Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə20/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

Ələsgər Mirzəzadə 
 
78
Sovet hakimiyyətinin qurulduğu ərəfələrdə                         
Muğanın Cəlilabad bölgəsındə qanlı olaylar 
 
        XX əsrin əvvəllərində Azərbaycanın Cənub bölgəsində - 
Muğanda  cərəyan  edən  hadisələr  ölkənin  mərkəzi  şəhə-
rlərində  baş  verən  ictimai-siyasi  hadisələr  qədər  təlatümlü 
və qaynar olmuşdur. Bir tərəfdən”ağqvardiyaçılar” adlanan 
çar ordusunun hərbi tör-töküntüləri, bir tərəf¬dən bir-birinə 
müxalif  olan  eser-menşeviklər  və  sovet  bolşevikləri,  digər 
tərəfdən  də  ingilislər  Muğanı  hərbi  poliqona  çevirmişdilər. 
Hamı qəzadakı xaosdan istifadə edib bu torpaqlardan yarar-
lanmaq, qənimət əldə etmək istəyirdi. Çağrılmamış qonaqlar 
İllarion  Talixadze,  Timofey  Ulyan¬tsev,  Nikolay  Tutuşkin, 
David Çirkin, Terentiy Suxorukin, İlyaşeviç və b.burada az-
ğınlıq  edirdilər.  Erməni  zabitləri  Avetisov  və  Makarovun 
Muğanda  azğınlığı  lap  həddini  aşmışdı.  1918-ci  ildə  Milli 
hökumət  (AXC)  yaranmasaydı  və  bu  azğınların  qarşısını 
almasaydı, Allah bilir, hələ nələr baş verə bilərdi!? 
        1917-1920-ci  illərdə  Muğan  və  Lənkəran  bölgəsində 
vəziyyət qeyri-sabit və gərgin idi. Tez-tez hakimiyyət də-
yişikliyi baş verirdi. Bu vəziyyətdən istifadə edən erməni 
–  bolşevik  qüvvələri  bölgədə  azğınlıqlarını  imkan  qədər 
genişləndirir, xalqı soyub talayır, kəndləri – evləri yandı-
rır, qətliam törədirdılər. Əhali bu zülmə dözə bilmirdi. Be-
lə  yaşamaqdansa  ölümü  üstün  tutan  əhalinin  müəyyən 
qismi ermənidaşnak-bolşevik qüvvələrinin qarşısını almaq 
üçün  “dayandoldurum”  və  soyuq  silahlarla  silahlanaraq, 
onlara qarşı savaşa başlamışdılar. Əhalinin salamat qalan 
digər hissəsi isə – qadınlar, uşaqlar, qocalar dağlara, meşə-


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
79
lərə  çəkilirdi.  Yerli  əhalinin  müqavimətini  qıra  bilməyən 
“özgə”  qüvvələr  boşalmış  kəndi  yandırmaqla,  çıxa  bil-
məyən camaatı qətlə yetirməklə kifayətlənirdilər. Abdullu 
və  Fərzili  kəndinin  silahlıları  ilə  erməni  –  rus  qüvvələri 
arasında  qanlı  döyüş  rus  əsgərlərini  geri  çəkilməyə  məc-
bur etmiş, Həməşərəyə qədər sıxışdırılan əsgərlər bir neçə 
gündən  sonra  böyük  bir  qüvvə  ilə  bu  kəndlərə  hücum 
edərək başdan ayağa yandırmışdılar.  
        Lənkəran  qəzasının  Astarxanka  –  Hasıllı  bölgəsində 
XI Qızıl Ordunun Müsavat hökumətinin ləğv olunmasına 
müqavimət göstərənlər işgəncələrə məruz qaldı, hətta bü-
töv  kəndlər  -  Hasıllı,  Hacı  İsmayıllı,  Fizuli,  Kürümbel, 
Dövlətalıbəyli  kəndləri  yandırıldı...  Qırğının  qarşısını  al-
maq üçün ağsaqqallar  işə  qarışırdı.  Sülhün  əleyhinə  olan 
qüvvələr aranı qızışdırır, ziddiyyətlər yaradırdılar. “Belə-
suvara çar generalının yanına göndərilən üç azərbaycanlı 
barışıq  haqqında  şərtnamə  bağlayıb  geri  qayıdarkən,  rus 
kazakları tərəfindən öldürülür. 1918-ci ilin yazında isə na-
hiyyə  pristavı  Prişibə  gələndə  onu  Əyri  dərəsində  oldü-
rürlər ki, öz pis niyyətlərin həyata keçirsinlər”(R.Əsgərov 
Cəlilabad dünən və bu gün Bakı-2000, səh. 24,29).  
      Yazıçı jurnalist S.Nəsiroğlu ilə bu barədə söhbət edər-
kən, o da bu mövzu ilə bağlı mühüm sənədlərə əsasən mə-
lumatlı olduğunu bildirdi: “1918 – ci ilin mart ayının 20-də 
Novruz bayramı axşamı, təxminən saat 23.00 radələrində 
bir  qrup  qaniçən  erməni  əsgəri  indiki  Cəlilabad  rayonu-
nun  Sabirabad  kəndinin  günçıxan  hissəsində  yaşayan  İs-
mayıl kişinin evinə basqın edirlər. İsmayıl kişinin həyətın-
dəki  ot  tayasını  yandırıb,  mal-qarasını  ələ  keçirirlər.  Bir 


Ələsgər Mirzəzadə 
 
80
neçə saatdan  sonra isə  ondan  cənubda  yerləşən Novoqo-
lovka  (Uzuntəpə)  kəndinə  sarı  irəliləyən  daşnaq  quldur-
ları kəndin mərkəzində yaşayan Tahir kişinin evini müha-
sirəyə alırlar. Bərk atışma gedir. Evlər,tayalar,mal tövlələri 
yandırılır.  Yerli  ruslar  belə  zülmə  dözməyərək,  azərbay-
canliların  müdafiəsinə  qalxırlar.  Ermənilər  kəndi  tərk  et-
məli  olurlar.  Səhəri  gün  isə  Tahir  kişinin  yanmış  meyidi 
aşkar olunur. Həmin ərazi indi də Tahir kişinin adı ila ta-
nınır və Tahirkənd adlanır.  
      Martın  21-dən  22-nə  keçən  gecə  rus  və  ermənilərdən 
ibarət    dəstə    Əyri  deyilən  ərazidə  yaxındakı  “Su  quyu-
su” adlanan obada (ora Təzəkənd də deyirdilər) yaşayan-
ları  tamamilə  qırırlar.  Sonra  Bəcirəvan  kəndinin  yaxın-
lığında-indiki  “strelbişe”  postunun  yanındakı  xırda  oba-
larda yaşayan əhalini gülləbaran edirlər. Bu cinayəti həya-
ta  keçirən  erməni  polkovnik  Avetisovun  erməni  əsilli  əs-
gərləri idi…  
        Bu  barədə  hələ  2006  –  cu  ildə  yaşadığım  Uzuntəpə 
kəndinin  qocaman,  ahıl  kişilərdən  də  bilgilər  almışdım.-
Onlar da başlarına gələn fəlakətləri ürək ağrısı ilə danışır-
dılar. Şikar Almaz oğlu Rüstəmov, Almasxan Hüseyn oğ-
lu Zeynalov, Cəfərxan Balaxan oğlu Mehdiyev, hər biri ay-
rı-ayrılıqda qeyd edirdilər ki, atalarımız da, biz də köçüb 
gələn ruslarla birgə yaşamışıq. Onlar bizlərə yox, erməni-
lərə çox inanırdılar. Sovet hakimiyyətinin ilk illərində Qı-
zıl Ordunun tərkibində gələn erməni və ruslar yerli rusla-
ra  (molokanlara)  “beşatılan”  silahı  paylayırdılar.  Başımız 
müsibətlər  çəkib.  Onların  qarşısında  söz  deyə  bilmirdik. 
Hərdən  onlara  qarşı  çıxanda  bizdən  kimsə  ölməli  idi. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
81
Bizləri  Prişibdə  yerləşən  qərargaha  satırdılar.  Ən  çox  bi-
zim  adamları  erməni  zabit  və  əsgərləri  istintaq  edirdilər. 
Elə vaxt olub, toyuq hinində yatmışıq. Biz uşaq olsaq da, o 
müsibətlər yadımızdan çıxmır...  
        Prişibdə (indiki Göytəpə) Bakı-Astara magistral yolu-
nun sağ tərəfində, Göytəpəçay körpüsünün günbatan his-
səsində  60  m  uzunluğunda  və  18  m  dərinliyində  tu-
nel-quyu var idi.( Hal- hazırda bu tunel 2014-2015-ci ildə 
salınmış parkın altında qalmışdır – Ə.M.). Başları kəsilmiş 
müsəlman cəsədlərini ora tullayırmışlar. Əslində körpüyə 
yaxın  çayın  qirağında  rus  qarnizonuna  məxsus  bir  həb-
sxana  var  idi.  Müsəlman“günahkarlar”  ora  salınır,  məh-
kəməsiz  –  istintaqsız  şiddətli  cəzaların  alırdılar.  Yaxın-
lıqdakı  quyu  onların  son  məzarı  olurdu.  Deyilənə  görə, 
seyyid  Hacı  Sultanın  (son  vaxtlara  qədər  Biləsuvarda 
yaşamış və həcc zyarəti zamanı qərib ölkədə dünyasını də-
yişmişdir)  da  atası  dini  təbliğat  üstündə  tutularaq  həmin 
həbsxanaya  salınmış,  amma  orada  işləyən  bir  şəxs  tərə-
findən  qaçırılmışdır.  Ləzranlı  Mirzəqulu  kişinin  xatirələ-
rində  (mənbə:  L.Mirzəqulu  “Olanlardan,  keçənlərdən”  – 
redaktə edib çapa verən Araz Gündüz) göstərilir ki,”...Mən 
atamla  Yed-dioymaq  kəndindən  gəlib  Prişib  körpüsündən 
keçəndə dörd nəfər qeyri-millətdən olan əsgərin əllərində si-
yirmə  qılınc  çaya  sarı  endiyini  gördük.  Onlar  çayın 
qirağından,  bir  çökək  yerdən  bir  nəfər  yerli  türkü  (azər-
baycanlını) dartıb çıxartdılar, sonra da əllərindəki qılıncla 
onu doğra¬mağa başladılar. Doğradıqları adam var gücü 
ilə  qışqırır,  kömək  diləyirdi...  Onlardan  başqa  da  çayın 
qırağında  bir  neçə  nəfərin  qılıncla  doğranmış  cəsədini 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə