Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə25/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

Ələsgər Mirzəzadə 
 
98
ərazisindən  Bolqarçay,  Mişarçay,  İncəçay,  Göytəpəçay, 
Həməşəraçay  və  baçqa  müvəqqəti  axarlı  çaylar  keçir.  Ra-
yonun mərkəzi olan Cəlilabad şəhəri Bakı – Astara dəmir-
yolu və Ələt – Astara avtomobil yolunun 210 km-liyində 
yerləşir. Bu yollar rayon üçün ticarətdə və iqtisadiyyatda 
mühüm əhəmiyyət kəsb edir.   
  Cəlilabad  şəhərindən  sonra  rayonun  ən  böyük 
yaşayış məntəqələri  Göytəpə şəhəri  və Uzuntəpə  qəsəbə-
sidir.  Müstəqilliyə  qədər  Göytəpə  şəhəri  Prişib  adlanmış 
və  müstəqillik  əldə  edildikdən  sonra  öz  tarixi  adı  bərpa 
olunmuşdur. Hərbi-strateji əhəmiyyətli şəhər olduğu üçün 
Sovet  hakimiyyəti  dövründə  çoxmillətli  sakinləri  olub. 
Hal-hazırda  təxminən  35  min  nəfərlik  əhalisi  vardır. 
Rayonun 118 kəndi, 2 şəhəri vardır. Bəzi kəndlərin adları 
da özləri kimi tarixi köklərə malikdir.   
  Son  vaxtlar  rayonun  iqtisadiyyatı  yüksək  sürətlə 
inkişaf  edir.  Ərazidə  broyler  (quşçuluq)  fabriki,  şərab 
zavodu, asfalt zavodu, müasir tipli dəyirmanlar, kənd təsər-
rüfatı  məhsullarının  saxlanması  üçün  2  soyuducu  kamera, 
inkubator, kraxmal, konserv, xalçaçılıq sexləri, mebel fabriki 
və  başqa  müəssisələr  fəaliyyət  göstərir.  Rayonunda  təhsil, 
səhiyyə  və  mədəniyyət  sahəsində  aparılan  işlər  də  uğurlu 
nəticələr  verir.  Ərazidə  Azərbaycan  Dövlət  Pedaqoji  Uni-
versitetinin filialı, tibb kolleci, peşə liseyi, peşə məktəbi, 126 
ümumtəhsil  məktəbi,  18  məktəbəqədər,  5  məktəbdənkə-
nar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Burada 94 kitab-
xana,  19  mədəniyyət  evi,  24  klub,  1  uşaq-incəsənət  və  1 
musiqi  məktəbi,  H.Əliyev  Mərkəzi,  Tarix-  diyarşünaslıq 
muzeyi,  şahmat  məktəbi,  şəkil  qalereyası,  texniki  yara-


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
99
dıcılıq  mərkəzi,  mədəniyyət  və  istirahət  parkları  vardır. 
Əhaliyə  5  şəhər,  3  kənd  sahə  xəstəxanası,  40  tibb  məntə-
qəsi,  müalicə-  dioqnostika  mərkəzi,  “Nuranə”  özəl  tibb 
müəssisəsi  xidmət  göstərir  (burada  206  nəfər  həkim,  668 
nəfər  tibb  işçisi  çalışır.)  Rayonda  eyni  zamanda  uşaq- 
idman gənclər məktəbi, Olimpiya İdman Kompleksi uşaq 
və gənclərin ixtiyarına verilmişdir. 
  MASALLI  rayonu.  Abbasqulu  ağa  Bakıxanovun 
"Gülüstani  İrəm"  (1841),  Mirzə  Seyidəli  Kazımbəy  oğlu-
nun  "Cavahirnameyi  Lənkəran"  (1896),  səlnaməçi  Mirzə 
Əhməd  Mirzə  Xudaverdi  oğlunun  "Əxbarnamə"  (1882) 
əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının 
səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli 
məlumatlar  öz  əksini  tapmışdır.  "Masallı"  coğrafi  adının 
meydana  gəlməsi  haqqında  bu  vaxta  qədər  bir  çox 
mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə 
bu toponimi "məsəlli - məsəl çəkilən yer, məsəl çəkənlər" 
mənasında  səciyyələndirirlər.  Masallı  sözünün  "Mosullu" 
sözündən  yaranması  da  ehtimal  edilir.  Bəzi  mənbələrdə 
isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və bura-
ların  onun  şərəfinə  Masallı  adlandırıldığı  qeyd  olunur. 
Toponimika  ilə  məşğul  olan alimlərimizdən R.  Yüzbaşov 
və  Ş.  Sədiyevin  birgə  yazdıqları  "Azərbaycanın  coğrafi 
adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində 
qeyd  olunmuşdur.  Bakı  Dövlət  Universitetinin  dosenti, 
coğrafiya  elmləri  doktoru  N.Məmmədov  isə  bu  yaşayış 
yerinin  yaranmasını  Masal  bəy  adlı  bir  şəxslə  əlaqələn-
dirir.  Bəzi  tarixi  mənbələrdə  qeyd  olunur  ki,  yaşayış 
məntəqəsinin  sakinləri  İranın  "Masal"  əyalətindən  köçüb 


Ələsgər Mirzəzadə 
 
100
gəldiklərindən  bu  yer  Masallı  adlandırılmışdır.  Beləliklə, 
"Masallı" toponimində "Masal" – Yer, ərazi "Lı"isə məkan 
bildirən şəkilçidir. 
  Masallı  antik  dövrdə  Midiya,  Midiya-Atropatena, 
sonralar  Qafqaz  Albaniyasının  Kaspiana  vilayətinin, 
XVI-XVIII  əsrin  ortalarına  qədər  Səfəvilər  dövlətinin, 
XVIII  əsrin  ortalarından  Lənkəran  xanlığının  tərkibində 
olmuşdur.  XIX  əsrin  ortalarında  Astara,  Lənkəran,  Lerik, 
Masallı,  Yardımlı  və  Cəlilabad  rayonlarının  ərazisi  Lən-
kəran  qəzası  adlanırdı.  08  avqust  1930-cu  ildə  Masallı 
inzibati  rayonu  yaradıldı  və  Masallının  adı  Azərbaycan 
SSR-nin xəritəsinə rayon mərkəzi kimi daxil oldu. 
  Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual 
səviyyəsi  yüksək  olan  Masallıya  maraq  tarixin  müəyyən 
dövrlərindən  artmağa  başlamışdır.  Görkəmli  siyasi 
xadimlərin,  dövlət  və  mədəniyyət  adamlarının  Masallıya 
gəlişi  məhz  belə  bir  münasibətin  ifadəsi  idi.  1274-cü  ildə 
Səfəvilər  sülaləsinin  banisi  Şeyx  Səfiəddinin,  1501-ci  ildə 
Şah  İsmayıl  Xətainin  Ərkivan  kəndində,  görkəmli  dövlət 
xadimi,  yazıçı  Nəriman  Nərimanovun  1922-ci  ildə 
Masallıda və onun bir sıra kəndlərində olması barədə çox-
lu əsərlərdə məlumatlara rast gəlmək olar. Doktor N.Nəri-
manov  Masallıda  olarkən  bu  ərazinin  təbii  imkanları  və 
üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və 
çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır.   
  Coğrafiyası  və  iqlimi.  Masallı  rayonu  Lənkəran 
ovalığında yerləşir. Ona görə də ərazidə yay mülayim-isti 
və  quraq  keçir.  Qışda  isə  hava  mülayim  və  quraq  olur. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
101
Yayda  bəzi  dövrlərdə  temperatur  40  dərəcə,  qışda  ən 
soyuq -10, ən isti temperatur isə +15 dərəcəyədək yüksəlir. 
  Yeraltı sərvət - İSTİSU. İstisu hidrogen-sulfidli müali-
cə ocağıdır. Yerli sakinlər buna “möcüzəli su” deyirlər. Isti 
su  yerin  altından  təbii  halda  69  dərəcə  C  temperaturla 
çıxır. Ona görə adı belə də qalıb: İstisu. Bu su ilə oynaq--
əzələ, dəri-zöhrəvi və bir  çox xəstəlikləri  müalicə  edirlər. 
Sanatoriyada  müalicə  mineral  su  vannalarında  aparılır. 
İstisudakı  qayaların  arasından  çıxan  su  isə  buz  kimi 
soyuqdur. Hidrogen-sulfidlə zəngin olan bulaq sularından 
kəskin kükürd qoxusu gəlir. Suyu dərman kimi stəkanlara 
doldurur  və  dadını  hiss  etməmək  üçün  birnəfəsə  içirlər. 
Bulaqların  üstündə  “böyrək  suyu”  və  “mədə  suyu”  söz-
lərini oxumaq olar. Bulaq sularının mədə yarası və böyrək 
ağrılarını  sağaltdığı  söylənilir.  Istisuda  suyun  müalicəvi 
tərkibi  XX  əsrin  50-ci  illərində  aparılan  araşdırma  işləri 
zamanı  məlum  olub.  Əslən  Masallıdan  olan  geoloq–alim 
Mir  Kazım  Aslanlı  1955-ci  ildə  isti  suyun  müalicəvi 
əhəmiyyəti  ilə  bağlı  dissertasiya  müdafiə  edib.  Burada 
60-cı illərdə yaradılan müalicə-istirahət zonası 2007-ci ildə 
sanatoriya  statusu  qazanıb.  Subtropik  iqlimə  malik 
olduğundan,  Masallıya  düşən  yağıntının  miqdarı  regio-
nun digər yerlərinə görə daha çoxdur. Tez-tez yağan yağış 
Talış meşələrinə romantik çalar qatır. Rənglərin sıxlaşdığı 
İstisu  meşələri  rayon  mərkəzindən  12  km  aralıdır.  İstisu 
ilin  bütün  fəsillərində  gözəl  olur.  Payızda  təbiətin  bütün 
rənglərini  Talış  meşələrində  görmək  olur.  Bu  mövsümdə 
otellər  otel  fəaliyyət  göstərir.  Istisuyun  bütün  gözəlliyini 
yaşamaq  üçün  oraya  yaz,  payız  və  qış  aylarında  getmək 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə