Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə3/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   2   3   4   5   6   7   8   9   ...   46

Ələsgər Mirzəzadə 
 
10
zamanlardan  sudan  istifadə  üçün  həm  saxsı,  həm  də 
qazılmış arxların izləri vardır. Bu arxlardan bəziləri təmir 
edilmiş, yeni arx və kanallar da çəkilmişdir.   
  Mənbələrdə  Azərbaycan  ərazisində  Muğan  və  Mu-
ğaniyyə  adlı  iki  coğrafi  obyektdən  bəhs  olunur.  Orta 
əsrlərdə Qəbələ ilə həmsərhəd, Girdman və Göyçay 
çaylarının  aşağı  axarı  boyu  ərazi  Muğaniyyə  adla-
nırdı.  Muğan  isə,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  Şimali 
Azərbaycanın  cənub  –  şərq,  Cənubi  Azərbaycanın  isə 
simal – şərq bölgəsini əhatə etmiş və bu gün də əhatə et-
məkdədir. Biz burada Muğaniyyədən yox, Muğan coğrafi 
obyektinin  keçmişini  araşdırmaqla,  tarixi  mənbə  və 
qaynaqlara,  o  cümlədən  abidə  və  arxeoloji  qazıntılara 
əsaslanıb bəzi faktları üzə çıxartmağa cəhd edəcəyik.   
   
MUĞ-AN ETNONİMİ VƏ   
TOPONİMİ HAQQINDA 
 
  Tarixi ədəbiyyatda göstərilir ki, muğanlılar – Cənublu, 
Şimallı  Muğan  düzündə  (çölündə)  yaşamış  türkdilli 
Azərbaycan  tayfalarının  ümumi  adıdır.  Bu  tayfaların 
Muğanda  qədimdən  yaşamaları  məlumdur.  XIX  əsrdə  isə 
onlar  bir  neçə  tirədən  ibarət  olmaqla,  Muğan  düzündə 
yaşamağa davam etmişlər. 
Muğan  düzü  qədim  Azərbaycanın  paleo-toponimlərin-
dən biridir. Bu ərazi haqqında 3500-4000 il bundan əvvəlki 
tarixi  mənbələrdə  bütöv,  bəzən  isə  ayrı-ayrı  dövlətlərin 
tərkibində  olması  barədə  məlumatlar  verilir.  1635-ci  ilin 
noyabrında  Muğanda  olmuş  almaniyalı  məşhur  coğrafiya-


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
11
şünas-alim  Adam  Oleari  yazırdı  ki,  -  "türklər  bu  səhraya 
"min-dünlük”, yəni "1000- bacalı yer” adını veriblər. Qədim 
iranlılar  isə  onu  "Mokan”,  yaxud  "Muğan”  adlandırıblar. 
"Muğan” sözünün mənası ilə bağlı araşdırılmış və araşdırıl-
mamış çox fikirlər söyləmək mümkündür. Yaqut əl-Həməvi 
(1179  –  1229)  “Kitab  mucam  əl-buldan”  əsərində  yazır:  “ 
Mukan sakinləri bu adı Muğan kimi tələffüz edirlər. Bu söz 
ərəb  sözü  deyil.  Mukan  çoxlu  oba  və  otlağın  olduğu  bir 
vilayətdir. Bu geniş ərazi öz sürülərini otladan türkmənlərlə 
məskundur və türkmənlər burada əhalinin çoxluğunu təşkil 
edirlər. Muğan Azərbaycanda yerləşir”.   
  Bu  anlamın  düzgün olaraq  dərk  edilməsi  vətənimizin 
gözəl  güşəsinin  tarixinin,  mədəni  və  mənəvi  dəyərlərinin 
öyrənilməsində  çox  önəmlidir.  Saysız-hesabsız  mədəni 
varlıqların süzgəcindən keçmiş Muğan torpağı hələ qədim-
lərdən  bəri  əvəzsiz  arxeoloji  sənət  nümunələrinin  aşkar 
olunduğu əsas məkanlardan biri olaraq qalır. 
  Muğan  muğ  etnonimi  kimi  bəzi  tarixi  mənbələrdə  4 
min il, bəzi mənbələrdə isə 5 min il bundan əvvələ aid edilir. 
Bəzi  qaynaqlarda  Muğan  türk  soykökündə  dayanan 
toponim  kimi,  bəzi  fars  mənbələrində  isə,  səhvən  Midiya 
ərazisində olan fars mənşəli bir xalq hesab edilir. Tədqiqat-
lara  görə,  Muğanın  adı  Muğan  ərazisində  yaşayan  Muğ 
(mük)  tayfalarının  adından  götürülmüşdür.  Bəzi  tədqi-
qatçılar  isə  “muğan”  sözünü  türk  sözu  kimi  qəbul  edərək, 
Altay mənşəli olduğunu iddia edirlər. Türkçə “muğ”- düz, 
-an  şəkilçisi  isə  “yer”,  yəni  düz  yer,  düzənlik  deməkdir. 
Altayda,  Orta  Asiyada,  Qazaxıstanda,  Sibirdə,  hətta  Azər-
baycanda  yaşayan  türksoylu  xalqların  çoxu  düzən  yerdə 


Ələsgər Mirzəzadə 
 
12
yaşamış  və  bu  gün  də  yaşamaqdadırlar.  Muğan  adında 
Turan  elində  çoxlu  yerlər  var.  Məsələn,  Qazaxıstanda  – 
Muğanlı, Muğan, Mukan, Müxan; Türkiyədə - Muğla; Saxa - 
Yakutiyada  –  Muklan,  Muquan,  Mukuan;  Tuvada  da 
həmçinin və s. Lakin hər yerdə bu sözün mənası eynidir. Bir 
çox  mənbələr  bu  tayfaların  Azərbaycan  ərazisində  də 
yaşamasını  və  кaspilərin  tərkibində  olmasını  qeyd  edirlər. 
Herоdot  özünün  “Tarix”  əsərində  göstərir  ki,  «...muğlar 
Kaspi  dənizinin  cənub-qərbində  yaşayan  Midiya  tayfa-
larından biridir». Təbii ki, o dövrdə Azərbaycanın ərazisində 
yaşayan tayfa və xalqlar Midiya hakimiyyəti altında olmuş, 
bir müddət sonra isə (e.ə.550-ci il) Əhəməni fars sülaləsinin 
hakimiyəti altına düşmüşlər. Tarixdən məlum olduğu kimi, 
Midiya  əraziləri  həm  də  türk  tayfalarının  məskəni  olub.  O 
ərazidə  yaşayan  bu  günkü  etnik  tərkib,  dil  və  adət-ənənə 
bunu bir daha sübut edir.   
  Artıq  Azərbaycanın  və  xarici  tarixçi  alimlərin  son 
arşdirmaları təsdiq etmişdir ki, ta qədimdən Muğan əhalisi 
İran  (fars)  mənşəli  yox,  Turan  (türk)  mənşəli  bir  xalq 
olmuşdur.  Herodot  «Tarix»  əsərində  midiyalılarla  farsların 
tamamilə  başqa  -  başqa  xalqlar  olduğunu  qeyd  edir. 
(Ə.Nicat, “ Tarixin sübh çağı”, səh. 32 ).   
  Herodotun yazdığına görə, “Midiyadakı altı qəbilədən 
biri  Muğ  qəbiləsidir”.  Muğlar  Atəşgədədə  yerləşən 
məbədgahı  ləyaqətli  bir  yer,  Muğ  içkisini  mənəvi  ucalıq, 
iradə gücü kimi göstərmişlər. Amma tarixi əsərlərin çoxun-
da muğ qəbiləsindən olan kahinlər maqlar adlandırılır.   
  Zərdüştiliyin  dini  kitabı  olan  “Avesta”nın  Azərbay-
canla əlaqədar olduğunu göstərən mühüm faktlardan biri, 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
13
burada  xatırlanan  mühüm  adların  Midiyaya  aid  olması-
dır. “Avesta”nın bir çox tədqiqatçıları Zərdüştü və zərdüş-
tiliyin vətəni kimi qədim Azərbaycanı, Urmiya gölü sahil-
lərini qeyd edirlər. İran tədqiqatçı Purdavud yazır: ” İran 
və ərəb müəllifləri, o cümlədən ibn Xordadbeh, Bəlazuri, 
İbn-əl  Fəqih,  Məsudi,  Həmzə  İsfahani,  Yaqut  Həməvi  və 
digərləri  Zərdüştü  azərbaycanlı  kimi  göstərmiş  və  xüsu-
sən  Urmiyanı  onun  doğma  yeri  bilmişlər”  (Ə.Səfərli, 
X.Yusifov, "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", 
səh.9-10).   
  Buradan  aydın  görünür  ki,  muğlar  bir  tayfa  olaraq, 
Azərbaycan  Midiyasında  məskun  olmaqla  ictimai-  si-
yasi,dini hadisələrdə fəal iştirak etmişlər. 
  “Tarixi  Təməddone  İran  Sasani”  (  Tehran,  h.1331, 
səh.114)  əsərində  Səid  Nəfisi  göstərir  ki,  Sasanilər  döv-
ründə  din  xadimləri  yalnız  Midiya  tayfalarına  məxsus 
olan Muğan qəbiləsindən olurdu. Məbəd sözü də, əslində 
“müğbəd”  sözündən  əmələ  gəlmişdir.  Muğ  etnoniminin 
müxtəlif vaxtlarda mük, muk etnonimi ilə əvəz olunması 
ehtimal  olunur.  Avestada  dəfələrlə  midiyalıların  adı 
çəkilsə  də, farsların  adına  təsadüf  edilmir.  Avestada  İran 
ölkəsi  “Ariya”adlandırılır.  Ariya  ölkəsi  də  yalnız  Hörmüz 
körfəzi  (Fars  körfəzi)  ətrafı  ərazini  əhatə  edirdi  və  arilər 
(irandilli) də yalnız bu ərazidə yaşayırdılar. Onların məskun 
olduğu  yerlərdən  şimalda  isə  Azərbaycan  türklərinin  ulu 
əcdadları olan müxtəlif türk mənşəli etnoslar yaşayırdılar. 
  İran ədəbiyyatçılarından Məhəmməd Müin odun əhə-
miyyətıni  qeyd  etdikdən  sonra  belə  bir  nəticəyə  gəlir  ki: 
“Arilər  oda  başqa  tayfalardan  daha  artıq  hörmət  edirdilər. 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə