səkkiz metr olan Qız qalası diqqəti cəlb edir. Azərbaycan 
tarixçiləri Qız qalasının tikilmə tarixini XII əsrə aid etsələr də, 
bu qalanın m.ö. VI əsrdə və yaxud daha qədimdə tikilməsini də  
ehtimal edirlər. Baltik dənizinin Fin körfəzində, Kotlin adasın-


 
43
dakı Kronştadt şəhərində 1707-ci ildən Futştok xidməti fəaliy-
yət göstərir. Xəzər dənizi Kronştadt futştokundan (dəniz  
sıfırından) iyirmi səkkiz metr aşağıdadır. Ehtimal etmək olar ki, 
astronomik tədqiqatların hesablamalarında hər dəfə bu fərqi 
əlavə etmək problemini aradan qaldırmaq üçün Qız qalası 28 m  
hündürlüyündə tikilmiş, Baltik dənizinin səviyyəsi ilə bərabər-
ləşdirilmişdir. Qala qaya üzərində tikilib. Sonradan ətrafları 
qazılaraq dərinləşdirilib, dənizdən qalaya qədər kanal çəkilib.  
Qalay yükü ilə dayaz sahildən aralı dayanmış  gəminin yükü  
kisələrlə qayıqlara boşaldılıb, qayıqlar növbə ilə qalanın düz 
altına qədər rahat gəliblər. Qalay kisələri boşaldılıb. Qalanın  
birinci mərtəbəsi yüz tondan artıq qalay üçün anbar kimi 
istifadə edilib və  məhz bu səbəbdən qalanın birinci mərtəbəsi 
ilə ikinci mərtəbəsi arasında pilləkən yoxdur. Qalanın qarşısın-
dakı çıxıntı isə qayıqları, şimaldan cənuba istiqamətlənən sualtı  
cərəyanın, güclü şimal küləyinin və dalğaların təsirindən ləngər  
vurmaqdan qoruyub. İl  ərzində  Qız qalasına  ərzaq ehtiyyatı 
toplanıb. Qalay yükünü boşaldan qayıqlar quru ərzağı  gəmiyə 
daşıyıblar.  Ərzaq və su ilə  təchiz olunmuş  gəmilər yenidən 
Böyük Su yoluna çıxıblar. Sonra qalay Qız qalasından arabalar-
la Assuriyaya, Babilistana, Hetlər ölkəsinə aparılıb. Bəlkə  də
dilimizdə “qalay” adlanan kimyəvi elementin adı elə “qala” 
sözü ilə  əlaqəlidir. Qalanı  əhatə edən kanalın divarlarında 
Xəzər dənizinin səviyyəsinin dəyişməsini rahat şəkildə 
müşahidə etmək olardı. Bu vacib məsələ idi, çünki Baltik  
dənizi də demək olar ki, Xəzər dənizi kimi qapalı  dənizdir.  
Xəzər dənizinin səviyyəsi Volqa, Ural, Kür, Araz, Samur 
çaylarından asılı dəyişirsə, Baltik dənizinin də səviyyəsi əsasən 
Neva, Narva, Qərbi Dvin (Dauqava), Neman, Visla, Oder və 
Venta çaylarından asılıdır. 
Kiçik Asiyaya qalay və kəhrəba gətirən as tayfaları m.ö. III 
minillikdə Anadoludan şimala doğru tədricən hərəkət edərək 
(əsasən Skandinaviya yarımadasının cənubunda) məskunlaşırdı.  
Azərlərin Anadolu ərazilərini tərk etmələrinin digər səbəbi  


 
44
m.ö. II minillikdə indiki Azərbaycan  ərazilərinə basqın etmiş  
Çin (yəcuc-məcuc) tayfaları ilə müharibə (Hun) olmuşdur. 
Azərlərin Anadoludan şərqə axın etməsindən bir qədər sonra 
m.ö. XIII əsrdən başlayaraq bu ərazilərdə qərbdən (dəniz yolu 
ilə) gələn yunanlar və başqa tayfalar məskunlaşmağa başladılar. 
As-ərlər uzun illər davam edən döyüşlərdən sonra çin tayfaları-
nı onların yurduna – Çinə  qədər qovmuşlar. Hun dövründə 
Manqışlaqdan Çinə qədər  ərazidə məskunlaşmış As qövmünün 
böyük bir qismi (hunlar) sonralar müxtəlif adlar altında  
parçalanmış  və öz aralarında müharibələr etmişlər. M.ö. VII 
əsrdən başlayaraq hun tayfaları dədə-baba yurdlarına qayıtmağa 
başlamış və bu qayıdışı Səlcuqilər dövləti başa çatdırmışdır. 
Ərəblər, farslar və başqaları azər, azərbaz və s. bu kimi 
sözləri necə başa düşürlərsə bu onların özlərinə aiddir. Məsə-
lən, qədim zamanlardan oğuzlar arabaya ərəbə demişlər, indi də 
deyirlər. Bu o demək deyil ki, bu sözlər eyni məna daşıyır və 
yaxud arabanı  ərəblər icad edib. Ərəblərdən çox-çox əvvəl 
türklər at arabasından istifadə etmişlər, hetlərin, assurların 
döyüş arabaları olmuşdur. Azər (as-ər), Yafəs, Bəlya sözləri 
biri-biri ilə zəncir kimi bağlıdırlar. Ulu babamız Yafəsin adı – 
ya (dərya, dəniz) + af (nemət) + as (birincilər, ilklər) – dənizlər-
dən nemətlənən birincilər deməkdir. Ulu peyğəmbərimiz Xızı-
rın adı Bəlya – dənizlərin, suların bilicisi, As-ər – ilk insanlar
ilk igidlər və ya ilk dənizçilər (a-su) deməkdir. 
Skandinav  əfsanələrində Asların Vanlarla müharibəsindən 
danışılır və bu müharibə ilk müharibə kimi qeyd edilir. Qədim 
Çin  əfsanələrində Van ilahəsi (sonralar bir neçə ilahə) geniş 
arealda təmsil olunur. Əfsanəyə görə Van ilahələrindən biri 
zülmətin (yəqin ki, qərbin) paytaxtı Suandu şəhərinə gedib 
qayıtmışdır (121, s. 213). Skandinav əfsanəsinə görə Vanlar bir 
cadugər qadını Asların istehkamına göndərmişlər. Adı “qızıl 
hərisi” kimi açıqlanan bu cadugəri Aslar nizələri ilə öldürmüş-
lər.  Əfsanəyə görə Vanlar Asların yurduna hücum etmişdilər 
(121, s. 214). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə