Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə5/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   2   3   4   5   6   7   8   9   ...   46

Ələsgər Mirzəzadə 
 
18
minilliyin  əvvəlləri)  dövrü  arxeoloji  mədəniyyətdir.  Bu 
mədəniyyət nümunələri Azərbaycanda Muğan çölündə və 
Talış  dağlarında  aşkar  edilmişdir.  Muğan  mədəniyyəti 
üçün  sümükləri  qıvrılmış  və  ya  dartılmış  halda  daş 
qutularda və ya torpaq qəbirlərdə dəfnetmə səciyyəvidir. 
Həm  tək,  həm  də  qrup  qəbirləri  əmək  alətləri,  silah  və 
bəzəklərlə  müşaiyət  olunur.  Masalli  ərazisində  Muğan 
mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik və ola 
bilsin  ərazidə  dəniz,  çay  olduğu  üçün  balıqçılıqla  da 
məşğul  olurdular.  Arxeoloji  qazıntılardan  əldə  olunan 
balıq sümükləri bunu sübut edir. Əmək alətləri və silahlar 
tuncdan  və  dəmirdən  hazırlanırdı,  xüsusilə  səciyyəvi 
olanlar  isə  dəstəyi  haşiyəli  tunc  və  dəmir  qılınc  və  tunc 
xəncərlər  idi.  Gil  qablar  da  müxtəlifliyinə  görə  seçilir. 
Zəngin və ya kasıb qəbir əşyaları nəsli icmanın dağılması 
prosesini  və  bu  tayfalarda  əmlak  bərabərsizliyinin  mey-
dana gəlməsini göstərir. 
  Masallı  ərazisində  Eneolit  və  Tunc  dövrlərinə  aid 
“Qala  təpə”,  “Balaca  təpə”,  “Nadir  təpə”,  “Qaratikan  tə-
pə”, “Yekə təpə” kurqanlarında, o cümlədən, orta əsrlərə 
aid  qəbiristanlıqlarda  arxeoloji  qazıntı  işləri  aparılmışdır. 
Ərkivan  qalası  adlanan  ərazidə  tapılan  antik  və  orta 
əsrlərə  aid  saxsı  qab  nümunələrinə  əsasən  qalanın  V-VI 
əsrlərdə  inşa  edildiyini  söyləmək  olar.  Qalanın  yaxınlı-
ğında  qədim  şəhər  yerinin  xarabalıqları  da  aşkar  edil-
mişdir.  Ərazidəki  qədim  qalalardan  biri  də  Çaxırlı  kəndi 
ərazisindədir. Bu qala haqqında nisbətən ətraflı məlumata 
XIX  əsr  müəllifi  Səid  Əli  Kazımbəyoğlunun  “Cəva-
hirnameyi-Lənkəran” əsərində (1869-cu il) rast gəlinir. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
19
  Qədim Muğan şəhəri olan Biləsuvar rayonunda da 1 
memarlıq,  12  arxeoloji  tarixi  və  memarlıq  abidəsi 
məlumdur.  Bunlar  keçmiş  Biləsuvar  yaşayış  məntəqəsi 
ərazisində  "Şəhriyar  qalası"  memarlıq  abidəsindən, 
həmçinin  Bəydilli  kəndi  ərazisində  tunc  dövrünə  aid  7 
Kurqan  təpəsi,  Təzəkənd  kəndi  ərazisində  tunc  dövrünə 
aid  2  Kurqan  (qoşatəpə),  dəmir  dövrünə  aid  "Torağay 
təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid 
altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran 
təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə 
aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə 
aid  Ağdam  qalası,  yenə  həmin  ərazidə  orta  əsrlərin 
əvvəllərinə  aid  "Çöl  Ağdam  şəhərciyi"  və  "İçəri  Ağdam 
yaşayış  ərazisində"  arxeoloji  abidələrindən  ibarətdir. 
Arxeoloji tədqiqatların nəticələri e.ə. VIII – VII əsrlərə aid 
Salyanda daha möhtəşəm mədəniyyət qalıqlarını kəşf etdı. 
Babazanlıda  qədim  qəbiristanlıqda  və  ona  müvafiq  ya-
şayış  yerində  araşdırma  və  tədqiqatlar  Muğanın  tarixinə 
dair  daha  yeni  faktları  üzə  çıxarmağa  imkan  yaratdı. 
Qədim dövrü əhatə edən Noxudlu kurqanlarında aparılan 
ilkin  müşahidələr  isə  yerin  şoran  olması  ilə  əlaqədar 
kurqanların  çökməsi  faktını  aşkarladı.  Babazanlı  yaşayış 
yerində küp qəbirlər və onlara aid yaşayış məskənlərinin 
eyni ərazidə qeydə alınması Azərbaycan arxeologiyasında 
mühüm yeniliklərdəndir. 
  Bunun müqabilində məhz ilk dəfə Salyan qazıntıları 
əsasında bölgənin antik və ilk orta əsrlər dövrü əhalisinin 
təsərrüfatı,  həyat  tərzi,  məişəti  barədə  geniş  məlumatlar 
əldə edildi. Qəbir abidələri əsasında bölgənin qədim və ilk 


Ələsgər Mirzəzadə 
 
20
orta  əsrlər  dövrünün  dəfn  adətləri  öyrənildi.  Qazıntı 
zamanı  aşkar  olundu  ki,  Babazanlıda  küp  hazırlayan 
sexlər  fəaliyyət  göstərib.  Gilli  torpağın,  su  ehtiyatının  və 
yanacaq  materiallarının  bolluğu  bu  sənətin  inkişafına 
şərait  yaradıb.  Arxeoloji  tədqiqatlar  Salyanda  ilk  insan 
məskənlərinin  küp  qəbirlərdə  dəfnetmə  adətindən  çox 
əvvəl,  ən  azı  e.ə.  II  minilliyin  ortalarından  yarandığını 
söyləməyədə  əsas  verir.  Salyan  rayonunda  küp  qəbir-
lərdən  əldə  olunmuş  maddi-mədəniyyət  qalıqlarının 
müqayisəli  təhlili  onların  Cəlilabad  və  Masallida  aşkar 
olunmuş  küp  qəbirlərlə  eyni  dövrdə  və  eyni  formada 
olduğunu söyləməyə əsas verir. 
  Böyüklər  üçün  olan  qəbir  küplərinin  bəzilərinin 
dibinə  yaxın  hissədə kiçik  deşiklər  açılıb.  Əksər  küplərin 
baş  hissəsi  qismən  yuxarıya  doğru  basdırılıb.  Küplərin 
bəzilərinin  ağız  hissəsi  iri  küplərin  qırıqları,  digərləri  isə 
çiy  kərpiclə  örtülüb.  Nisbətən  kök  adamların  küpə 
yerləşdirilməsi  üçün  onun  ağız  hissəsi  xüsusi  alətlər 
vasitəsi ilə sındırılıb və ölü yerləşdirildikdən sonra həmin 
hissə yerinə qoyulub. Ağzı çox kiçik olan küplərdə ölünün 
yerləşdirilməsi üçün küpün dib hissəsi sındırılıb. Bu halda 
skeletin ayağının küpün ağız hissəsinə doğru olduğu gö-
rünür.Küplərin  baş  tərəfində  heyvan  (qoç)  kəllələri  qo-
yulub. Qəbir küplərinin ağzına yaxın yerdə küpün üstünə 
qurşaqvari  yapışdırılan  lent  onun  möhkəmliyini  təmin 
edir.  Qəbir  küplərinin  bəzilərinin  üzərindəki  dini  inan-
clarla bağlı təsvirlər qədim türklərdəki şamançılıq adətini 
xatırladır və bu şər qüvvələrin qəbirdən uzaqlaşdırılması 
ilə  bağlı  ola  bilər.  Küplərin  ağız  hissəsinə  yaxın  yerdə 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
21
tapılan kömür qalıqları pis ruhları qovmaq və s. məqsədlə 
burada tonqal qalandığını söyləməyə əsas verir. 
  Muğanın  şimalında  antik  dövr  özünü  Kürlə  Arazın 
qovuşduğu  Suqovuşanda  -  Sabirabad  rayonu  ərazisində 
da göstərmişdir. Bu yurdun e. ə. VI minillikdən başlayan 
tarixi bir çox hadisələrin şahidi olmuşdur. 
  Muğan düzü çox qədimdə Midiyanın, e.ə. IV əsrdən 
Atropatenanin  əyaləti  idi.  Albaniya  dövlətinin  payına  bu 
ərazinin  müəyyən  qismi  (müasir  Sabirabad  rayonu  və 
dənizsahili  ərazilər)  düşmüşdür.  E.ə.III-II  minilliklərdə 
burada  yaşayan  əhalinin  əsas  məşguliyyəti  əkinçilik  və 
maldarlıq olmuşdur. Muğan həm də erkən süni suvarma 
sisteminin  yarandığı  bölgələrdən  biri  olmuşdur.  Burada 
sənətkarlıq  və  xalçaçılıq  da  geniş  inkişaf  etmişdi.  Tunc 
dövrünə  aid  sənətkarlıq  əşyaları  içərisində  şarşəkilli  və 
armudvari gövdəli küplər diqqəti cəlb edir ki, onlardan ən 
çox təsərrüfat məqsədi ilə istifadə olunmuşdur. Arxeoloji 
qazıntılar  zamanı  tapılan  çoxsaylı  küp  qəbirlərin  bəziləri 
dairəvi  formadadır.  Bu  küplər  yerli  istehsala  məxsusdur. 
Bölgənin orta əsr yaşayış yerlərindən xeyli miqdarda saxsı 
məmulatları  da  aşkar  edilmişdir.  Yazılı  mənbələrdə 
Muğanda  xalça,  çuval,  xurcun  və  palaz  istehsal  edildiyi 
barədə  qiymətli  məlumatlar  verilmişdir.  Rayonun  Zən-
gənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numizmatik 
materiallar  da  aşkar  edilmişdir.  1926-cı  ildə  həmin 
ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə «Sabira-
bad  dəfinəsi»  kimi  daxil  olan  sikkələrin  Şirvanşah-Kəs-
ranilərə  məxsus  olduğu  müəyyən  edilmişdir.  Həmin  pul 
vahidləri I Axistana (1160-1197), II Toğrula (1177-1194), II 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə