Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə13/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

Ələsgər Mirzəzadə 
 
50
müharibələri  nəticəsində  şəhərin  tənəzzülə  uğradığı  eh-
timal olunur. 
  Akademik  Nailə  xanım  Vəlixanlı  “IX-XII  əsr  ərəb 
coğrafişünas-səyyahları  Azərbaycan  haqqında”  (Bakı,-
1974)  əsərində  ərəb  mənbələrinə  əsaslanaraq  göstərir  ki, 
Muğan  vilayətində  qədim  şəhərlərdən  biri  də  Bərzənd 
olmuşdur.  Bu  şəhər  Ərdəbildən  təqribən  85  km  şimalda 
olub.  Bərzənddə  toxuculuq,  sənətkarlıq  və  ticarət  inkişaf 
etmiş,  o,  xilafət  dövründə  mahal  mərkəzi  olmuşdur. 
Babək  hərəkatı  dövründə  ərəb  qoşunlarının  komandanı 
Afşinin  qərargahı  Bərzənddə  yerləşirdi  (835-ci  il),  Babək 
əsir  alındıqdan  sonra  Bərzəndə  gətirilmişdir.  Bərzənd 
ehtimal  ki,  monqol  hücumları  nəticəsində  işğal  edilmiş, 
dağıdılmış, XIV əsrdə isə tamamilə tənəzzülə uğramışdır.. 
  Muğanın  orta  əsr  şəhərlərindən  sayılan  Varsan 
vaxtilə  Araz  çayının  cənub  sahilində  yerləşibmiş,  Beylə-
qan  şəhərindən  təqribən  40-45  km  cənubda  olmuşdur. 
Ərəb  müəlliflərindən  Bələzuri  (IX  əsr),  ibn  Xordadbeh 
(təq.  820-912),  İstəxri  (təq.  850-934),  ibn  Havqəl  (X  əsr), 
Müqəddəsi  (X  əsr),  İdrisi  (XII  əsr)  və  başqaları  Varsan 
haqqında  məlumat  vermişlər.  730-731-ci  ildə  Varsan 
yaxınlığında  ərəblərlə  Xəzərlər  arasında  qanlı  döyüşlər 
baş  vermişdi.  Müharibələr  zamanı  dağılmış  Varsan  VIII 
əsrin ortalarında bərpa edilmişdi. IX əsrdə Xilafətdən asılı 
əmirliklərdən  biri  də  Varsan  əmirliyi  idi.  XIII  əsrdə 
Varsanda  gümüş  sikkələr  kəsilmişdir.  Sonralar  məlum 
olmayan  səbəblərdən  dağılan  Varsanın  xarabalıqları  bu 
gün Cənubi Azərbaycan (İran) ərazisində öz tarixi izlərini 
yaşadır.   


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
51
Orta əsrlərdə ictimai- siyasi həyat 
 
  Əvvələrdə  yazdığımız  kimi  Azərbaycanın  əlverişli 
təbii-coğrafi  şəraiti,  o  cümlədən  tarixi  inkişafın  xüsusiy-
yətləri nəinki erkən orta əsrlərdə, hətta sonrakı dövrlərdə 
də işğalçı tiranları, o cümlədən onların özləri ilə köç kimi 
gətirdikləri qəbilə, tayfa və nəsillərini də bu gözəl guşəyə 
cəlb etmişdi. 
  III-IX əsrlərdə Sasani və ərəblərin işğalı və köçürmə 
siyasəti, V-XII əsrlərdə oğuz-türk tayfalarının Azərbaycan 
torpaqlarında  yerdəyişməsi,  XIII-XIV  əsrlərdə  monqol--
türk köçləri, XV-XVI əsrlərdə qaraqoyunlu, ağqoyunlu və 
qızılbaşlar, XVII-XIX əsrlərdə isə şahsevənlərlə bağlı yeni 
türk etnonimlərinin meydana çıxması Azərbaycanın etnik 
xəritəsində bəzi dəyişikliklər yaradır.   
   
*** 
 
Hələ  monqolların  Azərbaycanı  işğal  etdikləri  zaman 
onların diqqət mərkəzində olan ərazilərdən biri də Muğan 
idi.  Monqol  yürüşləri  və  idarəçiliyi  dövründə  Azərbay-
cana yeni köç axınları baş verdi. Köçüb gələnləri monqol--
türk qəbilələri adlandırırdılar. Bir sıra tədqiqatlara görə bu 
dövrdə köçürülənlərin sayının 1,5, hətta 2 milyona çatdığı 
güman  edilir.  M.Baharlı  Azərbaycanın  təbii-coğrafi  və 
etnik  tərkibindən  bəhs  edərkən  göstərir  ki,  “XIII  əsrin 
ortalarında  İranda  hakimiyyət  monqollardan  olan 
Elxanilərə keçdikdə, Hülakü xan öz mövqeyini möhkəm-
ləndirmək  üçün  200  min  türk  ailəsini  köçürüb  İranda 


Ələsgər Mirzəzadə 
 
52
məskunlaşdırmışdı.  O  ailələr  bir  müddət  sonra  Azərbay-
cana köçüb yerli türklərlə qaynayıb qarışdılar. Bu türklər 
Qayı adlanan xüsusi türk tayfasıdır’’. 
  Azərbaycana köçüb gələn bu türk tayfaları maldarlıq 
üçün  əlverişli  şəraitə  malik  olan  Muğanı  özlərinin  daimi 
məskəni  kimi  nəzərdə  tutur  və  öz  başçılarından  orada 
məskunlaşmağı  xahiş  edirlər.  Çox  çəkmədi  ki,  yerli 
feodallar  torpaq  mülkiyyətlərindən  məhrum  edildilər. 
İşğal olunmuş torpaqlar hökmdar və xan nəslinə mənsub 
incu (incə) və dövlətə məxsus divan torpaqlarına çevrildi 
və köçəri feodalların – sahzadılərin, xatunların, əmirlərin 
ixtiyarına keçdi. 
  Bir  şeyi  qeyd  etmək  yerinə  düşər  ki,  istər  əvvəlki 
tarixi  dönəmlərdə,  istərsə  də  Elxanilərin  (Hülakülərin) 
ağalığı  dövründə  Azərbaycanın  bütün  ərazilərində 
olduğu  kimi,  Muğan  ərazisində  də  gəlmə  qəbilə  və 
tayfalar geniş siyasi hüquqlara malik olurdular. Siyasi və 
iqtisadi  cəhətdən  möhkəmlənən  bu  tayfalar  yerli  insan-
ların mövqeyinə az-çox təsir göstərə bilirdi. Hətta iqtisadi 
cəhətdən  əlverişli  olan  Muğanda  türk  qəbilələrinin  yerli 
türk əhali ilə qaynayıb qarişmasındakı maneçiliklər Qazan 
xanın  (1295-1304)  islam  dinini  qəbul  etməsi  və  həyata 
keçirdiyi tarixi islahatlar nəticəsində aradan götürüldü.   
  Tarix  sübut  edib  ki,  işğalçı  tiranlar  heç  zaman  işğal 
etdiyi  ərazilərdə  möhkəmlənərək  oranın  daimi  sahibi 
olmamış, həmin ərazilərdə yalnız onların izləri, nişanələri 
qalmışdır. 
  XIV  əsrin  ortalarında  Elxanilər  (Hülakü)  dövlətinin 
süqutundan  (1357)  sonra  Azərbaycan  torpaqları  uğrunda 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
53
Teymurilər, Cəlairilər, Qızıl Ordalılar vuruşmağa başladılar. 
Çoxillik  mübarizədən  sonra  Əmir  Teymur  (1370-1405) 
Azərbaycan  torpaqlarını  tutmağa  nail  oldu.  Tarixdə  onun 
1394-cü  ildə  Muğan  düzündə,  Mahmudabadda  qışlaması 
haqqında  məlumat  var.  Əvvəldə  qeyd  etdiymiz  kimi  o, 
Muğanda  suvarma  arxlarının  bərpasına  da  xüsusi  diqqət 
yetirmişdir.  (T.  Bünyadov,  K.Şükürov,  “Alarlar.  Gün-
doğandan başlayan yol” Bakı, 2005, səh.24-25).   
  Teymurilərin  Azərbaycanda  tənəzzülü  XV  əsrin 
əvvəllərində  yerli  türk  tayfa  birliklərindən  ibarət  yeni 
müstəqil  dövlətlərin  –  Şirvanşahların,  Qaraqoyunlu  və 
Ağqoyunluların  meydana  gəlməsinə  səbəb  oldu.  Bu 
dövlətlər əsrin ən güclü dövlətləri sayılırdı. Günlər aylara, 
aylar  isə  illərə  calandı.  Qaraqoyunluları  Ağqoyunlular 
(1468), Ağqoyunluları isə Səfəvilər (1501) əvəz etdi.   
  Səfəvilərin  Azərbaycanda  dövlət  yaratmaq  mübar-
izəsi  hələ  XV  əsrin  II  yarısından  başlamışdı.  Bu  dövrdə 
gənc İsmayıl öz ətrafına tərəfdar toplamaq üçün Dərəkeç-
məz  deyilən  yerdən  keçərək  Alar  yaylaqlarına  gəlir.  Bu 
yaylaqlar sonralar «Şahnişin” adlandırılmışdı. 
  Araşdırıcı  jurnalist  S.Nəsiroğlu  “Həməşəradan  gələn 
səslər”  adlı  kitabında  qeyd  edir  ki,  Peştəsər  dağ  zirvəsinin 
ətəklərində Alar kəndindən cənub-qərbdə “şahnişin” adlı bir 
yaylaq var. Yerli xalq bu sözün hərfi mənasını “şahdan nişa-
nə”, “şahın düşərgə saldığı yer”mənası ilə izah edirlər. 
  Tarixi  mənbələrdən*  bizə  məlumdur  ki,  Səfəvi  hökm-
darı Şah İsmayıl 1499-1500-cü illərdə Ərçivan, Lənkəran və 
Мuğan  ərazilərində  olmuşdur.  “Şahnişin“  Şan  İsmail 
Xətainin  adı  ilə  bağlıdır.  Lakin  gənc  İsmayıl  ilk  dəfə  bu 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə