Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə40/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

Ələsgər Mirzəzadə 
 
172
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
173
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Ələsgər Mirzəzadə 
 
174
 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
175
Astarxanbazara aid fotolar 
 
 
XX əsrin əvvəllərində Astarxan-bazarda fəaliyyətdə   
olan bazaar 


Ələsgər Mirzəzadə 
 
176
                Hasıllı və Astarxanbazarın ziyalı təbəqəsi 
 
 
 
   
 
   
 
 
 
 
 
 
 
 
                        Savadsız kəndli və savadlı mirzə. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
177
 
 


Ələsgər Mirzəzadə 
 
178
                                 
Xülasə 
(müəllifdən) 
 
  Əziz oxucu, öz tarixi keçmişi ilə Azərbaycan və dün-
ya tarixində özünə layiqli yer tutan “Muğan mədəniyyəti” 
və  bu  mədəniyyətə  daxil  olan  ərazilər  bu  gün  yerli  və 
xarici  tədqiqatçılar,  arxeoloqlar  tərəfindən  ara-sıra  öyrə-
nilib  izlənilsə  də,  istənilən  nailiyyətlər  əldə  olunmamışdır. 
Muğan düzünün yüzlərlə tarixi abidələri indiyə qədər qapalı 
qalmış,  orta  əsr  mənbələrində  daim  adı  çəkilən  məşhur 
Muğan şəhərinin yeri hələ də müəyyən edilməmişdir.   
  Bu əsərdə Vətənimizin bir parçası olan Muğan bölgəsi 
haqqında  -  onun  tarixi  keçmişi,  əhalisi,  abidələri,  mədə-
niyyəti və əhalinin məşğuliyyətləri haqqında söhbətlər açılır.   
  Kitab  üç  fəsildən  ibarətdir.  I  fəsildə  daha  çox 
Muğanın  qədim  və  orta  əsrlər  dövrünün  araşdırılmasına 
fikir  verilmişdir.  O  cümlədən,  bölgənın  o  taylı  –  bu  taylı 
coğrafi mövqeyi işıqlandırılmış, dəqiq sərhədləri göstəril-
mışdir.  Muğan  və  Muğaniyyə  adlı  iki  coğrafi  məkanın 
müqayisəsi verilmişdir.  Müqayisədə göstərilir  ki,  bu  əsər 
Qəbələ ilə həmsərhəd olan, Girdman və Göyçay çaylarının 
aşağı  axarı  boyu  ərazidə  yerləşən  Muğaniyyədən  yox, 
şimali Azərbaycanın cənub-şərq, cənubi Azərbaycanın isə 
şimal-şərq  bölgəsini  əhatə  edən  Muğan  ölkəsi  haqqın-
dadır.   
  Bu fəsildə, eyni zamanda, Muğan etnonimi və topo-
nimi  haqqında  araşdırmalara  yer  verilmiş,  orta  əsr 
qaynaqlarına  istinad  edilməklə,  Muğan  şəhəri  haqqında 
məlumatlar  öz  əksini  tapmışdır.  Orta  əsr  ərəb  və  şərq 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
179
mənbələrinə  əsasən,  Muğan  Azərbaycanda  həm  bir  vila-
yət, həm də o dövrü əks etdirən tarixi bir şəhər olub. Ərəb 
mənbələri  göstərir  ki,  bağlarla  əhatə  olunmuş  Muğan 
Xəzər dənizi sahilində, Kür çayının mənsəbindən təqribən 
100  (yüz)  km  cənubda,  Ərdəbilin  60  –  70  km-liyində,  iki 
çay arasında yerləşmişdir. 
  Kitabda orta əsr ərəb mənbələrinin Muğan şəhəri ilə 
yanaşı,  Muğan  vilayəti  haqqında  da  geniş  məlumat 
verməsindən  bəhs  olunur.  Mənbələr  burada  qala-şəhər-
lərin  və  rustaqların  (rayonların),  bol  çayların,  otlaqların, 
müalicəvi  dərman  bitkilərinin  və  s.  olması  haqqında 
məlumatlar  verir.  Kitabda  göstərilən  mənbə  və  faktlarla 
bağlı  araşdırmalar  aparılmış,  dəqiq  və  tədqiqata  ehtiyacı 
olan bilgilər əldə edilmiş, bu da əsərin məğzini təşkil edir. 
  Əsərdə Muğanın yeni dövr tarixinə də toxunulmuş-
dur.  Fond  materiallarından,  yazılı  mənbələrdən  istifadə 
etməklə  Azərbaycanın  Gülüstan  (1813)  və  Türkmənçay 
(1828) müqavilələrindən sonrakı dövrü işıqlandırılmış, çar 
Rusiyasının  burada  apardığı  inzibati-ərazi  bölgüsü, 
müxtəlif  dini  təriqətlərə  mənsub  rusların  bu  ərazilərə 
köçürülmə  siyasəti  və  onların  yerli  əhali  ilə  toqquşma 
məsələləri təhlil edilmişdir. Muğan düzündə yeni yaşayış 
məskənlərinin  –  kaloniyaların,  mahalların,  şəhər  və 
kəndlərin adları qismən də olsa açıqlanır.   
  Kitabda XIX və XX əsr Muğanında yaşayan tayfalar, 
xalqlar  haqqında  da  elmi  və  nəzəri  məlumatlar  verilir. 
şahsevən,  diləğarda,  alar,  moran  tayfalarının  üstünlüyü 
əsərdə özünü göstərir. 


Ələsgər Mirzəzadə 
 
180
  I  fəsil  Muğanın  sonrakı  şəhər  və  kəndləri,  əhalinin 
həyat tərzi, sənət və ticarəti ilə başa çatır. Sonda bölgənin 
görkəmli  şəxsiyyətləri,  onların  kimliyi  barədə  də  məlu-
matlar alacaqsınız. 
  Əsərin  II  fəslində  Muğanın  mərkəzində  yerləşən 
Cəlilabadın  qədim  tarixi  irsi  haqqında  geniş  məlumatlar 
verilir.  Bu  fəsildə  görkəmli  arxeoloqların  (İ.Cəfərzadə,  B. 
Qukasov,  F.  Mahmudov,  İ.Nərimanov,  T.Axundov) 
Uzuntəpə,  Əliköməktəpə,  Mişarçay,  Alxantəpə,  Polutəpə 
qədim  yaşayış  abidələrində  apardıqları  arxeoloji  qazıntı 
işləri  barədə  verilmiş  elmi  məqalələr  öz  reallığı, 
illüstrasiyaları  ilə  kitabın  əhəmiyyətini  artırır.  Monoq-
rafiyada əsas vacib məqamlardan biri Cəlilabad tarixində 
son  nailiyyətlərin  yer  tutmasıdır.  Polutəpədə  arxeoloji 
qazıntı  zamanı  (arx.  T.  Axundov)  bir  həftə  ərzində  aşkar 
olunan  Neolit  dövrünün  (  VII-VI  minillik)  qalıqları  - 
heyvan  sümüklərindən  kəsilmiş,  deşilmiş  və  cilalanmış 
əmək,  məişət  və  ov  alətləri,  boyaqsız  qablar,  çaxmaq-
daşları,  9-10  sm  hündürlüyündə  qadın  fiquru,  çoxluca 
ocaqlar  və  digər  nümunələr  tapıldı.  Amma  sonda  aşkar 
olunan  ibadət  evi  -  məbəd  (  mütəxəssisin  fikrinə  görə) 
həm  alimdə,  həm  də  bizlərdə  çox  maraq  oyatdı.(Qeyd 
edim  ki,  bir  neçə  tarixçi  və  mədəniyyət  işçisi  mütəmadi 
olaraq  qazıntı  yerində  olurduq).  Çünki  arxeoloqun 
dediyinə görə, bu abidə Cənubi Qafqazda aşkar olunan ən 
qədim  ibadət-  inanc  evidir.  Bundan  əlavə,  son  yenilik-
lərdən  biri  Qoşatəpədə  aşkar  olunan  XII  əsr  dəfinəsidir. 
273  ədəddən  ibarət  olan  mis  sikkə  və  digər  nümunələr 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə