Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə16/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

Ələsgər Mirzəzadə 
 
62
əlaqəsində  olan  və  bir  neçə  qəbilə  yaşaması  göstərilir. 
Bunlar aşağıdakılardır: 
  Alarlar; qəbilə başçısı: Məmməd Əli bəy- 400 həyət. 
  Dilağardlar  (Delaqardlar);  başçıları:  Qəhrəman  bəy 
və Böyükağa bəy, 100 həyət. (Məlumat üçün deyim ki, bu 
gün  də  sərhədin  o  tayında,  Bolqar  çayının  o  üzündə 
Qəhrəmanlı və Böyükağalı kəndi onların adını daşıyır). 
  Xəlfəli; başçıları – Əbiş bəy, 300 həyət. 
  Əmin-Ucarud; başçıları – Vəkil, 500 həyət. 
  Kollar; başçıları – Hüseyn bəy, 300 həyət. 
  Gərmili; başçıları – Bağış bəy, 200 həyət. 
  Qaynaqlarda  göstərilir  ki,  onların  kəndləri  olmış, 
мəşğuliyyətləri əkinçilik və maldarlıq olduğu üçün isti ay-
larda yaylaqlara köç edərmişlər. 
 
*** 
 
Muğan  tarixində  ən  mürəkkəb  dövr  Azərbaycanın 
bölüşdürülməsindən sonra yaranan siyasi vəziyyətlə bağlı 
idi.  Türkmənçay  müqaviləsi  (1828)  əsasında  parçalanan 
Azərbaycanla bağlı tarixi Muğan da bölünmüş oldu. Onun 
çox  hissəsi  Rus  imperyasının  nəzarəti  altına  düşdü. 
Əlverişli coğrafi şəraiti olan Muğan düzü çar zadəganlarının 
və sənaye sahiblərinin ticarət yarmarkasına, onların xammal 
bazasına  çevrildi.  Muğanın  geniş  ərazilərində  yaşayan 
Şahsevənlər,  Alarlar,  Dilağardalılar  və  yerli  digər  tayfa  və 
xalqlar da parçalanaraq, bir-birindən ayrı yaşamağa məcbur 
edildilər.  Köçəri  maldarlıqla  məşğul  olan  tayfalar  ənənəvi 
qışlaqlarından  məhrum  oldular.  Rus  irticaçıları  ərazidə 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
63
soyğunçuluq,  qarətçilik,  millətçilik  siyasətlərini  yeritməyə 
başladılar.  Azərbaycan  Rusiya  ilə  İran  arasında  2-ci  dəfə 
bölüşdürüləndən  (1828)  sonra  Şimali  Azərbaycanda  “ko-
mendant idarə üsulu” adlandırılan hərbi idarəetmə siste-
mi  yaradıldı.  Keçmiş  xanlıqlar  və  sultanlıqlar  əyalət  və 
dairələrə  çevrildi.  Şimali  Azərbaycanın  ərazisində  Bakı, 
Quba, Şəki, Şirvan, Qarabağ əyalətləri ilə yanaşı Lənkəran 
(Talış) əyaləti də yaradıldı. Lənkəran (Talış) əyaləti mərkə-
zi Şuşa şəhəri olan “Müsəlman əyalətləri rəisliyi” dairəsinə 
tabe  edildi.  Əyalətlər  mahallara,  mahallar  isə  kəndlərə  bö-
lündü.  Mahalları  naiblər  idarə  edirdi.  Naiblər  komendant 
tərəfindən  çarizmə  sədaqətli  bəylərdən  təyin  olunurdu. 
Kəndləri isə məmurlar tərəfindən təyin olunan kəndxudalar 
idarə edirdi. Bəzən bu vəzifə “seçkili”də olurdu. 
  Komendant idarə sistemində məmurlar xalq kütlələrini 
amansızcasına soyub talayırdılar. Bunu hətta yüksək rütbəli 
çar  məmurları  da  etiraf  etməyə  məcbur  olmuşdular. 
Senatorlar Meçnikov və Kutaysov Rusiya ədliyyə nazirinin 
adına  göndərdikləri  təqdimatda  yazırdılar:  “Müsəlman 
əyalətlərinin idarə edilməsini tədqiq edərkən idarə edənlərin 
azğınlığından və xalqın  əzabından  insan əqli  dəhşətə  gəlir. 
Burada  artıq  insanlıq  tamamilə  tapdanmış,  yüksək  ədalət 
yaddan  çıxmışdır...  Acgözlük  və  özbaşınalıq  rəislərin 
komendant və pristavların fəaliyyətinin nəticəsidir”. 
  Belə  özbaşınalıqların  ən  iyrənc  formaları  Talış-Muğan 
ərazilərində baş verirdi. Faktik olaraq 1824-cü ildən Talış və 
Muğan  ərazisini  idarə  edən  mayor  İlyinski  ona  verilmiş 
hakimiyyətdən açıq və kobud şəkildə istifadə edərək, keçmiş 
xanlıq  ərazisinin  14  sakinini  istintaqsız  və  məhkəməsiz 


Ələsgər Mirzəzadə 
 
64
Xəzər  dənizində boğdurmuşdu. Onun  məmurları,  vergiləri 
gecikdirənləri və ya verməyənləri – kişi və qadınları ölümcül 
olana qədər döyürdülər.   
  Bunun  nəticəsi  olaraq,  1831-ci  ildə  Talış  və  Muğan 
əhalisinin  kortəbii  üsyanı  baş  verdi.  Üsyanın  mərkəzi 
Muğanda yerləşən Alar kəndi idi. Üsyanı nizama salmaq, 
planlı  şəkildə  həyata  keçirmək  üçün  əyalətin  bəyləri  və 
adlı-sanlı  adamları  Alar  kəndinə  toplaşdı.  Onlar  qərara 
gəldilər  ki,1826-cı  ildə  İrana  qaçan  Mirhəsən  xana 
(Lənkəran  xanı)  məktub  göndərib  onu  üsyana  rəhbərlik 
etmək  üçün  Muğana  çağırsınlar.  Belə  də  oldu.  Mirhəsən 
xan  1831-ci  il  martın  5-də  30  nəfər  atlı  ilə  Astara  çayını 
keçərək  Talış  xanlığının  ərazisinə  daxil  oldu.  Talış  və 
Muğanın  8  mahalından  5-də  xanın  gəlişi  ilə  xalq  ayağa 
qalxdı.  Yermolovu  əvəz  edən  Paskeviç  qorxuya  düşdü. 
Xanın dəstəsi  Kür çayının mənsəbində  olan balıq vətəgələ-
rinи  ələ  keçirtdi.  Ərkivanın  süvari  dəstələri  xanın  oğlu 
Abdulla bəyin tərəfinə keçdi. Üsyançıların sayı 2 min nəfəri 
ötüb  keçdi.  Lənkəran  üsyançılar  tərəfindən  mühasirəyə 
alınaraq,  iki  gündən  sonra  qaladakı  çar  qoşunlarına  (bir 
piyada  batalyonuna)  hücum  edildi.  İlk  hücum  dəf  edildi. 
Paskeviç  üsyançılara  qarşı  mübarizə  məqsədilə  qonşu 
əyalətlərdən  buraya  5  min  nəfərlik  qoşun  göndərdi. 
Mirhəsən  xan  şəhər  həndəvərinə  gəlib  çatdıqda  onları  2 
topu  və  500  canlı  qüvvəsi  olan  nizami  rus  qoşunu 
qarşıladı.  Üsyançıların  Lənkəran  qalasını  tutmaq  cəhdi 
sarsıldı.  Qeyri-bərabər  döyüşdə  üsyançıların  bir  qismi 
xanın başçılığı ilə Sələş kəndinə, digər hissəsi isə Bədalan 
kəndinə  çəkildi.  Apreldə  (1831)  üsyançılar  rus  qoşunları 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
65
tərəfindən  Sələş  kəndindən  çıxarıldı.  Bəy  və  kəndxuda-
ların  əksəriyyəti,  habelə  kəndlərin  bir  hissəsi  üsyandan 
uzaqlaşdı.  Xanın  son  dayanacağı  olan  Əmburan  aprelin 
22-də  rusların  hücumuna  məruz  qaldı.  Üsyançılar 
meşələrə  çəkildilər.  Mirhəsən  xan  mayın  5-də  20  nəfərlə 
birlikdə Arazın o tayına – Cənubi Azərbaycana keçdi.   
  İki ay müddətində çarizmin müstəmləkəçilik siyasə-
tinə qarşı mübarizə aparan Talış-Muğan əhalisinin üsyanı 
belə qurtardı.   
   
Muğan XIX – XX əsrlərdə 
 
  Tarixi  dəlillər  sübut  edir  ki,  Azərbaycanın  əlverişli 
təbii-coğrafi  şəraiti,  o  cümlədən  tarixi  inkişafın  xüsusiy-
yətləri, nəinki erkən orta əsrlərdə, hətta sonrakı dövrlərdə 
də  işğalçı  tiranları,  həmçinin  onların  özləri  ilə  köç  kimi 
gətirdikləri qəbilə, tayfa və nəsillərini də bu gözəl guşəyə 
cəlb etmişdi. 
  III-IX  əsrlərdə  Sasani  və  ərəblərin  işğalı  və  köçürmə 
siyasətləri,  X-XII  əsrlərdə  oğuzların  Azərbaycan  torpaqla-
rında məskunlaşması, XIII-XIV əsrlərdə monqol-türk köçləri
XV-XVII  əsrlərdə  Qaraqoyunlu,  Ağqoyunlu  və  qızılbaşlar, 
XVII-XIX  əsrlərdə  Şahsevənlərlə  bağlı  yeni  türk  etnonim-
lərinin  meydana  çıxması  və  XIX  əsrdə  Azərbaycanın  ərazi 
vahidliyinin  iki  hegemon  dövlət  (İran,Rusiya)  tərəfindən 
parçalanaraq  zəbt  olunması  Azərbaycanın  etnik  və  siyasi 
xəritəsində bəzi dəyişikliklər yaradır.   
Tarixi  mənbələrdən  bu  hadisələrin  bir  çoxu  ilə  tanış 
olduğumuzdan  bizə  qaranlıq  qalan  və  oxuculara  tam 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə