Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə7/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   2   3   4   5   6   7   8   9   10   ...   46

Ələsgər Mirzəzadə 
 
26
  Ət-Təbərinin  verdiyi  məlumata  görə,  Sasani  şahı  I 
Xosrovun  zamanında  ölkə  kustaklara  (vilayətlərə)  bölün-
müşdü.  Digər  vilayətlərlə  yanaşı  Azərbaycan  (Atropa-
takan), Arran, Balasakan və Mukan (Muğan) vilayətləri də 
imperiyanın şimal kustaklarına daxil idi. 
  İbn-Xordadbeh  təsdiq  edir  ki,  Sasani  hakimi  I  Ər-
dəşir (224-241) vilayət hökmdarlarına şah titulu vermişdi. 
Məsələn,  Muğanı  Allan  şah  idarə  edirdi.  O,  Muğan 
vilayətinin  mərkəzi  şəhərində  (?)  otururdu.  (Z.Bünyadov 
“Azərbaycan  VII-IX  əsrlərdə”,  Bakı,  1989,  səh.40).  Z.Bün-
yadov ərəb  müəllfinin  Muğanin  mərkəzi  şəhəri  və  onuin 
adı haqqında tam məlumat vermədiyini göstərir.   
  Muğan  ölkəsi  və  Muğan  şəhəri  ilə  bağli  ən  düzgün 
məlumatı  ərəblərin  Azərbaycandakı  fəaliyyətini  əks 
etdirən  ərəb  səyyah  və  coğrafiyaşünaslarin  əsərlərində 
görürük. Ərəb qaynaqları (Təbəri, Bələzuri) xəbər verirlər 
ki,  ərəb  qoşunları  İranda  Rey  və  Qəzvin  şəhərlərini  işğal 
etdikdən  sonra  Azərbaycanın  içərilərinə  soxuldular. 
Azərbaycan  hakimi  (mərzbanı)  İsfəndiyar  ibn  Fərruxzad 
düşmənə  güclü  müqavimət  göstərsə  də,  Azərbaycan 
qoşunu  məğlub  edildi.  İsfəndiyar  əsir  düşdü.  Onu  əvəz 
edən  qardaşının  da  məğlub  olduğunu  eşidən  İsfəndiyar 
ərəb  canişini  Utbə  ibn  Farkad  ilə  sülh  müqaviləsi 
bağlamağa  məcbur  oldu.  Bundan  sonra,  Ərəb  qoşun-
larının  bir  hissəsi  Ərdəbildən  şimal-şərq  tərəfə  keçərək, 
Muğana  və  Gilana  daxil  oldular.  Muğanda  döyüş  çox 
amansız  və  şiddətli  oldu.  Əhali  ərəblərə  qarşı  bir  neçə  il 
cəsarətlə  vuruşdu.  Qeyri-bərabər  döyüş  642-ci  ildə 
muğanlılarin  məğlubiyyəti  ilə  başa  çatdı.  Muğan  işğal 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
27
edildi  və  islamı  qəbul  etməyənlər  cizyə  (can  vergisi) 
verməyə  məcbur  oldular.  Ərəb  ordusunun  komandanı 
Bukeyir  İbn  Abdullah  muğanlılarla  müqavilə  bağladı  və 
onlara aşağıdakı məzmunda fərman verdi: 
  “Bismillahirrəhman – irrəhim!   
Bu  fərman  Bukeyir  İbn  Abdullah  tərəfindən  Muğan 
əhalisinə,  onların  şəxsiyyəti,  əmlakı,  dini  və  qanunlarını 
mühafizə  etmək  haqqında  verilən  mühafizə  fərmanıdır  ki, 
həddi-büluğa çatmış hər bir şəxs bir dinar, yaxud onun dəyərini 
versin,  müsəlmana  səmimi  yanaşsın,  ona  yol  göstərsin  və  bir 
gün bir gecə onu evində saxlayıb yedizdirsin... Ancaq əgər onlar 
üz döndərib öz əhdlərini pozsalar, axırıncı fitnəkaradək hamını 
təslim etməsələr, onlara aman olmayacaq".   
  Fərman  hicri  21-ci  (m.  642-ci  il)  ildə  yazılmışdır”. 
(Mənbə: Z.Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”, Bakı, 
1989, səh.80-81).   
  Muğanı təslim edən 
ərəb ordusu Xəzər dənizi 
sahili  boyu  şimala  – 
Dərbəndə  tərəf  üz  tutur. 
Muğan  əhalisi  müqa-
viləni pozaraq, cizyə ver-
məkdən  imtina  edir.  Ta-
rix  göstərir  ki,  Muğanın 
növbəti  işğalı  xəlifə  Os-
manın  (644-656)  ilk  illə-
rinə  təsadüf  edir.  Ərəb 
sərkərdəsi  Abdullah  ibn 
Şübeylin  başçılıq  etdiyi 


Ələsgər Mirzəzadə 
 
28
4000-lik  qoşun  Muğan,  Bədr  və  Talışana  soxularaq,  bu 
Xəzəryanı  torpaqları  yenidən  işğal  etdi,  qənimət  və  əsir-
lərlə qərarğaha qayıtdı. Ərəblərin qələbəsinə baxmayaraq, 
onlar  Muğanda  ciddi  müqavimətlə  rastlaşdilar.  Hər  iki 
tərəf çoxlu tələfatla üzləşdi. Köhnə müqavilə bərpa edildi. 
Müqavilənin  şərtinə  ğörə,  Azərbaycanın  Muğan  əhalisi 
təzminatla yanaşı 800 min dirhəm verməyə boyun oldular. 
Əl-Təbərinin  yazdığına  görə,  ərəb  işğalının  ilk  dövründə 
Azərbaycan əhalisindən Sasanilər tərəfindən müəyyənləş-
dirilmiş  qədər  xərac  alınırdı.  Can  verğisini  -  cizyənin 
məbləği  isə  Utba  ibn  Farkadın  Azərbaycan  əhalisi  ilə 
bağladığı  müqavilənin  şərtlərinə  ğörə  yerli  əhalinin 
təminatından  asılı  idi.  Lakin  Muğanın  istilası  zamanı 
(642-ci  il)  ərəblər  “hər  həddi-büluğa  çatan”  üçün  can 
verğisinin qədərini “1 dinar və ya onun dəyərində” təyin 
etmişdilər.  (Bu  fərman-müqavilə  sərkərdə  Bukeyr  ibn 
Abdullah  tərəfindən  Muğan  əhalisinə  verilən  mühafizə 
sənədi idi). 
  Akademik Ziya Bünyadov ərəb müəlliflərinə əsasla-
naraq  yazır  ki,  xəlifə  əl-Məmunun  dövründə  xəlifə 
xəzinəsinin  ildə  Azərbaycandan  (Güney  Azərbaycan  – 
Ə.M.) aldığı xərac 4 milyon dirhəm, Arrandan təqribən 3 
milyon  dirhəm,  Muğandan  isə  300  min  dirhəm  idi.  Bu 
dövrdə  torpaq  mülkiyyət  formaları  ilə  də  bağlı  geniş 
məlumatlar  verilir.  Abbasi  xəlifələrinin  Azərbaycanda 
hakimiyyəti  dövründə  şərti  torpaq  mülkiyyəti  iqta  geniş 
surətdə  yayılmışdı.  İqta  mənsəb  sahiblərinə,  bəzən  isə 
yerli  əyanların  nümayəndələrinə  ömürlük  və  ya 
müvəqqəti  olaraq  verilirdi.  Azərbaycanın  ən  bərəkətli 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
29
torpaqları ərəb əmirlərinə, yüksək mənsəbli şəxslərə pay-
lanmışdı.  Muğanın  əksər  hissəsi  ərəb  feodalı  Şəhnayın 
iqtası  idi.  Muğanın  ən  böyük  şəhərlərindən  Varsan  və 
onun ətrafındakı ərazilər xəlifə Harun ər-Rəşidin qızlarına 
bağışlanmışdı.  Ərəblərin  arasıkəsilməz  hucumlari  əsir 
düşmüş  əhalini  qula  çevirirdi,  Muğan  zəbt  edilərkən  10 
min  nəfər  sakin  qul  edilərək  ərəb  sərkərdələrinə 
paylanmışdı.  Ərəblərin  hakimiyyəti  dövründə  Azərbay-
canın  əsas  şəhərləri  bunlar  idi:  Marağa,  Xunəs,  Miyanis 
(Miyanə), Ərdəbil, Varsan, Sisar, Bərzə, Səburxast, Təbriz, 
Mərənd, Xuvey (Xoy), Külsərə (Kültəpə), Mukan (Muğan), 
Bərzənd,  Cənzə,  Nariz,  Urmiya,  Səlmas,  Şiz,  Sindabaya, 
Balvankərc,  Mayanis,  Naxçıvan,  Bəcrəvan  və  s.  (“Azər-
baycan VII – IX əsrlərdə” əsəri).   
  Ərəb  coğrafiyaşünas–səyyahı  Əbu-L-Qasim  Xordad-
beh  (IX–X  əsr)  “Yollar  və  məmləkətlər  haqqında 
kitab”ında  Azərbaycanı  “əl-Cəbri”  (şimal  ölkələri)  ölkə-
sinə  daxil  edir.  Müəllif  Azərbaycanın  bir  çox  şəhər  və 
rustaqları  (rayonları)  ilə  yanaşı  Muğan  haqqında  da  mə-
lumat verir.  Abbasilər imperiyasının  dağılması  gedişində 
Azərbaycanda  feodal  dövlətlər  yaranır  və  inkişaf  edirdi. 
Müəllifin  məlumatına  görə  bunlar  Təbrizdə  Məhəmməd 
ibn  Rəvvad  hakim,  Mərənddə  Məhəmməd  ibn  Bəyis, 
Muğanda Şəklə əmir idi. 
  Ərəb  səyyahı  ibn  əl-Fəqih  əl  Həmədani  “Ölkələrin 
kitabı”  adlı  əsərində  Muğanı  görkəmli  şəhərlər  sırasına 
daxil edir. Qudama ibn-Cəfər Ərdəbildən dəniz sahilində 
yerləşən  Muğan  şəhərinə  4  fərsəx,  yəni  28-30  km 
olduğunu  qeyd  edir.  Xordadbeh  isə  yazır  ki,  Ərdəbildən 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə