Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə19/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

Ələsgər Mirzəzadə 
 
74
müdaxiləçilər  hakimiyyətsizlik  məqamından  sui-istifadə 
etmək istəyirdilər. Ən çox yararlanmaq istəyən erməni-rus 
və ingilis qüvvələri idi. 
  Belə hadisələrin baş verdiyi bir zamanda Muğan əhalisi 
özünü  qorumaq  üçün  silahlanmağı,  mübarizə  aparmağı 
qərara  almışdılar.  Muğanda  baş  verən  ictimai  –  siyasi 
hadisələrin mərkəzi Prişib (Göytəpə) və Privolnoye idi.   
  Türkmənçay  müqaviləsindən  (1828)  sonra  Azərbay-
canın başqa ərazilərində olduğu kimi, Muğanda da ruslaş-
dırma  siyasəti  aparılmış,  slavyan  koloniyaları  salınmışdı  – 
Prişib,  Qriqoryevka,  Andreyevka,  Pakrovka,  Novoqorka 
(sonradan Novoqolovka), Privolnoye, Nikolayevka və s. 
  Rus  və  müsəlman-türk  xalqları  bir  məkanda  yaşamaq 
məcburiyyətində  qalmışdı.  Muğanın  hərbi  –  siyasi  liderləri 
sayılan  çar  zabitləri  İlyaşeviç,  Dobrınin,  Xoşev  hakimiyyəti 
əllərində  saxlamaqdan  ötrü  dəridən-qabıqdan  çıxırdılar. 
Bölgədə erməni-rus seperatizmi hökm sürürdü. Sadə insanlar 
özlərini, ailələrini qorumaq məcburiyyətində idilər.   
  Çar  hakimiyyətinin  yıxılması  ilə  onun  əyalətlərdə  olan 
sadiq  ordusu  da  dağıldı.  Lakin  ordunun  qalıqları  ətrafına 
yerli  əhalidən  özünümüdafiə  qüvvələri  toplayaraq,  “Muğan 
ordusu”  formalaşdırmağa  başladılar.  Muğan  ordusunun 
tərkibi müxtəlif etnik millətlərdən – rus, erməni, ukraynalı və 
azərbaycanlılardan  ibarət  idi.  Ordunun  başında  milliyətcə 
rus  olan  İlyaşeviç  və  kapitan  V.  Dobrınin  dururdu. 
Bunlarla yanaşı “Muğan ordusu”nun təşkilində leytenant 
Xoşev  və  digərləri  də  var  idi.  Bunlar  öz  məqsədlərini 
həyata  keçirmək  üçün  “Sentrokaspi  diktaturası”nın  və 
ingilis  Denstervilin  maddi  və  mənəvi  dəstəyini  alaraq, 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
75
şimala  doğru  irəliləmək  və  Dağıstanda  mövqe  tutan 
general Anton Denikinin qüvvələri ilə birləşmək idi.   
  Haşiyə:  Kapitan  Dobrınin  Azərbaycan  Xalq  Cüm-
huriyyətinin  bərqərarından  sonra  Yuqoslaviyaya  müha-
cirət  etmiş,  Muğanla  bağlı  xatirələrini  qələmə  almışdır. 
Xatirələrin  üzə  çıxmasında  Parisdəki  Müqəddəs  Georgi 
Cəngavər  Ordeninin  sədri  Aleksandr  Staşovskinin  rolu 
olmuşdur. 
      Priş ibdə “sadiq tatar” ordusu. Ortada l-nt Xoşev 
Onun  xatirələrində  göstərilir  ki,  Muğan  ordusu 
anti-kommunist ordu idi. Onlar, əsasən çar mütləqiyyətini 
devirmiş  bolşevizmə  qarşı  mübarizə  yolunu  seçmişdilər. 
Lakin  bunlarla  yanaşı,  fəaliyyət  göstərən  Osmanlı  –  türk 
ordusuna  və  sərhədin  o  tayından  (Cənubi  Azərbaycan) 
tez-tez kəndlərə hucum edən qüvvələrə qarşı da amansız 
idilər.  Bunlar  keçmiş  çar  ordusunun  qalıqları  olsalar  da, 


Ələsgər Mirzəzadə 
 
76
bu  ordunun  tərkibinə  “sadiq  tatarlar”  adlanan  yerlı 
azərbaycanlılar da qoşulmuşdular.   
  Bakı Xalq Komissarları Sovetinin dəstəyi nəticəsində 
Muğana doğru genişlənən kommunist inqilabı və bəzi rus 
kəndlərinin  yandırılması,  Muğan  ordusunun  qərargah 
rəhbəri İlyaşeviç, zabitlər V.Dobrınin, Xoşev və yerli digər 
fəallar  Lənkəran  qəzasının  Prişib  kəndində  qurultay 
çağırmağa müvəffəq oldular. Onların işini pozmağa çalışan 
Privolnoye  kənd  kommunist  partizanları  (Boçarnikov,  T. 
Bayramov  və  digərləri)  bu  qurultayın  cağrılmasına  mane 
olmaq,  onların  fikirlərini  alt-üst  etmək  istəsələr  də,  qüvvə-
lərin qeyri-bərabərliyi və camaatın onlara inamsızlığı bu işin 
qarşısını  ala  bilmədi.  1918-ci  il  avqustun  6-da  bölgədə 
mərkəzi  Prişib  olmaqla  Muğan  hakimiyyəti  bərqərar 
edildi.  Bu  qurumun  sahibləri  qurulmuş  yeni  hakimiyyəti 
“Muğan dövləti (respublikası)”, digər əks tərəf – sovetlər 
isə “Muğan hərbi diktaturası” adlandırdılar. 
  Tarixçi  alim  Mürvət  Abbasov  “Lənkəran  qəzası...” 
adlı  məqaləsində  yazır  ki,  Lənkəranda  da  bolşeviklər 
hakimiyyəti  ələ  keçirməyə  cəhd  göstərirdilər.  Rusiya 
Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi 
Lənkəranda  gizli  radiostansiya  təşkil  etmiş,  sovet 
hakimiyyəti  tərəfdarlarına  hərbi  və  maddi  kömək 
göstərmişdi.   
  "Muğan  hökuməti"  1919  il  aprelin  25-də  yıxıldı, 
Muğan  Sovet  Respublikası  (1919-cu  il  25  aprel  -  27  iyul) 
quruldu.  Muğan  Sovet  Respublikası  Azərbaycan  Xalq 
Cümhuriyyətini  tanımaqdan  imtina  etdi.  Bəzi  sosialist 
tədbirlərinə  baxmayaraq,  Muğan  Sovet  Respublikası  xalq 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
77
arasında  nüfuz  qazana  bilmədi  və  iyulun  27-də  süquta 
uğradı. Lənkəran qəzasında hakimiyyət yenidən Muğandakı 
qüvvələrin  əlinə  keçdi.  Ölkənin  ərazi  bütövlüyünün  bər-
pasına  xüsusi  önəm  verən  Cümhuriyyət  Hökuməti  Lən-
kəran qəzasında öz hakimiyyətinin qurulması uğrunda fəal 
mübarizəyə başladı. Bu məqsədlə xüsusi dəstə təşkil olundu. 
Hərbi  nazir  Səməd  bəy  Mehmandarov  iyulun  23-də  Lən-
kəran  qəzasının  sakinlərinə  müraciət  imzaladı.  Müraciətdə 
deyilirdi: 
"Vətəndaşlar! 
Azərbaycan 
Cümhuriyyəti 
hökumətinin  iradəsi  ilə  mən  Lənkəran  qəzasına  dəstə 
göndərirəm. Vətəndaş müharibəsinə birdəfəlik son qoymaq, 
qayda-qanun yaratmaq, sizi dinc əhaliyə əzab verən zorakı 
dəstələrdən  və  qatillərdən  azad  etmək  işi  bu  dəstəyə 
tapşırılıb.  Azərbaycanın  ayrılmaz  hissəsi  olan  qəzada 
məskunlaşmış  bütün  millətlərə  ədalətli  münasibət  bəslə-
yən  Azərbaycan  qoşunları  sizin  yanınıza  qanunçuluğun 
daşıyıcısı kimi gəlirlər... Bununla bərabər, məlum edirəm 
ki,  sovetlər,  komitələr  və  ya  "Muğan  respublikası"  adı 
altında hər hansı özbaşına yaradılmış qanunsuz təşkilatın 
fəaliyyətinə yol verilməyəcəkdir...".   
  1919-cu  il  avqustun  sonlarında  Lənkəran  qəzasında 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  suveren  hüquqları 
bərpa  edildi.1920-ci  il  aprel  ayında  rus  XI  Qırmızı  ordu-
sunun  müdaxiləsi  və  Cümhuriyyətin  süqutundan  sonra 
Lənkəran  qəzasında  yenidən  (1920-ci  il  3  may)  sovet 
hakimiyyətı quruldu.1929-cu ildə Azərbaycanın rayonlaş-
dırılması ilə əlaqədar olaraq, Lənkəran qəzası ləğv edildi.   
 
 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə