Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə17/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

Ələsgər Mirzəzadə 
 
66
məlum  olmayan  Muğanın  sonrakı  tarixi  hadisələri  ilə 
bağlı məlumat verməyə çalışacağıq. 
 
*** 
 
  Zaman  öz  işini  görür;  günlər  aylara,  aylar  isə  illərə 
çevrilir.  Azərbaycanın  parçalanmış  tarixi  coğrafi  ərazisi 
cənubdan  İran  şah  istibdadının,  şimaldan  rus  çarizminin 
pəncələri altına düşür ( XİX əsr).   
  Çarizmin 10 aprel 1840-cı il islahatı nəticəsində əvvəlki 
inzibati ərazi bölgüsü yeniləşdirildi. Bu zaman Kaspi vilayəti 
tərkibində  Lənkəran  qəzası  yaradıldı.  Qəza  Sebidaj  (Səfi-
dəşt), Lənkəran, Ərkivan və Muğan pristavlığına bölündü. 
  1846-cı  il  dekabrın  14-də  Zaqafqaziyada  inzibati-əra-
ziyə  yeni  dəyişiklik  edildi.  Lənkəran  qəzası  yeni  yaradılan 
Şamaxı  quberniyasının  tərkibinə  qatıldı.  Zəlzələ  ilə  bağlı, 
1859-cu  ildə  quberniyanın  mərkəzi  Bakıya  köçdü.  Belə-
liklə, Lənkəran qəzası Bakı quberniyasına daxil edildi. 
  XIX  əsrin  30-40-cı  illərindən  başlayaraq  Rusiyanın 
daxili ərazilərindən Azərbaycana təriqətçi və bidətçilərdən 
ibarət 7 min rus vətəndaşı köçürüldü. Onların çox hissəsi 
Muğan  bölgəsində  məskunlaşdırıldı.  1920-ci  ilin  inzibati 
ərazi  bölgüsündə  göstərilir  ki,  Muğanda  57  rus  kəndi 
olmuşdur.  İşğalçı  Göytəpə  sərhəd  qoruma  idarəsinin 
kameral  xidmətinin  məlumatında  qeyd  olunur  ki, 
“1914-cü il yanvar və fevral aylarında Muğanda ən böyük 
yaşayış  məntəqələri  sayılan  Privolnoye,  Pokrovka, 
Novoqolovka,  Nikolayevka,  Qriqoryevka,  Arxangelovka, 
Angreyevka və Konstantinovka kəndlərinin əhalisi Muğa-


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
67
nın cənubunda olan yararlı torpaq sahələrini tamamilə öz 
əllərinə keçirmişlər” (Bax: İQAMO, fond 413, d. 52. p. 13). 
  Çarizmin bu hərbi-siyasi “köçürmə planı” XIX əsrin 
30-40-cı illərindən başlayaraq Lənkəran , Ərkivan, Muğan 
pristavlığında  “rusların”  yerləşdirilməsi  adı  altında 
həyata  keçirilməyə  başlandı.  1839-cu  ildə  Privolnoye, 
1840-  cı  ildə  Prişibinskoe,  1844-cü  ildə  Novoqolovka, 
1845-ci ildə Astraxanka, 1847-ci ildə Andreyevka kəndləri 
indiki Cəlilabad rayonunun əkin və otlaq üçün ən yararlı 
ərazilərində  salındı.  İndiki  Beləsuvar və Salyan  nahiyələ-
rində salınan rus kəndləri də mərkəzin eyni siyasəti nəti-
cəsində  həyata  keçirildi.  Muğanın  yerli  əhalisi  sıxışdırıl-
mağa, dədə-baba torpaqlarından məcburi əl çəkməyə va-
dar edildi.   
  Azərbaycanın cənub-şərq (Lənkəran xanlığı), o cümlə-
dən Muğan torpaqlarının çarizm tərəfindən işğal və ilhaqı-
ndan  sonrakı  ilk  dövrlərdə  əhalinin  tərkibində  alarlar  və 
deleqardinlər (dilağarda, yaxud xalq dilində “drağaldalılar”) 
mühüm  yer  tuturdu.  İşğalçılara  qarşı  alarların  üsyan  və 
çıxışları, deleqardinlərin (dilağardalıların) nifrət və qəzəbləri 
onları daha da yaxınlaşdırır və bir bölgədə qaynayıb-qarış-
masına səbəb olurdu. Talış xanı Mir Mustafa xanın mülkləri 
bölüşdürülərkən  alar  və  deleqardin  torpaqlarını  Mir 
Məhəmməd bəy (Mir Mustafa xanın əmisi oğlu) saxlasa da, 
sonrakı  bölgüdə  deleqardin  torpaqlarının  bir  hissəsi  geri 
alınmışdı. 
  Azərbaycanın  Cənub  bölgəsinin,  əsasən,  Talış  xanlı-
ğının icmalını hazırlamış rus siyasətçisi V.Leqkobıtov ya-
zır  ki,  Karqar,  Nəmin  bütünlükdə  Zuvand  və  Ucarud 


Ələsgər Mirzəzadə 
 
68
Talışa  məxsus  olduğu  zaman  oranın  əhalisi  xeyli  çox  idi 
(6500 həyət və yaxud 22.700 nəfər). 
  Səfidəşt mahalı, ona aid edilən Perimbel və Deleqar-
din  cəmiyyətləri,  şahsevənlərin  bəziləri,  eyni  zamanda 
Alar  və  Drığ  mahalının  az  bir  hissəsi  bir  yerdən  başqa 
yerə  köçmə  həyatı  keçirirdilər.  İcmalda  deleqardinlərin 
600-200 ailə olduğu qeyd olunur. Onların 4 köçdən ibarət 
olub, qış, yaz və payızda İncə, Qarayar və Hüsəni çayları 
arasındakı torpaqlarda yerləşməsi göstərilir. 
  Leqkobıtov  daha  sonra  göstərir  ki,  şahsevənlərin 
bəziləri Cənubi Azərbaycandan Talışa köçmüş, bəziləri isə 
Ərkivan  mahalında  daimi  məskən  salmışdılar.  Onların 
sayı  170  ev  idi.  Məlumatda  göstərilir  ki,  Perimbellər  300, 
Səfidəştlər  470,  Alarlar  80  ev  təşkil  edirdi.  Oratların  və 
Drığ mahalının sakinləri 130 evdən ibarət idi.   
  Bəzi tarixi sənədlər göstərirlər ki, Muğanda yerləşən 
bu tayfalar maldarlıq təsərrüfatı ilə məşğul olduğu üçün, 
onlar  qışda  Muğanda  Həməşəra,  Sırığ,  Qarayar  çayları 
boyunda  və  Göytəpə,  Çiplig,  Yedditəpə,  Uzuntəpə, 
Daqalğan  kimi  sahələrdə  yerləşir,  martın  sonlarında  isə 
dağlara  qalxırdılar  (T.  Bünyadov,  K.Şükürov,  “Alarlar, 
Gündoğandan  başlayan  yol",  Bakı  –  2005).  Azərbaycan 
Respublikası Dövlət Tarix arxivində saxlanılan bir sənəd-
də  Muğanın  sahəsinə  daxil  olan  dörd  mahalın  -  Səfidəşt, 
Alar, Muranlı (Moranlı-Ə.M.) və Drığ mahallarının adları 
çəkilir,  hər  birinə  daxil  olan  kəndlərin  siyahısı  verilir  və 
bu kəndlərin kimə məxsus olduğu göstərilir.   
  XIX  əsrin  sonları,  XX  əsrin  əvvəllərində  rusların 
Azərbaycana  növbəti  köçü  zamanı  çar  hökuməti  yerli 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
69
əhali ilə gəlmə ruslar arasında toqquşmalar törədir, ixtilaf-
lar yaradırdılar. Rus çarizminin bu siyasətinə qarşı 1902–ci 
ildə  alarlılar  böyük  üsyana  qalxdılar,  öz  torpaqlarında 
köçmə rusların yerləşməsinə mane oldular. Muğan əhlinin 
(alarların)  üsyanından  qorxan  hakimiyyət  rusların  alar 
torpaqlarına  köçməsini  dayandırdı.  Rusların  bir  hissəsi 
hələ  bir  neçə  yüz  il  əvvəl  şəhər  mühitini  özündə  əks 
etdirmiş  Hasıllı  ətrafına  köçürüldü.  Muğanın  ən  gözəl 
yaşayış məskənlərindən biri olan Hasıllı ruslarla azərbay-
canlıların  ticarət  əlaqələri  nəticəsində  daha  da  inkişaf 
etməyə başladı. Həmin ərəfələrdə, eyni zamanda, Şamaxı 
zəlzələsindən  sonra  şamaxılı  Məşədi  Məhəmməd  Zeyna-
lov  adlı  şəxs  öz  yaxın  adamları  və  bir  dəstə  tacirlə  Ha-
sıllıya köçür. 
  Bəzi  tarixi  mənbələr  və  “gündəliklər”  Hasıllıların 
XIX əsrin sonlarında böyük bazara, bir neçə dayaq məntə-
qələrinə,  karvansaralara,  şəriət  məhkəməsinə  və  divan-
xanaya malik olduğunu xəbər verir. İnfarmatorlar bazarın 
şimal  hissəsində  Nemsov  qardaşlarının  su  dəyirmanı 
olduğunu qeyd edirlər. Müəllimə Yelena Konstantinovna 
Çeburaşkinanın yazdığına görə, Hasıllı bazarında olduqca 
ucuzluqdur.  “Çörəyin  batmanı  bir  abbasıdır...  Meyvə, 
tərəvəz  həddindən  artıq  boldur.  Yalnız  qara  kömür  çox 
bahadır...” ( S.Nəsiroğlu). 
  Çox keçmir ki, yerli tacirlərlə gəlmə tacirlər arasında 
baş  verən kəskin  ziddiyyət  Tiflis  canişininin  işə  qarışma-
sına  gətirib  çıxarır. Göstərişə  əsasən,  Məşədi  Məhəmməd 
başda  olmaqla  tacirlər  Hasıllıdan  köçərək  qədim  Həm-
əşərə yurdunda məskən salırlar. 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə