Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   2   3   4   5   6   7   8   9   ...   86

 
17
yənləşdirilmişdir. Eləcə də, bütün Türk dünyasında bu vaxta qə-
dər mifik obraz kimi xatırlanan Xızır peyğəmbərin e.ə. XIII əsr-
də Azərbaycanda dünyaya gəlməsi, yaşaması və tarixi şəxsiyyət 
olması faktlarla sübuta yetirilmişdir. 
Monoqrafiya yazılarkən Azərbaycan və xarici ölkə tarixçilə-
rinin Dərbənd-Beşbarmaq sədləri ilə bağlı müxtəlif səpkili araş-
dırmalarındakı müəyyən elmi-nəzəri, metodoloji ümumiləşdir-
mələrilə fərqlənən tədqiqatlardan istifadə olunub. İstifadə olun-
muş əsərlərdən əldə edilən bilgilər elmi işin metodoloji əsasını 
təşkil edir. Ziya Bünyadov, Yaqub Mahmudov, Faruq Sümər, 
Mahmud İsmayıl, Nəriman Əliyev, Mirəli Seyidov, Vilayət Kə-
rimovun əsərlərini xüsusi qeyd etmək istəyirik. Tədqiqat aparı-
larkən arxiv materiallarından istifadə edilib. 
Təqdim edilən monoqrafiyanın materiallarından orta məktəb-
lərdə, texnikumlarda və ali məktəblərdə əlavə dərslik kimi isti-
fadə edilməsi məqsədəuyğundur. Türk xalqlarının ortaq tarixi 
problemlərinin öyrənilməsində monoqrafiyanın müəyyən mate-
riallarından istifadə oluna bilər. 
Tədqiqat işi “Giriş”, hər biri bir neçə yarımfəsilə bölünməklə 
üç “Fəsil”, “Ümumi nəticə” və “Ədəbiyyat siyahısı”ndan ibarət-
dir. Tədqiqat işinə arxiv sənədləri və şəkillər əlavə edilmişdir. 


 
18
 
I FƏSİL 
DƏRBƏND-BEŞBARMAQ SƏDLƏRİ 
HAQQINDA ELMİ AÇIQLAMALAR 
 
1.1. Sədlərin inşa tarixləri haqqında 
 
Dərbənddən Beşbarmaq qayasına qədər inşa edilmiş bu barı-
ların hər biri dağlardan başlayaraq Xəzər dənizinin içinə qədər 
uzadılmışdır. Beləliklə  Dərbənddən Beşbarmağa qədər Böyük 
Qafqaz sıra dağları ilə Xəzər dənizi arasında mövcud olmuş dar  
keçid bağlanmışdır. Məlum məsələdir ki, bu barılar müdafiə  
məqsədi ilə inşa edilmişdir. Lakin kimlər tərəfindən, kimlərə 
qarşı və nə vaxt inşa edilmişlər? 
Ərəb tarixçiləri  Ərəb Xilafəti dövründən  əvvəl Azərbaycan 
ərazilərində baş vermiş hadisələri yazarkən Bizans, alban, 
erməni mənbələrinə istinad etmişlər. Bu səbəbdən də Bizans
erməni, alban və ərəb mənbələrində Dərbənd şəhəri ilə Beşbar-
maq qayası arasındakı  sədlərin sasani hökmdarları  tərəfindən 
tikilməsi barədə  məlumatlar eynidir. Lakin elə  həmin mənbə-
lərin özlərində bu fikri təkzib edən faktlar da vardır. Erməni  
tarixçisi Gevond yazır ki, xəlifə Süleyman (715 – 717-ci illər) 
“... hakimiyyətinin ikinci ilində çoxlu qoşun toplayıb sərkərdə 
Müslimin sərəncamına verdi və  Xəzər qapılarına göndərdi. O, 
gəlib Dərbənd  şəhərindəki hun qoşunları ilə döyüşdü, onları 
məğlub edib qovdu və qalanı qarət edib, hasarını sökəndə 
təməlində böyük daş tapdılar ki, üzərində bu yazılar var idi: 
“Markian, hökmdar, öz xəzinəsindən böyük miqdarda talant 
hesabına bu şəhəri, qülləni tikib. Nəticədə  İsmayıl övladları  
bunları dağıdacaqlar və sonra öz xəzinələri hesabına yenidən  
quracaqlar”. Bu yazıları oxuyandan sonra onlar hasarları 
sökməyi dayandırdılar, bənnaları toplayıb sökülmüş hasarı 


 
19
bərpa etdilər”. Gevondun bu məlumatından belə çıxır ki, Dər-
bənd hasarları Bizans imperatoru Markian (451-457)  tərəfin-
dən tikilmişdir. Biz bilirik ki, Sasanilərin Dərbənd  ərazisində  
hakimiyyəti yalnız Xosrov Ənuşirəvan (531-579) dövründə  
möhkəmlənmişdir. Buna görə  də Gevondun bu məlumatı ola 
bilər ki, Dərbənd hasarlarına deyil, Beşbarmaq səddinə aiddir 
(115, s.167). 
Qədim Beşbarmaq səddi bir çox tarixçilərin diqqətini cəlb 
etmişdir. Böyük Qafqaz dağları silsiləsinin Xəzər dənizinə  ən 
yaxın ətəklərindəki “Beşbarmaq” qayanın adı günümüzə qədər 
qorunub saxlanmışdır (116, s.166). Ərəb coğrafiyaçıları  əl-
Bələzu-ri və Yaqubi bu Beşbarmaq qayasını  İncildəki “Musa 
qayası” ilə eyniləşdirmişlər (116, s.166). 
Ət-Təbəriyə görə 533-cü ildə Sasani hökmdarı Xosrov Ənu-
şirəvan Dərbənd  şəhərinin və qalasının tikintisinə başlamış  və 
567-ci ildə başa çatdırmışdır (50, s.52). 
Yazılı mənbələr Dərbənd-Beşbarmaq keçidindəki sədlərin ti-
kilmə tarixini Sasani hökmdarları ilə əlaqələndirirlər. Bu həqi-
qətən belədirmi? Bu suala Azərbaycan memarları, arxeoloqları  
və tarixçiləri öz əsərlərində tutarlı cavablar vermişlər. Məsələn, 
memarlıq doktoru Vilayət Kərimovun “Azərbaycanın müdafiə 
istehkamları” kitabında bu barədə deyilir: “Qədim Dərbəndin 
öyrənilməsi zamanı  şəhərin çoxəsrlik mövcudluğu nəticəsində  
yaranmış və təpənin üstündə qalınlığı 10 metrə çatan mədəniy-
yət qatlarında müxtəlif dövrlərin, mədəniyyətlərin, üslubların 
və  təsirlərin varlığı üzə  çıxmışdır. Geniş arxeoloji tədqiqatlar 
nəticəsində Sasanilərdən  əvvəlki dövrlərə aid edilən qədim 
istehkam məntəqəsinin qalıqları  aşkar edilmişdir. Təyin edil-
mişdir ki, Dərbənd yüksəkliyinin zirvəsi qədim zamanlardan  
yaşayış  məskəni olmuşdur ki, bunun təsdiqinə daş, bürünc  
baltaların, bürünc dövrünə aid saxsıların tapılması  şahidlik 
edir” (113, s. 51). 
T.Məmmədov “Qafqaz Albaniyası” kitabında yazır: “I və II  
əsrin yunandilli və latın müəllifləri Dərbənd keçidi haqqında 


 
20
danışarkən elə terminlər istifadə etmişlər ki, bu terminləri  
təkcə “darvaza”, “qapı” kimi deyil, həm də “tıxac”, “maneə”, 
“sədd” kimi də tərcümə etmək olar. Tarixçilər ehtimal edirdilər 
ki, artıq I əsrin ikinci yarısında bu ərazilərdə hansısa hasarlar və 
istehkamlar mövcud idi. İndi bu ehtimallar arxeoloji tədqiqat-
larla təsdiq edilmişdir. Arxeoloq A.A.Kudryavtsevin arxeoloji 
axtarışları zamanı eramızdan əvvəl VII-III əsrə aid olan, iri sal 
daşlardan tikilmiş, eni 4,5-5 metr olan möhkəm hasar aşkar 
edilmişdir (116, s.170). 
Qədim island saqalarındakı əfsanələrə görə Asqard, yəni As-
ların səddi Don çayından  şərqdə yerləşir, As tanrılarının pay-
taxtı səddin içindədir. İsland tarixini özündə əks etdirən Böyük 
saqa və Kiçik saqa kitabları adətən bir qəhrəmanın və ya bir 
tayfanın taleyindən söhbət açır.  İslandiya adasında X əsrdən 
başlayaraq məskunlaşmağa başlayan xalq bu adaya Skandinavi-
yadan gəlmişdir. Norveçi vahid hakimiyyəti altında birləşdir-
miş kral Harald ilə münaqişədə olmuş bir çox tayfalar adada 
sığınacaq tapmışlar. Lakin İslandiya adasında III əsrə aid edilən 
Roma pulları  aşkar edilmişdir. Bu adanın vikinqlərdən  əvvəl 
məskunlaşdığını ehtimal edənlər də vardır. Norveçlilərin ulu 
əcdadları isə dat və engil tayfalarına qohum olan ayrıca  tayfaya 
mənsubdurlar. Məşhur coğrafiya alimi norveçli Tur Heyerdal 
ümummilli liderimiz Heydər Əliyevlə görüşü zamanı (Azərbay-
can televiziyası, 2000-ci il, 5 sentyabr) Skandinaviya yarımada-
sına ulu əcdadlarının məhz indiki Azərbaycan  ərazisindən 
gəldiklərini söyləmişdir. 
Azərbaycan tarixçisi akademik Mahmud İsmayıl ölkəmizin 
qədimdə As yaxud As-ər (azər) adlanmasını yazmışdır (48, s. 
3). Arxeoloji tədqiqatlar Dərbənd və Beşbarmaq dağı arasında-
kı sədlərin Sasanilərdən çox-çox əvvəl mövcud olmasını sübut 
etmişdir. Ərəb coğrafiyaçıları əl-Bələzuri və Yaqubi bu Beşbar-
maq qayasını İncildəki “Musa qayası” ilə eyniləşdirmişlər. Mu-
sa ilə türk qövmünün peyğəmbəri Xızır Bəlya Məlkan oğlunun 
görüşü barədə müqəddəs Quranın “Kəhf” surəsində  məlumat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə