Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə43/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   38   39   40   41   42   43   44   45   46

Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
189
may be used as anapply to make a research in the future 
by researchers. 
  When  writing  this  monography  I  relied  upon 
historical  worns,  archives,articles  and  monographies  and 
travelers  who  were  interested  in  the  region.  I  got  advice 
from well known historians who live in this region. I used 
their historical and ethkographical notes and I was in the 
territory  of  Mugan,  once  was  situated  in  the  territory  of 
South and North Azerbaijan. 
  I  collected  information  about  different  tribes  and 
generations,  such  as  Shahseven,  Dilagarda,  Alar  and  so 
on. At the same time I visit ed history museums where I 
can find historical sources. 
  Dear  history  Lovers  and  readers,  I  thank  for  your 
thoughts  about  this  book  beforehand,  If  I  have  any 
mistakes it may be natural, because the theme hadn’t been 
searched  in  its  highly  level.  We  simply  learned  from 
scientific  sources  and  tried  to  compileamore  successful 
book about history of our region.   
  I am grateful to those who supported me to write this 
book  and  I  thank  for  our  scientists  who  helped  me  with 
their scientific articles and their thoughts. 
   
 
 
 
 
 
 


Ələsgər Mirzəzadə 
 
190
Kitab haqqında rəylər: 
 
1.Elmi redaktor: Dok.Qüdrət İsmayilzadə 
Bakı Dövlət Universitetinin professoru,   
tarix elmləri doktoru,   
Respublikanın Əməkdar Müəllimi 
Təsdiq edən: BDU Arxeologiya və   
Etnoqrafiya üzrə elmi katib, professor N.Dadaşov 
2. İbadov Rakif Hüseyn oğlu   
  Lənkəran Dövlət Universitetinin 
  “Tarix və onun tədrisi metodikası”   
  kafedrasının dosentı   
3. Bayramov Müşfiq Cabir oğlu 
Lənkəran Dövlət Universitetinin 
  Humanitar fənlər kafedrasının   
baş müəllimi 
  5. Aydın Hüseynov   
  Tədqiqatçı –jurnalist, 
  şair, publisist 
4. Bilal(Hüseynov)Alarlı, 
ADPU Cəlilabad filialının müəllimi,   
filologiya üzrə fəlsəfə doktoru 
6. Sabir Nəsiroğlu Urufzadə 
tədqiqatçı – jurnalist. 
 
 
 
 
 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
191
“Tarix və Zaman” əsərinə rəy 
   
  Tarixçi-tədqiqatçı  Ələsgər  Mirzəzadənın  “Tarix  və 
Zaman” (Muğan tarixinə dair araşdırmalar) elmi-tədqiqat 
xarakterlı  kitabında  Azərbaycanın  arxeoloji  abidələri  ilə 
zəngin  olan  Muğan  bölgəsi  barədə  geniş  və  ətraflı 
məlumat verilir. Müəllif antik dövrdəki materialları tədqiq 
etməklə  yanaşı,  bunların  elmı  təyinatlarını  düzgün 
müəyyənləşdirə bilmişdir. 
  Müəllifin  yazdığı  “Tarix  və  zaman”  kitabının  I 
bölməsi  “Qəlbimdən  süzülən  sözlər...”  adlanır.  Bölmədə 
Muğanın  coğrafi  mövqeyi  etnonımı,  toponimi,  qədim  və 
orta  əsrlər  dövrləri,  bir  vilayət  olması,  şəhərləri,  sonrakı 
dövrlərdə  sənətkarlıq  və  ticarəti,  kəndləri  və  s.  yarım-
başlıqlarla  işlənilmişdir.  Həmin  yarımfəsillərdə  Muğanın 
sərhədi  daxilində  coğrafi  yerlər  və  Muğan  adının 
götürülməsi  və  onun  mənşəyi,  oxşar  Muğan  adlarının 
digər yerlərdə olması və onların müqayisəli təhlili, ərəb və 
fars  mənbələrə  əsasən  məlumatların  göstərilməsi,  vila-
yətdə  yaşayan  müxtəlif  etnik  qrupların  türk  mənşəli 
olmaları düzgün olaraq qeyd olunur. 
  Tarixçi-tədqiqatçı  Ələsgər  Mirzəzadənin  “Tarix  və 
Zaman”  kitabının  II  bölməsi  “Cəlilabadın  qədim  tarixi 
irsi”  Azərbaycanın  Muğan  bölgəsində  olan  tarixi 
abidələrdən  Əliköməktəpə,  Alxantəpə,  Polutəpə,  Mişar-
çay,  Həməşərə,  Qoşatəpə  və  Qazan  köşkü  haqqında  real 
olaraq  ətraflı  məlumat  verir.  Müəllif  əsəri  yazarkən 
arxeoloji  mənbələr  və  müvafiq  ədəbiyyatlardan  səmərəli 
istifadə  edə  bilmışdir.  Texniki  iradlara  baxmayaraq, 


Ələsgər Mirzəzadə 
 
192
Ə.Mirzəzadənin  “Tarix  və  Zaman”  (Muğan  tarixinə  dair 
araşdırmalar) kitabı zamanın tələb etdiyi elmi mənbə kimi 
çapa məqsədəuyğun hesab edirəm. 
  İbadov Rakif Hüseyn oğlu   
  Lənkəran Dövlət Universitetinin 
  “Tarix və onun tədrisi metodikası”   
  kafedrasının dosentı   
 
 
 
Müəllifin “Tarix və Zaman” 
(Muğan tarixinə dair araşdırma) 
adlı əsəri barədə 
 
  Azərbaycan  respublikasının  cənub-şərq  bölgəsi  ar-
xeoloji abidələrlə son dərəcə zəngin olmasına baxmayaraq 
zəif  tədqiq  olunmuşdur.  Bu  baxımdan  tarixçi-müəllim 
Ələsgər  Mirzəzadənin  antik  və  orta  əsr  müəlliflərinin 
əsərləri  və  bu  bölgədə  aparılmış  arxeoloji  tədqiqatların 
müqayisəli  təhlili  əsasında  yazdığı  “Tarix  və  Zaman” 
(Muğan tarixinə dair araşdırma) elmi – tədqiqat xarakterli 
kitabı diqqətəlayiqdir. 
  Kitabda  müəllif  antik  və  orta  əsr  yunan,  ərəb,  fars 
mənbələrindən istifadə edərək, eləcə də bölgədə aparılmış 
arxeoloji  qazıntıların  nəticələrinə  əsaslanaraq  Muğanın 
coğrafi mövqeyi, Muğan toponimi, qədim və orta əsr kənd 
və  şəhər  yaşayış  yerləri,  müdafiə  tikililəri,  əhalinin  etnik 
tərkibi,  burada  baş  vermiş  ictimai-siyasi  proseslər 
haqqında ətraflı məlumat verir. Kitabda müəllif, həmçinin 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
193
fond  materialları  və  yazılı  mənbə  məlumatları  əsasında 
Azərbaycanın  çar  Rusiyası  tərəfindən  işğalından  sonrakı 
dövrdə burada apardığı inzibati ərazi bölgüsü və rusların 
bu  ərazilərə  köçürülməsi  məsələlərini  də  araşdırmışdır. 
“Tarix  və  Zaman”  (Muğan  tarixinə  dair  araşdırma) 
Muğanin  keçmışinə  həsr  olunmuş  elmiliyi,sanballılığı  ilə 
diqqəti  cəlb  edən  elmi-tədqiqat  xarakterlı  bu  əsər 
Azərbaycan  respublikasının  cənub-şərq  bölgəsinin,  eləcə 
də  Azərbaycan  tarixinin  və  mədəniyyətinin  öyrənil-
məsində  dəyərli  mənbədir  və  kitabın  çap  olunmasını 
məqsədəuyğun  hesab  edirəm.  Əgər  kitab  çap  olunarsa, 
Azərbaycan  və  bölgə  tarixi  üçün  vacib  mənbələrdən  biri 
sayılar. 
   
Bayramov Müşfiq Cabir oğlu 
Lənkəran Dövlət Universitetinin 
Humanitar fənlər kafedrasının 
baş müəllimi 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə