Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə21/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

Ələsgər Mirzəzadə 
 
82
gördük...”  Hadisədən  bir  neçə  gün  sonra  məlum  olur  ki, 
Göytəpə  körpüsündə  doğranmış  və  elə  oradaca,  xüsusi 
tunel-quyuya  tökülmüş  cəsədlər  Əlqasımlı  kəndinin 
adamları  imiş.  Bu  olayın  kökü  Üçtəpənın  yerli  rusları  ilə 
qonşu  Əlqasımlı  kəndinin  türkləri  arasında  anlaşıl-
mazlıqdan baş verən hadisədən törəmişdi. 17 nəfər Əlqa-
sımlını  Prişib  pristavlığına  təhvil  verən  ruslar  sonradan 
öyrəndilər ki, 17 nəfərin hamısı pristavlığın əsgərləri (əksəriy-
yəti  erməni  əsgərləri  olub)  tərəfindən  doğranaraq  quyuya 
tökülüb.  Yerli  adamların  məlumatına  görə,  sovet  hökumə-
tinin  yarandığı  ilk  günlərdə  pristavlığın  belə  “körpü  üstü” 
əməliyyatları  tez-tez  olarmış.  Belə  hadisələr  bölgəmizin  hər 
tərəfində baş vermişdir. Bunları üzə çıxarıb yaddaşlara yaz-
maqdansa,  unuduruq  deyəsən?!  Vətənini,  ailə-uşaqlarını 
qorumağa qalxan, “müsəlmandır!”, “türkdür!” deyə xalqım-
ızın övladlarını qırıb tökən erməni liderlərinə, onlara havadar 
olan  XI  Qızıl  Ordunun  şərəfinə,  vaxtilə  çox  təm-təraqlı 
abidələr  ucaltdıq. Bu  gün  ölkəmizdə  hələ  də  “23  fevral”ı 
bilmədən  bayram  edənlər  var.  Heç  olmasa  müasir  gənc-
lərimiz  “20  Yanvar”ı,  “Xocalı  faciəsi”ni  unutmasınlar! Əziz 
həmvətənlər, XX əsrin əvvəllərində öz mənfur niyyətlərini 
həyata  keçirmək  üçün  erməni-daşnak  və  rus  qüvvələri 
Azərbaycanın  digər  bölgələri  ilə  yanaşı  Cəlilabad  bölgə-
sində də soyqırım etmiş, qətliamlar törətmişlər. Kəndlərdə 
və Prişib nahiyəsində baş verən hadisələr bunu sübut edir. 
Təkcə Göytəpə (keçmiş Prişib) çayının sahilindəki (hazırkı 
parkın  çaya  tərəf  sahili)  tunel-quyu  tapılsa,  günahsız 
insanların  kütləvi  məzarlığı  aşkar  olunar  və  onların 
şərəfinə bir “soyqırım” abidəsi ucalar. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
83
Muğanda sənətkarlıq və ticarət 
 
  Maldarlıq,  sənətkarlıq  və  ticarət  üçün  təbii  sərvəti 
başdan aşan, qoyunçuluq, yunçuluq və əkinçilik üçün əl-
verişli  şəraiti  hər  zaman  diqqəti  cəlb  edən  Muğanın 
özünəməxsus məşğuliyyəti, həyat tərzi olub. Ev peşəsi, sə-
nət və sənətkarlığın müxtəlif sahələri hələ qədim zaman-
lardan  muğanlıların  məişətində  vacib  sayılıb  və  milli 
mədəniyyətimizin  inkişafında  özünəməxsus  yer  tutub. 
Orta  əsr  müəllifləri  Muğanda  müxtəlif  sənət  sahələrinin: 
dulusçuluğun,  dəmirçiliyin,  misgərliyin,  çəkməçiliyin, 
toxuculuğun,  boyaqçılığın,  dabbaqlığın,  xarratlığın  və 
bənnalığın  mövcudluğundan  yazırlar.  Muğan  ölkəsinin 
Muğan,  Bacrəvan,  Bərzənd,  Varsan  kimi  iri  yaşayış 
sahələri  (şəhərləri)  peşələr  üzrə  məhəllələrə  bölünürdü. 
Məsələn, boyaqçılar, dulusçular, xalçaçılar, dabbaqçılar və 
s.  məhəlləsi.  Hər  bir  peşə  sahibi  istehsal  etdiyi  malı  öz 
sənətkar  emalatxanasından  satırdı.  Yəni  emalatxana  həm 
də  dükan  rolunu  oynayırdı.  Bu  gün  Muğan  düzündə 
arxeoloji  qazıntı  zamanı  orta  əsrlərə  aid  mədəni 
təbəqələrdən  aşkar  olunan  rənglı  saxsı  məmulatlarınin, 
müxtəlif növ silah nümunələrinin (qılınc, xəncər, nizə, ox 
ucluqları,  mancanağa  aid  daş  mərmisi  və  s.),  bəzək 
əşyalarınin  və  s.aşkar  olunması  burada  mədəniyyətin  nə 
qədər  yüksək  səviyyədə  olduğunu  sübut  edir.  Daşdan 
yonulmuş  qəbirüstü  daş  Qoç  fiqurları,  üzərində  müxtəlif 
işarələr  işlənmiş  (çərxi-fələk,  nəbati,  həndəsi  və  s.)  baş 
daşları,  qırmızı  və  bişmiş  kərpiclərlə  ucaldılmiş  qala  və 
bürclər öz əzəmətini saxlamaqdadır.   


Ələsgər Mirzəzadə 
 
84
  XII  yüzillikdə  şəhərlərdə  əhalinin  çoxalması  nəticə-
sində əkinçilik, maldarlıq və sənətkarlıq məhsullarına tələba-
tın  artması,  əmtəə  (bazar  üçün  istehsal  olunan  mal)  –  pul 
münasibətlərinin  inkişafı  və  bir  sıra  mühüm  karvan  yolla-
rının buradan keçməsi Azərbaycanda, o cümlədən Muğanda 
daxili  və  xarici  ticarətin  canlanmasına  səbəb  olmuşdu. 
Muğan elə bir coğrafi məkanda yerləşirdi ki, şərqlə qərbin, 
şimalla cənubun “qapısı” sayılırdı. Şimallı-cənublu Muğan 
düzünün  şərqində  yerləşən  Xəzər  dənizi  bir  cox  ticarət-
çilərin,  işğalçı  qoşunların,  səyyahların  azmaması  üçün 
“xəritə”  rolunu  oynamışdır.  Buradan  gəlib-keçənlər 
Muğan  şəhərlərini,  Muğan  camaatını  “ziyarət”  edərək 
keçmişlər.  İstər  ərəb  və  səlcuqların,  istər  Teymur  sülalə-
lərinin,  istərsə  də  Avropa  və  şərq  tacirlərinin  bu  yurdda 
izləri görünür. Tacirlər, səyyahlar, tarixçilər Azərbaycanın 
bu  vilayəti  haqqında  maraqlı  səlnamələr  yazmış,  öz 
izlərini qoyub getmişlər.   
  Bütün  maddi,  mədəni  sərvətlər  içərisində  Muğanın 
xalı  -  xalçası  əvəzsiz  gözəlliyi  ilə  məşhur  olub.  Muğan 
cinsli  qoyunların  yunundan  toxunan  xalça  və  xalça 
məmulatları  quruluş  və  bədiiliyinə  görə  də  özünəməx-
susluğu  ilə  seçilib.  Xalçaşünas-alim  Lətif  Kərimovun 
qeydlərində  bildirilir  ki,  -  "Muğan”  XIX  əsrin  əvvələrinə 
qədər ayrıca bir müstəqil qrup olaraq tanınıb. Bəzən ərazi 
baxımından  asılı  olmayaraq  "Muğan”  xalçalarını  səhvən 
Şirvan qrupuna da aid etmişlər”.   
  Arxeoloqlar toxuculuğun tarixini e.ə VII-VI minillik-
lərə  aid  etmişlər.  Onlar  Muğan,  Qarabağ,  Naxçıvan, 
Mingəçevir,  Qazax  və  digər  yerlərdə  aparılan  qazıntılar 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
85
zamanı  aşkar  etdikləri  alətlərdən  tağaları,  sümükdən 
düzəldilmiş  biz  və  iyləri  maddi  dəlil  kimi  göstərməklə 
xalçaçılığın  bu  ərazilərdə  yaranmasına  şübhə  yeri  qoy-
mamışlar. Miladdan öncə VI-V əsrlərə aid Pazırık kurqanın-
dan tapılan ən qədim xalça nümunəsinin işarələri Azərbay-
canın  Muğan,  Qarabağ  və  Qazax  xalçalarının  kodlaşmış 
motivləri ilə uyğunluq təşkil edərək bir çox tarixi həqiqətlərə 
işiq salır.   
Şərq  xalqlarının  və  müəlliflərinin  salnamələrində  isə 
Azərbaycan  –  Muğan  xalçalarının  ecazkarlığı  barəsində 
zəngin məlumatlar indi də araşdırıcıları düşünməyə vadar 
etməkdədir. 
  X  əsrin  "Hüdud-ul-aləm”  əsərində  qeyd  edilir  ki, 
Muğanda toxunan    xovlu, ya    xovsuz xalçaların    misli   
Muğan xalçaları və xurcunlar (Həməşərə - Cəlilabad) 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə