Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə14/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   10   11   12   13   14   15   16   17   ...   46

Ələsgər Mirzəzadə 
 
54
ərazilərdə olarkən hələ şah deyildi. Lakin bir faktı nəzər-
dən  qaçırmaq  olmaz  ki,  İsmayıl  rəsmi  surətdə  şah  elan 
olunmasa  da,  Şahnişin,  Şah  İsmayıl  Xətainin  adı  ilə 
bağlıdır.  Lakin  gənc  İsmayıl  ilk  dəfə  bu  ərazilərdə 
tərəfdarları  (qızılbaş  sufilər)  onu  özləri  üçün  şah  və 
“sahibi–zaman”seçmişdilər. O dövrdə şiəliyin Azərbayca-
nın cənub bölgəsində, Muğan düzündə geniş yayılmasının 
da  xalq  tərəfindən  sevilən  Şah  İsmayılın  ideyalarının 
qəbul edilməsilə izah etmək olar. 
  Şah İsmayıl Azərbaycan Səfəvilər dövlətinin əsasыnı 
qoydu  (1501).  Bu  dövlətin  yaranmasında  və  həyatında 
Qızılbaş  tayfalarının  mövqeyi  güclü  olduğu  üçün,  bir 
müddət o, “Qızılbaşlar dövləti” də adlanmışdı. Lakin Şah 
Abbasın  hakimyyəti  illərində  (1587-1629)  Qızılbaşların 
rolu  məhdudlaşdırılır  və  yeni  bir  toplumun–Şahsevənlər 
tayfasının fəaliyyəti genişlənir. 
  Şahsevənlər kim idilər? 
  I Şah Abbas hakimiyyətinin ilk dövründə dövləti və 
saray  idarəçiliyini  möhkəmləndirmək  üçün  bir  sıra 
islahatlar keçirmişdi. Bu islahatlarda əsas məqsəd Səfəvi-
lərin itirilmiş ərazilərini geri qaytarmaq və dövlətin sarsıl-
mış  qüdrətini  bərpa  etmək,  mərkəzdənqaçma  meyllərinə 
son qoymaq, dövlətdə mərkəzləşdirməni təmin etmək idi. 
Bu  məqsədlə  də  Şah  Abbas  ənənəvi  siyasətdən  uzaq-
laşaraq,  qızılbaşların  dövlət  içərisindəki  fəaliyyətini 
zəiflətməyə, şahsevənləri isə ucaltmağa başladı. 
  Şahsevən tayfasının  Muğanla bağlılığı güclü olduğu 
üçün, onlar haqqında ətraflı məlumat verməyə çalışacağıq. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
55
  Azərbaycanın  siyasi  həyatında  Şahsevən  tayfasının 
mövqeyindən  bəhs  edən  H.Ə.Dəlili  yazır  ki,  “Nəhayət, 
Səfəvi hökmdarı (Şah Abbas – Ə.M) müxtəlif vilayətlərdə 
ayrı-  ayrı  tayfalar  tərkibində  şah  tərəfdarlarını  öz 
ətrafında birləşdirərək, onlardan yeni bir qüvvə - toplum 
yaratmaq  qərarına  gəldi.  O,  öz  planını  həyata  keçirmək 
məqsədilə  bütün  ölkədə  “şahın  mübarək  başını  sevənlər 
şah ətrafında toplaşsınlar” şüarını irəli sürdü”. Bu haqda 
akademik  T.Bünyadov  qeyd  edir  ki,  şahın  planı  istənilən 
nəticəni  verdi.  Bu  tayfaya  daxil  olmaq  istəyənlərin  sayı 
çoxaldı  və  az  müddət  içərisində  onun  sayı  yüz  mindən 
çox ailəyə çatdı. Zaman keçdikcə şahsevənlərin sayı daha 
da artdı.’’ (H.Ə.Dəlili). 
  Mənbələrin  məlumatından  görünür  ki,  Şahsevənlər 
xüsusi  qəbilə  və  tayfa  birliyi  olmayıb.  Bu  tayfa  ayrı-ayrı 
qəbilə  və  tayfa  birliklərinə  daxil  olan  icma  qruplarının 
qəbilə və oymaqlardan ayrılaraq sonradan toplum halında 
birləşməsi nəticəsində əmələ gəlmişdi. Şahsevənlər əsasən
Azərbaycanla bağlı olmuşdur. Bu gün şahsevənlərlə bağlı 
Azərbaycanda  yer  adlarının  öz  əksini  tapması  fikrimizi 
təsdiq  edir.  Tarixi  dəlillər  belə  bir  mühakimə  yürütməyə 
imkan  verir  ki,  Muğan  ərazilərində  məskunlaşan  və 
tərkibi  türklərdən  ibarət  olan  alar  tayfalarının  müəyyən 
hissəsi şahsevənlərlə qarışmış, müəyyən hissəsi isə olduğu 
kimi həyatlarını davam etdirmişlər. 
  Tədqiqatçı-alim  M.Vəlili  “Azərbaycan,  coğrafi-təbii, 
etnoqrafik və iqtisadi mülahizat” adlı əsərində (Bakı, 1993. 
s.48)  yazir  ki,  “1723-cü  ildə  Rusiya  ilə  İran  arasında 
imzalanan  Peterburq  və  1724-cü  ildə  Rusya  ilə  Osmanlı 


Ələsgər Mirzəzadə 
 
56
dövlətləri  arasında  imzalanan  İstanbul  müqavilələri 
əsasında  Azərbaycan  torpaqları  bölüşdürülən  zaman 
şahsevənlər Rusiya təbəəliyini (1728-1732) qəbul etmişlər. 
Buna  baxmayaraq,  İranda  hakimiyyətin  zəifləməsindən 
istifadə  edən  bəzi  qüvvələr  döyüş  imkanına  malik  olan 
şahsevənlərdən  istifadə  edərək  hakimyyətə  gəlməyə 
çalışırdılar.  Bu  ərəfələrdə  özünü  Səfəvilər  sülaləsinin  da-
vamçısı  (Şeyx  Səfinin  nəvəsi)  adlandıran  İsmayil  Mirzə 
məhz bu məqsədlə Muğana getmişdi. Muğanda şahsevən-
lər ona nəinki kömək etməmişdilər, hətta başını kəsib rus 
müvəkkili  Dolqorukova  göndərmişdilər.Amma  tarix 
sübut edir ki, XVIII əsrin 30-cu illərində sahsevənlər Nadir 
xanı  müdafiə  etmiş,  Rusiyaya  verilmiş  torpaqların  geri 
qaytarılmasında  iştirak  etmişlər  (Rəşt  və  Gəncə 
müqaviləsi)  Osmanlı  dövləti  ilə  müharibədə  də  qalib 
gələn Nadir siyasi fəaliyyəti dövründə iki mühüm məclis 
təşkil  etmişdi.  Bunlardan  biri  Muğanda,  digəri  Nəcəf 
şəhərində  keçirilmişdi.Məclisin  Muğanda  keçirilməsi  bir 
tərəfdən  bu  ərazinin  siyasi  hadisələrlə  bağlı  əhəmiyyət 
daşıması,  digər  tərəfdən  isə  şahsevənlərin  Nadirin 
hakimiyyətini  müdafiə  etməsi  ilə  izah  oluna  bilər.  Məhz 
bu məqsədlə də Nadir “şah seçkisi”ni Muğanda keçirməyi 
qərara aldı və burada – Arazla Kürün qovuşduğu Muğan 
ərazisində  keçirilən  qurultayda  Nadir,  şah  elan  olundu. 
Lakin Səfəvilərin xeyrinə onun əleyhinə çıxanlar da oldu. 
Bunlar  Ziyadoğlu  adı  ilə  məşhur  olan  Gəncə  xanları, 
habelə  32-lər,  Kəbirli  və  Cavanşir  tayfaları  idi.  Onlar 
ailələri  ilə  birlikdə  Xorasana  surğün  edildilər.  Müəyyən 
hissələri isə (şiə ruhanilər və s.) qılıncdan keçirildi. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
57
  Nadir şahin ölümündən sonra Azərbaycanda xanlıq-
lar  meydana  ğəldı.  Muğan  ərazisi  bir  neçə  xanliğın 
tərkibinə  daxil  edildi:  cənub-qərb  Ərdəbil  xanlığının, 
cənub-şərq hissəsi Talış xanlığının, şimal hissəsi isə Səlyan 
və Cavad xanlıqlarının tərkibinə qatıldı. Muğan mahalını 
Meşkin  və  Nəmin  mahalları  ilə  birlikdə  Ərdəbil  xanı 
Nəzərəli xanın (Şahsevən tayfa başçısı) inanılmış və yaxin 
qohumları  olan  bəylər  idarə  edirdilər.  Başqa  mahal 
bəylərinə nisbətən onların geniş hüquqları var idi.   
  H.Ə.Dəlilinin  yazdığına  görə  Şahsevən  tayfa  başçısı 
Bədir  xanın  oğlu  Nəzərəli  xan  Ərdəbil,  Xalxal  və  Mu-
ğanda yaşayan və sayılıb-seçilən şahsevən, alar, dilağarda 
(drağalda) tayfalarını ayrılmaz və vahid bir dövlət ətrafın-
da  birləşdirə  bilmişdi.  Nəzərəli  xandan  sonra  Ərdəbil 
xanlığını  onun  oğlu  Nəsirəli  xan  idarə  etməyə  başladı. 
B.Alarlı  Dərçavənd  Qərvizin  ”Şunaxti  Kolle  -  ye  ulat  və 
əsayir“  əsərinə  isтinadən  “Alar  və  alarlılar”  kitabında 
yazır:  ”Şahsevənlər  yaylaq  və  qışlaqlarda  müdafiə  əhə-
miyyəti daşıyan qalalar tikmişdilər. Ərdəbil A.M.Qacarın 
qoşunları  tərəfindən  işğal  edildiyi  zaman  və  I  Rus-İran 
müharibəsində  (1804  –  1813)  Nəsirəli  xan  həmin  qalalara 
çəkilmişdi.” 
  Nəsirəli  xanın  ölümündən  (1808)  sonra  xanlıq  dörd 
yerə  parçalandı  və  inzibati  cəhətdən  7  mahala  bölündü. 
Bunlar  Ərdəbil,  Meşkin,  Arşaq  (Ərşə),  Nəmin,  Vilkic, 
Ucarud və Astara (Talış) mahalından ibarət idi. 
  Tədqiqatçı H.Ə.Dəlili tarixi faktlara əsaslanaraq belə 
yazır: ”Nəsirəli xanın qardaşı Fərəculla xan Şahsevənlərin 
müəyyən hissəsi ilə Ərdəbil mahalında qaldı. İkinci dəstə 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə