Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə46/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   38   39   40   41   42   43   44   45   46

Ələsgər Mirzəzadə 
 
202
rəmzlər,  haşıyələr  ətraflı  şəkildə  öyrənilməlidir.  Belə 
hərtərəfli araşdırma tarixin bəzi sirlərini açmağa kömək edir.   
Muğanın  coğrafi  və  milli  arealı  Ələsgər  Mirzəzadə 
araşdırmasında  informativ  xarakter  daşısa  da,  bu  məlu-
matlar  bölgənin  təsərrüfatı,  mədəni  həyatı  və  görkəmli 
şəxsləri  haqqında  dolğun  bilgi  verə  bilir.  “Muğan  maddi 
mədəniyyəti”  (2016)  kitabından  sonra  Cəlilabadda 
mövcud olan tarixi abidələrə yenidən nəzər salan Ələsgər 
Mirzəzadə Əliköməktəpə, Alxantəpə, Polutəpə, Qoşatəpə, 
Mişarçay  və  Həməşərə,  Qazan  köşkü  haqqında  bilgiləri 
bir qədər də genişləndirir. İş elə gətirib ki, bölgədəki bəzi 
tarixi  məkanlara  Ələsgər  Mirzəzadə  ilə  birlikdə  baş 
çəkmişik. Biz Qalabazarda, Polutəpədə, Alaşarda, Xudutə-
pədə, Qoşatəpədə bir yerdə araşdırmalar aparmışıq və hər 
dəfə  heyrətləndirici  bir  məqamla  qarşılaşmışıq.  Bölgənin 
bəzi  paradiqmatik  təsəvvürləri  ilə  səsləşən  faktlar, 
doğrudan  da,  heyrətamizdir.  Məsələn,  bölgədə  uzun 
müddət  Danatma  mərasimi  keçirilib  və  bu  mərasim  Dan 
yerinin  “şərəfinə”  təşkil  olunub.  Dəfn  adətinə  görə, 
meyidlərin  üzü  Dan  yerinə  tərəf  qoyulur  və  dəfn 
olunurdu.  Bölgədə  həmçinin  Günəşin  Göy  qübbəsində 
cızdığı qövsə görə dəfn adəti icra olunmuşdur.   
  Muğan bölgəsində mif özünü həm sintaqmatik (sözlə 
söylənilən mətn), həm də paradiqmatik (dünya haqqında 
təsəvvürlər  sisteminin  bir  nümunəsi)  şəklində  göstərir. 
Leksik-mifoloji  anlamda  olan  ifadələr  daha  çox  rituallar-
da,  maddi-mədəniyyət  nümunələrində  öz  əksini  tap-
mışdır.  Məsələn,  çarxla  bağlı  (çərxi-fələk)  paradiqmatik 
təsəvvürü  qədim  və  orta  yüzilliklərin  epıqrafik  abidə-


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
203
lərində (başdaşılarında və sinədanlarda), həmçinin məişət 
əşyalarında,  o  cümlədən  xalçaların  üzərindəki  naxışlarda 
qorunub  saxlanmışdır.  Ələsgər  Mirzəzadənın  bölgənin 
epiqrafik  abidələri  üzərində  apardığı  araşdırmalardan 
məlum  olur  ki,  Muğan  bölgəsindəki  başdaşı  və 
sinədanlarda  daha  çox  çərxi  fələk  rəmzləri  və  işarələri 
həkk  olunmuşdur.  Muğan  bölgəsinin  şifahi  nitqində  və 
folklorunda  daha  çox  işlənən  “çarxı  dönmək”  feli 
birləşməsi qədim türklərin mifik dünyagörüşündən soraq 
verir.Muğan  bölgəsində  çarx  “çərx”  şəklində  işlənir  və 
klassik ədəbiyyatda da çərx şəklindədir. Çərxin göy, tale, 
ox  yayı,  yer,  davam  edən,  sürən  və  sair  mənaları  vardır. 
Çarxdan çərxi-fələk dünyagörüşü yaranır. Çərxi-fələk  daha 
qədim  türk  inamlar  sistemi  ilə  bağlıdır.  Qədim  türklər 
çərxi-fələyi “gök çıkrısı” (göy dəyirmanı) adlandırırlar. Buna 
sonralar  “evrən”  demişlər.  Evrən  evrilir,  yəni  çarx  çevrilir, 
dönür. Bu zaman hərəkət edən göy üzü nəzərdə tutulur və 
tale,  bəxt  kimi  məcazlanır.  İnsanlar  göy  qübbəsinin 
durmadan  dönməsinə  və  bunun  insanların  taleyinə, 
bəxtinə,  qismətinə  təsirinə  inanırdılar.  Guya  evrənin 
(çarxın)  dönüşü  insanlara  yaxşı  və  pis  tale  bəxş  edir.  Bu 
inanc  Muğan  bölgəsindən  toplanmış  folklor  nümunə-
lərində öz əksini belə tapır: 
Quşum uçdu tüləkdən, 
Qolum sındı biləkdən. 
Mənimki belə gəldi 
Çərxi dönmüş fələkdən. 
Azərbaycan  və  türk  klassik  ədəbiyyatında  çərxi-fələk 
anlayışı  bu  xaos  və  kosmosla  bağlı  inanclar  sisteminə 


Ələsgər Mirzəzadə 
 
204
söykənir.  Göy  qübbəsi,  tale,  bəxt,  iqbal,  fələk  mənalarını 
verən “gərdun” sözü də folklorda və klassik ədəbiyyatda 
“çərxi-fələyin”  sinonimi  kimi  işlənir.  Qədim  türk 
mifologiyasında  göy  üzü  fələk,  ay,  günəş  və  ulduzların 
cəmi isə “əflak” adlanırdı. 
Çərxi-fələyi dörd həyat ünsürü ilə bağlayırlar. Muğan 
bölgəsindəki başdaşı və sinədanlarda üç dairəli çərxi fələk 
işarələrinə  də  rast  gəlmək  olur.  Dörd  həyat  ünsürünü 
ifadə  edən  iki  dairədəki  oxların  cəmi  sayı  cəhətlər  də 
nəzərə  alınmaqla  on  altıdır.  Rəqəmlərin  ifadə  etdiyi 
rəmzlər, simvollar və mifik təsəvvürlər həmin çərxi fələk 
işarələrinin  sirrini  açmağa  kömək  edir.  Eyni  işarələr 
Muğan  bölgəsinə  xas  olan  xalçalarda  da  öz  əksini 
tapmışdır.  Belə paradiqmatik təsəvvürlərlə bağlı əşyalara 
diqqət  çəkən  Ələsgər  Mirzəzadə  tarixin  keşməkeşli 
məqamlarında  xalqın  dini-fəlsəfi  dünyagörüşünün 
məqsədinə və məramına aydınlıq gətirməyə çalışır.   
  Ümid  edirəm  ki,  Ələsgər  Mirzəzadənin  Muğan 
tarixinə həsr olunmuş bu kitabı tarix elminə yeni töhfələr 
verəcək  və  arxeoloqların,  etnoqrafların,  həmçinin  folklor-
şünasların  Muğan  bölgəsinə  marağını  artıracaq.  Ələsgər 
Mirzəzadənin  araşdırması  sübut  edir  ki,  Muğan  bölgə-
sinin hərtərəfli öyrənilməsinə böyük ehtiyac var.   
 
  Bilal(Hüseynov)Alarlı, 
ADPU Cəlilabad filialının müəllimi, 
filologiya üzrə fəlsəfə doktoru, 
 
 
       


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
205
Hörmətli oxucu! 
  “Tarix və Zaman” adlanan bu kitab barədə öz rəyimi 
bildirməmişdən  əvvəl  hörmətli  Ələsgər  müəllimə 
dərindən öz minnətdarlığımı bildirirəm. 
  Muğan  haqqında,  o  cümlədən  qədim  Həməşaranın 
tarixi  barədə  mən  özüm  araşdırma  apararkən  dövlət 
arxivlərində,  kitabxanalarda,  digər  elm  ocaqlarında 
aylarla, illərlə müxtəlif müəlliflərin əsərlərini vərəqləməli 
olmuşam.  İndi  isə  belə  kitablardan  biri,  müəllifi  Ələsgər 
Mirzəzadənin “Tarix və Zaman “əsəridir. 
  Hamıya məlumdur ki, qədim diyarımız Azərbaycan 
öz  müstəqilliyinə  qovuşduqdan  sonra  elmin  bir  şox 
sahələrində  olduğu  kimi,  tarixşünaslıqda  da  yeni 
araşdırmaların  aparılması  zəruriyyəti  yaranmışdır.  Hətta 
ixtisasca  tarixçi  olmayıb,  tarix  sahəsində  müstəqil  fikir 
yürüdə bilən, obyektiv və milli maraqları ifadə edən ziyalı 
insanların  da  bu  sahədə  yeni  fikir  söyləməsi  Azərbaycan 
tarixinin  öyrənilməsi  işini  daha  da  sürətləndirməyə  sövq 
edir. 
  Rayonumuz  haqqında  əvvəllər  yazılmış  kitablardan 
fərqli  olaraq  müəllifin  çapa  hazırladığı  bu  kitab  tarixi  və 
metodiki  cəhətdən  tamamilə  seçilir.  Kitabda  toplanmış 
sənədli  materiallar  və  digər  mənbələrə  istinad  edilərək 
verilmiş  xronologiya  tariximizi  daha  da  dərindən 
öyrənmək üçün mükəmməl bir vəsaitdir. 
  Əsərin  xronoloji  yazılışı,  kitaba  əlavə  olunmuş 
xəritələr, fotoşəkillər böyuk elmi-təcrübə əhəmiyyəti kəsb 
edən sübutlardır. 


Ələsgər Mirzəzadə 
 
206
  Müəllif yerli toponimlərin öyrənilməsində də ardıcıl 
elmi  araşdırmalar  aparmış,  tariximizin  qədimliyindən 
bəhs edən digər müəlliflərin əsərlərindən bəhrələnərək bu 
kitabı çətinliklə də olca ərsəyə gətirmişdir. Bu işdə Ələsgər 
müəllimin  əməyi  xüsusilə  qeyd  olunmalıdır.  Çünki 
Ələsgər  müəllimin  elmi  araşdırmaları  bu  kitabın  yüksək 
elmı səviyyəsini təmin etmişdir. 
  Hesab  edirəm  ki,  müəllif  Muğan  tarixinin  izi  ilə 
apardığı araşdırmalar nəticəsində oxuculara təqdim etdiyi 
“Tarix  və  Zaman”  toplusu  tamamlanmış  bir  kitabdır.  O, 
qarşısına qoyduğu öhdəliyi layiqincə yerinə yetirmişdir. 
  Bu  kitab  oxucularına  öz  tarixi  yaddaşını  təzələmək 
məqsədilə, eyni zamanda tariximiz haqqında məlumatı az 
olanlar  üçün  faydalı  olsun  deyə  müəllif  ərəb,  fars  və  rus 
mənbələrindən də istifadə edərək sitatlar gətirmışdir. 
  Bir sözlə, bu kitab oxucularımıza öz tarixi yaddaşını 
bərpa  etməklə,  kimin  kim  olduğunu  obyektiv  şəkildə 
gələcək  nəsillərə  çatdırmağa  imkan  verir.  Buyurun 
oxuyun və öz qiymətinizi verin! 
  Sonda  kitabın  müəllifi  tarixçi  məllim  və  təcrübəli 
araşdırmaçı,  tədqiqatçı  Ələsgər  Mirzəzadəyə  öz 
minnətdarlığımı bildirirəm. Eşq olsun! 
   
Sabir Nəsiroğlu Urufzadə 
  tədqiqatçı – jurnalist.   
 
 
 
 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
207
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Ələsgər Mirzəzadə 
 
208
İstifadə olunmuş ədəbiyyat: 
 
1.Azərbaycan tarixi. İ.A. Hüseynov, A.S. Sumbatzadə, A. 
N. Quliyev və E. A. Tokarjevskinin redaktorluğu   ilə. 
Üç cilddə, I cild: Ən qədim zamanlardan   
Azərbaycanın Rusiyaya ilhaqına qədər. Bakı.   Azərb. SSR 
EA nəşri, 1961, 446 s. 
2.Azərbaycan  tarixi.  Yeddi cilddə, II  cild:  III-XIII əsrin  I 
rübü.  Bakı,  Elm,  2007,  608  s.+24  s.  illüstrasiya 
3.Azərbaycanda arxeoloji tədqiqatlar. 
Azərbaycan Milli Elmlər   Akademiyası.  Arxeologiya  və 
Etnoqrafiya İnstitutu. Bakı,    2008,10 s. 
4.Azərbaycan  arxeologiyası.  “Azərbaycan  Araşdırmaları 
jurnalı”na əlavə, Xəzər Universitəsi Nəşriyyatı, cild 9, 
say 1-2, 2007,127 s. 
  5.Azərbaycan  arxeologiyası.“AzərbaycanAraşdırmaları 
jurnalı”na əlavə, Xəzər Universitəsi   Nəşriyyatı,  cild 
10,  say  3-4,  2007,  152  s.  6.Azərbaycan  Sovet 
Ensiklopediyası.  C.B.Quliyevin  baş  redaktorluğu 
altında. On cilddə, VII cild.  Bakı,1983. 624 s. səh. 395 
7. Azərbaycan tarixi. I cild: Ən qədim zamanlardan XX 
əsrədək.  Z.M.Bünyadov  və  Y.B.Yusifovun  redaktorluğu 
ilə.  Ali  məktəblər  üçün  dərslik.  Bakı,Azərnəşr,  1994, 
687 s. 
8. Alarlı B. Alar və Alarlar. Bakı, Adiloğlu, 2003, 250 s. 
9.Aşurbəyli  S.  Şirvanşahlar  dövləti.VI-XVI  əsrlər.  Bakı, 
Avrasiya press, 2006, 414 s. 
10.  Bünyadov  Z.  Azərbaycan  VII  –  IX  əsrlərdə,  Bakı, 
1989, səh. 40, 80-81. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
209
11. Bünyadov T.Ə. Azərbaycanın arxeologiyası oçerkləri; 
Bakı- 1962. 
12.  Bünyadov  T.  Şükürov  K.  Alarlar.  Gündoğandan 
başlayan yol. Bakı – 2005, səh 24-25. 
13. Cəfərov Y. H. Qədim Azərbaycan: nə bilirik.   
Bakı, Azərnəşr. 1989, 157 s. 
14. Doroşenko E. N. Zaroasdriyci İrana, st. 74. 
15.Dövlət  və  Din  //  Azərbaycan  Respublikası  Dini 
Qurumlarla İş Üzrə Dövlət Komitəsinin ictimai    fikir 
toplusu. 2012,Yanvar, fevral. Say: 1(27) 
16. Əsədov F. Talış xanlığı. Bakı 
17.  Əsgərov  R.  Cəlilabad:  dünən  və  bu  gün.  Bakı, 
Çaşıoğlu, 2000, 130 s. 
18. Əsgərov R. Tarixi keçmişimiz və ya    Zərdüstlüyü 
təsdiqləyən Muğan abidələri / Respublika qəzeti, No6. 
19.  Əhmədov  Q.M.  Bu  günə  necə  gəlib  çıxmışıq.  Bakı. 
Azərnəşr.   
1989. 118 s. 
20.Əhmədov T. Ei - obamızın adları. 1984, səh.16 
21. Əliyev B. H. Tarixin izləri ilə. Bakı. 1975. 
22.  Əliyev  B.H.  Azərbaycanda  boyalı  qablar 
mədəniyyəti. 
Bakı, 1982. 
23.  Əliyev  H.Q.  Buzeyir.  Bakı,  MBM.  2012,  40  s.  +16  s. 
illüstrasiya. 
24.  Əfəndiyev  R.S.  Daşlar  danışır...  Neolit  dövründən 
XIX  yüzilliyədək.  Bakı,  Gənclik,  1980,  31  s.  +50  s. 
illüstrasiya. 
25. Əmənov E. Küp qəbirlər və Cəlilabad tarixi / Region 
səs, 2009, 20 iyul 


Ələsgər Mirzəzadə 
 
210
26. Əmənov E. Sahibsiz qalala / Region səs, 2009, 20 iyul   
27.  Göyüşov  R.B.  Azərbaycan  Arxeologiyası.  Bakı,  İşıq, 
  1986.156 s. +32 s. illüstrasiya 
28. Heredot “Tarix” əsəri, II – III bölmələr (rus variantı)   
29. Hüseynov M.M. Uzaq daş dövrü. Bakı, Gənclik, 1973, 
71 s. 
  30.  Hüseynov  R.  Sibir  torpaqlarında  Türk  izləri 
Bakı-2015, UniPrint mət. səhifə 168. 
31.İsmayılov  E.E.  Talişinskilərin  –  Talışxanovların  nəsil 
tarixi (Genealogiyası) I fəsil, səh. 3-6 
32. İQAMO, fond 413, d-52, p-13. 
33. Mirzəzadə Ə. A. Muğanin maddi-mədəniyyət abidələri, 
Bakı-2016, “Nərgiz”nəşriyyatı, səhifə 122. 
34. Mirzəzadə Ə. A. Qədim Muğan tarixindən bir epizod. 
Uzuntəpə düşərgəsi / Region səs,2008, sentyabr. 
35.  Mirzəzadə  Ə.  Cəngitəpə  (Uzuntəpə)  tarixi 
keçmişimizdən   xəbər verir / Region səs,    2008, 

oktyabr, №23 
36. Mirzəzadə Ə. Tariximizə işıq salan Əliköməktəpə/Yeni 
gün, 2007, 2-8 mart 
37. Nağıoğlu Q. Tarix kül deyil, canlı alovdur   
(Arxeoloqla musahibə) / Yeni gün, 1990, 8 sentyabr   
38. Nəsiroğlu S. Həməşaradan gələn səslər.Baki, 2002, 150 s. 
39.  Nəfisi  S.  Tarixi  Təməddone  İran  Sasani,  Tehran,  h. 
1331, səh. 114   
40. Nicat Ə. Tarixin sübh çağı, Bakı, səhifə 32. 
  41.  Səfərli  Ə,  X.Yusifov  Qədim  və  orta  əsrlər 
Azərbaycan ədəbiyyatı. Bakı, 1982, səhifə 9-10. 
42.Kazımbəyoğlu Səid Əli “Cəvahirnameyi-Lənkəran” 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
211
Bakı, Örnək nəşriyyatı 2000-ci il, səhifə 40-41 
43.  Kərimov  X.  K.  F.  Rəşidəddinin  Came  ət-Təvarix 
(Tarixlər toplusu) əsərindən iqtibaslar.   
44.  Vəlixanlı  N.  M.  “IX  –  XII  əsr  ərəb  coğrafiyaşünas 
səyyahları Azərbaycan haqqında. Bakı – 1974. 
45.  Vəlili  M.  Azərbaycan  coğrafi  –  təbii,  etnoqrafik  və 
iqtisadi mülahizat. Bakı – 1993, səh. 48. 
46. Yüzbaşov R., Sədiyev Ş Azərbaycanın coğrafi adları. 
47. az.wikipedia.orq/wiki/Sabirabad,Saatlı,Salyan, 
  Beləsuvar, Cəlilabad,Masallı,Yardımlı. 
   
 
 
 
 
 
 
 
                               
 
 
 
 
 
 
 
 
 
 
 


Ələsgər Mirzəzadə 
 
212
 
 
 
 
 
 
 
TARİX və ZAMAN 
Muğan tarixinə dair elmi 
araşdırma 
 
 
 
 
 
 
 
 
 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
213
 
Qeyd üçün 
 
 
 
 
 
 
 


Ələsgər Mirzəzadə 
 
214
 
Qeyd üçün 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
215
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” nəşriyyatının direktoru: 
Professor Nadir MƏMMƏDLİ 
 
Dizayner: Zahid M
əmmədov 
        Ruslan Mirz
əzadə 
 
Texniki redaktor: Yadigar Mirba
ğırzadə 
         Aynur Mirz
əli 
 
Çapa imzalanmış    09.09.2017 
Şərti çap vərəqi 8. Sifariş № 665 
Kağız formatı 60х84 1/16. Tiraj 500 . 


Ələsgər Mirzəzadə 
 
216
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya 
müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur 
E-mail: nurlan1959@gmail.com 
Тел: 497-16-32; 050-311-41-89 
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4 
 
 
 
 

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə