Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə22/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

Ələsgər Mirzəzadə 
 
86
olmayıb.  Çuval  və  palazlar  isə  əvəzsiz  olub  və  bu  növ 
toxuculuq  üzrə  "Muğan”adı  ilə  sənətkarlıq  formalaşıb. 
Muğan  ərazisində  toxunan  xalçaların  mövzusu  və 
motivləri  Xəzər  dənizi  və  Kür  çayı  boyunca  düzülmüş 
kəndlərin  və  ya  obaların  adları  ilə  sıx  şəkildə  bağlıdır. 
Xalçalarda  əks  olunan  nəbati,  həndəsi  naxışlar,  yazını 
bildirən  işarələr,  dövrü  əks  etdirən  motivlər  –səhnələr 
Muğanın açıqlanmayan sirləri sırasında xalçaların hər biri 
maraqlı  və  əhəmiyyətli  tədqiqata  layiqdir.  Çünki  həmin 
nümunələr  Londonun  Viktoriya  və  Albert,  Sankt-Peter-
burqun Dövlət Ermitaj və Etnoqrafiya, İstanbulun Türk və 
İslam əsərlərində, eləcə də digər dünya əhəmiyyətli möh-
təşəm  muzeylərində  qorunub  saxlanmaqdadır.  Məhz  bu 
baxımdan Muğan xalçalarının kompozisiya quruluşuna və 
elementlərinin  rəmzi  mahiyyətinə  dəyər  verən  Avropa 
İntibah  dövrünün  rəssamları  öz  əsərlərində  bunları 
incəsənət  dünyasına  əhəmiyyətli  dərəcədə  tanıdıblar.  Bu 
da  onu  göstərir  ki,  əcdadlarımızın  yaratdıqları  misilsiz 
incilər  sırasında  xalça  sənəti  mədəni  irsimizin  cövhəri  və 
oxunması  gərəkli  olan  sirli  kitabələr  olmaqla,  həm  də 
dünya mədəniyyətinə böyük bir töhfə vermişdir.. 
 
Müasir Muğanın şəhər və kəndləri 
 
    Qədim  Muğan  düzü  öz  qoynuna  aldığı  insan  məs-
kənlərinin  sayını  artırmaqda  davam  edir.  Burada  Saatlı, 
Sabirabad,  Salyan,  Biləsuvar,  Astarxanbazar  (Cəlilabad), 
Masallı  kimi  rayon  mərkəzləri,  Bəydilli,  Cürəli,  Alpout, 
Daran,  Dərvişli,  Ovçubərə,  Qlubinka,  Novotroskoe,  No-


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
87
vomixaylovka, Uçtəpə, Şiləvəngə, Uzuntəpə (Novoqolov-
ka), Xırmandalı, Maşlıq, Alar kimi kəndlər yaranır, geniş-
lənir və inkişaf edir. 
  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  bir  müddət 
əvvəlki inzibati bölgü saxlanmışdı. 1920-ci illərin sonları - 
30-cu  illərin  əvvəllərində  Azərbaycan  SSR-nin  inzibati 
ərazi  bölgüsündə  əsaslı  dəyişikliklər  həyata  keçirildi. 
Astraxanbazar dairəsi və Vərgədüz sovetliyi əsasında eyni 
adlı  rayonlar  yaradıldı.  Bunların  tərkibində  olan  Aların, 
Cavadqışlaq  və  Şurabadın,  Abışabadın  (köhnə  adı  Xəm-
rəva ), Sərhədabadın və bir çoxlarının əhalisinin türklərdən 
ibarət olduğu qeyd edilir (ARDTA-nın materiallarından ). 
  1938-ci  ildə  Vərgədüz  rayonunun  adı  dəyişdirilib 
Yardımlı  adlandırıldı.  Həmin  ildə  (1938)  Biləsuvarın  da 
adı dəyişdirilərək Puşkin adlandırıldı. 1963-cü ildə Puşkin 
ərazisi  Astraxanbazar  rayonu  ilə  birləşdirildi.  1964-cü 
ildən  isə  yenidən  müstəqil  rayona  çevrildi.  SSRİ  dövləti 
dağıldıqdan  sonra  1991  –  ildən  onun  tarixi  adı  özünə 
qaytarılaraq Biləsuvar adlandırıldı. 
  BİLƏSUVAR  rayonu.  Biləsuvarın  zəngin  tarixi  keç-
mişi  vardır.  Tarixi  mənbələr  və  araşdırmalar  göstərir  ki, 
hələ eradan əvvəl IV-III minilliklərdə Muğan düzünün bu 
hissəsində əkinçi-maldar tayfalar məskən salmış, özlərinə 
məxsus  mədəniyyət  yaratmışlar.  Onlardan  yadigar  qalan 
təpələr, sikkələr, saxsı qablar, küp qəbirlər, məişət əşyaları 
bunu  tamamilə  sübut  edir.  Herodot  və  Strabon  burada 
gell,  muğ  tayfalarının  yaşadıqlarını  bildirmişdir.  Bir  sıra 
tarixçilər isə bu ərazilərdə xəzər, massaget və s. tayfalarla 
yanaşı bilyər və suvarların da yaşadıqlarını  qeyd  edir  və 


Ələsgər Mirzəzadə 
 
88
belə  bir  nəticəyə  gəlirlər  ki,  Biləsuvar  iki  türk  tayfanın  – 
bilyər  və  suvarların  cəmləşib  düşmənlə  vuruşduğu  yer 
mənasını verir. Bu tayfalar Xəzər tayfalarına aid edilir. 
  Ərəb  tarixçiləri  ibn  Xordadbeh  (IXəsr),  Yaqut 
əl-Həməvi, səyyah əl-Müqəddəsi (X əsr) Muğan düzündə 
VIII  əsrdə  ərəb  sərkərdəsi  Səid  ibn  Əmir  əl-Həraşinin 
Xəzər  tayfalarından  olan  Bilər  və  Suvarların  birləşmiş 
qoşununa qalib gəlməsini təsdiqləyirlər. 
  Biləsuvar  vaxtilə  zəngin  bir  yaşayış  məskəni 
olmuşdur.Tarixin müxtəlif dönəmlərində şahlar, sultanlar 
və  əmirlər  burada  dəfələrlə  işğalçılıq  müharibələri 
aparmış, səlcuqlar, monqollar, ruslar, ərəblər, onların neçə 
- neçə sərkərdələri buralarda at oynatmışlar.   
  Bu gün Biləsuvar rayonunda 1 memarlıq, 12 arxeolo-
ji-tarixi və memarlıq abidəsi var. Bunlar keçmiş Biləsuvar 
yaşayış  məntəqəsi  ərazisində  “Şəhriyar  qalası”  memarlıq 
abidəsindən,  həmçinin  Bəydilli  kəndi  ərazisində  tunc 
dövrünə  aid  7  kurqan  təpəsi,  Təzəkənd  kənd  ərazisində 
Tunc  dövrünə  aid  2  Kurqan  (Qoşatəpə),  Dəmir  dövrünə 
aid  “Torpağaytəpə”,  Dərvişli  kəndi  ərazisində  Dəmir 
dövrünə aid “Seyid altı təpə” kurqanı, Yuxarı Ağalı kəndi 
ərazisində “Ceyrantəpə” kurqanı, Əmənkənd kəndi ərazi-
sində Tunc dövrünə aid “Şəhriyartəpə” kurqanı, Şəhriyar 
kəndində  orta  əsrlərə  aid  “Ağdam  qalası”,  yenə  həmin 
ərazidə  orta  əsrlərin  əvvəllərinə  aid  “Çöl  Ağdam  şəhər-
ciyi”  və  “İçəri  Ağdam”yaşayış  ərazisində  arxeoloji  abi-
dələrindən ibarətdir. Hal-hazırda rayon Muğan düzünün 
cənub  və  cənub-qərb  ərazisində  yerləşməklə,  1397  kv.km 
əraziyə malikdir. Rayon ərazisi şimaldan İmişli rayonu ilə 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
89
53  km,  şimal-qərbdən  Saatlı  rayonu  ilə  23  km,  Sabirabad 
rayonu  ilə  20  km,  sərqdən  Salyan  rayonu  ilə  23  km, 
Neftçala rayonu ilə 4 km, cənubdan Cəlilabad rayonu ilə 
54  km,  qərbdən  isə  İran  İslam  Respublikası  ilə  64  km 
məsafədə  həmsərhəd  olmaqla,  ümumi  sərhəd  dairəsinin 
uzunluğu  241  km-dir.  Əhalisinin  sayı  84  min  nəfərdən 
çoxdur. Burada qadınlar faiz nisbətində kişilərdən çoxdur. 
Ərazidə Beynəlxalq Gömrük Keçid Məntəqəsi yerləşir. 
  Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun 
ərazisindən  keçən  indiki  Bolqar  çayı  (Biləsuvar  çayı)  bir 
neçə adla adlandırılmışdır. İran tərəfi bu çayı – Şənbəçay, 
Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi 
adlandırmışlar.  Amma  rəsmi  xəritə  və  sənədlərdə  çayın 
adı  həmişə Bolqar  çayı kimi  göstərilir.  Bu  çay mənbəyini 
İran İR-dan götürməklə, mənsəbini Mahmudçalada bitirir. 
Uzunluğu  101  km  olan  Əzizbəyov  adına  kanal  isə 
mənbəyini  Araz  çayından  götürməklə,  rayon  əhalisinin 
içməli  suya  olan  tələbatını  ödəməklə  yanaşı,  əkinlərin 
suvarılması üçün yeganə su hövzəsidir. 
  Rayonun iqlimi isti və qurudur (yayda +35° C, qışda 
+7°C).  İqtisadiyyatı  əsasən  kənd  təsərrüfatı  təşkil  edir, 
əkinçilik,  heyvandarlıq,  quşçuluq  və  pambıqçılıq  ən 
önəmli  sahələrdən  sayılır.  Eyni  zamanda,  ərazidə  süd 
emalı  zavodu,  konserv  zavodu,  mebel  fabriki,  beton 
zavodu və s.fəaliyyət göstərir. 
    SABİRABAD  rayonu.  Rayonun  ən  iri  kəndi  olan 
Cavad  tarixi  şəhər  olmuş  və  mənbələrdə  onun  adı  XVI 
əsrdən  çəkilir.  Cavad  XVIII  əsrin  ortalarında  Cavad 
xanlığının  mərkəzi  olmuşdur.  1768-ci  ildə  Cavad  Quba 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə