Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə15/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

Ələsgər Mirzəzadə 
 
58
Nəzəralı  xanın  nəvəsi  Ataxanın  başçılığı  altında  Meşkin 
mahalında  möhkəmləndi.  Xudaverdi  xanın  rəhbərliyi 
altında  olan  əhalinin  üçüncü  hissəsi  Talış  dağlarında  sakin 
oldular. Dördüncü dəstə (Şahsevən və digər tayfalar) Muğan 
düzündə düşərgə saldı. Muğan mahalında əhalinin başında 
Şükürəli xan dururdu”. 
  XVIII  əsrin  ortalarından  cənub-şərqi  Muğanın  icti-
mai-siyasi  həyatı  Talış  xanlığı  ilə  bağlıdır.  O  dövrdə  Talış 
xanlığı  (Lənkəran  xanlığı)  Gilan,  Ərdəbil,  Qaradağ,  Cavad 
xanlıqları  və  Salyan  sultanlığı  ilə  həmsərhəd  idi.  Mərkəzi 
əvvəllər Astara, sonralar isə Lənkəran şəhəri olmuşdur. 
  Talış xanları sülaləsinin banisi Səfəvi nəslinə mənsub 
olan  Ərdəbilli  Seyid  Abbas  idi.  İranda  baş  verən  qarışıq-
lıqlar  zamanı  (XVIII  əsrin  I  yarısı)  Talışa  gələn  Seyid 
Abbas  yerli  feodallarla  yaxınlıq  etmiş,  1736-cı  ildə  Nadir 
şahın hakimiyyətini tanımış və sonralar oğlu Cəmaləddini 
(Qara xanı) onun xidmətinə göndərmişdi. Nadir şah rəsmi 
fərmanla  Seyid  Abbası  Talışın  nəsli  hakimi  elan  etmişdi. 
Nadir  şah  öldürüldükdən  (1747)  sonra  Azərbaycanda 
yaranmış  müstəqil  xanlıqlardan  biri  də  Talış  xanlığı 
(Lənkəran  xanlığı)  idi.  Seyid  Abbas  öldükdən  sonra  xan-
lığı  onun  oğlu  Cəmaləddin  Mirzə  (Qara  xan)  (1747-1786) 
idarə etməyə başladı.   
  Sonrakı  dövrlərdə  xanlığı  Mir  Mustafa  (1786-1814)  və 
Mir  Həsən  xan  (1814  -1826)  idarə  etmişdi.  Ə.Hüseynzadə 
yazır  ki,  xanlıq  dövründə  Lənkəran  xanlığı  –  Lənkəran, 
Astara,  Xanbili,  Çayiçi,  Ərkivan,  Zuvand,  Drığ,  Səfidəşt, 
Alar və Adınabazardan ibarət 10 mahala bölünürdü. Tarixi 
mənbələr  Muğan  əhalisinin  (Muğan  tayfalarının)  xanlığın 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
59
siyasi, iqtisadi, hərbi həyatındakı mövqelərini tarixi sənədlər 
əsasında  yüksək  qiymətləndirir.  Bəzi  tayfaların  (Alar, 
Şahsevən,  Dilağarda  və  s.)  qışda  Muğanda,  yayda  isə 
yaylaqlarda məskən saldıqları qeyd olunur. 
  Bilal  Alarlı  “Alar  və  alarlılar”  adlı  əsərində  F.Əsə-
dovun “Talış xanlığı” (1998) kitabına istinadən qeyd edir 
ki,  Muğanda  məskunlaşan  və  yarımköçəri  həyat  keçirən 
alarlar  və  ona  yaxın  tayfalar  maldarlıqla  məşğul  olduq-
larına  görə  qış  mövsümünü  Sırıqçayda,  Qarayarda, 
Göytəpədə,  Çiplikdə,  Yedditəpədə,  Uzuntəpədə,  Dağal-
xanda,  yay  günlərini  isə  İran  sərhədi  boyunca  uzanan 
Çiçikli, Qəmərguh, Zuvand və Alar dağlarında olurdular. 
Talış  xanlığının  ərazisində,  Muğan  düzündə  alarlar, 
deleqardinlər,  səfidaştlar,  inullular  (inili)  və  s.  tayfalar, 
demək olar, ancaq maldarlıqla məşğul idilər. 
  Muğanın  ictimai-siyasi  həyatı  haqqında  geniş  məlu-
mata S.Kazımbəyoğlunun “Cəvahirnameyi - Lənkəran” və 
Mirzə Əhməd Xudaverdi oğlunun “Əхbərnamə” əsərində 
rast gəlirik. Bu günkü Cəlilabad və Yardımlı rayonlarının 
müəyyən ərazilərini əhatə edən Ucarud mahalı haqqında 
S.Kazımbəyoğlu  yazır:  “Ucarud  mahalı  beş  hissəyə  bölü-
nür. 1. Adnabazar (həm də mahalın mərkəzi idi – Ə.M), 2. 
Muranguh,  3.  Alar,  4.  Səfidəşt,  5.  Dilağarda  tayfası. 
Əhalinin qalan hissəsi bir neçə kənddə yaşayırdılar. Sakin-
lərin  hamısı  şiə  təriqətinə  mənsubdur.  Xalq  bütövlükdə 
döyüşkən  və  cəsur,  vuruşmaqda  mahirdir.  Bu  mahal  öz 
gözəl  ab-havası,  bənzərsiz  təbiəti  ilə  bütün  yerlərdən 
fərqlənir”.   


Ələsgər Mirzəzadə 
 
60
  F.Əsədov “Talış xanlığı” əsərində qeyd edir ki, xan-
lıqda  aparılan  inzibati-ərazi  bölgüsünə  əsasən  alar  və 
dilağarda  (drağarda,  deleqardin  -  Ə.M.)  torpaqlari  Mir 
Məhəmməd  bəyə  verilmişdi  (Mir  Məhəmməd  bəy  Talış 
xani Mir Mustafa xanın əmisi oğlu idi). Bu alar və dilağar-
da tayfalarını xeyli yaxinlaşdırmışdı.   
  B.Alarlı da öz əsərində (T.Əhmədovun “El-obamızın 
adları” (1984, səh. 16)) önəmli bir məlumatı bizə çatdırır: 
“Dilağarda  tayfasının  Cahanşahlı  tirəsinin  oturaq  həyata 
keçməsi  ilə  əlaqədar  Allar,  Hüseynxanlı,  Təpəbaşı, 
Fətullahlı,  Vəliməmmədli,  Cahanşahlı,  Gözbulaq  (Köyüz-
bulaq)  məntəqələri  yaranmışdır.  Tarixi  məlumatlarda 
Dilağarda  tayfasının  102  evdən  ibarət  olduğu  bildirilir. 
Dilağarda tayfası bu gün Cəlilabad rayonunun yuxarı dağ 
kəndlərini (Köyüzbulaq və ətraf kəndlər), Qarabağ bölgə-
sində isə Füzuli rayonunun bir neçə kəndini (Yuxarı Dila-
ğarda,  Aşağı  Dilağarda,  Araz  Dilağardası,  Mahmudlu  -1, 
Mahmudlu-2) təşkil edir. 
Cəlilabad  bölgəsinin  Ləzran  kəndində  yaşamış 
Mirzəqulu  kişinin  Diləğarda  oymağının  keçmişi  ilə  bağlı 
xatirələrindən: 
“Dilağardalılar çox keçmişlərdən Qarabağ bölgəsində 
yaşamış  və  buranın  köklü  oymaqlarından  biri  olmuşlar. 
Rus-İran  müharibəsi  nəticəsində  Azərbaycanın  iki  dövlət 
arasında  bölünməsi  və  bu  bölgəyə  erməni-rus  əhalisinin 
yerləşdirilməsi yerli əhalini dözülməz hala gətirib çıxarmış-
dı...” Ləzranlı Mirzəqulu öz xatirələrində daha sonra göstərir 
ki,  oymaqlarda  tez-tez  baş  verən  toqquşmalar  çar  höku-
mətini  ciddi  narahat  edirdi.  Bölgədə  yaşayan  Dilağarda 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
61
tayfası  döyüşkən  olduğu  üçün  o  biri  oymaqlardan  seçilir, 
heç  də  sakit  dayanmırdı.  İğtişaş  və  qarşıdurmanın 
qarşısını almaq məqsədilə car hökuməti bu tayfanı Arazin 
o  tayına  köçürmək  üçün  pul  verməklə  şah  və  o  tayın 
Moran  bəyləri  ilə  yüz  illiyə  müqavilə  bağlayır.  Nəticədə 
Dilağardalılar  zor  gücünə  Arazın  o  tayına  –  Moran 
torpaqlarına  köçürülürlər.  Dilağardalılar  bu  torpaqlarda 
kəndlər salır, əkin – biçinlə məşğul olmağa başlayırlar.   
Dilağardalıların həyatı heç də bununla sakitləşmədi. Bir 
tərəfdən  tayfalararası  ziddiyyətlər,  digər  tərəfdən  işğal 
rejimi onları uzun illər öz tayfa-tirələrini qorumağa, tarixin 
səhnəsindən silinməmək üçün yaşatmağa vadar etdi. 
  “Azərbaycan  toponimləri”  kitabında  (1999)  XIX  əsrin 
ortalarında  alarların  canşahlı  (Dilağarda  tayfası)  tirəsinə 
mənsub olduğu göstərilir. Amma B.Alarlının araşdırmasına 
görə bu faktı tarixi materiallar təkzib edir. 
  Tarixi  mənbələr  xanlıqlar  dövründə  Lənkəran  (Talış) 
xanlığının  inzibati-ərazi  bölgüsünün  10  mahala  bölündü-
yünü  göstərir:  Talış-Lənkəran,  Astara,  Xanbili,  Çayiçi, 
Ərkivan, Zuvand, Drığ, Səfidaşt, Alar, Adınabazar. Muğan 
da  daxil  olmaqla  Lənkəran  xanlığından  bəhs  edən  Mirzə 
Əhməd, “Əxbərnamə”də bir çox tayfa başçıları ilə yanaşı 
Muğanda  məskunlaşan  və  siyasi  həyatla  bağlılığı  olan 
şəxsiyyətlərin  də  adını  çəkir.  Məsələn,  muğanlı  Mir  Əli, 
Hacı Abdin və s.   
  Bütün  bu  tarixi  proseslərin  içərisində  iştirak  etmiş 
muğanlılar  barədə  başqa  tarixi  qaynaqlarda  da  müəyyən 
məlumatlar göstərilir. Məsələn, Şahsevənlərlə qonşuluqda 
–  Ucarudda  yüksək  mərtəbə  sakinləri  ilə  sıx  qohumluq 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə