Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə2/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   2   3   4   5   6   7   8   9   ...   46

Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
5
 
 
 
 
 
 
ELMİ REDAKTORDAN 
 
 
ləsgər  Ağahəsən  oğlu  Mirzəzadənin  adı 
Respublikanın  geniş  ictimaiyyatına  yaxşı 
məlumdur.  Uzun  illərdir  ki,  o,  doğma 
yurdun, doğulub boya – başa çatdığı Muğanın tarixi sirlə-
rini  öyrənmək  üçün  sonu  görünməyən  axtarış  yolların-
dadır.  Qərinə,  əsr  və  minilliklərin  ənginliklərində  yatan 
ulu  babalarımızın  zəngin  tarixini  öyrənmək  üçün  əsil 
vətəndaş - alim daim axtarışdadır. Onun qədim tariximizə 
həsr olunmuş çoxsaylı, dərin və mənalı yazıları da vətənın 
tarixini sevən və öyrənmək istəyən oxucu kütləsinə yaxşı 
bəllidir. 
  Tarix qəribə elmdir. Onun misilsiz yadigarlarını axta-
rıb tapmaq o qədər də asan deyildir. Yorulmaq bilməyən 
həvəskar alim gecəni gündüzə qataraq on illərdir ki, sonu 
görünməyən yollarla inamla addımlayır, min bir çətinliyə 
sinə  gərərək  zəngin  mədəni  –  tarixi  irsimizi  öyrənməyə 
cəhd göstərir və böyük uğurlar əldə edir. 
  “Təbiətimiz hər şeydən əvvəl tarixə maildir. Keçmiş-
də vaqe olan hər bir iş gələcək üçün düstur əməldir və el-
mə əsaslanan bir əmək möhkəm və payidar olar. Zəmanə-
 
Ə 


Ələsgər Mirzəzadə 
 
6
nin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qor-
xulu çölə yönəlmək deməkdir”, - Azərbaycanın görkəmli 
tarixçi  alimi,  mütəfəkkir  və  maarifçisi,  gözəl  şairi  Abbas-
qulu  ağa  Bakıxanova  məxsus  bu  müdrik  sözlər  tarixçi 
Ələsgər  Ağahəsən  oğlunun  fəaliyyəti  üçün  qiymətli  bir 
örnəkdir.  İstedadlı  müəllim  Ələsgər  Mirzəzadə  öz  yeni 
kitabını  “Tarix  və  Zaman”  adlandırmışdır.  Sevindirici 
haldır  ki,  bu  kitabda  müəllif  Muğanın  keşməkeşli  qədim 
tarixini şərh etməklə yanaşı hər bir tarixi abidə haqqında 
əxlaqı-mənəvi  dəyərlərlə  dolu  hiss  və  düşüncələrini  də 
gənc nəslə çatdırmağı özünə borc bilmişdir. Şübhə yoxdur 
ki,  kitab  çoxsaylı  oxucular,  eyni  zamanda  gənclər  üçün 
qiymətli bir örnək olacaqdır. 
 
Bakı Dövlət Universitetinin professoru,   
tarix elmləri doktoru,   
Respublikanın         
Əməkdar müəllimi 
 
  Təsdiq edirəm:   
Elmi katib
, professor   
 
 
 
 
 
 
 
 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
7
I FƏSİL 
 
MUĞAN TARİXİNDƏN... 
 
QƏLBIMDƏN SÜZÜLƏN SÖZLƏR 
 
Doğulduğun torpağı, boya-başa   
çatdığın Vətəni sevmirsənsə,           
sən o yurdun övladı deyilsən! 
 
Hər  bir  xalqın,  hər  bir  bəşər  övladının  tarixdəki  yeri 
onların  maddi-mədəniyyəti  ilə,  dünya  mədəniyyətinə  ver-
diyi  böyük  töhfələrlə  müəyyən  olunur.“Həyatda  danılmaz 
bir həqiqət var; millətin süqutu o zaman başlayır ki, o, öz 
tarixini unudur.” O millət ki, tarixi keçmişinə xor baxır, o 
millətin  gələcəyi  yoxdur!  Öz  tarixi  keçmişinə  sahib  çıxıb 
onu qoruyan xalq, əlbəttə ki, xoşbəxt xalqdır!... Daim məni 
narahat edən bu kimi düşüncələrlə bir gün belə bir qərara 
gəldim:  Əgər  sən  həqiqəti  bilmək  istəyirsənsə,  tarixi  keç-
mişinə  nəzər  sal,  əjdadların,  torpaq  altında  qalmış  maddi 
varlıqların haqqında məlumat topla!   
  Və nəhayət,... bir gün bu düşüncələrimi reallığa çevir-
mək  üçün  cürət  edib  tarixin  «qaranlıq»  səhifələrinə  “baş 
vurdum”.  Məni  narahat  edən  və  Azərbaycanın  ən  az  öy-
rənilmiş  Muğan  ərazisi,  o  cümlədən  Muğan  şəhəri 
haqqında  bir  çox  tarixi  mənbələri  aramağa,  araşdırmağa 
başladım, ən qədim dövrlərdən bu günə qədər olan xəritə-


Ələsgər Mirzəzadə 
 
8
ləri  (e.ə.I  minillik-b.e.II  minilliyi)  nəzərdən  keçirərək  mü-
qayisə  etdim,  alim  və  tədqiqatçıların  fikirlərini  öyrəndim. 
Nəticədə, belə bir qənaətə gəldim ki, orta  əsrlərdə yaşamış 
ərəb  və  şərq  müəlliflərinin  Muğanla  bağlı  fikirləri,  demək 
olar ki, üst- üstə düşür. Amma XIII-XIX əsr Muğanı haq-
qında  məlumat  o  qədər  də  ətraflı  yazılmamışdır.  XX  əsr 
müəlliflərinin  isə  Muğan  şəhər  yerləri  haqqındakı  fikirləri 
ziddiyyətlidir.  Bu  haqda  mənbələrdən  sitat  gətirməklə,  öz 
fikirlərimi  bacardığım  qədər  aşağıda  şərh  edəcəyəm.  Mən 
elə  düşünürəm  ki,  Muğanın  dünəni,  bu  günü  haqqında 
araşdırmalarımı,  öyrənib-bildiklərimi  sizlərə  çatdırmaqla 
Vətənə  olan  borcumun  müəyyən  qismini  yerinə  yetirmiş 
olaram.   
Muğanla bağlı məlumatlar ərəb coğrafiyaşünas səyyah-
ların əsərlərində ətraflı olduğu üçün bu sahəyə istinad et-
miş hörmətli akademiklərimiz Z. Bünyadov və N.Vəlixan-
lının əsərlərinə, o cümlədən orta əsr Azərbaycan qaynaqları 
və digər mənbələrə müraciət etməyi özümə borc bildim.   
 
  Müəllif. 
 
 
 
 
 
 
 
 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
9
MUĞANIN QISA COĞRAFİ MÖVQEYİ 
 
  Muğan tarixən çox geniş və zəngin bir ərazini əhatə 
etməklə, Azərbaycan torpağına aid olmuş və bu gün də öz 
varlığыnı  saxlayır.  Muğan  düzü  Kür-Araz  ovalığının  bir 
hissəsi  olmaqla,  Şimal-qərbdə  Araz  çayı  vasitəsilə  Mil 
düzündən,  Kür  çayı  vasitəsilə  Şirvan  düzündən  ayrılır, 
cənubda  və  cənub-şərqdə  Lənkəran  ovalığına  və  Salyan 
düzünə qovuşur. 
  Düzün  cənub-qərb  davamı  Cənubi  Azərbaycan  əra-
zisindədir.  Qərbdən  Qarasu  çayı,  şərqdən  Xəzər  dənizi, 
cənubdan  isə  Ərdəbillə  Muğan  arasinda  yerləşən  İncilli 
nahiyyəsi  də  daxil  olmaqla  bu  günkü  Cənubi  Azərbay-
canın  şimal-şərq  hissəsi  ilə  əhatələnir.  Cənubda  Germi, 
Biləsuvar,  Parsabad,  Aslandüz  istiqamətində  İncilli  və 
Xoruzlu  mahalları,  Eskanlı,  Cəfərabad,  Şəhrəki-Qərb,  Ol-
tan,  Oltanqala,  Balabərzənd,  Qalabərzənd,  Sakakənd 
kəndləri Muğana daxildir. 
  Tarixən  Araz  çayı  Muğan  düzündən  axaraq,  bila-
vasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ 
sahilini  yuyub  Muğan  düzünün  bir  hissəsini  basmışdır.-
Yalnız 1916-cı ildə bu yuyulmanın qarşısı alınmış, Araz öz 
yatağına  qaytarılmışdır.  Düzənlikdəki  bir  çox  göllər  və 
Ağçala,  Mahmudçala  kimi  bataqlıqlar  həmin  daşqın 
zamanı  əmələ  gəlmişdir.  Muğan  düzünün  çox  hissəsi 
dəniz  səviyyəsindən  aşağı  olub,  Kür  çayı,  xüsusən  də 
Araz  çayının  gətirdiyi  çöküntülərdən  əmələ  gəlmişdir. 
Kür-Araz ovalığı, o cümlədən Muğan düzü Azərbaycanın 
ən qədim əkinçilik və maldarlıq bölgəsidir. Burada qədim 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə