Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə11/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

Ələsgər Mirzəzadə 
 
42
30-a yaxın atəşpərəst məbədləri və daxmaları yerli tarixçi 
və  tədqiqatçılar  tərəfindən  öyrənilərək  üzə  çıxarılıb.  Bu 
sahə  üzrə  ən  çox  zəhməti  olan  mərhum  tədqiqatçı 
R.Əsgərovun fikrinə görə “Muğan torpaqları altında xalqı-
mızın  dini  inancı  –  atəşpərəstliyi  uyuyur,  bu  torpaqda 
Zərdüştün ruhu gəzir”.   
  Cəlilabad ərazisində Zərdüştlüyü özündə əks etdirən 
abidələr – xanəgah və daxmalar öz tarixi varlığını bu gün 
də  saxlayır.  Sədəbazar,  Eçara,  Xanəgah-Pirəxəncər,  Hə-
məşərə, Qurudərə, Bəcirəvan – Pirhəsən, Ləzran, Porsava, 
Uzuntəpə  və  s.  belə  abidələrdəndir.  Yerli  tarixi  nümu-
nələrə  söykənsək,  bunlardan  ən  qədim  və  əhəmiyyətlisi 
Həməşərə,  Bəcirəvan  və  Muğan  şəhər  yerinin  olması 
qənaətinə gələrik.   
  Erkən orta əsr və son orta əsr (yerli və dünya) müəl-
liflərinin  yazdıqlarına  əsaslansaq,  adı  çəkilən  Muğan 
şəhərləri erkən orta əsr dövrünün ən inkişaf etmiş mədəni 
şəhərlərindən olmuşlar.   
  Həməşərə.  Cəlilabadın  keçmişı  ilə  bağlı  araşdırma 
aparan  Sabir  Nəsiroğlu  iddia  edir  ki,  Həməşərə  şəhəri  Ə. 
Firdovsının  “Şahnamə”sində  adı  çəkilən  “Əbər  şah 
tərəfindən salınmışdır”. Tarixçi və tədqiqatçı Rəşid Əsgərov 
Həməşərə  sözünün  Səidəli  Kazımbəyoğlunun  “Cəvahirna-
meyi-Lənkəran”  adlı  əsərinə  istinadən  “Haoma  –  şirə” 
sözündən  yarandığını  qeyd  edir.  Eyni  zamanda,  S.Kazım-
bəyoğlu  “Cəvahirnameyi-Lənkəran”  əsərində  yazır:  “Muğ-
lar bu ərazidə yaşamış, Həməşərə şəhərində də muğların baş 
məbədi  yerləşmişdir”.  Onlar  bu  şəhərdə  “Haoma”  şirəsi 
çəkmiş  və  ondan  dini  mərasimlərdə  istifadə  etmişlər. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
43
M.Boyls haomanın çəkilməsini belə təsvir edir: “Efedr bitki-
sinin  budaqlarını  yığır,  onu  daş  həvəngdə  sürtüb  qabıq-
larını  çıxarırmışlar.  Sonradan  ona  nar  şirəsi  qatar  və  süd 
əlavə edib içərmişlər. Dini mərasimləri  qızışdırmaq  üçün 
ibadətə  gələnlərə  paylayarmışlar”  (bax:  E.N.Doroşenko 
“Zоroasdriytcı İrana”, səh. 74).   
  Həməşərə “yurd yeri”ndən tapılmış maddi-mədəniy-
yət  abidələri  –  “Haoma”  çəkilən  həvəng,  şirə  saxlanılan 
küp və ağızlığı, haomanı qaynatmaq üçün təndirlər, bizə 
qədər  gəlib  çıxan  “Həməşərə  “  üzüm  sortu,  şəhərin 
ətrafında  o  vaxtlar  əkilən  və  indi  də  kol-kos  şəklində  öz 
varlığını  saxlayan  nar  ağacları  və  s.  sübut  edir  ki,  bu 
şəhərdə  “  Haoma”  şirəsi  çəkilirmiş  və  zərdüştilərin  dini 
mərkəzi yerləşibmiş. Şəhərin yerləşdiyi mərkəzi təpə böyük 
bir ərazini əhatə eləməklə bu gün də öz əzəmətini saxlayır. 
Nişanələr sübut edir ki, şəhərdə 3-4 m hündürlükdə qala ilə 
əhatə  olunmuş  üzü  günəşə  atəşpərəstlərin  baş  məbədi 
yerləşmişdir.  Şəhərin  ayaq  tərəfində  karvansara,  təndir 
yerləri, kiçik məbəd yerləri və s. aşkar olunmuşdur. 
  Tarixi  faktlara  görə,  Həməşərə  bir  neçə  dəfə  dağılıb 
yerlə-yeksan  olmuş,  lakin  tarixin  səhifələrində  öz  izini 
itirməmişdir. Bəzi tarixi rəvayətlərdə göstərilir ki, Həməşərə 
7  dəfə  sel-su  və  zəlzələ  nəticəsində,  bir  dəfə  xəzərlərin 
hücumları,  9  dəfə  isə  ərəb  işğalçılarının  hücumları 
nəticəsində darmadağın edilmişdir. Rəvayətə görə Muğan 
şəhəri  elə  Həməşərə  şəhərinin  özüdür.  Ərəblər  şəhəri 
dağıdarkən  bu  şəhərə  “Muğan”,  yəni  “muğların,  atəş-
pərəstlərin  şəhəri”  demişlər.  Görkəmli  tarixçi  mərhum 
Rəşid Əsgərov yazdığı “Tarixi keçmişimiz və Zərdüştlüyü 


Ələsgər Mirzəzadə 
 
44
təsdiqləyən  Muğan  abidələri”  məqaləsində  bu  barədə 
araşdırma aparmışdır. Ərazidə tapılan əşyalar burada qala 
və  şəhər  yerini  təsdiq  edir.  Ümumiyyətlə,  Cəlilabad 
ərazisində tapılan yüzlərlə maddi-mədəniyyət nümunələ-
rinin müəyyən hissəsi Zərdüştizmə aiddir.   
  Əvvəldə  göstərildiyi  kimi,  Muğanla  bağlı  tarixi 
həqiqəti  ərəb  müəllifləri  verirlər.  Onlar  Muğan  şəhərinin 
hansı  coğrafi  ərazidə  yerləşməsindən  söhbət  açsalar  da, 
onun dəqiq yeri haqqında tam məlumat vermirlər. 
  Əl-Müqəddəsi  Muğan  ərazisindən  iki  çay  axması, 
şəhərdən  bir  mərhələ  aralı  əl-Həzrə  (ərəbcə)  adlı  qalanın 
olması  və  bu  qalanın  alınmaz  bir  qala  olunduğunu  qeyd 
edir.  Onu  da  göstərir  ki,  bu  şəhərdən  (Muğandan)  Bər-
dəyə bir həftəlik yoldur.   
  Mənim  araşdırma  və  qənaətimə  görə  Muğan  şəhər 
ətrafından  axan  iki  çay  ehtimalla,  Cəlilabad  ərazisindəki 
Mişar  çayla  (Həməşərəçay)  Göytəpə  ərazisindən  keçən 
Göytəpəçaydır.  İncəçayla  Bolqarçayın  olma  ehtimalı  da 
mümkündür.  Arazın  Muğan  şəhərinin  arxa  hissəsinə 
yetişməsi  və  dənizə  tökülməsi  də  Muğanın  Biləsuvar--
Cəlilabad  ərazisində  olma  ehtimalını  gücləndirir.  Araz 
çayı  qədim  zamanlarda  Biləsuvar  ərazisindən  keçməklə 
Cəlilabad  istiqamətində  dənizə  tökülürmüş.  İndi  çayın 
köhnə məcrası bərpa olunur. Bu, əlbəttə ki, böyük araşdır-
ma, həmçinin arxeoloji tədqiqat işidir.   
  Əl-Həzrə adlı qala, çox güman ki, bu gün Cəlilabad 
şəhərindən  25-27  km  aralıda  (Burovar  silsiləsində) 
yerləşən Qazan Köşküdür. Öz ucalığı və möhtəşəmliyi ilə 
adamı  heyran  qoyan  bu  qalanın  erkən  orta  əsrlərdə 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
45
alınmaz  qala  olması  mümkündür  (Qudama  əl-Yəqubinin 
göstərdiyinə  görə  1  mərhələ  təxminən  12,5  mil,  yəni  25 
km-ə bərabərdir) bax: axırda “Məsafə vahidləri cədvəli”).   
  İbn Xordadbehin Ərdəbildən Muğana 10 fərsəx (təq. 
70-80  km)  olması  qənaətinə  gəlsək,  yenə  də  Muğanın 
Cəlilabad  ərazisinə  düşməsi  fikri  tam  dolğunluğu  ilə 
özünü doğruldur. Mənbələrə görə, Ərdəbildən Dərbəndə 
gedən  ticarət  yolu  bu  günkü  Ərdəbil  –  Yardımlı  – 
Cəlilabad – Biləsuvar ərazisindən keçirmiş. Köhnə yolların 
izləri  indi  də  qalmaqdadır.  Ərəb  qoşunları  da  VII-VIII 
əsrlərdə  Xəzərin  sol  sahili  ilə  Dərbəndə  tərəf  bu  yolla 
istiqamət götürmüşlər. 
  Mənbələrin  göstərdiyi  kimi,  Muğan  şəhərinin  Xəzər 
dənizi  sahilində  yerləşməsi  faktı  da  fikrimizi  təsdiqləyir. 
Görkəmli  tarixçi  R.Əsgərov  Muğan  şəhərini  Cəlilabadın 
Maşlıq  (Qurudərə),  indiki  Muğan  kənd  ərazilərində 
yerləşdirir.  Əvvəldə  deyildiyi  kimi,  mən  bu  ərazilərə 
Cəlilabadın  cənub-şərq  və  şimalda  yerləşən  qədim  tarixi 
abidələrini  də  daxil  edərdim.  Bu  ərazilərdən  tapılan 
maddi  –  mədəniyyət  nümunələri  bu  fikirləri  əsaslandırır 
və sübutlandırmağa imkan verir.   
  XX əsrin 90-cı illərində Cəlilabadın Maşlıq kəndində 
Qurudərə  deyilən  tаrixi  ərazidən  tapılan  küpdən 
boyunbağı  çıxmış  və  bu  boyunbağının  üstündə  müxtəlif 
tarixi  maddi  nümunələr  aşkar  olunmuşdur.  Boyunbağını 
mil  üstündə  xoruz,  sikkə,  lazurit  muncuqlar  və  şərq 
ölkələrinə məxsus (ehtimalla Hindistan) kaurilər bəzəmişdir. 
Bundan  əlavə  həmin  ərazidən  “it  şəbəkə  boyunbağı”  da 
tapılmışdır.  İt  və  xoruz  rəmzinin  boyunbağıdan  asılması 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə