Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   2   3   4   5   6   7   8   9   ...   86

 
14
mi” də, uydurma “erməni soyqırımı” məsələsi də rus imperializ-
minin doğub dünyaya gətirdiyi saysız-hesabsız miraslardandır. 
Hal-hazırda dünyanın bir çox xalqları kimi, azərbaycan xalqı da  
rus imperializminin “mirasları” ilə mübarizə aparmaq məcburiy-
yətindədir. 
Son zamanlar xalqın öz keçmişinə olan marağı daha da art-
mışdır. Belə ki, həm mədəni, həm sosial, həm də elmi-texniki 
tərəqqi yolunda yüksək nailiyyətlər əldə etmiş ölkəmizin vətən-
daşı bu gün siyasi arenada baş verən hadisələri dərk etmək üçün 
keçmişini daha dərindən öyrənməyə ehtiyac duyur. 
Bu gün Azərbaycan həqiqətlərini rus şovinizminin, erməni 
fitnəkarlığının ləkələrindən təmizləmək xalqımızın ziyalılarının 
qarşısında duran təxirəsalınmaz vəzifələrdən biridir, bəlkə  də 
birincisidir. 
Doğma vətənimizin yüzlərlə tarixi abidələrindən biri olan, şi-
mal-şərq tərəfdən ulu əcdadlarımızın inşa etdiyi Dərbənd-Beş-
barmaq sədlərinin, bu sədlərin bu günə qədər gəlib çıxmış izləri-
nin, fraqmentlərinin və hərbi-tarixi əhəmiyyətinin araşdırılması  
xalqımızın qədim və şərəfli tarixinin öyrənilməsi baxımından ən 
aktual mövzulardan biridir. 
Çar Rusiyası  və Sovet Rusiyası  işğalı dövründə Qarabağın, 
ümumiyyətlə  qərbi Azərbaycanın “erməniləşdirilməsi”,  şərqi  
Azərbaycanın “farslaşdırılması” kimi çirkin siyasi məqsədlər 
güdən tendensiyalar uzun müddət öz mövqeyini saxlamış  və 
xalqın mənəviyyatına ağır zərbələr vurmuşdur. Məhz bu səbəb-
dən, hər memarlıq abidəsinin, hər arxeoloji obyektin, o cümlə-
dən Dərbənd-Beşbarmaq sədlərinin diqqətlə öyrənilməsi vacib 
əhəmiyyət kəsb edir. 
Dərbənd-Beşbarmaq keçidindəki sədlər barəsində I və II əs-
rin yunandilli və latın müəlliflərinin, Bizans, alban, erməni 
tarixçilərinin, Ərəb Xilafəti dövründə yaşamış ərəb tarixçilərinin 
əsərlərində, eləcə  də müasir dövrdə yazılmış bir çox əsərlərdə 
yetərincə  məlumat verilmişdir. XIX əsrin sonlarından başla-
yaraq bu günümüzə  qədər sədlərin öyrənilməsi baxımından 


 
15
arxeoloqlar, tarixçilər bir sıra tədqiqat işləri aparmışlar. Lakin 
bu günə  qədər Dərbənd-Beşbarmaq keçidindəki sədlərin inşa  
tarixi  ənənəvi olaraq sasanilər dövrü ilə  əlaqələndirilmiş, bu 
barədə məlumat verən qaynaqların özlərində olan təzadlar diq-
qətdən yayınmışdır. Digər tərfdən Dərbənd-Beşbarmaq keçi-
dində olan indiki Quba, Qusar, Xaçmaz və  Şabran rayonları  
ötən illər ərzində müəyyən qədər öyrənilsə də, Beşbarmaq dağı 
ətrafındakı Xızı və Siyəzən rayonlarının tarixinin, etnik tərkibi-
nin, toponimlərinin öyrənilməsi üzrə tədqiqat işləri demək olar 
ki, yox dərəcəsindədir. Bu vaxta qədər bu ərazilər haqqında 
söylənilən fikirlər  əsasən “ötəri baxış” xarakterli olmuşlar. 
Dərbənd-Beşbarmaq keçidindəki sədlərin inşa tarixlərinin 
tamamilə  fərqli rakursdan açıqlanması, Beşbarmaq dağının  
qaynaqlardakı müxtəlif adlarının izahı, Xızı  və Siyəzən rayon-
larının tarixinin, etnik tərkibinin, toponimlərinin tarixi faktlar 
əsasında araşdırılması ilk dəfə tədqiqata cəlb olunmuşdur. Təd-
qiqatın qarşısında duran başlıca məqsəd və vəzifə: sədlərin inşa 
tarixlərinin açıqlanması; Beşbarmaq dağının qaynaqlardakı 
müxtəlif adlarının izahı; Xızı və Siyəzən  rayonlarının  tarixinin,  
etnik tərkibinin, toponimlərinin tarixi faktlar əsasında araşdı-
rılması; elmi-praktik tələblər  əsasında konkret təkliflərin veril-
məsi. 
Qeyd etdiyimiz kimi, Xızı və Siyəzən rayonlarının tarixi, et-
nik tərkibi, toponimləri ümumiyyətlə öyrənilməmiş, etnik tərki-
bi yalnız türk soylarından təşəkkül tapmış Xızı əhalisi və böyük 
əksəriyyəti türk soylarından formalaşmış Siyəzən camaatı, sovet 
dövrünün siyasi xəttinə uyğun olaraq, başqa adlarla adlandırıl-
mış, son zamanlar isə tarixi faktlara əsaslanmadan bu rayonların 
əhalisi haqqında tamamilə yanlış fikirlər söylənilmişdir. Şübhə-
siz, tarixşünaslığımızda təhlil edilmiş faktlarla yanaşı, kifayət 
qədər araşdırılmamış, mübahisəli, bəzən də ziddiyyətli mülahi-
zələr də vardır. Aydındır ki, mübahisələr obyektiv və elmi mü-
badilə səpkisində aparılmalıdır. 


 
16
Tədqiqat işində elmi yeniliklərdən biri müqəddəs Qurana 
mənbə kimi istinad edilməsilə  əlaqədardır. Bir zaman Səlcuqi-
lər, Osmanlı, Səfəvilər kimi böyük dövlətlər qurmuş, islam dün-
yasını Xaç yürüşlərindən xilas etmiş ulu babalarımız, qüdrətli 
oğuz igidləri, Qərbin aşkar himayəsi altında  İranda doğulmuş, 
müqəddəs Quranın hökmlərini inkar edən dini fanatizmin təsiri-
lə biri-birinə düşmən kəsildilər. Məhz bu dini fanatizmin təsiri 
altına düşmüş türk ölkələri nəticədə  nə Çar Rusiyasına, nə  də  
sovet Rusiyasına qarşı, demək olar ki, heç bir layiqli müqavimət 
göstərə bilmədilər, əsarətə düşdülər. Başımıza gələn fəlakətlərin 
kökündə duran məsələlərin biri, bəlkə də ən əsası dini fanatizm 
olmuşdur. Sovetlər dövründə də müqəddəs Quran müsəlmanlar-
dan “əlçatmaz məsafədə” saxlanmış, uzun illər  ərzində din adı 
altında xurafat təbliğ edilmişdir. Bu xurafat Türk xalqının, ümu-
miyyətlə islam dünyasının vəhdətinə qarşı yönəlmiş vasitədən 
başqa bir şey deyil. Bu gün də İranda və bəzi başqa yerlərdə təb-
liğ edilən dini fanatizmin islam dininə heç bir aidiyyəti yoxdur. 
Müqəddəs Quran insanlarda vətənə, ailəyə, valideynlərə, qonşu-
lara, qohumlara sevgi, böyüklərə hörmət, halallıq,  düzgünlük   
kimi gözəl xüsusiyyətlər tərbiyə etməklə yanaşı hər cürə zorakı-
lığı, xurafatı, hiyləgərliyi, ikiüzlülüyü kəskin  şəkildə pisləyən,  
insanları sülhə, fiziki və ruhi sağlamlığa səsləyən Allah kəlamı-
dır. Bütün bunlarla yanaşı Quranda coğrafiya, tarix, fizika, kim-
ya və s. elmlərə aid misilsiz məlumatlar vardır. Qərb tarixçiləri-
nin öz tədqiqatlarında İncilə, Tövrata istinad etmələri çoxdan bir  
ənənəyə çevrilmişdir və təkcə “miladdan əvvəl”, “miladdan son-
ra” ifadələrinin bütün dünya tarixçiləri tərəfindən tətbiq olunma-
sını misal göstərməklə bu ənənənin həm qədimliyi, həm də miq-
yası məlum olur. Bu gün səmavi kitablarda verilən məlumatlar 
elmi şəkildə, daha dərindən araşdırılır. 
Bu tədqiqat işində, ilk dəfə olaraq, tunc dövrünün başlanma-
sına səbəb olmuş “Qalay yolu” geniş müzakirə obyektinə çev-
rilmiş, Herodotun, müqəddəs Quranın, İncilin verdiyi məlumat-
larla tarixi faktlar uzlaşdırılaraq Qalay yolunun marşrutu müəy-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə