Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə9/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

Ələsgər Mirzəzadə 
 
34
hədsiz,  otlaqlari  çoxdur.  Hal-hazırda  burada  tatarlar 
qışlayırlar  və  yerli  türkmanlar  isə  buranı  tərk  etmişlər”. 
Əndəlusi  həmin  yerdə  böyük  bir  qala-şəhər  (?)  və  çoxlu 
rustaqların (rayonların) olduğunu qeyd edir. 
  Ərəb  səyyahı  Əndəlusinin  yazılarından  göründüyü 
kimi, Muğanın yerli sakinləri türklərdir (türkmənlər, yəni 
azərbaycanlılar).  Monqol  ordusunun  gəlişi  ilə  onların 
(yerli  türkmanların)  əksəriyyəti  öz  yurd-yuvalarını  tərk 
etmiş  və  şimala  doğru  hərəkət  etmişlər.  Azərbaycanın 
Muğaniyyə  deyilən  ərazilərində,  Qərbi  Azərbaycanda, 
Gürcüstanda  və  digər  yerlərdə  məskən  salmışlar.  Əndə-
lusi  Muğan  vilayətində  böyük  bir  qala-şəhərin  olduğunu 
da qeyd edir. Bu günkü araşdırmalarımız sübut edir ki, ilk 
orta  əsrlərdə  ərazidə  Həməşara,  Bəcrəvan,  Şəhriyar,  Bər-
zənd kimi qala-şəhərlərimiz olub.   
  Muğanla  bağlı  geniş  tədqiqat  işi  aparan  Əsgər 
Zahidovun “Şiri – Muğan”, “Muğaniyyə”, “Muğan şahlı-
ğı” və s. yazıları onu muğanşünas bir alim kimi tanıtmış-
dir.  642-ci  ildə  ərəblər  tərəfindən  işğal  olunan  Muğanda 
ərəb  tarixçisi  ibn  Xordadbehin  yazdığına  görə  IX  əsrdə 
ərəb  xilafətinin  zəifləməsi  nəticəsində  Muğan  şahlığı 
yaranır. İbn Miskəveyhin yazdığına görə, Muğan şahlığını 
o  zaman  Sipəhbud  İbn  Dəlulə  idarə  edirdi.  Onun  atası 
Dəlulə  çiçək  xəstəliyindən  ölmüşdür.  Qətran  Təbrizinin 
şeirlərindən  məlumdur  ki,  Muğanda  Dəlulə  nəslindən 
olan  feodallar  ağalıq  edirmişlər.  Dəlulənin  oğlu  Əmir 
Sipəhbud  Təbriz  şahına  tabe  olmadığı  üçün  Vəhüstanın 
oğlu  Abunəsr  Məhəmmədin  ordusu  ilə  (hücum  edən 
Təbriz  şahı  olur)  Muğan  şəhərində  döyüş  olur.  Bu 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
35
döyüşdə  Muğan  şahı  Sipəhbud  məğlub  edilir.  Bu  qanlı 
vuruşmada  dahi  şairimiz  Qətran  Təbrizi  də  iştirak  edir. 
(Bax:  Qətran  Təbrizi,  «Divan»,  «Əbu  Nəsr  Məmlan  İbn 
Vəhüstanın mədhi», Bakı, 1967,s.272). 
  Muğan  şahlığı  Rəvvadilər  dövlətinə  qatılmaqla 
Muğan şahlığı tarixdən silinir. 
Həmdullah  Qəzvini  (XIII-XIV  əsr  müəllifi)  “Nüzhə-
tül-Qülub” (“Ürəklərin əyləncəsi”) əsərində göstərir: “Azər-
baycanın  tərkibində  9  tümən  (vilayət)  və  27  şəhər  vardır. 
Onun  sərhədləri  İraqi-Əcəm,  Muğan,  Gürcüstan  və  Kür-
düstan  əyalətlərinədək  çatır...”  Sonra  qeyd  edir:  “Gülüstan 
dağı Muğan ölkəsindədir(-?). Bu dağ 1 fərsəx (6-7 kv.km) yer 
tutur.  Buradakı  yabanı  bitkilərin,  çiçəklərin  ətri  olduqca 
gözəldir.  Belə  söyləyirlər  ki,  keçmiş  zamanlarda  İsmayıl 
təriqətindən  olanlar  bu  yerləri  özləri  üçün  cənnət  seçmiş-
dilər. Bura onların əyləncə yerlərindən biri idi”.   
  Səid  Əli  Kazımbəyoğlu  “Cəvahirnameyi-Lənkəran” 
əsərində  İslam  fənləri  haqqında  “Rəzət-üs-Səfa”  və 
“Həbib-üs-Seyər”  kitablarından  iqtibas  gətirərək,  Barlas 
arxının qazılması və bərpa olunması haqda məlumatı bizə 
çatdırır. O yazır ki, sahibi-giran Əmir Teymur 804-cü hicri 
ilinin  qış  fəslini  Muğan  səhrasında  keçirtdi.  Böyük 
təmtəraqla  və  dəbdəbə  ilə  Araz  çayından  keçib  Muğanın 
ortasına  sarı  irəlilədi.  Orada  heyvan  ovu  zamanı  Əmirin 
gözü  adlı-sanlı  hökmdarlardan  qalmış  və  dağıntı  halına 
düşmüş  arxa  sataşdı.  O  böyük  fatehin  fikrindən  aşağı-
dakılar keçdi: “Necə ki, keçmiş şahların gördükləri işlərin 
əsərini  biz görürük, habelə gələcək şahlar da bizim gördü-


Ələsgər Mirzəzadə 
 
36
yümüz  işlərin  əsərini  görüb  bizi  yaxşı  adla  yada  salma-
lıdırlar”. 
Əmir  yuxarıda  göstərilən  çayın  qazılması  və  düzəldil-
məsinə əmr verdi. 
  XVII əsrin 30-cu illərində Azərbaycan və onun Muğan 
vilayəti  haqqında  son  dərəcə  maraqlı  məlumatlar  qoyub 
getmiş  alman  səyyah-müəlliflərindən  biri  də  Adam 
Olearidir.  Olearinin  daxil  olduğu  Qolştiniya  səfirliyinin 
nümayəndələri  1636-1638-ci  illərdə  Moskvadan  Volqa--
Xəzər  yolu  ilə  Azərbaycana  gəlmiş,  buradan  da  Səfəvi 
sarayına – İsfahana getmişdir. Qayıdan baş elçilərin yolu 
yenə  də  Azərbaycandan  düşmüşdü.  Beləliklə,  Oleari 
Azərbaycanın  Niyazabad,  Şamaxı,  Cavad,  Ərdəbil, 
Qızılağac kimi yaşayış məntəqələrində, Muğan mahalında 
olmuş,  tarixi  keçmişimizə,  xalqımızın  həyat  tərzinə  aid 
zəngin material toplamışdır.   
  Muğan  haqqında  maraqlı  məlumat  verən  Oleari 
orada  çoxlu,  bəzən  qol  yoğunluğunda  biyan  kökü  bitdi-
yini, onun şirəsinin Almaniyadakından daha şirin və tamlı 
olduğunu  qeyd  edir.  Oleari  Muğan  düzü  ilə  hərəkət 
edərkən  bir  neçə  sürü  vəhşi  heyvan  gördüyünü  yazır. 
Maraqlanarkən,  yerli  əhali  bunların  ceyran  olduğunu 
deyirlər.  Səyyah  heç  yerdə  görmədiyi  bu  heyvanları  çox 
diqqətlə  izləyir.  Hətta  ona  deyirlər  ki,  ceyran  ancaq 
Muğanda, həmçinin Şamaxı, Qarabağ və Marağa tərəflərdə 
rast gəlinir.   
  Səyyah  Oleari  Səfəvi  sarayından  geri  qayıdarkən  də 
Muğan  haqqında  maraqlı  məlumatlar  toplayır.  O,  Muğan 
çöllərində  çobanların  qaldıqları  obalarda  qonaq  olur. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
37
Deyilənlərə  əsaslanıb,  Muğan  düzünün  uzunluğunun  60 
mildən çox, eninin isə 20 mil olduğunu, burada “son dərə-
cə  çoxlu  tayfa  və  nəsillər  yaşadığını”  göstərir.  Muğan 
camaatının maldarlıqdan dolandığını qeyd edir: “...yayda 
onlar dağlara gedirlər; oranın yaxşı otlaqları, səfalı yaylaq-
ları var. Qışda isə düz səhrada düşərgə salırlar”. Səyyah o 
zaman  (1638-ci  il,  fevral)  Muğanda  Xançobanı,  Təklə, 
Elmənkü,  Hacıqazılı,  Sultanbaxşalı,  Qarzi,  Ərdəkdüşənli, 
Xalac və digər tayfaların yaşadığını göstərir.   
  Bir sıra erkən orta əsr müəllifləri qədim türk tayfala-
rının (hunların, sabirlərin, xəzərlərin) yerdəyişmələrindən, 
yenidən  Azərbaycan  ərazilərinə  keçib  gəlmələrindən, 
onların basqınlarından bəhs etmişlər. Hunlar Qafqazda ilk 
dəfə  eramızın  II  əsrinin  2-ci  yarısında  görünmüşlər. 
Hunların bir çox vilayətlərlə yanaşı Muğana basqını V-VI 
əsrlərdə  olmuşdur.  Bu  basqın  zamanı  türk  yürüşünün 
tərkibində  hunlarla  yanaşı  bulqarlar,  haylandurlar  və 
sabir turkləri də var idi. 
  VII-IX  əsrlərdə  Muğana  girən  sabirlər,  xəzərlər  və 
bulqarlar bu vilayətlərin toponimikasında öz izlərini qoy-
muşlar (İbn Xordadbeh “Kitab əl-Məsalik...”). Bu əsrlərdə 
Göytürklərin  (VI-VIII  əsr)  də  tarix  səhnəsinə  çıxması 
göstərilir.  Göytürklər  ilk  türk  adını  daşıyan  bir  dövlət 
kimi  VI  əsrdən  VIII  əsrə  qədər  geniş  bir  ərazini  (10  mln 
kv.km) əhatə edib. İlk xaqanı Bumın, sonra isə onun oğlu 
Muğan xaqan (553-572) olub. Muğan xaqan amansız, lakin 
ağıllı  hökmdar  idi.  O,  həm  şərq,  həm  də  qərb  istiqamət-
lərində  bir  neçə  uğurlu  yürüş  təşkil  edir.  Bu  yürüşlər 
nəticəsində  Göytürk  imperiyasının  ərazisi  10  mln  kv.km 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə